Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   57

Telli xanım da burada idi. Dəmirçioğlu sağalmışdı deyin onun da kefi saz idi. Baxıb,
baxıb birdən qayıtdı ki:
– Nigar xanım, görürsənmi, durna teli Eyvaza necə yaraşır. Gör o, kişilərə elə
yaraşanda bizə necə yaraşar? Gəl uşaqları göndərək, gedib bizə də durna teli
gətirsinlər.
Elə bu sözdə Eyvaz gəlib çatdı onların bərabərinə. Atdan düşüb Nigar xanıma,
Koroğluya, Dəmirçioğluna, xanımlara salam verdi, ondan üzünü Koroğluya tutub dedi:
– Eşidirsənmi? Xanımlar durna teli istəyirlər. İzin ver, gedim onlara durna teli
gətirim.
Koroğlu bir istədi, izin verməsin. Qorxdu ki, gedə, başına bir xəta-zad gələ. Bir də
fikirləşdi ki, getsə, yaxşıdı. İgidin başı qalda gərək. Bərkəboşa düşsə, yaxşıdı. Döndü
Nigar xanıma soruşdu:
Baxdılar, burada o qədər durna var, o qədər durna var ki, çınqıl kimi. Atları ota
buraxıb, özləri ox-yaylarını götürüb başladılar durna ovlamağa. Hə birini, beşini, on
beşini... Qərəz, bir-iki saatın içində bir aləm durna vurdular. Əyləşib bunların tellərini
yolub heybələrə yığdılar, ətlərindən də kabab çəkib xurma ağacının dibində yeməyə
başladılar. Ola durna ətinin kababı, xurma ağacının sərini... Yeyib, içib, hərəsi bir
tərəfdə yuxuya getdi.
2
Sən demə , Bağdad paşası Aslan paşanın qoruqçusu bunlara göz qoyurmuş. Elə ki
onlar yuxuya getdilər, qoruqçu daban aldı Aslan paşanın yanına ki, bəs:
– Nə oturursan? Üç nəfər nabələd adam gəlib, bu namda, bu nişanda; özləri də filan
bulağın başında yatıblar. Amma içlərində bir nəfər var, lap Koroğlunun özüdür ki,
durub.
Qoruqçu Koroğlu adını çəkcək, Aslan paşa qoşun böyüyünü çağırıb hökm elədi ki,
hazırlaşsın.
Bəli, təbil vuruldu. Qoşun yığıldı. Yaraqlanıb, yasaqlanıb yola düşdülər.
Qırat ayaqlarını yerə döyüb kişnəməyə başladı. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın
Dəlilərin durna teli
gətirməsini kim xahiş etdi?
Durna teli gətirməyə hansı
dəlilər getdilər?
Durna ovu necə keçdi?
– Nə deyirsən, getsin, getməsin?
Nigar dönüb Eyvaza baxdı. Gördü, vallah,
Eyvaz elə baxır, elə baxır ki, elə bil gözləri ilə
dil olub yalvarır. Ürəyi tablamadı. Onu
sındırmaq istəmədi. İzin verdi.
Yol uzaq olduğuna görə Eyvaz Qıratı mindi.
Dəmirçioğlu ilə Bəlli Əhməd də hərəsi bir
seçmə at minib yola düzəldilər. At sürdülər,
dərə keçdilər, düz getdilər, gəlib Bağdad
ətrafına çatdılar.


səsinə yuxudan ayılıb gördülər ki, qoşun dörd bir yanı tutub. Qoşun hərəkətə gələndə
Dəmirçioğlu bir dəli nərə çəkib, əl atdı misri qılınca. Dəlilər üç tərəfdən özlərini
vurdular dəryayi-ləşkərə. Sağdan vurdular, soldan çıxdılar, soldan vurdular, sağdan
çıxdılar. Qoşun dönmüşdü çəyirtkəyə, gəldikcə gəlirdi, nə qədər qırdılarsa, nə qoşunun
dalı kəsildi, nə də ki bir yol tapıb aradan çıxa bildilər.


Piyadalıq dəliləri əldən-dildən saldı. Amanlarını kəsdi. Axırda onları bir-birlərindən ayrı
salıb təklədilər, üçünü də tutub atları ilə bərabər şəhərə gətirdilər.
Tutulan Eyvazdı, Dəmirçioğludu, bir də Bəlli Əhməddi.
Dünya-aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: “Ey dadi-bidad!.. Bu zalım oğlu zalım
uşaqları öldürəcək”. Qaldı mat-məəttəl ki: “Nə təhər eləyim? Mənim burada əlimdən
bir iş gəlməyəcək. Ticarət deyil ki, min dənə Bağdad tacirini bir xoruza yükləyim.
Xəbərə getsəm, buradan Çənlibelə azı bir həftəlik yoldu. Mən gedəsi, xəbər verəsi,
Koroğlu gələsi, yəqin ki, onları öldürərlər”.
Xoca Əziz elə bu götür-qoyda idi, bir də gördü, budu, dustaqlardan bir az aralı üç dənə
at gətirirlər. Belə baxanda Qıratı tanıdı. Öz-özünə dedi: “Ey dili-qafil, tapmışam. Nə
təhər olsa, gərək Qıratı ələ keçirib Koroğluya xəbər çatdıram”. Bunu deyib Xoca Əziz
düşdü onların dalına. Gəlhagəl, gəlhagəl, gəlib çatdılar Aslan paşanın imarətinin
qabağına.
Aslan paşa dedi:
– Özlərini zindana salın, atlarını buraya gətirin.
Mehtərlər də atları çəkdilər Aslan paşanın qabağına. Aslan paşa əmr elədi, mehtərbaşı
qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. Bir o başa sürdü, bir bu başa
sürdü, gətirib Aslan paşanın qabağında saxladı. At Aslan paşanın xoşuna gəldi.
Ondan mehtərbaşı Bəlli Əhmədin atını minib cövlanə gətirdi. Aslan paşa bu atı da
bəyəndi. Növbə Qırata gəldi. Bəli, mehtərbaşı Qıratı mindi, nə qədər elədisə, at
yerindən tərpənmədi. Mehtərbaşı axırda hirslənib ata bir taziyanə çəkdi. Qırat bir az da
qulaqlarını salladı. Mehtərbaşı bir taziyanə də çəkəndə at quyruğunu qısdı, gözlərinin
birini yumdu, axsayaaxsaya yeriməyə başladı. Aslan paşa gülüb dedi:
– Görünür ki, bunlardan ikisi ağadı, birisi nökər. Bu, nökərin atıdı. Çünki elə sir-
sifətindən də nökərə oxşayır.
Sonra üzünü mehtərbaşıya tutub dedi:
– O iki atı ilxıya qat! Bu ələngəni də ver o qoruqçuya. Qoy aparıb minsin. Genə ayağını
yerdən götürər.
Qıratı verdilər qoruqçuya. Aslan paşanın hərəkəti qoruqçuya yaman dəymişdi. O,
gətirdiyi xəbərə görə ənam gözləyirdi. Xələt gözləyirdi. Odu ki, qoruqçu yaman pərt
olmuşdu. Xoca Əziz işi belə görəndə ürəyində Qırata “afərin” dedi. Sonra camaatı yarıb
özünü qoruqçuya yetirdi. Dedi:
Dəlilər barədə Aslan paşaya
kim xəbər çatdırdı?
Dəlilərin tutulmasına səbəb
nə oldu?
Xoca Əziz kim idi və o,
tutulmuş dəliləri görəndə nə
etmək qərarına gəldi?
İndi bunlar burada qalmaqda olsunlar, sə nə
kimdən deyim, Xoca Əzizdən. Koroğlunun bir
bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Qoşun
elə ki Eyvazgili tutub şəhər tərəf gəlməyə üz
qoydu, bazara səs düşdü ki, bəs üç nəfər
quldur tutublar, asmağa aparırlar. Bazar adamı
hamısı çıxdı onların tamaşasına. Xoca Əziz də
bu adamların içində idi. Xoca Əziz gördü nə?
3


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə