Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
37 
ədəbiyyat  üslubunda  “bağrına  basaraq”  yox,  Ģifahi  dildə  olduğu  kimi 
“bağrına basıb” deyirlər. 
Həmin misranın Ģeirdə yer alması barədə aĢağıdakı fikirləri yürütmək 
olar: 
1.
 
QoĢmanı ilk dəfə eĢidən aĢıqlardan biri buradakı Ələsgərin 
məhz  aĢıq  Ələsgər  olduğunu  güman  etmiĢ  (bayaq  dediyimiz  kimi 
aĢıq  aləmində  Ələsgər  adı  ilk  növbədə  Dədə  Ələsgəri  yada  salır), 
nəticədə  haqqında  danıĢdığımız  misra  meydana  gəlmiĢdir.  Bu, 
təbiidir.  Çünki  folklorda  və  aĢıq  sənətində  (hər  iki  halda  həm  söz, 
həm də musiqi sahələrini nəzərdə tuturuq) variantlaĢma əvvəlcədən 
proqramlaĢdırılmıĢ  bir  proses  deyildir  və  onun  gediĢi  ifaçının 
zövqündən,  biliyindən,  istedadından  və  həm  də  ifaçılıq  situasiya-
sından asılıdır. 
2.
 
Misra Ģeiri yazıya alan toplayıcı-tədqiqatçı tərəfindən mü-
əyyən  məqsədlə  əlavə  edilə  bilərdi  (biz  “edilmiĢdir”  yox,  “edilə 
bilərdi”  deyirik).  Bu  isə  sözsüz  ki,  qeyri-təbiidir  və  folklorĢünaslıq 
qanunlarına ziddir. 
Bir  qoĢmanın  çap  olunmuĢ  iki  variantı  barəsindəki  mülahizələrimiz 
bundan ibarətdir. 
 
ƏDƏBĠYYAT: 
 
1.
 
Axundov  S.  AĢıq  Bilal  //  AĢıq  Bilal.  Toplayanı  və  tərtib  edəni  S.Axundov. 
Bakı- 1960. s. 3-5. 
2.
 
AĢıq  Bilal.  Toplayanı  və  tərtib  edəni  Səttar  Axundov.  Azərbaycan  SSR 
Mədəniyyət  Nazirliyi.  Respublika  xalq  yaradıcılığı  evi.  BirləĢmiĢ  nəĢriyyat.  Bakı- 
1960. 
3.
 
AĢıq  Bilal.  Ġlk  baharım,  gəl  görüm.  ġeirlər.  Toplayıb  tərtib  edəni  Mürsəl 
Mürsəlov. “Yazıçı” nəĢ., Bakı – 1982, 54 s. 
4.
 
AĢıq  Ələsgər.  Tərtib  edənləri  Ə.Axundov,  M.H.Təhmasib.  Azərb.  SSR  EA 
nəĢriyyatı. Bakı-1963, 485 s. 
5.
 
AĢıq  Ələsgər.  Ġkinci  kitab.  Toplayanı  Ġslam  Ələsgərov.  Tərtib  edənləri 
Ə.Axundov, M.H.Təhmasib. “Elm” nəĢr. Bakı – 1972, 327 s. 
6.
 
AĢıq Ələsgər. Əsərləri,  dastan-rəvayətlər, xatirələr. Topalayıb tərtib edəni,  ön 
sözün və qeydlərin müəllifi Ġslam Ələsgər. “ġərq-Qərb” nəĢr. Bakı – 1999, 578 s. 
7.
 
Ələsgər  Ġ.  Ulu  ustad  //  AĢıq  Ələsgər.  Əsərləri,  dastan-rəvayətlər,  xatirələr. 
Toplayıb tərtib edəni,  ön sözün  və  qeydlərin  müəllifi Ġslam  Ələsgər. Bakı  –  1999, s. 
21-38. 
8.
 
Ələsgərov  Ġ.  Ustadın  ömründən  səhifələr  //  AĢıq  Ələsgər.  Tərtib  edəni,  ön 
sözün və qeydlərin müəllifi Ġ.Ələsgərov. Bakı – 1988, s. 3-9. 
9.
 
Mürsəlov M. Bu günlərin aĢiqi // “Ədəbiyyat və incəsənət”, 11 iyul 1970-ci il, 
№ 28.   
           


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
38 
  
ĠLLƏRĠN ĠZĠ VAR XATĠRƏLƏRDƏ 
 
 
 
 
Ġsmayıl MƏMMƏDLĠ  
filologiya elmləri doktoru,  
professor 
 
 
  
 
 
BĠR FOTOġƏKLĠN  
TARĠXĠ HAQQINDA 
 
Hər  hansı  bir  görüĢdə,  tədbirdə,  səfərdə  olarkən  bəzən 
Ģəkil çəkdirməyə o qədər də həvəs göstərmirik, yaxud çəkdir-
sək də həmin ərəfədə ona çox da əhəmiyyət vermirik. Amma 
aradan  illər  keçib,  həmin  anlar  Ģirin  xatirəyə  çevriləndə 
məhz həmin Ģəkillər ən qiymətli sərvətimizə çevrilir. O Ģəkil-
lərə baxıb, Xalq Ģairi Zəlimxan Yaqub demiĢ, illərin izi qalan 
xatirələrimizlə baĢ-baĢa qalırıq. Bəzən hətta elə fotoĢəkillərlə 
rastlaĢırsan ki, təkcə bir ailə üçün yox, həm də geniĢ ictima-
iyyət,  xüsusən  də  elm  adamları  üçün  böyük  əhəmiyyət  da-
Ģıyır.  
“Ozan dünyası” jurnalının baĢ redaktoru Musa Nəbioğlu ilə görüĢləri-
mizin birində ona XX əsr Azərbaycan aĢıq sənətinin görkəmli nümayən-
dəsi  Dədə  ġəmĢirin  yarım  əsr  bundan  əvvəl  -  1959-cu  ildə  Azərbaycan 
Elmlər  Akademiyasının  Nizami  adına  Ədəbiyyat  və  Dil  Ġnstitutunun, 
Ədəbiyyat Tarixi Muzeyinin əməkdaĢlarından bir qrupu ilə çəkdirdiyi fo-
toĢəkil  haqqında  danıĢdım.  Musa  müəllim  həmin  fotoĢəkli  qısa  Ģərhlə 
jurnalın oxucularına təqdim etməyimi xahiĢ etdi.  
Bu  foto  çəkilən  illərdə  -  50-ci  illərdə  artıq  AĢıq  ġəmĢir  xalq  Ģairi 
Səməd Vurğunla (1955) Kəlbəcərdə “Ġstisu” yaylağında görüĢmüĢdü, on-


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
39 
ların  tarixi  deyiĢməsi  olmuĢdu  və  bu  qoĢmalar  bütün  aĢıqların  dillərinin 
əzbəri idi.  
Həmin 
zamanlar 
Elmlər 
Akademiyası 
10-15  il  idi  ki,  yaran-
mıĢdı.  Ədəbiyyat  Ġns-
titutunda  Ģifahi  xalq 
ədəbiyyatı  Ģöbəsi  fə-
aliyyət  göstərirdi.  Bu-
rada  professor  Məm-
mədhüseyn  Təhmasib, 
Əhliman 
Axundov, 
Nurəddin 
Seyidov, 
Mirəli Seyidov, Həsən 
Qasımov  və  baĢqa 
görkəmli  folklorĢünas 
alimlər 
çalıĢırdılar. 
Onlar xalq  ədəbiyyatını  ekspedisiyalar  yolu  ilə  topladıqları kimi,  el  aĢıq 
və Ģairlərini də Akademiyaya dəvət edərək həmin iĢi görürdülər, görüĢlər 
keçirirdilər,  sorğular  aparırdılar.  Əlyazmalar  toplanılırdı,  xalq  və  aĢıq 
dastanları yazıya alınırdı, xüsusən də Memarlıq və Ġncəsənət Ġnstitutunun 
o  zamankı  direktoru  akademik  Mikayıl  Useynov  çox  qiymətli  iĢlər  gö-
rürdü. O,  el  aĢıqlarını, sənət  adamlarını, xalq  müğənni  və xanəndələrini 
Ġnstituta  dəvət  edirdi  və  maraqlı  görüĢlər,  söhbətlər  alınırdı,  səsləri 
yazılırdı. 50-ci illərdə indiki Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin 1 
və  2-ci  mərtəbələri  eksponat  otaqları  idi,  3  və  4-cü  mərtəbələrdə  isə 
Ədəbiyyat  və  Dil  Ġnstitutu,  kitabxana  və  humanitar  təmayüllü  baĢqa 
qurumlar yerləĢirdi. 1961-ci il AĢıqlar qurultayı keçirilməzdən əvvəl hələ 
50-ci  illərdə  ən  tanınmıĢ  yaradıcı  və  ifaçı  aĢıqlar  da  Ģifahi  ədəbiyyat 
Ģöbəsinə  dəvət  olunurdular.  Görkəmli  alim  Məmmədhüseyn  Təhmasib 
onlarla  saatlarla,  günlərlə  görüĢür,  el  sənətkarlarını  dinləyir  və  xalq  in-
cilərini  yazıya  alır,  həm  də  belə  sənətkarları  yaxından  tanımaqla  qurul-
taya  hazırlayırdı.  Məhz  həmin  illərdə  Azərbaycanda  məĢhurlaĢmıĢ  AĢıq 
ġəmĢir də dəfələrlə bu mötəbər Ģöbəyə gəlmiĢ və onun fitri istedadına, öz 
orijinallığı  ilə  seçilən  qoĢduğu  aĢıq  Ģeiri  nümunələrinə  bütün  folklor-
Ģünaslar heyran olmuĢ, onları dəyərləndirmiĢlər.  
Professor Afina xanımın dediklərindən: AĢıqların belə görüĢlərindən 
birində bir nəfər aĢıq yarıciddi, yarızarafat dedi: “Bu oturanlar alimlərdir, 
yazıb yaradırlar. Bəs biz kimik?” Bir baĢqası bu sualın müqabilində söy-
lədi:  “Doğurdan,  bəs  biz  kimik?  -  Hə.  Biz  də  aĢıqların  alimiyik.”  Bu 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə