Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
47 
AYDIN ÇOBANOĞLU 
 
SAZ, SÖZ, ĠFAÇILIQ VƏ... 
 
AĢıq musiqisinə, aĢıq poeziyasına getdikcə daha çox diqqət yetirilir. 
Əsrlərin sınağından çıxmıĢ əvəzsiz sənət nümunələrinin toplanması, təd-
qiqi, nəĢr olunub oxuculara çatdırılması buna parlaq sübutdur. Sevindirici 
haldır ki, indi də Ģifahi ədəbiyyatımızın bu aparıcı qolu inkiĢaf edir, yeni-
yeni  sənət  nümunələri  ilə  zənginləĢir.  Orta  nəslə  mənsub  olan  ustad 
sənətkarlar, gənc aĢıqlar və həvəskarlar bu iĢdə böyük rol oynayırlar. 
AĢıq sənətinin inkiĢafı, təbliği haqqında ayrı-ayrı vaxtlarda müxtəlif 
sənət adamları öz fikir və mülahizələrini söyləmiĢlər. Biz də aĢıq sənəti, 
onun  inkiĢafı  və  təbliği  haqqında  qeydlərimizi  oxucularla  bölüĢmək 
istərdik.  Ġlk  sözümüz  saz  havalarının  ifası  ilə  əlaqədardır.  ġair  Hüseyn 
Arifin (Hüseynzadənin) “Sazlı-sözlü dünyam” məqaləsilə əlaqədar olaraq 
“Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmiĢ məqalələrdə bəzi müəl-
liflər haqlı olaraq sazda muğam parçalarının, xalq mahnılarının çalınma-
sını düzgün sayırdılar. Saz elə  imkanlı, incə, məlahətli bir musiqi alətidir 
ki,  onda  nəinki  Azərbaycan  muğam  və  xalq  mahnılarını,  hətta  dünya 
xalqlarının musiqisindən bəzi nümunələri çalmaq mümkündür. Lakin saz 
havalarını  çalarkən  onların  əvvəlində  haĢiyələr  çıxmaq  yersiz  görünür. 
Bəzən bir çox sənətkarlar və həvəskarlar saz havalarına o qədər “xal”lar, 
“gül”lər  əlavə  edirlər  ki,    havanın  özü  az  qala  arada  itib-batır.  Əgər 
onların  istedadı  varsa  qoy  YENĠ  SAZ  HAVALARI  qoĢsunlar.  Bu,  aĢıq 
sənətinin  inkiĢafına  təkan  verər.  Ġndi  də  yeni  saz  havaları  yaranır. 
Mikayıl Azaflının bu sahədəki təĢəbbüsləri maraq oyadır. O, klassik saz 
havalarımızla ayaqlaĢa bilən altı hava qoĢmuĢdur. Maraqlıdır ki, “Azaflı 
dübeyti”,  “Azaflı  gəraylı”,  “Azaflı  sarıteli”,  “Mehribani”,  “Sənəti”  və 
“Azaflı dağları” el Ģənliklərində, konsertlərdə aĢıqlarımıza tez-tez sifariĢ 
verilir.  H.Hüseynzadə  “Azaflı  dübeyti”nin  klassik  havalardan  bolluca 
istifadə  olunaraq  “düzəldildiyini”  deyir.  Əvvəla,  eyni  kök  və  pərdələrdə 
çalınan havaların az və ya çox dərəcədə oxĢarlığı var. Hətta “Ağır Ģərili” 
ilə  “Yüngül  Ģərili” və “Göyçə  gözəlləməsi” o qədər  yaxındır ki,  çox sə-
nətkarlar ifa zamanı özləri də hiss etmədən bu havaların birindən digərinə 
keçirlər. Həmçinin çox incə xallarla bir-birindən seçilən bu havaların hər 
biri müstəqil adla həyata vəsiqə almıĢdır. Eləcə də ifa üslubuna görə çox 
az  fərqlənən  “Dübeyti”  havaları  da  (“Mirzə  Dübeyti”,  “Zülfüqar 
dübeyti”,  “Borçalı  dübeyti”)  klassik  musiqi  xəzinəmizə  daxil  olmuĢdur. 
Ġnanırıq  ki,  “Azaflı  dübeyti”yə  Azaflı  Mikayılın  ifasında  qulaq  asanlar 
onun 
baĢqa 
havalardan 
fərqləndiyini 
etiraf 
edərlər. 
Tam 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
48 
mənimsənilmədikdə  isə  bir  neçə  ifaçı  tərəfindən  çalınan  və  ya  oxunan 
yeni musiqi müxtəlif Ģəkil alır... 
Çox  vaxt  aĢıq  musiqisi  həvəskarları  arasında  belə  bir  mübahisə 
yaranır: Görəsən, BALABAN LAZIMDIRMI? 
Bəziləri iddia edirlər ki, əsl aĢıq balabansız oxuyar. Bəziləri isə ək-
sinə, aĢığı balabansız  təsəvvür edə bilmirlər. Birincilər haqlı olaraq qeyd 
edirlər ki, qədim zamanlardan ta yaxın vaxtlaradək aĢıqlar tək sazla çıxıĢ 
etmiĢlər.  Lakin  onu unudurlar ki,  bütün  baĢqa sənətlər kimi,  aĢıq  sənəti 
də  inkiĢaf edir,  yeni  məziyyətlərlə  zənginləĢir. Balabançı aĢığı  müĢayiət 
edərkən onun və sazın səsini üstələməməli, sazla pərdə-pərdə enib qalx-
malıdır.  Belə  olduqda,  o,    sazla  möhkəm  uyuĢur,  artıq  görünmür.  Etiraf 
edək  ki,  balaban  çalanlarımızın  əksəriyyətində  bu  gözəl  keyfiyyət  yox-
dur, onlar sazın səsini balabanın mənasız hay-küyü ilə itirirlər. Öz növ-
bəsində  aĢıq  isə  balabanın  bu  cür  müĢayiətinə  aludəçilik  göstərir,  belə-
liklə,  yaxĢı  saz  çalmaq  bacarığından  məhrum  olur,  bir  çox  hallarda  isə 
saz “aĢığ”ın əlində formal xarakter daĢıyır. 
Bu cür vəziyyətin yaranmasına səbəb aĢıqların tez-tez müxtəlif ba-
labançılarla çıxıĢ etməsidir. Bir aĢığın çalğısına, barmağına öyrənən bala-
bançı  baĢqasının  ifasına  uyuĢmur.  Bu  baxımdan  AĢıq  Əkbər  Cəfərovla 
balabançı  Müseyib  Abbasovun  birgə  çıxıĢları  bütün  sənətkarlara  örnək 
ola  bilər.  Onlar  25  ildir  ki,  el  Ģənliklərində,  konsertlərdə  bərabər  çıxıĢ 
edirlər. 
MELODĠYAYA UYĞUN MƏTN seçmək aĢıq ifaçılığının mühüm 
xüsusiyyətlərindən  biridir.  Bu  zaman  iki  Ģeyi  nəzərə  almaq  vacibdir. 
Birincisi,  məzmununa  görə  mətn  melodiyanı  tamamlamalıdır.  Belə  ki, 
qəmli  melodiya  üzərində  nikbin  ruhlu  və  ya  əksinə,  Ģaqraq,  oynaq  hava 
üstündə sızıltılı, qəmli bir Ģeiri oxumaq əks təsir bağıĢlayır. 
Ġkincisi, Ģeir növlərinə görə hava seçilməlidir. Məlum olduğu kimi, 
divanilər  “BaĢ  divani”  və  “Ayaq  divani”,  müxəmməslər  “BaĢ  müxəm-
məs”  və  “Orta  müxəmməs”,  təcnislər  “Təcnis”  havaları  üstə  oxunur. 
Lakin  qoĢma  və  gəraylılar  çox  hava  üstə  oxuna  bilər.  Sənətkar  burada 
məzmunla  yanaĢı,  Ģeirlərin  misra  qurumlarına  görə  mətn  seçsə  daha 
effektli  olar.  Məsələn,  “Hüseyni”  havasının  motivi  6+5,  “Naxçıvanı” 
havasının motivi isə 4+4+3 bölgüdə yazılmıĢ qoĢmalar tələb edir. 
Bunlardan əlavə, aĢıq ifa zamanı improvizə yolu ilə mətndən əlavə 
AġIQ GÜLLƏRĠ adlanan əlavə beyt və bəndlərdən, bayatılardan istifadə 
edir. Bunlar mahiyyət etibarı ilə mahnının psixoloji təsir gücünü artırmaq 
üçündür.  Həmin  beyt  və  bəndlər,  bayatılar  məzmunca  seçilmiĢ  mətni 
tamamlamalı,  qüvvətləndirməlidir.  Təəssüf  ki,  çox  vaxt  buna  əməl 
edilmir, hətta bəzən beytlərin özü belə məzmunca qüsurlu olur. Məsələn, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə