Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   57

Amma o alma ki, elə saman kimi üzündə qalıb, o inişilkidi, onun suyu elə çəkilib ki,
quruyub qov kimi qalıb. Ona görə də suya batmır.
Almaların hansı ilin məhsulu
olduğunu başqa yolla
müəyyənləşdirmək
mümkündürmü?
– Bax, o lap batan builkidi, çünki o hələ təzədi,
boyda o biriləri ilə bir olsa da, suyu çəkilməyib,
ona görə də ağırdı. O birisi ki, gah batıb, gah
da çıxır, o da bildirkidi, çünki onun da suyu
çəkilib, amma yenə də bir az vaxtı qalıb.


Ondan sonra hamı Əhmədə dua edə-edə öz evinə getdi.
Bu əhvalatdan bir müddət sonra Şah Abbas Pəri Soltana qonaq getdi. Bir çox
otaqlardan keçib Pəri Soltan xanımın xüsusi istirahət otağına çatdı. İçəri girəndə gördü
Əhməd uzanıb, Pəri Soltan da onun başının


üstündə oturub. Bunlar Şah Abbası gördülər, həya eləyib tez yerlərindən qalxdılar. Pəri
Soltan xanım qaçıb pərdənin dalında gizləndi. Əhməd qahqah çəkib güldü.
Şah Abbas Pəri Soltanı pərdə arxasından çıxarıb, hər iki övladının üzündən öpüb dedi:
– Əhməd, söylə görüm, mən qapıdan girəndə Pəri Soltan niyə qaçıb gizləndi, sən niyə
qah-qah çəkib güldün?
Əhməd gülə-gülə dedi:
Qibleyi-aləm, onda mən yuxuda gördüm ki, bir ay
mənim başımın üstündə doğdu, birdən bir qara
bulud gəlib onu aldı. İndi həmin yuxu zahir oldu. Pəri xanım ay, sən də buludsan.
Şah Abbas gülüb Əhmədin ağlına əhsən dedi. Hər üçü – ata, bala, damad bir yerdə
çörək yeyib, mətləb və muradlarına çatdılar. Allah sizi də mətləb və muradınıza
çatdırsın.
I dərs
Məzmun üzrə iş
1.  Əsərin ilk dörd parçasının oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yətirə bilərsiniz) sonra partla yoldaşınızla
birlikdə mətnin kənarındaki suallara cavab hazırlayın.
2.  Mətnin 4-cü parçasına aid suallar tərtib edin. Kiçik qruplarda birləşib, tərtib
etdikləriniz də daxil olmaqla, bütün sualların cavabını müzakirə edin.
3.  Çıxardığınız nəticələr barədə təqdimatlar edin.
4.  Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Nağıldakı obrazlardan birinin zahiri görünüşünü təsvir edin. Əsərdən
gətirdiyiniz nümunələr əsasında obrazın zahiri görünüşü ilə daxili aləmi
arasında uyğunluğun olub-olmadığını aydınlaşdırın. Öyrəndiyiniz yeni
sözlərdən istifadə etməyi unutmayın.
2.  Əhməd bugünkü gənclərə nümunə ola bilərmi? Öyrəndiyiniz yeni
sözlərdən, əsərdən seçdiyiniz nümunələrdən istifadə edin.
Evdə iş
1.  Nağılın ardını oxuyun.
2.  Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
Uzun müddət susduğuna
görə Əhmədə haqq
qazandırmaq olarmı? O,
başqa cür hərəkət edə
bilməzdimi?
– Atayi-mehribanım, ürəyin şad olsun, çünki o
yuxu ki, mən görmüşəm, zahir oldu, ona görə
qah-qah çəkib güldüm. İndi daha açıb deyə
bilərəm. Çünki bu günü gözləyirdim.


II dərs
Məzmun üzrə iş
1.  Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin, sonra suallara parta
yoldaşınızla birlikdə cavab hazırlayın.
2.  Kiçik qruplarda fikir mübadiləsi aparıb cavabları təqdimatlar əsasında müzakirə
edin.
Bilik və bacarıqlarınızı tətbiq edin
3.  Sxemi dəftərinizə köçürün və əsərdəki hadisələrin ardıcıllığını əks etdirin.
Şah Abbas və vəziri mahalda gəzməyə çıxır, bir dərziyə qonaq olurlar.
4.  Nağılın məzmununa uyğun hansı atalar sözlərini xatırlada bilərsiniz?
5.  Öyrəndiyiniz bədii təsvir vasitələrini işlətməklə iki cümlə yazın.
6.  Aşağıdakı fikirlərdən hansı doğrudur?
1.  Şah Abbasın məqsədi Əhmədin iradəli olub-olmadığını yoxlamaq idi.
2.  Firəng padşahının məqsədi Əhmədi zindandan xilas etmək idi.
3.  Əhmədlə qohum olmağı Şah Abbasa vəziri məsləhət gördü.
4.  Şahın hüzurunda hər dəfə döyülən Əhmədin yaralarına zindanban məlhəm
qoyur, onun qayğısına qalır.
5.  Firəng padşahının ilk tələbi almaların fərqləndirilməsi ilə əlaqədar idi.
7.  Fikirlərdən biri səhvdir. Onu müəyyən edin.
1.  Əhvalat İsfahan şəhərində baş verir.
2.  Əhməd qızları və oğlanları isti suyun köməyi ilə seçir.
3.  Əhmədin ağıllı, fərasətli olduğunu ilk başa düşən vəzir olur.
4.  Əhməd ağıllı, iradəli olduğu üçün Pəri Soltan onu yüksək qiymətləndirir.
5.  Əhməd Firəng padşahının İsfahana qoşun göndərəcəyini, onun niyyətini
əvvəlcədən bilirdi.
Evdə iş
Mövzulardan birini seçib dərsliyinizdəki (səh. 163–165) “İnşa və esseni necə
yazmalı?” mətnindəki tövsiyələrə əsaslanmaqla işləyin.
1.  “Nağılda xalqın hansı arzu və istəkləri ifadə olunmuşdur?” mövzusunda inşa
yazın.
2.  “Nağıl məndə hansı hiss və düşüncələr yaratdı?” mövzusunda esse yazın.


III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar 
1.  Mətni oxuyun. Tapşırıqları yerin yetirərkən ondakı fikirlərdən faydalanın.
Bu əsərdə nağıl janrına məxsus bir çox cəhətlər əksini tapıb. Məsələn, dilinin
şirinliyi, adi danışıqda işlənən sözlərə geniş yer verilməsi, gözlənilməz hadisələrin
bir-birini əvəz etməsi və s. diqqəti dərhal cəlb edir.
Bu deyilənlərlə, eləcə də nağıl janrının digər xüsusiyyətləri ilə bağlı
müşahidələrinizi davam etdirin.
Araşdırın. Fikirləşin. Cavab verin
2.  Əhmədin xasiyyətindəki, davranışındakı hansı cəhətlər onu nağıldakı digər
obrazlardan fərqləndirir? Fikrinizi əsərdən nümunələr gətirməklə əsaslandırın.
Gəldiyiniz nəticəni aşağıdakı cədvəldə əks etdirin.
Obrazın adı: Əhməd
Əhmədin xarakteri və davranışı üçün mühüm olanlar
hansılardır?
Nə üçün belə
düşünürsünüz ?
 
 
3. 
Əhməd sizə hansı nağıl qəhrəmanını xatırladır? Onların oxşar və fərqli
xüsusiyyətlərini müəyyənləşdirin. 
Nəticələrinizi Venn diaqramında əks etdirə bilərsiniz.
4.  Şah Abbasla vəzir Allahverdi xana nağıl yaradıcılarının və özünüzün
münasibətinizi açıqlayın. Onların davranış və əməllərind ki fərqi əsərdən
gətirdiyiniz nümunələr əsasında müəyyən edin. Fikrinizi cədvəldə əks
etdirməyiniz məqsədəuyğundur.
Nağıl yaradıcılarının Şah
Abbasa münasibəti
Nağıl yaradıcılarının vəzirə
münasibəti
Sizin onlara
münasibətiniz
 
 
 
5.  Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu necə izah edərsiniz?
Bədii təsvir və ifadə vasitəsinin işləndiyi
cümlə
Fikrin təsir gücünün artmasında onun
rolu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə