Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
40 
sözlərdən  sonra  ürəkdən  gələn  qəhqəhələr  səsləndi.  Bəli,  o  görüĢlər 
olduqca maraqlı, tarixi və bu günümüz üçün çox dəyərli hadisələr idi. 
 
 
ġəkildə əks olunanların adlarını vermək, hesab edirəm ki, bir çox cə-
hətdən əhəmiyyətlidir: əvvəla, buradakılar alim xanımlarıdır. Ġkincisi on-
lar alim xanımların ən gözəlləridir. Təsadüfi deyil ki, AĢıq ġəmĢir də gö-
zəllərə  çox  Ģeirlər  qoĢmuĢdur.  Oturanlar:  ġəmĢirin  sağında  Əminə 
Həbibzadə  (vaxtilə  lüğətçilik  Ģöbəsində  çalıĢmıĢdır,  hazırda  həyatda 
yoxdur),  solunda  filologiya  elmləri  doktoru,  Azərbaycan  dilinin  tarixi 
Ģöbəsinin  baĢ  elmi  iĢçisi  Afina  Əlizadə  (hazırda    81  yaĢındadır,  elmi 
fəaliyyətini  davam  etdirir).  Ayaq  üstə  duranlar  (bunların  hamısı 
dünyasını  dəyiĢmiĢdir)  sağdan  sola:  Zərrintac  Tağıyeva  (lüğətçilik 
Ģöbəsi), Zümrüd Rəfili (professor Mikayıl Rəfilinin bacısı, kitabxanaçı), 
Sara  Hüseynova  (akademik  Heydər  Hüseynovun  qızı,  fəlsəfə  elmləri 
namizədi),  filologiya  elmləri  namizədi  Minayə  Cavadova  (dil  tarixçisi), 
ədəbiyyatĢünas  Rəfiqə  Qasımova,  ayaqüstə  duranlardan  dördüncüsünün 
adını, soyadını müəyyənləĢdirə bilmədik. 
Sonralar aĢıqların IV və V qurultayları keçirildi. XoĢbəxtlikdən indi 
müstəqil  Azərbaycan  Respublikasında  mənəvi  maddi  sərvətlərin  qorun-
masına,  inkiĢafına  xüsusi  diqqət  və  qayğı  göstərilir.  Vaxtilə  Ġnstitut 
səviyyəsində,  qədirbilən  alimlər  səviyyəsində  aĢıq  sənətinə  qiymət 
verilirdisə,  bu  gün  artıq  dövlət  səviyyəsində  iĢlər  görülür.  AĢıq  sənəti 
dünya miqyasında yayımlanır, Ģöhrətlənir. 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
41 
 
SARI AġIQ 
(XVII əsr) 
 
BAYATILAR 
 
 
Bu dağlar ozan yeri
AĢığın azan yeri. 
Ġlan ollam, öpərəm, 
Ayağın gəzən yeri.  
 
***  
 
Mən aĢıq yüz sənəmi,  
Səfyanın yüz sənəmi.  
YaxĢıynan keçən günə 
Verərəm yüz sənəmi.  
 
***  
AĢığın dağ gücü var
Körpünün tağ gücü var. 
YaxĢı dərdi çəkirəm, 
Dizimdə haqq gücü var. 
 
***  
Geyinibdi yar sarı, 
Bayqu meyli yar sarı.  
Kəbədə ölsə aĢıq, 
Yönün qoyun yar sarı.  
 
***  
Bu dağlar qanlı dağlar, 
Sinəmi qanlı dağlar. 
Yığılıb aĢıq üstə, 
El ağlar, qanlı da ağlar.  
 
***  
Qərib el deyib ağlar
Bülbül gül deyib ağlar. 
YaxĢısı ölən aĢıq, 
Hər gün dil deyib ağlar.  
 
***  
AĢığam dərdiməndə,  
Aləmin dərdi məndə.  
Göstərdim eĢq odunu, 
Ağlatdım dərdi mən də.  
 
***  
Buxaq altı qənd ağı, 
Hicran günü qənd ağı.  
Səndən ayrı aĢığa, 
Zəhrimardı qənd axı.  
 
***  
AĢıq deyər yüz yal var
Bir gədik var, yüz yal var.  
Fələk bildiyin eylər, 
Yüz ətəklə, yüz yalvar.  
 
***  
Yeri, yeri, nur dağlar
BayquĢ ağlar, qurd ağlar.  
Getdim yarı görməyə, 
Oba köçüb, yurd ağlar.  
 
***  
Gecələr qəm oyanı, 
El yatar, qəm oyanı. 
Dəryalar oya bilməz, 
Bağrımda qəm oyanı.  
 
***  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
42 
Dərdin məni yandırsın,  
Baxsın rəqib, yan dursun.  
Gəlsin, yanar dağ ilə 
AĢıq yanbayan dursun.  
 
***  
Mən aĢıq Ģirin gələ, 
Yaylaqdan Ģirin gələ.  
Fərhad qayalar çapar, 
Gözləyər ġirin gələ.  
 
***  
Mən aĢıq o da giryan, 
Çöl giryan, oda giryan.  
Dedim qıraqdan isin, 
Demədim oda gir yan.  
 
***  
Mən aĢıq oda para
Ay doğdu, o da para.  
Varmı bir odu sönmüĢ, 
Canımdan od apara.  
 
***  
Mən AĢıq keçdi məndən, 
Ox dəydi, keçdi məndən.  
YaxĢıya körpü oldum,  
Yaman da keçdi məndən.  
 
***  
Mən aĢıq suda yandı, 
Sel gəldi, su dayandı.  
Dərdimi suya dedim, 
AlıĢdı, su da yandı.  
 
***  
Qəm çəkənə qəm aĢıq, 
Gözüm qəmdən qamaĢıq.  
Nə Həkəri tükənər, 
Nə səndəki qəm, aĢıq!  
 
***  
Çay üstə cəm quzular, 
Tükləri nəm quzular. 
Mən aĢıq qəm çobanı,  
Dəyəmdə qəm quzular. 
***  
Mən aĢıq amanatdı, 
Gəlməsin Yaman atdı.  
Keçirt məni bu çaydan
Yar gözlər, aman atdı!  
***  
Gəl, aĢığın baxtı gəl, 
Yaman yatan vaxtı gəl. 
Göz yaĢım selə dönüb, 
Aramızdan axdı gəl.  
 
***  
BaĢı bəlgəli dağlar, 
Dibi kölgəli dağlar. 
Yol üstə gözlər aĢıq, 
Nə vaxt el gəli, dağlar?!  
 
***  
Qəriblik yaman olur, 
Sovrulur, saman olur. 
Nə bir haraya çatan
Nə də bir aman olur.  
 
***  
Gün düĢüb dağda qara, 
Ahımdan dağ da qara.  
YaxĢın görünmür, aĢıq, 
Hey axtar, dağ-dağ ara.  
 
***  
Mən aĢığam gülən az,  
Bülbül eylər gülə naz.  
Fələyin çarxı dönsün, 
Ağlayan çox, gülən az.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
43 
AYDIN ÇOBANOĞLU – 60 
 
Bu  il,  XX  əsrin  70-90-cı  illə-
rində  Azərbaycan  aĢıq  sənətində 
özünəməxsus dəst-xətti ilə seçilən 
Aydın Çobanoğlunun anadan ol-
masının 60 illik yubileyidir.  
AĢıq  Aydın  Çobanoğlu  (Mu-
sayev)  1951-ci  il  yanvarın  18-də 
saz-söz beĢiyi olan Tovuz rayonu-
nun 
Əlimərdanlı 
kəndində 
anadan olub.  
1972-ci  ildən  böyük  sənət 
dünyasına  qədəm  qoyan  Aydın 
Çobanoğlunun  sənət  uğurları 
1975-ci  ildən  baĢlayıb.  Ümum-
ittifaq  festivalının,  1977-1979-cu 
illərdə  gənc  aĢıqların  respublika 
müsabiqələrinin  qalibi,  1984-cü 
ildə PolĢada keçirilən XI Beynəl-
xalq Folklor festivalının və 1987-ci ildə keçirilən II Ümumittifaq Xalq yara-
dıcılığı festivalının laureatı olub. 1991-ci ildə Türkiyənin Konya Ģəhərində ke-
çirilən aĢıqlar festivalından dörd qızıl medalla qayıdıb. Almaniya, Hindistan, 
Ġsveç,  Türkiyə,  Ġsveçrə,  Orta  Asiya  və  Qafqaz  respublikalarında  keçirilən 
festivallarda və qastrol səfərlərində uğurlu konsert proqramları ilə çıxıĢ edib.   
O, “AbĢeron” və “Günay” ailə ansambllarını, AĢıqlar Birliyinin nəzdində 
qızlardan  ibarət  “Ġncəgülü”  aĢıqlar  ansamblını  yaradıb, Hüseyn  Arifin  vax-
tında AĢıqlar Birliyi sədrinin müavini olub. 
Azərbaycan  Dövlət  Universitetinin  (BDU)  filologiya  fakültəsində  təhsil 
alan  Aydın  Çobanoğlu  dövrünün  ən  tanınmıĢ  aĢıqlarından  biri  olmaqla  ya-
naĢı, həm də bu sənətin tədqiqi və təbliği ilə də məĢğul olur, elmi araĢdırmalar 
aparırdı. O, 1988-ci ildə Leninqradda (Sankt-Peterburq) keçirilən XVI “Folk-
lor və gənclik” Ümumittifaq elmi-təcrübi konfransında məruzə ilə çıxıĢ edib. 
1993-cü ili martın 23-də dünyasını dəyiĢən Aydın Çobanoğlunun anadan 
olmasının 60 illiyi ilə bağlı xatirə kitabı hazırlnır.  Yeri gəlmiĢkən qeyd edək 
ki, bu gün bizə çox qiymətli lent yazıları ilə yanaĢı ondan həm də bir sıra elmi 
məqalələri  yadigar  qalıb.  Dünyasını  vaxtsız  dəyiĢmiĢ  bu  ustadın  ruhuna 
ehtiram  əlaməti  olaraq  onun  xaitrəsinə  tanınmıĢ  telejurnalist  Telli  Pənah-
qızının qələmə aldığı yazını və özünün təxminən 30 il bundan yazdığı, bu gün 
də  aktuallığını  itirməyən  “SAZ,  SÖZ,  ĠFAÇILIQ  VƏ...”  adlı  məqaləsini 
dəyərli oxucularımıza təqdim edirik. 
 
“OZAN DÜNYASI” 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə