Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

Nurəddinin xarakterindəki başlıca
cəhətlər
Yazıçının ona
münasibəti
Sizin ona
münasibətiniz
 
 
 


4. Əmiraslanla Gülpərinin oxşar və fərqli cəhətləri hansılardır? Bu obrazları
yaratmaqda müəllifin niyyəti nə olmuşdur? Aşağıdakı cədvəldən istifadə edə
bilərsiniz.
№ Obrazların
adı
Oxşar
cəhətləri
Fərqli
cəhətləri
Yazıçının bu obrazlara
münasibəti
1
Əmiraslan
 
 
 
2
Gülpəri
 
 
 
5. Hekayənin nağıl janrı ilə oxşar və fərqli cəhətlərini müəyyənləşdirin. Cədvəldən
istifadə edə bilərsiniz.
Hansı cəhətlərinə görə
müqayisə edilir?
Hekayə (nümunə
göstərməklə izah edin)
Nağıl (nümunə
göstərməklə izah edin)
 
 
 
6. Cədvəli dəftərinizə köçürün və tamamlayın.
№ Əsərin ideyası aşağıdakılardan
hansıdır?
Nə üçün belə
düşünürsünüz?
Yazıçının mövqeyini
ifadə edən sözlər
1
Yaxşılıq, xeyirxahlıq hər bir
insan üçün vacibdir.
 
 
2
Təhsilli, savadlı insan həyatda
səhv etməz.
 
 
3
Pis niyyətli insan həyatda heç
nəyə nail olmaz.
 
 
4
Var-dövlət ardınca qaçan insan
xeyirxah ola bilməz.
 
 
Tətbiq. Müzakirə. Yaradıcı iş
7. “Azərbaycan xeyriyyəçilərinin gördüyü işlər” mövzusunu müzakirə edin.
Evdə iş 


“Xeyirxah insanlar unudulmur” mövzusunda inşa yazın. Tövsiyələrdən (səh.163-
165) faydalanın.


Ənvər Məmmədxanlı 
(1913-1990)
“Yazıçı həyatda gördüklərinə laqeyd qalmamalıdır. O həm xoşbəxt, həm də bədbəxt
insanların taleyini eyni həssaslıqla qələmə almalıdır. Həyatda baş verən pislikləri
göstərməli, bunların səbəbini oxuculara açmalıdır”.
 
QIZIL QÖNÇƏLƏR
(ixtisarla)
1
Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün
günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu
yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların
yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir.
Axır zamanlar o, hər axşam gün batan kimi bazardan çıxıb, hara isə tələsir, şəhər
kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan
qurumuş bir çinar ağacına söykənib dayanır, gözləri karxana darvazasına baxıb yol
Yada salın
Cənub mövzusunda yazılmış
hansı uşaq əsərlərini
xatırlayırsınız?
Bu əsərlərin qəhrəmanlarının
həyatı, taleyi sizdə hansı hiss
və düşüncənin yaranmasına
səbəb olub?
Düşünün
Ağır uşaq əməyi, talesiz
uşaqların həyatı barədə
bildikləriniz sizdə hansı hiss və
düşüncə yaradıb?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını
lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox! İndi daha ağır bir yük gözləyir...
Birdən səs-küy onu xəyal aləmindən ayırdı. Xalça karxanasının darvazasından çıxan
dəstə-dəstə irili-xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır.


Budur, axır iki qız qolları üstündə yeddi-səkkiz yaşlarında arıq və solğun bir qızı qapı
ağzına çıxarır.
– Baba, deyəsən, bu gün çox yorulmusan?
– Yox, qızım, bu gün bir iş görməmişəm.
Qızcığaz o saat anlayır ki, babasının cibində bu gün də pul yoxdur... Səngəkçi dükanı
qarşısından keçərkən qız səslənir.
– Baba, dayan səngək alaq!
Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb, qocaya verir. Sürəyya isə çit
çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı çıxarıb şagirdə verir. Qoca
Firuzu tər basır. Demək, o, bu gün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça
çörəyə möhtacdır.
2
Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar – baba və nəvə həsir üstünə salınmış,
rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək
və bir parça pendirdən ibarət olardı.
Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi. Hər səhər gün çıxanda karxana
irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu.
Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa, iki cərgə düzülmüş əlliyə qədər
böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçikyaşlı uşaqlar idi. Onlar iki-
iki, üç-üç və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib, axşama qədər xalça
toxuyardılar.
Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu
əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar.
Xalça karxanası barədə nə
bilirsiniz? Belə karxanalar
bu gün də fəaliyyət
göstərirmi?
Sizcə , “İndi daha ağır bir
yük gözləyir” cümləsində
hansı fikir ifadə
olunmuşdur?
Sürəyya barədə sizdə
hansı təəssürat yarandı?
Bu, qoca hambalın nəvəsi Sürəyyadır. O, hələ
ayaq açıb yeriməyə başlamamış rütubətli,
qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları
hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst
qızdan başqa dünyada heç kəsi yoxdu. Oğlu
qazanc dalınca uzaqlara getdiyi gündən sanki
daş olub quyuya düşdü, ondan heç bir xəbər
gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ
süddən ayırmamış öldü.
Qoca yaxınlaşıb, ehtiyatla nəvəsini kürəyinə
alır və başıaşağı, dinməz-söyləməz yoluna
düzəlir.
“Nağıl dinlədiyi dəqiqələr
Sürəyyanın ömrünün ən
xoşbəxt anlarıdır” fikrinə
necə münasibət
bildirərsiniz?
Lakin əvəzində bu kasıb süfrə başında, bu
qaranlıq zirzəmidə babası balaca Sürəyyaya
hər gecə nə qədər gözəl nağıllar söylərdi.
Qızcığaz nəfəsini udaraq, babasını dinlərdi.
Səhərlər isə o, babasının səsinə oyanardı.
Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyinə
alıb karxanaya gətirər, sonra özü iş üçün
bazara yönələrdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə