Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix21.03.2018
ölçüsü5,1 Kb.
#32692
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
31 
 
 
Abbas Vəfadağlı 
 (Mazanov) 
 
AġIQ NƏCƏF VƏ  
AġIQ ƏSƏDĠN  
ġƏMġƏDDĠN ELĠNƏ SƏFƏRĠ  
 
 
 
Əhvalat  1938-ci  ildə  Cildə  qonaq  olarkən  Basar-
keçər  rayonunun  Balaqoyunlu  kənd  sakini  Rzayev 
Məşədi Mürsəl Əhməd oğlunun dilindən eşidilmişdir.  
 
Göyçədə dirrik toplanıb, hamı qış tədarükünü görəndən sonra Aşıq 
Nəcəf  yəqin  edir  ki,  Aşıq  Ələsgər  hələlik  bir  yana  toy-düyünə  getmək 
fikrində  deyil.  Aşıq  Əsədə  deyir  ki,  gəl  Ələsgər  əmimdən  icazə  alıb 
Qazax-Şəmşəddin  tərəfə  gedək,  özümüzü  də  yoxlayaq.  Fikirlərini  Aşıq 
Ələsgərə bildirirlər. Ustad bundan çox razı qalır və deyir ki, gedin, ancaq 
bir  şərtim  var,  gərək  Şəmşəddinə  gedəndə  əvvəlcə  Bozalqanlı  Aşıq 
Hüseyni görüb arzunuzu ona bildirəsiniz: necə desə, elə də edərsiniz.  
Bəli, bir payız günü hər iki cavan aşıq yön çevirir Şəmşəddin tərəfə. 
Kəndlərdən keçə-keçə bir gecə də Göyçənin Cil kəndində qalmalı olurlar. 
Burada  bir  nəfərə  müraciət  edirlər  ki,  qardaş,  biz  bu  gecə  burada 
qalmalıyıq. Kimin qonağı olmaq olar? Kişi bu cavan aşıqlara baxıb deyir 
ki, siz ya Xələfliyə, ya da Məşədi Mürsəlgilə gedin.  
Nəcəf  soruşur  ki,  qardaş,  dediyin  evlər  kəndin  harasındadı?  Kişi 
cavab  verir  ki,  söykəndiyiniz  hasar  Xələflinindi.  Çayın  o  tayında  isə 
Məşədi Mürsəlin evidi.  
Nəcəf deyir:  
- Əsəd, ayağımızla gəlib bu evin yanına çıxmışıq. Elə bu evə gedək.  
Belə də edirlər.      
Ev sahibi çıxıb qonaqlara xoşgəldin deyir və evə dəvət edir. Yüngül 
çay-çörəkdən  sonra  Arıq  Alı  baxır  ki,  bunlar  aşıqdı,  elə  ləyaqətli 
oğlanlardı ki, daha nə deyim.  
Soruşur  ki,  oğul,  deyən  aşıqsınız,  imkansa  bir-iki  hava  çalın, 
eşidim.  Nəcəf  Əsədə  him  edir,  Əsəd  sazı  köynəkdən  çıxarıb  oxuyur. 
Qoca bunlara heyran qalır. 


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
32 
Kişinin  böyük  oğlu  Mahmud  o  vaxt  Kəvərdə  uryadnik  işləyirmiş. 
Cümə  günü  imiş,  axşam  Mahmud  atla  gəlib  çıxır,  qonaqlarla  görüşür. 
Atalar deyir: qonağı sifətinə görə qəbul et, ağlına görə yola sal. Hazırlıq 
görülür.  
Həmin  axşam  Kalvayı 
Söyün  oğlu  Məhərrəm  ilə 
Səlmi  xanımın  toyu  imiş. 
Mahmudu toya dəvət edirlər. 
Mahmud  onlara  bildirir  ki, 
oğlum,  qonağım  var,  mən 
sonra, havaxsa görünərəm.  
Çağırışçıları  bir  də 
qaytarırlar ki, xahiş edirik ki, 
qonaqlarını 
da 
gətirsin 
gəlsin.  
Mahmud  onları  başa 
salır  ki,  oğul,  bunlar  aşıqdı, 
lüzum  bilmirəm.  Eşitmişəm 
ki,  Aşıq  Nəsibin  oğlu  Aşıq 
Qasım o toyun aşığıdır.  
Çağırışçılara  yeni  bir 
adam 
da 
əlavə 
edib 
göndərirlər  ki,  aşıqları  da 
gətirib gəlsinlər.  
*Bu Ģəkil Hüseyn Hacı Qulu oğlunun  
yaratdığı muzeydən götürülüb 
 
Nəhayət, aşıqların sazı qalır evdə: Mahmud, Nəcəf və Əsəd gəlirlər 
toya.  Onların  şəxsiyyəti  camaatda  xüsusi  təəssürat  yaradır.  Aşıq  Qasım 
gəlib  özü  aşıqlarla  görüşür  və  xahiş  edir  ki,  izin  versinlər,  onların  da 
sazlarını  gətirsinlər.  Belədə,  sazlar  məclisə  gətirilir.  Nəcəf,  Əsəd  və 
Qasım  başlayırlar  oxumağa.  İşıqlananda  dəsmal  gətirilir,  dövran  yığılır. 
Aşıq Qasım yığılan dövranı bütün qonaqlara təqdim edir. Nəcəf deyir:  
Biz  xoşbəxtik  ki,  bu  toyda  iştirak  etdik.  Bu  dövran  sənindir.  – 
Bütün dövranı aşıq Qasıma təqdim edir.  
Mahmud  evə  gələndən  sonra  bunların  şücaətindən  danışır.  Onların 
qonşuluğunda  bir  dərzi  dükanı  var  imiş.  Aşıqların  hərəsinə  dəvətükü 
parçasından paltar tikdirirlər.  
Həmin  vaxtdan  atamla  Nəcəfin  və  Əsədin  qardaşlığı  və  dostluğu 
qərar  tutur.  Bu  görüşdən  sonra  aşıqlar  bir  neçə  dəfə  Cildə  məclis 
keçirirlər.  


 OZAN  DÜNYASI                                                                № 3(6), 2011 
 
33 
Aşıq  Əsədi  ermənilər  Kəvər  qalasına  salırlar.  Qardaşı  Məhəmməd 
arxasınca gedəndə onu da qalaya salırlar. Sonra tanış bir erməni vasitəsilə 
qaladan qaçırılırlar.  
Atam  ömrünün  sonuna  kimi  Aşıq  Əsədlə  qardaşlığı  saxlamışdı. 
1938-ci  ildə  Əsəd  də  Tovuza  köçdü.  Onun  yaxşı  təsərrüfatı,  dördtəkər 
arabası, nizam qurğusu var idi.  
Məşədi  Mürsəl  Göyçənin  ən  sayılan  kişilərindən  biri  idi.  Bir  neçə 
dəfə  evimizdə  onun  söhbətlərini  dinləmişəm.  Söhbətlərindən  doymaq 
olmurdu.   
Əlqərəz,  bunlar  gedirlər  Bozalqanlıya  –  Aşıq  Hüseynin  evinə. 
Salam-kalamdan  sonra  Aşıq  Ələsgərin  salam-duasını  ona  yetirirlər  və 
məqsədlərini bildirirlər.  
Aşıq Hüseyn Bozalqanlı onları çox yüksək səviyyədə qəbul edir və 
onun qayğısı ilə hər iki gənc bu mahalda 2 aydan çox məclis keçirirlər.  
Bu  yüksək  qonaqpərvərlik  və  qayğıkeşlik  aşıqlara  çox  yaxşı  təsir 
bağışlayır.  Bir  gün  aşıq  Nəcəf  deyir  ki,  ay  Söyün  əmi,  biz  getməliyik, 
bayramqabağıdı.  Ancaq  bilmirik  ki,  bu  xidmətə  görə  sizə 
minnətdarlığımızı  necə  bildirək.  Çox  üzr  istəyirəm,  mən  gələndə  həyat 
yoldaşım hamilə idi, əgər oğlum olsa kirvəsi siz kimi məsləhət bilsəniz o 
olmalıdır.  
Beləcə,  onlar  qayıdırlar  Göyçəyə.  Əhvalatı  Aşıq  Ələsgərə  nağıl 
edirlər. Ustad çox razı qalır.  
Günlərin  bir  günü  Aşıq  Nəcəfin  oğlunun  sünnət  toyu  olur.  Sorağı 
çatır  Bozalqanlı  Aşıq  Hüseynə.  O,  öz  dəstəsi  ilə  birbaşa  gəlir  Aşıq 
Ələsgərgilə.  Burada  aşıqlar  özlərindən  düzəldirlər  ki,  guya  tanımaza-
bilməzə  deyirlər  ki,  Aşıq  Hüseyn,  xoş  gəlmisiniz.  O  da  “Sağ  ol,  Aşıq 
Ələsgər!”  –  cavabını  verir.  Əslində  Aşıq  Ələsgər  başa  düşür  kim  dəvət 
olunub, kimdir qonaqlar. Aşıq Hüseyn də bilirdi ki, kimin ocağına gəlir. 
Onlar  yol  gələrkən sərt dağlarda qardan-borandan keçirlər.  Bir  az giley-
güzar edir. Bunu görən Aşıq Ələsgər sazını götürüb deyir:  
 
Dedim: könlüm, içmə eşqin camını, 
İçsən dünya sana dar olacaqdır.  
Ya dost olma, ya zəhmətdən incimə,  
Dost yolunda boran-qar olacaqdır. 
 
Aldanma dövlətə, uyma dünyaya
Halaldan kəsb eylə özünə maya.  
Zinakar, haramxor yetişməz haya
Dosta xain baxan kor olacaqdır.  
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə