Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

– Ayə, qoruqçu, neçə verim bu yabıya?
Söz qoruqçunu lap götürdü. Başladı söyüb savaşmağa. Xoca Əziz onu danlayıb başladı
dəlil-dəlayil eləməyə ki: “Balam, day bizi niyə söyürsən? Biz nə günahın sahibiyik?”
Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırdı. Atalar
deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar. Axırı ki, Xoca Əziz bir az pul
verib, Qıratı qoruqçudan aldı. O qədər gözlədi ki, qaş qaraldı. Ocağı asıb qır-saqqızı
tökdü tiyana, əridib elədi mum kimi. Sonra bunu bezin üstünə sürtüb möhkəm-
möhkəm sarıdı Qıratın belinə, özü də çıxıb oturdu üstündə. Qır-saqqız Xoca Əzizi elə
tutdu ki, kəndir qayış kimi. Elə ki Xoca Əziz arxayınlaşdı, bildi ki, day yıxılmayacaq,
atın başını balaca boşladı. At götürüldü, nə götürüldü. Yazıq Xoca Əzizdə nə Xocalıq
qalmışdı, nə də Əzizlik. Bayaq ha huşunu itirdi. At nə qədər yol getdi – bilmədi, necə
getdi, bilmədi. Bir də at bərk kişnədi. Xoca Əziz atın səsinə gözlərini açıb gördü
Çənlibeldədi.
Dəlilər Qıratın səsini eşitcək tökülüb gəldilər. Qırat süzüb düz Koroğlunun qabağında
dayandı. Üzünü gəldiyi tərəfə tutub elə kişnədi ki, dağ-daş lərzəyə gəldi. Koroğlu vəfalı
atının başını qucaqlayıb üzündən-gözündən öpdü. Baxdılar ki, atın üstündə bir adam
var, amma özündə deyil. Yapışdılar qolundan ki, düşürsünlər. Ha çəkdilər, qopmadı ki,
qopmadı. Axırda baxıb gördülər ki, özünü qır-saqqızla ata yapışdırıb. Kişini elə
bezqarışıq atdan götürüb yerə qoydular. Koroğlu baxdı ki, Xoca Əzizdi. Di su-zad, Xoca
Əziz özünə gəldi. Koroğlu soruşdu:
– Bu nə əhvalatdı?
Xoca Əziz dedi:
– Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi Aslan paşa tutub zindana salıb. Özünü tez
yetirməsən, bir də onların üzünü görməyəcəksən.
4
Dünya Koroğlunun gözündə qaraldı. Əlini atıb Qıratın yüyənindən tutdu. Elə qəzəblə
ata sıçradı ki, Qıratın əvəzin ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. Koroğlu dedi:
– Mən getdim. Siz dalımca gələrsiniz, Bağdad bağlarında sizi gözləyəcəyəm. Kim səhər
tezdən hamıdan qabaq gəlib mənə salam versə, yüz qızıl alacaq.
Bunu deyib atın başını boşladı. Qırat iki dal ayaqları üstə qalxdı, Bağdad tərəfə üz
qoydu.
Dəlilər tələm-tələsik hazırlaşdılar. Yaraqlanıb, yasaqlanıb yola düşdülər. Səhər dan yeri
söküləndə Koroğlu bir də gördü ki, Dəli Mehtər, Kosa Səfər, Çopur Mehdi, İsabalı,
Xoca Əziz Qıratı necə ələ
keçirdi?
Xoca Əziz Koroğluya xəbər
çatdırmaq üçün nə etdi?
Dəlilərin tutulması xəbəri
Çənlibeldə necə qarşılandı?
Elə bil dəlilərin üstünə su səpdilər. Xanımlar
hamısı başlarını aşağıya saldılar. Koroğlu
dönüb Nigara baxdı. Gördü, vallah, Nigar bir
haldadı, bir haldadı ki, alma yanaqları
Səmərqənd kağızı kimi ağarıb. Ala gözləri
bahar buludu kimi dolub. Yaqut dodaqlar bir
dəqiqədə elə solub, elə bil lalədi, şaxtaya
düşüb.


Tüpdağıdan, Toxmaqvuran, Halaypozan, Tanrıtanımaz, Dilbilməz onun qabağında əl
qılıncda dayanıblar.


T.Salahov. “Koroğlu”
Belə baxanda gördü ki, Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərin sayı
yoxdu. Koroğlu dəlilərə hay vurdu, hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə
başladılar.
Bir az getmişdilər, gördülər, bir qoca kişi taxıl biçir. Amma elə ağlayır, elə ağlayır ki,
yaş gözündən dolu kimi tökülür.
Koroğlu yaxın gəlib soruşdu:
– Ay əmi, niyə ağlayırsan?
Qoca heç başını da qaldırmayıb dedi:
– Neynirsən? Səndən ki mənim dərdimə dərman olmayacaq, çıx yolunla get!
Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayacaq,
axırda dedi:
– İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm, sən kimsən? Bu başındakı dəstə-tifaq
nədi?
Koroğlu dedi:
– Mən Muradbəyli tərəflərdənəm. Buradan mal almağa gəlmişik. Yollar şuluqdu deyin
belə yaraqlı-yasaqlı gəlmişik.


Kişi bir az dayandı, gözünü silib dedi:
– Bizim bu Bağdadda bir paşa var. Adına Aslan paşa deyərlər. Çox namərd, çox
müxənnət, çox da hiyləgər adamdı. İndi üç gündü ki, Koroğlunun üç dəlisini tutub
zindana salıb.


Dünən car çəkib xəbər verib ki, bu gün onları asdıracaq. Bala, doğrusu ki, mən elə
mərd oğulların belə namərd əlində ölməyini qəbul eləyə bilmirəm. Əgər mərdi-
mərdana meydan açsaydı, təkbətək vuruşub öldürsəydi, mənə yer eləməzdi... Neynim,
qocalığın üzü qara olsun. İndi mənim yüzdən artıq yaşım var. Əlimdən bir iş gəlmir.
Atalar deyiblər, adam əli ilə iş görə bilmədi, güc verər dilinə. Dil də ki oldu bağlı,
ixtiyarı oldu bəylər, paşalar əlində, onda əlac qalır gözə. 
Adam dəm verir gözünün yaşına.
Qoca sözünü qurtaran kimi Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər.
Dəlilər tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qocanın bütün taxılını biçib-
dərzləyib, yığdılar bir tərəfə. Qoca mat-mat baxırdı ki, görəsən, bunlar kimdilər, nə
eləmək istəyirlər. Bir fikrindən keçdi ki, bəlkə, bunlar Aslan paşanın
adamlarındandırlar. Taxılı yandırmaq istəyirlər. Amma baxdı ki, yox. Bu, düşmənçiliyə
oxşamır.
Koroğlu bunu deyib dəlilərə hay vurmaq istəyirdi ki, yola düşsünlər, qoca dedi:
– Koroğlu, ayaq saxla, görürəm ki, Aslan paşa səni yaman qəzəbləndirib. Odu ki,
gözlərin qızıb. Ancaq şəhərə belə girmək olmaz. Səni tanıyarlar. Sən özün şəhərə tək
gir. Adamların da qoy beş-beş, on-on olub camaata qarışsınlar.
5
Koroğlu dedi:
– Dəlilərim, mən Aslan paşanın məclisində olacağam. Onların o qədər başlarını
qatacağam ki, siz yerlərinizi tuta biləsiz. Mən əlimi bığlarıma çəkməmiş bir adam
yerindən tərpənməsin.
Koroğlu sözünü qurtardı. Ondan sonra paltarlarının üstündən bir aşıq paltarı geyindi,
çiyninə də bir saz salıb yola düşdü.
Aslan paşa bir kef-damaqda idi ki, gəl görəsən. Meydanın başında taxt qurdurub
əyləşmişdi. Təbil vuruldu. Sədrəzəm irəli gəlib camaata deməlisini dedi, tapşırılmalısını
tapşırdı, sonra bir dəstə yaraqlı əsgər gətirib camaatın qabağında bir cərgə düzdülər
ki, işdi, bəlkə birdən qarışıqlıqzad oldu. Elə ki hər iş qurtardı, cəllad Eyvazı dar ağacına
gətirdi.
Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan paşa qördü ki, budu, bir aşıq
çiynində saz girdi ortalığa.
Dedi: 
– Ayə, yanşaqsanmı? 
Koroğlu dedi: 
Qoca biçinçi nə üçün
ağlayırdı?
Koroğlu zəmini nə üçün
biçdirdi?
Biçinçi Koroğluya nəyi
məsləhət verdi?
Elə ki dəlilər qurtardılar, Koroğlu qocaya dedi:
– Qoca, bil və agah ol! Dediyin Koroğlu
mənəm. İndi bu saat sənin o Aslan paşanın
ürəyinə bir od qoyacağam ki, məhşərəcən
yansın. Biz bu saat şəhərə girəcəyik. Sən də
bir böyük xurcunla Aslan paşanın xəzinəsinin
qabağında məni gözlərsən.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə