Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.

səhifə1/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   32


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

  
 
 
           
 
 
 
 
OZAN DÜNYASI 
 
 
 
 
№ 3(6)  
2011


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

 
Ozan dünyası                                                №3(6), 2011 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq şairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
Baş redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə PaĢayeva 
Qəzənfər PaĢayev 
Qara Namazov 
   Sədnik PaĢayev 
   Ġsmayıl Məmmədli 
   Elxan Məmmədli 
   Ġlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
Ġsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (Ġran) 
Ġrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
 
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Zəlimxan YAQUB 
Xalq Ģairi 
 
 
 
 
 
 
 
 
 
GÖYÇƏDƏN  
GƏLƏN SƏSLƏR 
(poema) 
(əvvəli ötən sayımızda) 
 
SAVAD 
 
Çox eşitdim, çox dinlədim, 
El içində bir sualı. 
Bu sualın cavabından  
Kim bixəbər, kimi halı.  
Söhbət gedir hər oymaqda
Bir söz gəzir hər dodaqda. 
Kaş biləydik bu bəxtəvər, 
Savadlıymış, ya savadsız?  
Sözü yoxdu müəmmasız, 
Fikri yoxdu qol-qanadsız! 
Necə görüb bu gərdişin 
Ovandını, tərsini o!  
Kimlər olub müəllimi, 
Kimdən alıb dərdini o! 
Elə düzüb kəlmələri, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

Elə deyib haçabeyti, 
Ağıl, kamal istəyirəm 
Duya sirri, aça beyti. 
Yeri göyə bağlayıbdı 
“Qıfılbənd”i, bağlaması. 
Şirin sözü, axar təbi 
Dağ çayının çağlaması. 
Zirvələrdən uca gördüm, 
Boylananda dünyasına. 
Əl-ayaqlı itib-batdım 
Baş vuranda dəryasına. 
O dəryanın qucağında 
Qulağıma dəydi bir səs, 
O, savadsız ola bilməz!  
 
Bir insan ki, ustad olub 
Kainatın ahəngini 
Öz sazıyla birləşdirə, 
Sevinci də, əzabı da 
Doqquz teldə yerləşdirə, 
Zərrə qədər yayınmaya 
Nəzərindən nə zil, nə pəs, 
O, savadsız ola bilməz!  
Bir qozqara kötüyünü, 
Sözə tutub deyişməyin. 
Alim ilə kəlmələşib, 
Cahil ilə döyüşməyin 
Özü savad deyilmi bəs?  
Yer də, göy də dilə gəldi -  
O, savadsız ola bilməz!  
 
Bir insan ki, daşı belə  
Dirdirməyin ustadır, 
Əyriləri doğru yola, 
Doğru yola  
Döndərməyin ustadıdır, 
Avazıyla quşu göydən 
Endirməyin ustadıdır - 
Söhbət yersiz, sual əbəs, 
O, savadsız ola bilməz!  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

 
 
 
 
 
 
 
 
 
 
Bir insan ki, öz fikrini  
Beyinlərə möhürlədi, 
Hikmətiylə nəsillərin 
Ürəyini sehrlədi, 
Parça-parça doğra məni, 
Qıyma-qıyma dilimi kəs - 
“Savadsızdır” deyəmmərəm, 
O, savadsız ola bilməz!  
 
 
On beş ildə dərs oxuyub,  
Yazmaq hələ savad deyil. 
Yazdığını dönə-dönə 
Pozmaq hələ savad deyil. 
Xahiş ilə, minnət ilə 
Qiymət almaq savad deyil. 
Bu hörmətsiz qiymət ilə 
Alim olmaq savad deyil. 
Beş il təhsil alan gördüm
Bircə yerdə deyiləsi 
Beşcə kəlmə sözü yoxdur. 
Əmisi var, dayısı var, 
Dayıların kölgəsində 
Yoxa çıxıb, özü yoxdur. 
Savad odur tanıyasan 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

Öz kökünü, zatını sən. 
Oxumağı bacarasan 
Göyün yeddi qatını sən. 
Ağıl yetməz, xəyal çatmaz 
Mənzillərə, məkanlara 
Çapırdasan atını sən! 
Anlayasan, nələr yatır 
Bu torpağın ürəyində
Kimlər ona şöhrət olub, 
Kimlər yatıb bələyində. 
Anlayasan, səndən ötrü  
Təbriz nədir, Bakı nədir?  
Arzuların müqəddəsi, 
Duyğuların pakı nədir? 
Düşünəsən, nə deməkdir  
Qurbaninin “Bənövşə”si. 
Eşidəsən, hardan gəlir  
Xətainin məğrur səsi!  
Neçə-neçə dil içində 
Yaşadasan öz dilini. 
Danışasan həqiqəti, 
Yandırsa da köz dilini.  
Lap zülmətə düşsən belə, 
Öyrən, axtar, gəz dilini. 
Savad odur!  
Vurğunsansa sən bu dilin 
Təcnisinə, cinasına, 
Gedib çıxa bilirsənsə 
Özülünə, binasına, 
Savad odur!  
Bayat köklü bayatıda  
Hansı yurdun adı yaşar?  
Həzin səsli oxşamada  
Hansı sehrin dadı yaşar?  
Qoşmalarda hansı xalqın 
Ürəyinin odu yaşar?  
Bilirsənsə, savad odur! 
Hikmətini duyursansa 
Bu sinəsi dolu sazın, 
Hardan gəlib, hardan keçib




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə