Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
44 
 
 
 
 
Telli PƏNAHQIZI 
 
 
 
 
 
 
 
AġIQ ELDƏN YUXARI 
 
Olumla ölüm arasındakı ömür adlı nəsnəsəni hərə bir cür yaĢayır. 
Ariflər – dünyanın bir göz qırpımı qədər ani olduğunu bildiklərindən 
onun Ģələsi olmaqdansa, həyatın lələsi olmağa üstünlük verirlər. 
Aqillər  –  bir  keçib  gəldikləri  yola,  bir  də  çənə-cisəyə  bürünən 
gədiklərə, aĢırımlara boylanaraq köks ötürür, eyhamla “ey gidi, dünya”, – 
deyirlər. Bilmirsən, yamanlayırlar dünyanı, yoxsa sevib əzizləyirlər... 
AĢiqlər  –  məhəbbətlə  nifrət  arasındakı  yolda  yorğun  düĢmüĢ 
tənlərinin yox, sevdaya mübtəla ruhlarının niĢan verdikləri yerə tələsirlər. 
AĢıqlarsa – göylərdən yerə enmiĢ söz iĢığında nurlana-nurlana ruh, 
iman, ürfan elçisi olduqlarını bütün dünyaya sübut etmək üçün telli sazı 
sinələrinə basıb əsrlər öncə ellərə, obalara eĢq, sevgi, ədəb-ərkan, nizam-
intizam,  səliqə-səhman,  ləyaqət,  mərifət,  inayət  toxumları  səpməyə 
çalıĢırlar... 
El  Ģənliklərində,  xeyir  məclislərində  yerləri  həmiĢə  yuxarı  baĢda 
olan,  hər  yerdə  çalğıları,  oxumaları  sevgi  ilə  qarĢılanıb,  hörmət-izzətlə 
uğurlanan sənət fədailəri ömürlərini elə bu sevginin içində keçirmələri ilə 
xoĢbəxtdilər...  Mənim  aləmimdə  əsl  istedadlar  bir  pərvanə  ömrü 
yaĢayırlar.  Hər  dəfə  qanadlarını  oda  çırpıb  yansalar  da,  yenə  kökslərini 
bu atəĢə çırpmaqdan çəkinmirlər.  
AĢıq Aydın Çobanoğlu da bu qəbil aĢıqlardan və aĢiqlərdən idi. Sə-
nətinin  aĢiqi,  sazın  və  sözün  aĢiqi.  Min  təəssüf  ki,  həyat  bu  məhəbbəti 
doya-doya  yaĢamaq  səadətini  qıymadı  ona,  bağban  kimi  zəhmətini 
çəkdiyi söz və musiqi gülüstanının barını doyunca dadmadı. Allah mərdi-
məzara  lənət  eləsin,  onu  çox  sevdiyi  bu  həyatda  yaĢamağa  qoymadılar. 
Əgər  yaĢasaydı,  yəqin  ki,  yubiley  günündə  bizim  belə  kövrək  gəziĢmə-
lərimizə  də  ehtiyac  qalmazdı,  əksinə,  hər  birimiz  onun  sənət 
uğurlarından, fərqli insani keyfiyyətlərindən söz açardıq. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
45 
Aydın  Çobanoğlu  sözünü  və  sazını  həmiĢə  baĢı  üzərində  gəzdirən 
sənətkar  idi.  Ədəbi,  ərkanı,  ləyaqəti,  insanlığı,  saflığı,  sədaqəti,  evinə-
ailəsinə  ehtiramı,  ətrafındakılara  təmənnasız  səmimiyyəti  ilə...  özü  də 
sazı, sözü kimi ucalarda dayanmağa layiq insan idi. 
AĢıq  Aydınla  tanıĢ  olanda  mən  hələ  yenicə  jurnalistika  aləmində 
tanınmağa  baĢlamıĢdım  və  bir  neçə  dəfə  onunla  həmsöhbət  olmuĢduq. 
Hərdən  tədbirlərdə  rastlaĢanda  da  ərklə,  ürəklə  salamlaĢırdıq,  bir-
birimizin iĢi, yaradıcılığı ilə maraqlanırdıq. Bu tədbirlərdə aĢıq heç vaxt 
novbə söhbəti aparmazdı, birinci, beĢinci və ya sonuncu çıxıĢ edəcəyinin 
onun üçün elə bir özəlliyi yox idi. Təki onun çalğısına qulaq asanlar, onu 
dinləyənlər olsun. 
Aydın  Çobanoğlu  çox  abırlı,  həyalı  adam  idi.  Bəlkə  də  kiĢilər 
haqqında  bu  sözləri  söyləmək  bir  az  qeyri-adi  səslənə  bilər.  Çünki  son 
illərin  ölçüləri  ilə  yanaĢsaq  bəzən  qadın  sənətkarlar  haqqında  bu 
kəlmələri  yazmağa  çətinlik  çəkirik.  Ancaq  aĢıq  Aydının  halal  haqqıydı 
dediklərim. 
Bu  ciddi,  gözlərindən  həmiĢə  qayğı,  kədər  oxunan  kiĢinin  öz 
dünyası,  öz  aləmi,  öz  məhəbbət  zirvəsi  varıydı.  Bu,  onun  saza-sözə 
vurğunluğundan qaynaqlanan ilahi bir sevgi idi.  
Qeyd  edim  ki,  Aydın  sənət  aləmində  bir  çoxlarından  fərqli  olaraq 
özünü gözə söxmağı, təriflənməyi,  yeri gəldi-gəlmədi meydana atılmağı 
xoĢlamazdı.  Ġndi  mənə  elə  gəlir  ki,  o,  hətta  sinəsinə  basıb,  tellərinə 
toxunduğu  sazdan  belə  utanır,  həya  edirdi.  Sanki  dədələrindən-
babalarından, həmiĢə müqəddəs saydığı bu el sənətinin - aĢıqlığın xiridarı 
olan, onun beĢiyi baĢında duran, nazını çəkən, qoruyub yaĢadan və təbliğ 
edən  dahilərdən  utanırdı.  Eləcə  içində  oyalana-oyalana,  yana-yana  sazın 
və sözün aĢiqi olduğunu ilk növbədə özünə isbatlamağa çalıĢırdı. 
Onun qəribə ifa manerası vardı. BaĢını sazın çanağına əyib gözlərini 
yumurdu.  Elə  bil  dincəlirdi,  rahatlanırdı  bu  anlarda.  Ürəyindən  keçirib 
dilinə  gətirə  bilmədiklərini  pıçıltı  ilə  sazın  tellərindən  süzülən  sehrli 
səslərin  köməyi  ilə  dinləyicilərinə,  tamaĢaçılarına,  sevdiklərinə  və  onu 
sevənlərə çatdırardı. 
Gözəl, unudulmaz günlərin birində biz Aydın Çobanoğlunun 40 illik 
yubileyinə  yığıĢmıĢdıq.  Gözəl  gecə  oldu.  Onu  sevən  sənət  dostları, 
əzizləri  hamısı  onun  baĢına  toplaĢmıĢdı.  Onun  haqqında  layiq  olduğu 
sözlər söyləndi. Sənəti, gözəl ailəsi, balaları ilə bağlı çox arzular, diləklər 
səsləndi.  Telli  sazı  dilə  gətirib  “Yanıq  Kərəmi”ni,  “Zarıncı  Kərəmi”ni 
yana-yana  çaldı  Aydın  Çobanoğlu.  Mən  bir  mötəbər  tədbirdə  Aydının 
“Yanıq  Kərəmi”sini  dinləyərkən  ona  bir  Ģeir  həsr  etmiĢdim.  Əfsuslar 
olsun  ki,  o  Ģeiri  mən  vərəqə  həkk  etmədim  və  sonra  isə  yaddaĢımdan 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
46 
silinib  getdi.  O  gecədə  ürək  sözlərimi  söyləyəndə  də  mən  bunu  qeyd 
etdim.  Aydın  Çobanoğlu  gül  balaları  ilə  birgə  çalıb  oxuduqca  necə 
xoĢbəxt  görünürdü.  Hətta  əziz  dostlarının  əhatəsində,  sevənlərinin 
dövrəsində həyatında ilk dəfə qol qaldırıb oynadı. 
 
Biz  hamımız  bu  əbədi  dünyanın  müvəqqəti  sakinləriyik. 
Ömrümüzün  olumla  ölüm  adlı  sərhəddində  yaĢadığımız  müddətdə 
qazandıqlarımızın  heç  birini  özümüzlə  apara  bilmədiyimizdən  Tanrı 
yaratdığı  bəndəsini  bir  təsəlli  ilə  ovudur.  Səndən  sonra  bu  dünyada 
yaĢayan  sənin  əməllərindir.  Ġnsanın  yaxĢı  əməlləri  toxunulmaz  bir 
mənəviyyat  xəzinəsidir  ki,  illər  sonra  nəslin  davamçıları  bu  xəzinədən 
bəhrələnə  bilir.  YaxĢılıq  bumeranq  kimi  günlərin  bir  günü  sənin 
övladlarının üstünə qayıda bilir. Necə ki, Aydın Çobanoğlu adlı bir sənət 
və  söz  təəssübkeĢinin  ehtiram  və  hörmətlə  anılan  adı,  əməlləri,  sənət 
sevgisi onun balalarının yoluna iĢıq tutur. 
Sazı  ilə,  ifaçılıq  mədəniyəti  ilə,  ən  baĢlıcası  isə  insanlığı  ilə  onu  
tanıyanların  yaddaĢında  yaĢayan  Aydın  Çobanoğlunun  xatirəsi  bizim 
üçün  həmiĢə  əzizdir.  Mən  bu  qənaətdəyəm  ki,  neçə  ki,  xalqımızın  saz 
adlı  bir  sənət  dünyası  yaĢayır  bu  sənətin  Məcnunu,  Kərəmi  kimi 
xatirimdə qalan aĢıq Aydının da adı yaĢayacaq, tez-tez anılacaq. 
 
 
 
 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə