Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   57

Pəri
Soltan
Əhmədin bədəninə məlhəm qoyub sarıdı. Bunları
burada qoyum, sizə kimdən xəbər verim, Firəng padşahından. O, əhvalatı bilib oğluna
dedi:
– Heç fikir eləmə, bu dəfə elə bir şey göndərərəm ki, daha onu açan olmaz.
Firəng padşahı bir kağız da öz dilindən Şah Abbasa yazdırıb, üç at da vəzirə verib,
yenə İsfahana qaytardı. Vəzir naməni götürüb Şah Abbasın hüzuruna gəldi.
Şah Abbas da Allahverdi xana işarə elədi ki, naməni oxusun. Vəzir Allahverdi xan
naməni ucadan oxumağa başladı: “Ey Şah Abbas, bu namə sənə çatan kimi ya qızın
Pəri Soltanı kəcavəyə qoy, yeddi ilin baci-xəracıynan və cehizləriynən mənim oğluma
göndər; ya da üç at göndərmişəm, üçü də bir boyda, bir buxunda, bir rəngdə, bir
çəkidə. Onlardan biri biryaşardı, biri ikiyaşardı, biri də üçyaşardı. Tanıyarsan görüm
biryaşar hansıdı, ikiyaşar hansıdı və üçyaşar hansıdı. Əgər bunları yerinə yetirə
bilməsən, o vaxt hazır ol, davamız davadı. Sənin üstünə o qədər qoşun töküm ki,
göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın”.
Şah Abbas üzünü tutdu elçilərə və dedi:
– İndi siz azadsınız, üç gündən sonra sizə cavab verərik.
6
Firəng padşahının vəziri getdi. Şah Abbas üzünü məclisə tutub dedi:
– Söyləyin görək, nə tədbir etməliyik.
Şah Abbas Firəng padşahının vəzirinə xəbər göndərdi ki, biz atları taparıq, əgər
tapmasaq, davamız davadı. Sizə verən Allah bizə də verər...
Atlar çəkdirildi meydana. Bütün İsfahanın əhli üç günün müddətində bir-bir ata baxıb
baş aça bilmədilər. Axırda vəzir Allahverdi xan izin alıb dedi: – Qibleyi-aləm, biz niyə
belə fikrə gedirik? Əhmədi gətirək, o, buna, bəlkə, əlac elədi.
Zindanban Əhmədi götürüb gəldi.
Əhməd dedi:
– Qibleyi-aləm sağ olsun, mən bu işi düzəldərəm, amma yenə də bir şərtim var. Pəri
xanımla kəbinimizi kəsdirin...
Şah Abbasın Əhmədlə bu
rəftarı sizdə hansı hiss və
düşüncə yaratdı?
Şah Abbas Əhmədi bir yaxşı döydürüb,
nişan paltarını da qoltuğuna verib yenə
göndərdi zindana.
Şah Abbasın “Əhməd ölər,
sözündən dönməz”
qənaətinə gəlməsinə səbəb
nə idi?
Şah Abbas bildi ki, Əhməd ölər, sözündən
dönməz. Buna görə Əhməd tərəfdən vəzir
Allahverdi xan, Pəri Soltan tərəfdən də vəkil
Şah Abbas özü oldu. Kəbin kağızına hər iki
tərəf qol çəkib öz möhürü ilə möhürlədi. Sonra
da üləmalar qol çəkib, möhürlərini vurub,


Əhməd Şah Abbasa dedi:
– Qibleyi-aləm sağ olsun. Firəng padşahının adamlarına de ki, sabah tezdən atları
gətirsinlər meydana. Mən də gələrəm ora. Siz də əmr eləyin, həmin yerdə bir qab süd,
bir qab arpa, bir az da yonca hazır olsun. Sonra mən atları tanıyaram.
kağızı Əhmədə verdilər.


Şah Abbas car çəkib bütün İsfahanı işdən xəbərdar eləmişdi. Ona görə tamam İsfahan
əhli də böyükdən kiçiyə meydanda idi. Fərraşlar bir qab süd, bir torba arpa, bir bağ da
yonca hazır eləyib meydanın bir yerində qoydular. Atlar arpanı, südü və yoncanı
görəndə üçü də dartınıb az qaldı mıxları çıxartsınlar. Əhməd də lap başa südü, sonra
yoncanı, sonra da arpanı qoydurmuşdu.
İkiyaşar at südün yanından keçib başladı yoncanı yeməyə, biryaşar at da özünü südün
üstünə salıb, başladı xorhaxornan içməyə.
Əhməd bunları görəndə, gülə-gülə keçib atların qabağına dedi:
– Bax, arpa yeyən bu at üçyaşardı. Ondan ötüb yonca yeyən ata yaxınlaşdı. – Bu
ikiyaşardı. Sonra süd içən atı da göstərdi. – Bu da biryaşardı.
Firəng padşahının vəziri təsdiq edib dedi:
– Düzdü.
Camaat bu sözləri eşidəndə yerbəyerdən hamısı Əhmədə əhsən deyib, ona dua edə-
edə dağıldılar.
Firəng padşahının vəziri yenə bikef, məlul, qoşunu da götürüb suyu süzülə- süzülə
düşdü yola.
Şah Abbas yenə əmr elədi. Əhmədi falaqqaya bağladılar. Əhmədi bir yaxşı döyüb
göndərdilər zindana.
7
Firəng padşahı on gün qoşuna istirahət verdi. On gündən sonra təzədən səfər tədarükü
görülüb köç təbili vuruldu. Firəng padşahı gətirib vəzirə üç alma, bir də bir kağız verib
dedi:
– Bunları Şah Abbasa verərsən.
İsfahan əhli Firəng qoşununu gördü, o saat bildilər ki, iş nə üzdədi. Elçi kağızı Şah
Abbasa çatdırdı:
“Ey Şah Abbas, bu namə sənə çatan kimi, qızın Pəri Soltanı yeddi ilin baci-xəracıyla və
cehiziylə göndərərsən mənim oğluma. Əgər göndərməsən, ya gərək bizlə dava
edəsən, ya da sənə üç alma göndərirəm. Biri builki, biri bildirki, biri də inişilkidi.
Taparsınız görüm inişilki hansıdı, bildirki hansıdı və builki hansıdı”.
Üç gün idi ki, İsfahan əhli gəlib almaya baxırdı. Şah Abbas üzünü tutub vəzir Allahverdi
xana dedi:
– Vəzir, ta mənim torpağımda bir şəxs qalmayıb bu sirri açıb düşməni bizim
başımızdan rədd eləsin?
Vəzir Allahverdi xan cavab verdi:
– Şah, yenə bir nəfər var, o, bu işə çarə edər. O da Əhməddi.
Atların yaşını daha hansı
yolla müəyyənləşdirmək
mümkündür?
Əhməd atların özünü yeyib tökməsini görəndə
bildi ki, acdırlar. Ona görə əmr elədi, atları
açdılar. Üçyaşar at açılan kimi, özünü saldı
arpanın üstünə.
Şah Abbasa haqq
– Əgər biz bu dəfə də Əhmədi gətirsək, o


qazandırmaq olarmı?
deyəcək, gərək qızın toyunu eləyib mənə
verəsən, ondan sonra mən almaları tapım.
Mən də ki, qızımı dərzi şagirdinin birinə verə
bilmərəm.


Padşahlar içində rüsvay olub, başım aşağı olar.
Vəzir Allahverdi xan gülüb dedi:
– Qibleyi-aləm sağ olsun, Əhməd kimi bir ağıllı, qoçaq oğlanla qohumluq adama
başaşağılığı deyil, başucalığı gətirər.
Şah Abbas gülə-gülə dedi:
– Vəzir Allahverdi xan, əhsən sənin dediyinə, sən düz deyirsən. Əmr elə Əhmədi
gətirsinlər, lap özü deməsə də, Pəri Soltanı verəcəyəm ona. Onu nahaqdan da döyüb
çox incitmişəm.
Vəzir Allahverdi xan o saat sifariş elədi zindanbana:
– Əhmədi izzəti-calalnan gətir hüzura.
Zindanban Əhmədi gətirdi. Şah Abbas üzünü Əhmədə tutub dedi:
Yoxsa ya Pəri Soltan xanımı aparacaqlar, ya dava eləyəcəklər. İndi o almaları tanıya
bilərsənmi?
Əhməd ədəblə dedi:
– Bəli, qibleyi-aləm sağ olsun, tanıyaram, ancaq gərək əvvəlcə toy edib Pəri xanımı
mənə tapşırasınız, ondan sonra almaları tanıyaram.
Şah Abbas gülüb dedi:
– Sən deyən olsun.
Bütün İsfahanı çıraqban eləyib qırx gün, qırx gecə toy eləməyə başladılar. Qırx birinci
gün Şah Abbas Pəri Soltanın əlindən tutub ikisinin də alnından öpdü, hər iki aşiqi bir-
birinə tapşırdı.
8
Səhəri Əhməd calalla meydana gəlib gördü Şah Abbas, Vəzir Allahverdi xan, başqa
vəzir-vəkillər və Firəng padşahının vəziri oturub onu gözləyirlər.
Əhməd bu cür gizli sirlər açmağı beş barmağı kimi bilirdi. Odu ki, ürəkli idi. Şah Abbasa
hörmətlə baş endirib, dedi:
– Atayi-mehribanım, əmr edin üç qab su gətirsinlər.
Üç qab su gətirdilər. Əhməd qabları meydanın ortasına yan-yana düzüb, hər almanı bir
qabdakı suya atdı. Gördülər, almalar suya düşən kimi, biri suya batdı, qabın lap
dibində durdu, birisi gah suya batdı, gah da üzə çıxdı. O birisi isə suyun üzündə ipək
kimi, o tərəf-bu tərəfə üzdü. Əhməd əmr elədi, qabların üçünü də qulamlar götürüb
Şah Abbasa, bütün əyan-əşrəfə, vəzir-vəkilə və camaata görkəzdilər. Ondan sonra
gətirib qoydular Firəng padşahının vəzirinin qabağına. Sonra Əhməd üzünü məclisə
tutub dedi:
Şah Abbasın bu sözləri onun
hansı niyyətini ifadə edir?
– Arvadın Pəri xanımı Firəng padşahı istəyir,
özü də üç alma göndərib: biri builki, biri
bildirki, biri də inişilkidi. Gərək onları
tanıyasan.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə