Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 3(6), 2011



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
12 
Dan yeri söküləndə, 
Səhər müjdəsi gəlib
Dünya üzə güləndə, 
Qoşa əllər uzandı 
Tutqun gözümə sarı. 
Barmaqlar sağa-sola 
Daradı palçıqları. 
Təmizlədi gözümün 
Torpağını, daşını. 
Mən bulağa dönəndə  
Sevindi uşaq kimi. 
O da bulaq elədi  
Gözlərinin yaşını!  
Mən o gündən hər səhər 
Saflığıma baş əyən 
Aşıq Qurbanı gördüm. 
Nəğməyə, təmizliyə 
Bağlanan canı gördüm. 
Mənə həyat verənin  
Qeyrətinin eşqinə  
Axdım, axdım, duruldum. 
Aşıq mənə vuruldu
Mən aşığa vuruldum. 
Yaddaşımda aşığın 
Səsi, sorağı qaldı. 
O gündən mənim adım 
Qurban bulağı qaldı!  
   
Bir də gördüm tutaşıb Ağdabanın yolları, 
Açılıb yola sarı anaların qolları, 
Təbiət sığallayıb yamacları, yalları. 
Duydum, bu gəlhagəldə xeyir bir xəbər gəlir, 
Dedilər Ağdabana aşıq Ələsgər gəlir!  
 
Çayqovuşan sevindi, su bayrama can atdı,  
El döndü pərvanəyə, yanan şama can atdı, 
Göz görüb götürməyə, əl salama can atdı. 
Sanki, elin üstünə gün doğur, səhər gəlir, 
Dedilər Ağdabana aşıq Ələsgər gəlir!  
 
Yeddi qardaş dağında yeddi ceyran mələdi, 
Bir kəndi bir dünyanın sevincinə bələdi, 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
13 
Göylər yağış yerinə nəğmə, hikmət ələdi. 
Ustad yanına ustad, ər yanına ər gəlir, 
Dedilər Ağdabana aşıq Ələsgər gəlir!  
 
Xoşgəldin elədi, qabağa çıxdı, 
Miskin Abdalımın nəvəsi Qurban. 
Dodağı kəlamlı, əli kitablı,  
Aqil babaların əvəzi Qurban!  
 
Baxdı ki, hər yanı çiçəkdi, güldü, 
Ürəyi atlandı, gözləri güldü. 
Çağlar çeşmələr tək axdı, süzüldü,  
Dağlardan almışdı həvəsi Qurban!  
 
Başladı ömrünün söhbəti, dəmi, 
Unutdu həsrəti, itirdi qəmi. 
Aşıq Ələsgərin dostu, həmdəmi, 
Aşıq Ələsgərin nəfəsi Qurban!  
 
İki sənət dağı, sənət zirvəsi, 
Öpüb bir-birini bağrına basdı. 
Götürdü dünyanı şadlığın səsi,  
Ustad kəlamına el qulaq asdı.  
 
Bəzəndi hər yanım, doldu bir anda, 
Döşəndi, sərildi xalı, xalçalar. 
Sazlar qoşalaşıb, meydan qızanda 
Yer bayram eləyər, göylər əl çalar!  
 
Dağlar qoşa durursa, 
Qoşalaşar şöhrəti. 
İki çay birləşirsə 
Min qat artır qüvvəti. 
İgidlər cüt gələndə 
Yenilmir qətiyyəti. 
İki ustad görüşü 
İki göz kimi əziz, 
Eşqi pak, ağlı dərin, 
Qəlbi müqəddəs, təmiz!  
İki dost görüşəndə  
Yoxa çıxır kədər, qəm, 
İnsanın gözlərində 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
14 
Gülür başqa bir aləm. 
Sevgidən od götürüb  
Gözlər alışıb yanır. 
Xatirələr kitabı 
Yenidən varaqlanır!  
 
Ələsgər məclisin görən gözüydü, 
Qurban Ağdabanlı vuran ürəyi. 
Həvəsə gətirən xalqın özüydü, 
Baxışda arzunu, gözdə diləyi.  
 
Birinci, ikinci yox idi burda
Elə ikisi də birinci idi!  
Qoşma qoşulurdu torpağa, yurda, 
Hər kəlmə bir gövhər, bir inci idi. 
 
Gedirdi meydanda dərindən-dərin, 
Cinas imtahanı, cinas yarışı. 
Zərif duyğuların, kövrək hisslərin 
Bir təcnis olurdu hər axtarışı. 
 
Varlığın çox sirri açılmır niyə, 
Torpaqmı qədimdi, sumu əzəldi. 
Dünya necə çatdı bu gözəlliyə,  
Kainat nizama necə düzəldi?  
 
Hardadı zamanın əvvəli, sonu, 
Tarixin yaşından söhbət gedirdi. 
Dünya binadırsa, kim qurub onu, 
Bünövrə daşından söhbət gedirdi.  
 
Qurban bulağında məclis başladı, 
Qurban məktəbinə dönənə kimi. 
Nəydi o məclisin ləzzəti, dadı, 
Şəmşir danışırdı dünənə kimi!  
 
Olub bir torpağın əkiz övladı, 
Olub bir qartalın qoşa qanadı, 
Olub bir sənətin iki Fərhadı. 
Sazı da, sözü də dillərdə əzbər, 
Aşıq Qurban ilə aşıq Ələsgər!  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
15 
 
LƏYAQƏT 
 
İki bəyin adamı, 
Eyni saatda gəldi 
Ələsgərin yanına!  
Çağırırdı ustadı  
Hərə öz ünvanına. 
Toy üst-üstə düşürdü - 
Eyni gün, eyni saat. 
İşin toqquşmasına 
Qul Ələsgər qaldı mat!  
Fikirləşdi sənətkar: 
Aran dağa daşındı, 
Dağ arana daşındı. 
Yenə fikir yük oldu,  
Neçə yana daşındı.  
Çağıran iki nəfər, 
Çağrılan bir, gedən bir, 
İki məclis, iki bağ, 
Bülbül olub ötən bir.  
Hansı məclisdə çalsın  
Ürəyini, sazını. 
Kimə bildirsin ustad,  
Görən etirazını!  
Birində olsa əgər, 
İnciməzmi o biri. 
Necə görsün işini, 
Necə qılsın tədbiri?  
Düşündü ürəyində:  
Gəl denən ki, xəstəyəm. 
Başqa sənətkar tapın, 
Heç kəs müşkül olmasın, 
Müşkülə açar tapın!  
Azdımı bu Göyçədə 
Sözü mənim sözümdən 
Təravətli, ətirli, 
Adı mənim adımdan 
Məhəbbətli, xətirli, 
Dünyagörmüş sənətkar! 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
16 
Hər çiçəyin öz ətri, 
Hər gülün öz dadı var. 
Bu dəm bir səs ucaldı 
Elə bil yerdən göyə. 
Dirilik çeşməsidir 
Sən çaldığın saz, - dedi. 
Sən getməsən məclisə, 
Ələsgərin adına 
Heç bu yaraşmaz, - dedi. 
Birdən görün nə düşdü  
Ələsgərin yadına: 
Onun böyük ürəyi, 
Onun loğman kamalı, 
Çatdı, vaxtında çatdı  
Ələsgərin dadına.  
Gələnləri yenidən 
Tutdu sorğu-suala. 
Bir danışın, bəylərin 
Oğul-uşaq sarıdan 
Kimləri var, ay bala!  
Biri dedi: bəyimin  
Yeddi oğlu var, ustad!  
Mən də ki, qardaşıyam. 
Onun sevincini də, 
Onun kədərini də 
Mən gərək ömrüm boyu  
Öz çiynimdə daşıyam!  
Sizi dəvət edirəm 
İlk oğlunun toyuna. 
Sizsiz keçən məclisin 
Şadlığı nə, toyu nə?!  
Biri dedi: bəyimin  
Bircə oğlu var, ustad! 
O da qarşınızdadır! 
Ağlım kəsənnən bəri 
Mənim fikrim, xəyalım 
Dediyiniz kəlamda, 
Çaldığınız sazdadır!  
Çoxdan arzulamışam, 
Nola mənim toyumda 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə