Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57

Çətən – qarğıdan, ağac çubuqlardan hörülmüş çəpər 
Çınqıl – tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş 
Çıraqban – işıqlanmaq, nurlanmaq 
Çırpı – quru budaq, kol qırıntısı; çıl-çırpı 
Çuxa – beli büzməli uzun kişi milli üst geyimi 
Çuval – böyük kisə, xaral
D
Dağar – qaramal dərisindən hazırlanan torba 
Dağarcıq – kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba,
çanta 
Damad – kürəkən 
Damazlıq – döl verməyə yarayan, döl vermək üçün saxlanılan;
döllük, cins 
Danişgah – universitet 
Daraq – silahın güllələrini yan-yana qoymaq üçün qab, qutu 
Daşqa – təkatlı araba 
Demokrat – demokratiya tərəfdarı 
Dəbdəbə – təmtəraq, təntənə, cah-calal, büsat 
Dəliqanlı – 1. Həddi-buluğa çatmış gənc, cavan oğlan; 2. İgid,
cəsur,qoçaq 
Dəlil-dəlayil – hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut,
tutarlı dəlil 
Dərviş-libas – dərviş geyimi, paltarı 
Dəyə – qarğıdan düzəldilmiş komacıq, alaçıq 
Divan – məhkəmə, tribunal 
Divanə – dəli 
Divanxana – şərq ölkələrində padşah saraylarında rəsmi qəbul
otağı 
Dilbər – gözəl, könüloxşayan 
Dilxor – çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus 
Dili-qafil – təəccüb, peşmançılıq, təəssüf bildirir 
Dirilik – həyat, yaşayış 
Dispetçer – nəqliyyatın hərəkətini, yaxud müəssisənin işinin
gedişini bir mərkəzi məntəqədən idarə edən işçi 
Dübarə – ikinci dəfə, təkrar
E
Edadi – şagirdləri ali məktəbə hazırlayan orta məktəbin adı 
Eşik – bayır, dışarı, çöl 
Eyham – ikimənalı, üstüörtülü söz və ya ifadə, istehza


Ə
Əda – naz, qəmzə, şivə 
Ədavət – ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət,
qərəz, qəzəb hissi 
Əfzəl – daha artıq, daha qiymətli, daha üstün 
Əmir – 1. Bir tayfanın və ya ölkənin başçısı; 2. Bəzi Şərq 
hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi
olaraq verilən ad 
Əmud – qədim döyüş silahı, polad toppuz 
Ənam – bəxşiş, hədiyyə, mükafat 
Ənginlik – genişlik, vüsət, ucu-bucağı olmayan, açıqlıq 
Ərbab – ağa, sahib 
Ərş – göy, asiman 
Əyan-əşrəf – ölkənin yuxarı təbəqəsinə mənsub olan mötəbər
və yaşlı 
adamlar; ən şərafətli, ən əziz, çox hörmətli 
Əzəmət – böyüklük, ululuq
F
Fağır-füqəra – cəmiyyətin aşağı, yoxsul təbəqələri, varlı
olmayanlar, kasıblar, yoxsullar 
Faxır – gözəl, qiymətli, parlaq 
Falaqqa – keçmişdə müqəssirləri cəzalandırmaq üçün tətbiq
edilən alət və üsul 
Fədai – ümumi bir iş, millət yolunda, məslək uğrunda təhlükəli
işlərə qoşulub canından keçməyə hazır olan şəxs 
Fədakarlıq – öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının
işinə fəda etmə, həsr etmə, bu uğurda səy göstərmə 
Fərraş – müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi 
Fərş – döşənəcək, xalı, palaz, kilim 
Fəsad – qarışıqlıq, nifaq, hərc-mərclik 
Fəzilət – 1. Dəyər, qiymət, məziyyət; 2. İnsanda ağıl, kamal,
mərifət, alicənablıq kimi sifətlər. 
Firavan – çox, bol, çoxlu, varlı
G
Gəda – səviyyəsiz, ləyaqətsiz adam 
Gərdiş – coşdurmaq, hərəkətə gətirmək, qızışdırmaq 
Gizir – aşağı rütbəli işçi, hərbi qulluqçu 
Gödən – qarın 
Gurşad – iri damcılı, şiddətli yağış


Güzar – həyat, ömür 
Güzəran – dolanacaq, yaşayış, həyat
H
Haramzada –fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz 
Heybə – çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun 
Həngamə – qovğa, mərəkə, gurultu, gurultu-partırtı 
Həris – bir şeyə həddindən artıq can atan, ona aludə olan, onun
düşkünü olan, gözüdoymaz, düşkün 
Həsir – yerə sərmək və s. üçün ağac liflərindən, küləşdən,
qamışdan toxunan məmulat 
Hıxlamaq – dəvəni yerə yatırtmaq, oturtmaq 
Hikmət – müdrik söz, dərin fikir 
Hicran – ayrılıq 
Höcətləşmək – inadlarından əl çəkməyərək bir-biri ilə mübahisə
etmək, höcət eləmək, bəhsləşmək, bir-birinə güzəştə getməmək
X
Xəlifə – bəzi müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin
vəkili, bütün müsəlmanların başçısı, hamisi sayılan şəxsə verilən
yüksək dini ünvan 
Xəfif – 1. mülayim, yüngül, yumşaq; 2. zərif, incə 
Xərac – vergi 
Xislət – insanın təbiətinə məxsus sifət; xasiyyət, təbiət 
Xudbin – ancaq özünü düşünən, öz mənafeyini hər şeydən
yüksək tutan adam, eqoist 
Xurcun – içərisində şey qoymaq üçün, adətən, yük və minik
heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod
parçadan tikilən ikigözlü iri heybə 
Xurd-xəşil – əzik-əzik, xıncım-xıncım, sağ-salamat yer
qalmamış, sınıq-sınıq
İ
İflic – orqanizmin hər hansı bir üzvünü və ya hissəsini normal
fəaliyyətdən qoyan xəstəlik 
İltifat – hörmət, ehtiram, gülər üz göstərmə, xoş münasibət; 1.
lütf, lütfkarlıq, mərhəmət, etina 
İmdad – kömək, yardım; darda qalmış bir adamın köməyinə
yetişmə, dadına yetişmə 
İns-cins – bəşər, insan, canlı mənasında


İntixab – seçmə; intixab olmaq – seçilmək 
İstehkam – düşməndən qorunmaq məqsədi ilə düzəldilən
səngər, sədd, qala, divar, müdafiə tikintiləri 
İttifaq – əhvalat, hadisə, qəziyyə 
İzzəti-calal – hörmət, təmtəraq
K
Kandar – qapı ağzı, astana 
Karxana – fabrik, zavod, emalatxana 
Karvan – bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan
(əsasən, dəvə) dəstəsi 
Kəsb – çalışıb qazanma və bunun nəticəsində əldə edilən
qazanc, gəlir 
Kəşkül – hind qozunun qabığından düzəldilmiş qab; dərvişlər
gəzdirirdilər. 
Kolxoz – sosializm dövründə kollektiv təsərrüfat 
Konqres – Geniş miqyaslı beynəlxalq qurultay, müşavirə,
yığıncaq; 
Köhlən – harın bəslənmiş, yaxşı baxılmış 
Kösöv – bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan
odun parçası 
Külüng – daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən
bir ucu sivri, o biri ucu enli alət 
Kündə – qaçmasın deyə dustağın ayaqlarına, əllərinə və ya
boynuna vurulan ağır şey
Q
Qaldırım – səki 
Qalxan – qədim müharibələrdə qılınc və s. zərbəsindən
qorunmaq üçün əldə tutulan dairə və ya düzbucaqşəkilli sipər
(ağac, metal, dəridən) Qamət – boy, boy-buxun, qədd 
Qandal – ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına
keçirilən dəmir halqalı zəncir 
Qanqal – yarpağı tikanlı alaq bitkisi 
Qaravaş –qulluqçu qadın (qız) 
Qart – qocalmış, qoca 
Qatar – bir qayış üzərinə düzülmüş güllə sırası, patrondaş 
Qaynaq – bir şeyin qaynayıb çıxdığı yer, mənbə 
Qeysər – Qədim Roma və Bizans hökmdarlarına verilən ad,
padşah Qeyzlənmək – hiddətlənmək, qəzəblənmək, bərk acığı
tutmaq 
Qədək – pambıqdan toxunma sadə və ucuz parça, tünd göy
rəngə boyanmış bez 
Qəhər – bir məhrumiyyət, haqsızlıq və ya üzüntüdən doğan
hədsiz ruhi əzab və iztirab


Qənşər – qarşı tərəf, ön tərəf; irəli, qabaq 
Qəyyum – həddi-buluğa çatmamış uşaqlara və onların mal-
mülkünə nəzarət edən adam 
Qibtə – başqalarının üstünlüyünü, müvəffəqiyyətini,
xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə
də olmasını arzulama, bunların həsrətini çəkmə 
Qovğa – dava-dalaş, vuruşma, qalmaqal 
Qran – bir riala bərabər İran gümüş pulu 
Qubar – dərd, qəm, qüssə 
Quruş – qəpik 
Quzey – dağın, evin və s. gün düşməyən, günəş görməyən yeri,
həmişə kölgəli yer 
Qürur – iftixar, mənlik hissi, təmkin
L
Lağım – yeraltı yol, yer altında qazılmış üstüörtülü xəndək 
Loğma – Bir dəfədə ağıza qoyulan çörək parçası 
Lütfkarlıq – xeyirxahlıq, mərhəmət göstərmə
M
Mahud – üz tərəfi keçə kimi basıq yun və ya yarımyun parça 
Mehtər – ata qulluq edən, atabaxan 
Merinos – nazik, ağyunlu qoyun cinsi, habelə bu cinsdən olan
qoyunun özü 
Məhbəs – həbsxana 
Məhkum – haqqında hər hansı bir cəza hökmü çıxarılmış adam 
Məhşər – qiyamət, bərk sıxılmaq, sorğu-suala çəkilmək 
Məlhəm – yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman 
Məlul – məlallı, qəmgin, məyus, bezgin, usanmış 
Məngənə – hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti 
Məram – istək, arzu, dilək 
Məsum – günahsız, heç bir günahı, qəbahəti olmayan 
Məşəl – ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq,
yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan neftli əsgi 
Məşəqqətli – çox ağır, çox zəhmətli, çox əzablı, əziyyətli, sərt 
Mətləb – məsələ, işin mahiyyəti, məğzi 
Məyus – qəmli-qüssəli, bikef, pərişan, pərt 
Məzlum – fağır, yazıq, zavallı, dilsiz-ağızsız 
Mötəbər – 1. Etibarlı, inanılan; 2. Hörmətli, sözükeçən,
tanınmış, nüfuzlu, təmizliyinə etibar edilən


Mum – bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə
etdikləri maddə, bitki maddəsi 
Muzd – görülən iş müqabilində verilən əmək haqqı, zəhmət
haqqı 
Müdam – daim, həmişə, aramsız, fasiləsiz 
Müdhiş – dəhşətli, dəhşət doğuran, vahiməli, dəhşətamiz,
qorxunc 
Müntəzir – gözləyən; 
Müntəzir olmaq – intizarda qalmaq, nigarançılıqla gözləmək 
Müxənnət – alçaq, namərd, qorxaq 
Müxtəsər – yığcam, qısa 
Müjdə – muştuluq 
Müqəvva – içi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi 
Mülki – qeyri-hərbi, əsgəri olmayan 
Mürtəce – yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və
vaxtı keçmiş şeyləri müdafiə edən, mədəni tərəqqinin əleyhinə
gedən 
Müti – itaət edən, hər şeyə boyun əyən, tabe olan, itaətli 
Müyəssər olmaq – mümkün olmaq, əldə edilmək, nəsib olmaq
N
Naib – 1. Böyük bir şəxsin əvəz edən vəkil, canişin; 2. Yerli
inzibati idarə rəisi, kənd icması başçısı 
Namə – məktub, kağız 
Navalça – yağış, qar suyunun axması üçün damların kənarına
qoyulan boru 
Nəqş – rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət
şəkil, çəki, bəzək 
Nəşə – kef, sevinc, ləzzət, zövq 
Nimdaş – bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə
olmayan 
Nisgil – yerinə yetməyən, ürəkdə qalan arzu; qüssə, dərd 
Nizə – uzun ağaca keçirilmiş ucu şiş, deşici qədim silah
O
Ordugah – qoşunların yaşayış məntəqələrindən kənarda
müvəqqəti br mənzil saldıqları yer 
Oylaq – burada: düzənlik, geniş sahə
Ö
Örüş – mal-qara otarılan yer, geniş otlaq
P
Palaz – yundan və ya pambıqdan toxunma enli, uzun, qalın,
xovsuz xalça növü


Pasiban – qoruyucu, qarovulçu, keşikçi, nəzarətçi 
Patrondaş – tüfəng və tapança patronlarını qoymaq üçün
yuvacıqları olan kəmər 
Pəri – əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində
təsəvvür olunan qismi;
R
Rəvac – irəli getmək, tərəqqi etmək, inkişaf etmək, irəliləmək
S
Sallaqxana – mal-heyvan kəsilmək üçün xüsusi bina, yer 
Sarban – karvanı aparan, karvana başçılıq edən adam 
Sədrəzəm – Osmanlı Türkiyəsində baş vəzir 
Sənəm – gözəl, dilbər 
Səngək – uzun, yastı çörək növü 
Sərgərdan – yersiz-yurdsuz, işdən-gücdən avara 
Sırma – qızıl kimi parıldayan incə gümüş tel 
Sirayət – yoluxma, keçmə 
Sövdəgər – parça alveri ilə məşğul olan adam, parça mağazası
sahibi 
Suluq – qoyunun ilk südündən hazırlanan pendirəoxşar ağartı 
Sürpriz – gözlənilməz hədiyyə, yaxşılıq, xoş xəbər
Süvar olmaq – minmək
Ş
Şaşırmaq – bir iş, bir hadisə və s. qarşısında özünü itirmək,
çaşıb qalmaq, nə edəcəyini bilməmək 
Şeşpər – qədim silah növü: altıdilli toppuz 
Şeypur – əyri boru şəklində ağzıgen musiqi və ya siqnal aləti 
Şəfa – xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma 
Şəvə – qara 
Şiş – kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq 
Şitil – sonradan çıxarılıb başqa yerdə əkilmək üçün parnikdə və
ya xüsusi ləklərdə yetişdirilən bitki
T
Tağ – qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin
yerlə sürünən kolu 
Taziyanə – qırmanc, qamçı


Təb – şeir demək, musiqi yazmaq, mahnı oxumaq meyli, ilham 
Təbil – iri nağara 
Terror – öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən
məhv etməyə qədər zorakı tədbirlər siyasəti 
Təfavüt – fərq 
Təhdid – qorxutma, hədələmə, hədə-qorxu 
Təlaş – həyəcan, iztirab, təşviş 
Təlqin – hər hansı bir fikri, hissi qəbul etdirmək üçün birinin
iradəsinə, psixikasına təsiretmə, beyninə yeritmə 
Təzim eləmək – baş əymək 
Tənab – ip, örkən 
Təntimək – darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı
sıxılmaq 
Təsəlli – bir acını az da olsa unutduracaq, dərdi, kədəri, qəmi
yüngülləşdirəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma,
təskinlik 
Təşrif – öz gəlişi ilə bir şəxsi və ya bir yeri şərəfləndirmə,
buyurub gəlmə 
Təşviş – narahatlıq, təlaş, həyəcan 
Tətik – odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən
manivelası 
Təvəqqe – xahiş, dilək 
Təvəllüd – doğulma, anadanolma 
Təzim – baş əyərək salam vermə, baş endirmə 
Töhmət – danlama, danlayış, məzəmmət, danlaq 
Tuluq – içində yağ, maye və s. saxlamaq, nehrə çalxalamaq
üçün qab kimi işlədilən bütöv qoyun və ya keçi dərisi
Ü
Üləma – alimlər 
Üzəngi – süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən
asılı, altı düz dəmir halqalardan hər biri
V
Vahimə – xəyala gələn qorxulu şeylər, hövl, təşviş, narahatlıq 
Verst – 1,06 kilometrə bərabər uzunluq ölçüsü 
Vəcd – şövq, həvəs, sevinc 
Vədə – bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət 
Vəngildəmək – vurulmaqdan və ya başqa bir səbəbdən yazıq-
yazıq, ucadan səs çıxarmaq 
Vəznə – 1. Tərəzi, tərəzi daşı; 2. Barıt qabı 
Vücud – cisim, bədən


Vüqar – öz mənliyini yüksək tutma, təmkin, ağırlıq, ciddiyyət,
başucalıq
Y
Yaba – ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq,
qaldırmaq üçün uzun saplı, iki və ya daha artıq dişi olan kənd
təsərrüfatı aləti 
Yabançı – özgə, yad, tanış olmayan 
Yalman – atın boynunun üst hissəsində bitən uzun tüklər 
Yanşaq – aşıq, ozan 
Yapıncı – basılmış keçi yunundan (keçədən) hazırlanmış
plaşaoxşar qolsuz, uzun, enli geyim 
Yaylım – mal-qaranın otarılması 
Yeknəsəq – 1. Eyni, bir-birinə oxşayan, eyni cür səslənən; 2.
Usandırıcı, darıxdırıcı, cansıxıcı 
Yüyən – atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu
ləvazimatı
Z
Zehin – insanda düşünmə, anlama və yaddaş qabiliyyəti;
dərrakə, istedad 
Zəndlə – diqqətlə 
Ziyadə – çox, artıq


Qısa ədəbiyyatşünaslıq 
terminləri lüğəti
Bədii təsvir vasitəsi – əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Sözün məcazi
mənası əsasında yarandığına görə məcazlar da adlanır. Epitet, təşbeh, metafora əsas
bədii təsvir vasitələrindəndir.
Bənzətmə – bədii əsərdə bir əşyanın, hadisənin özündən daha qüvvətli əşyaya,
hadisəyə oxşadılmasına deyilir. Bənzətmə əvəzinə ərəb sözü olan oxşatmaq,
bənzətmək mənası verən təşbeh termini də işlədilir. Bənzətmədə çox zaman kimi, tək,
sanki, elə bil ki bənzətmə qoşmalarından istifadə olunur. Məsələn: Şaxtalı havada
küçəyə çıxan uşağın əlləri buz kimi soyuq idi. Burada bənzətmə dörd tərkib hissədən
ibarətdir: Uşağın əlləri – bənzəyən, buz – bənzədilən, kimi – bənzətmə qoşması, soyuq
– bənzətmə əlaməti.
Təşbeh bənzətmə qoşması olmadan – bənzəyən və bənzədilən vasitəsilə də yaradıla
bilər: əlləri buzdur.
Boy – dastanın bir qolu, bitkin hissəsi.
Dialoq – yunanca söhbət, müsahibə deməkdir. Bədii əsərdə iki və daha artıq şəxsin
bir-biri ilə danışığıdır. Dialoq əsərdəki hadisələrin mahiyyətinin, surətlərin daxili
aləminin açılmasında mühüm rol oynayır.
Epitet – yunanca əlavə deməkdir. Bədii əsərdə sözün təsir gücünü artırmaq üçün ona
artırılan məcazi mənalı təyinedici sözdür (sifətdir). Epitetə bədii təyin də deyilir. Şirin
çay birləşməsində şirin sözü məcazi mənada işlənmədiyindən epitet deyil, şirin söz
ifadəsində isə şirin məcazi mənalı söz olduğundan epitet sayılır.
Epizod – bədii əsərin bitkin bir parçasıdır.
Ədəbi qəhrəman – təsvir olunan hadisələrin mərkəzində duran və yazıçının irəli
sürdüyü ideyanın əsas ifadəçisinə çevrilən surətə deyilir. Bədii əsərin qəhrəmanı
müsbət olduğu kimi, mənfi də ola bilər.
Ədəbi növ və janrlar – bədii əsərlər üç ədəbi növə ayrılır: epik, lirik və dramatik
növ. Epik əsərlərdə təhkiyə, təsvir, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə
göstərmə əsas, aparıcı əlamətlərdir. Hər bir ədəbi növün müxtəlif şəkilləri vardır ki,
onlara ədəbi janrlar deyilir. Məsələn, epik əsərlərin əfsanə, nağıl, dastan, təmsil,
hekayə, lirik əsərlərin bayatı, qoşma, gəraylı, dramatik növün isə dram, komediya,
faciə janrları vardır.
Mövzu yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər,
səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.
İdeya – seçilmiş mövzu, təsvir edilən surətlər, hadisələr vasitəsilə yazıçının oxucuya
çatdırmaq istədiyi başlıca fikir, müəllif niyyətidir.


İllüstrasiya – bədii əsərin mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən
şəkil. Ədəbi əsərlərdə, xüsusən uşaq ədəbiyyatında, dərsliklərdə illüstrasiyadan geniş
istifadə olunur.
Peyzaj – fransız sözü olub, ölkə, məkan, yer deməkdir. Ədəbiyyatda təbiət təsviri
anlamında işlədilir. Təbiət təsviri qəhrəmanların xarakterinin, hadisələrin, müəllif
fikrinin başa düşülməsində mühüm rol oynayır, anlaşılmasına kömək edir.
Portret – bədii əsərdə surətlərin zahiri görünüşünün təsviri. Bədii əsərdə portret insan
surətlərinin canlı verilməsinə, onların xarakterinin daha yaxşı açılmasına kömək edir.
Surət (obraz) – bədii əsərdə yazıçının yaratdığı obrazdır. Bədii əsərdə insan surətləri
ilə yanaşı, təbiət, heyvan, əşya surəti də yaradıla bilər.
Təbiət surəti – əsərdə təbiət mənzərəsinin təsvirinə deyilir. Təbiət mənzərəsinin
təsviri peyzaj da adlanır.
Təhkiyə – epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya
təhkiyə (danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya
müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.
Tərənnüm – bədii əsərdə hadisələrin, qəhrəmanın hərəkətlərinin, təbiət
gözəlliklərinin yaratdığı xoş hislərin, müsbət arzu və istəklərin obrazlı, ahəngdar
ifadəsidir.
Təsvir – bədii əsərdə hadisənin, qəhrəmanın, əşyanın, təbiət mənzərəsinin
əlamətlərinin sözlə ifadəsidir.


AŞAĞIDAKI KİTABLARI OXUMAĞI MƏSLƏHƏT GÖRÜRÜK 
(əsərlər müəllimin tövsiyəsi ilə seçilə bilər)
1.  Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. I cild.
Bakı: Öndər, 2004.
2.  Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. II
cild. Bakı: Öndər, 2004.
3.  Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. III
cild. Bakı: Öndər, 2004.
4.  Azərbaycan şifahi xalq ədəbiyyatı. Antologiya. Tərtib edəni B.Abdulla. Bakı: İki
kitabda. Birinci kitab. Bakı: “XXI–Yeni Nəşrlər Evi” nəş., 2001.
5.  Azərbaycan şifahi xalq ədəbiyyatı. Antologiya. Tərtib edəni B.Abdulla. İki kitabda.
İkinci kitab. Bakı: XXI–YNE, 2001.
6.  Azərbaycan nağılları. Bakı: Şərq-Qərb, 2005.
7.  Azərbaycan nağılları. Tərtib edəni B.Abdulla. Bakı: Çaşıoğlu, 2004.
8.  Atalar sözü. Bakı: Öndər, 2004.
9.  Dədə Qorqud dastanları. Uşaqlar üçün işləyəni Şamil Cəmşid. Bakı: Maarif, 1980.
10.  Lüis Keroll. Alisa möcüzələr ölkəsində; Redyard Kiplinq, Mauqli; Joze Qomes.
Ferreyra, Cəsur Joanın qəribə macəraları. Bakı: Öndər, 2005.
11.  Rzaquluzadə Mikayıl. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
12.  Seton-Tompson Ernest. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
13.  Tven Mark. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2009.
14. 
www.lit.az
15. 
www.kitabxana.net
16. 
www.edebiyyat.info
17. 
www.anl.az

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə