Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

Hara gedir yolu sazın, 
Nədən olur qabırğası, 
Nədən olur qolu sazın? 
İlk ustadı kim sayılır 
Ulu səsin, ulu sazın? 
Bilirsənsə, savad odur!  
Tut ağacı növ-növ olur
Dil-dil ötən bu telli saz 
Hansı tutun parasıdır. 
Hansı hava dərdli qəlbin 
Məlhəmidir, havasıdır? 
Bilirsənsə, savad odur!  
Bir savadlı oğul gərək 
Ömür qoya, baş sındıra, 
İnadıyla, dözümüylə 
Düyün aça, daş sındıra!  
Tapa bilə “Səngi-siyah 
İçindəki dürdanəni”, 
Öyrənə bu “bisavad”ı!  
Axır bilə, hardan alıb 
Qul Ələsgər bu savadı!  
Onda duya həqiqəti, 
Onda deyə öz-özünə 
Kitabıydı gen dərələr, 
Dağı-daşı oxuyurdu.  
Bir baxışla hər ürəyi, 
Hər yaddaşı oxuyurdu. 
Qışda yaza şagird olur, 
Yazda qışı oxuyurdu!  
Öyrənirdi, öyrədirdi 
Zirvələri qaya-qaya, 
Cığırları sətir-sətir. 
Süzülürdü ürəyinə  
Yerdən işıq, göydən ətir!  
İmtahanlar görə-görə 
Suallarda sınanırdı. 
Ürəyindən gələn səsin  
Bir həqiqət olduğuna, 
Haqdan qismət olduğuna 
Varlığıyla inanırdı!  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

Deyişmələr meydanında  
Dil büdrəmir, ağıl çaşmır. 
Kəlmələrdə sığala bax, 
Dodağında söz dolaşmır!  
Yayınmağı ola bilməz, 
Yaxşı seçir hədəfini. 
Seçir əlvan fikirlərin 
İncisini, sədəfini.  
Ömrü boyu ömür sürdü 
Ürək dolu, sinə dolu. 
Naxış vurdu, naxışladı 
“Divanidən”dən “müxəmməs”ə,  
Bəmdən zilə gedən yolu!  
Hər təcnisin öz cinası, 
Hər havanın öz sığalı, 
Hər kökün öz zərifliyi
Hər pərdənin şirin xalı, 
Sərvətiydi Ələsgərin!  
“Əsli Kərəm” dastanını 
Beş gecəyə danışmağı, 
Şeir sənət dünyasına 
Hörmətiydi Ələsgərin!  
Ürəyində qala qurdu 
Xəstə Qasım Tikmədaşlı, 
Öz dərdini ona dedi 
Divarqanlı gözü yaşlı!  
Hərflərin mənasını 
Duya-duya, aça-aça  
Bircə nöqtə qoymadı ki, 
Yaddan çıxa, gözdən qaça!  
Toxunduğu hər mətləbin 
Ağıl, hikmət olduğunu,  
Varlığında, cövhərində 
Nadir qüdrət olduğunu 
Yavaş-yavaş duydu hamı. 
Elə məclis olmadı ki, 
Oxunmasın Ələsgərin 
Qıfılbəndi, “Əliflam”ı!  
Kimi dedi, - haqq vergisi, 
Kimi dedi, - haqq aşığı.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 

Onun sözü, söhbətiydi 
Məclislərin yaraşığı!  
 
Böyü, ey ürəyim, dünyalar qədər
Sönməz bir ocağın odunda qızın. 
Ömrünü, gününü keçirmə hədər, 
Öyrən savadını bu savadsızın!  
 
Duyğular qaynasın qaynar sinədə, 
Sənə uğur desin qəlbindəki səs. 
Nə desən taparsan bu xəzinədə,  
Doymağa tələsmə, duymağa tələs!  
 
Düşün, bu aləmdə nələr var, nələr, 
Sən də bu ellərin yazan əlisən. 
Dünənin sözünü deyib dədələr, 
Bu günü sözünü sən deməlisən. 
 
Düşünmək özü də bir qələbədir, 
Zərif düşüncələr gəlsin karına. 
Öyrən, bu həyatda güc verən nədir 
Ələsgər fikrinin qanadlarına. 
 
Ustad sualına cavab ver, cavab, 
Yeddi qara nədir, yeddi ağ nədir?  
Kitab oxumusan, nə qədər kitab, 
Yeddi yağ, yeddi bağ, yeddi tağ nədir?  
 
Aşıq haradan alıb bu şeiriyyəti, 
Hikmət dünyasına bu səfər nədir?  
Nələrə toxunur fikri, niyyəti, 
Beş bəndin içində yeddilər nədir?  
 
Duyub mənasını yerli-yataqlı, 
Əvvəlin, axırın, əzəlin, sonun. 
Bir ömür yaşayıb köklü, budaqlı, 
Heç nə nəzərindən qaçmayıb onun.  
  
Hər şeyi düz görüb ağlının gözü, 
Fikri haqdan gələn həqiqət imiş. 
Onun nəzərində bilmirəm sözü  
Aşıqçün ən böyük cinayət imiş. 
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
10 
Ancaq həqiqətə bağlıymış canı, 
Cahilə deyərmiş danışma əbəs.  
Heyrətə gətirib qoca dünyanı, 
Bir hərfi yazmağı bacarmayan kəs!  
 
Baş vurub sirrinə bu kainatın, 
Yerə də, göyə də əl aparıb, əl. 
Yönünü, səmtini görüb həyatın, 
Duyub zamananı hamıdan əvvəl!  
 
“Füzuli”, “Firdovsi”, “Hafiz”, “Nəsimi”, 
Hərə biri çay olub axıb qanında. 
Coşanda dənizlər, dəryalar kimi,  
Tufanlar yaşadıb həyəcanında!  
 
Min dəfə oxuyan bir də oxudu
Kamalı dərs verdi dərsi azlara. 
Sözdən xana qurdu, xalı toxudu,  
Dərinlik öyrətdi çox dayazlara!  
 
Sazı bu dünyaya şöhrət elədi, 
Dünyanı sazının telində tapdı.  
Eşidən vuruldu, heyrət elədi, 
Hikməti ustadın dilində tapdı.  
 
Bircə gün görmədi məktəb, mədrəsə, 
Oxu kəlmə-kəlmə, savadına bax!  
Təbiət güc verir yaradan kəsə, 
Sənətin dağ yaran Fərhadına bax!  
 
Qapanıb qalmadı öz aləmində, 
Coşan ilham oldu, daşan təb oldu. 
Hikmət dünyasında, söz aləmində 
Ələsgər, savadlı bir məktəb oldu!  
 
Unudulmaz el bəzəyi, el oğlu, 
Hər gün onu saz dinlədi, söz andı. 
Yaratdığı gəraylıda, qoşmada 
Yüz il, min il şair ömrü uzandı!  
 
Var oynayan, dümbək çalan, var aşıq, 
Ustad aşıq hər məclisə yaraşıq. 
Saz əhlinə, söz əhlinə yar aşıq  
Müqəddəsdi, ağsaqqaldı, ozandı!  
 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
11 
Ömür verib divarına, daşına, 
Yaş artırıb sözümüzün yaşına, 
Nanəcibin, müxənnətin başına, 
Bircə sözü min bir qaynar qazandı!  
 
El zərgərdi, zəri seçdi, bəyəndi, 
Eldən gəlsə, şöhrət göyə dəyəndi. 
Dedilər ki, sinəsindən deyəndi, 
Demədilər hecalayıb yazandı!  
 
Qonaq oldu hər yurda, hər oymağa
Tərif dedi Güləndama, Qaymağa. 
Sənətində balı qatdı qaymağa, 
El aşığı Əbədiyyət qazandı!  
 
 
QURBAN BULAĞI 
 
Kəlbəcərdə bir bulaq var, adı Qurban bulağıdı, 
Ağdabanda bir ocaq var, adı “Qurban bulağıdı”. 
Kimlər qoşub dastanı, kimlər çalıb laylasını, 
Məclislərin söz-söhbəti, dadı Qurban bulağıdı!  
Ətəyində göy çəmənin min naxışı, min arğacı, 
Başı üstə zaman-zaman ətir saçan bar ağacı. 
Hey süzülər fəsil-fəsil, həyat verər dağa, düzə, 
Bu torpağın eşqi kimi dərinlərdən çıxar üzə!  
Ağdabanda bir bulaq var, əfsanəli, rəvayətli, 
Yeri tanış, yurdu bəlli, aşıq Qurban həqiqətli!   
 
Bir şair dodağında 
Çəkilən kimi adı, 
Dil açdı insan kimi, 
Bulaq sözə başladı. 
- Yerim yox, yatağım yox, 
Hardan gəldi axırdım. 
Yığnaqlı bulaqlara 
Həsrət ilə baxırdım.  
Deyirdim nolaydı kaş, 
Mən də yada düşəydim. 
Oğullarla görüşüb,  
Qızlarla öpüşəydim!  
Bir gün gecədən keçib 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə