Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
52 
SAZIN DOSTU, SÖZÜN DOSTU
 
 
 
Görkəmli  filoloq  alim,  professor,  tanınmıĢ 
ictimai  xadim,  elmimizin  və  xalqımızın  müdrik 
ağsaqqalı Həsən Mirzə həm də sazın-sözün dostu, 
folklorumuzun  yorulmaz  tədqiqatçısı  və  təbliğat-
çısıdır.  Gözünü  açandan  sazın-sözün  əhatəsində 
böyüyən  Həsən  müəllimin  doğulub  boya-baĢa 
çatdığı  ocaq  daim  qonaqlı-qaralı  olub,  bu  evdə 
tez-tez məĢhur aĢıqların məclisi qurulub.  
Bakıda da Həsən müəllim sazdan-sözdən ayrı 
olmayıb,  aĢıqlar  tez-tez  onun  qonağı  olublar. 
Ozan-aĢıq sənətinin kamil bilicisi olan H.Mirzə aĢıqlarımıza hər zaman qayğı 
göstərib,  istər  sənətlə  bağlı,  istərsə  də  məiĢət  problemlərinin  həllində  daim 
onlara  kömək  əlini  uzadıb.  Təkcə  respublikamızda  deyil,  eyni  zamanda  Cə-
nubi  Azərbaycanda,  Borçalıda  yaĢayan  aĢıqlar  da  hər  zaman  onun  yolunu 
gözləyib,  ona  olan  sevgi  və  sayğılarını  müxtəlif  formalarda  ifadə  etməyə 
çalıĢıblar.  Bəziləri  Həsən  müəllimə  olan  məhəbbətlərini,  istək  və  arzualrını 
poetik  dillə  ifadə  ediblər.  Həsən  müəllimə  ünvanlanmıĢ  Ģeirlər  isə  bir  deyil, 
beĢ deyil... Onlardan bir neçəsini dəyərli oxucularımıza da təqdim edirik. 
“Ozan dünyası” 
 
AY HƏSƏN MĠRZƏ 
Xaçbulaq yaylağına qonaq gəlmiĢ 
 sinədəftər el ağsaqqalı Həsən Mirzəyə 
 
Dilinə, dininə məhəbbətin var, 
Azəri oğlusan, ay Həsən Mirzə. 
DaĢqın çaylar kimi coĢan təbin var, 
Sinəsi dolusan, ay Həsən Mirzə! 
 
Vətən həsrətlisən, dərdi-sərin var, 
Bütün məclislərdə sənin yerin var
Qanmazı qandıran kəlmələrin var, 
Qananın qulusan, ay Həsən Mirzə! 
 
Sənintək düĢünüb duymaq olurmu? 
YaxĢı iĢlərini saymaq olurmu? 
O qədər Ģirinsən, doymaq olurmu? 
Beçənin balısan, ay Həsən Mirzə! 
 
Sən elin oğlusan, elə bağlısan, 
Bülbül həvəslisən, gülə bağlısan, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
53 
AĢığın sazında telə bağlısan, 
Ələsgər, Alısan, ay Həsən Mirzə! 
 
YaxĢılıq toxumu əkən kiĢisən, 
Mərdlərə yurd-yuva tikən kiĢisən, 
Vətən təsibini çəkən kiĢisən, 
Nəbi, Koroğlusan, ay Həsən Mirzə! 
 
Yarandığın gündən sazı sevirsən, 
Sən Ģeiri, sənəti, sözü sevirsən
Yalanı tapdayıb, düzü sevirsən, 
Həqiqət yolusan, ay Həsən Mirzə! 
 
Ürəkdən deyirəm sizə maĢallah, 
Nur saçan, nur yağan üzə maĢallah, 
Bələdsən Ģeirə, sözə, maĢallah, 
Vurğun zəkalısan, ay Həsən Mirzə! 
 
Sənət dünyasında var adın-sanın, 
ġükür, sahibisən kəskin zəkanın, 
QaĢqaçaylı deyər, Ģeirin, dastanın, 
Hamsından halısan, ay Həsən Mirzə! 
 
AĢıq Məhəmməd QaĢqaçaylı 
19.07.2010-cu il  
 
DƏRDĠMĠ
 
 
Həsən Mirzənin “Dərdimi” rədifli Ģeirinə 
 Könül Xasıyevanın ifasında qulaq asanda  
mənim də dərdim təzələndi 
 
ġair Həsən Mirzə, darıxma, qardaĢ, 
Qoymaram namərdlər bilə dərdimi. 
Səbirdən ürəkdə bir tonqal qurram
Yandırıb döndərrəm külə dərdimi. 
 
Güvənərəm bir Allaha, Qurana, 
Can qurban eylərəm, Azərbaycana! 
Hər bir nisgil olsa, çəkərəm cana, 
Paylaram Araza, Kürə dərdimi. 
 
Həsən Mirzə, sözlərimdə yanğı var, 
EĢidəni inandırar, qandırar, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
54 
Ayrılıqdan damarımda qan durar, 
Gətirər ürəkdən dilə dərdimi. 
 
Çağır, Ulduz xanım kökləsin sazın, 
“Misri”, “Koroğlu” ilə gözəl avazın, 
Türk ordusu çəksin Qarabağ nazın, 
Qoy qaldırsın hərdən zilə dərdimi. 
 
Həsən Mirzə, sənli mənli bir ürək, 
Yaxından danıĢaq, yaxından gülək, 
Kəsib Qarabağın yolların külək, 
Kərəməm, çəkəcək Lələ dərdimi. 
 
Ulduz xanım çalsın “Yanıq Kərəmi”, 
Qoymaz dərd qocalda Qızıl Qələmi, 
Unutdurar mənə dərdi, vərəmi, 
Kül edib sovurram yelə dərdimi. 
 
Qızıl Qələm (Əkbər Fəttahi)  
Ġran-Tehran  
22.04.2011 
 
AY HƏSƏN MĠRZƏ 
 
Elimizin, obamızın, məhləmizin 
 ağsaqqalı Həsən Mirzəyə 
 
Sən el ağsaqqalısan, tanrı payısan, 
Bütün insanlığın qibləgahısan, 
Sən coĢub çağlayan bir dağ çayısan, 
Elin çırağısan, ay Həsən Mirzə! 
 
Zəfər toxunmasın sənə heç zaman
Ġlqarın düz olub sənin hər zaman, 
Tanrıdan güc aldın sən zaman-zaman, 
Sən tanrı payısan, ay Həsən Mirzə! 
 
Hər zaman zirvədən gələcək səsin
Bizə həyan olsun isti nəfəsin, 
Sən tez fəth edirsən dağın zirvəsin, 
Qartal vüqarlısan, ay Həsən Mirzə! 
 
Bayram Ġsmayılov 
20 fevral 2011 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
55 
ÖLÜM SEVĠNMƏSĠN QOY... 
 
 
  Araz YAQUBOĞLU 
  
AġIQ HACI DA KÖÇDÜ... 
 
Sazlı-sözlü  adamlar  el-oba  arasında 
həmiĢə  ucada  tutulub,  hörmətli  baĢbilən 
sayılıblar.  Belə  adlı-sanlı,  könülləri  fəth 
eyləyən  ustad  aĢıqlardan  biri  də  AĢıq 
Hacı Göyçəlidir. 
Bayramov  Hacı  Abbas  oğlu  22  iyun 
1931-ci  ildə  Göyçə  mahalının  DaĢkənd 
kəndinin "Hacı  Qurban"  yaylağında ana-
dan оlub.  Hələ  uĢaq  yaĢlarından aĢıqlığa 
həvəs  göstərən  Hacını  atası  (o,  sazın-sö-
zün vurğunu idi) Qərib Abbas 1945-ci il-
də  həmkəndlisi  AĢıq  Abbasəli  Nəzərova 
Ģəyird vermiĢ və bir ildən sonra Bala Məzrəli AĢıq Hüseynin yanına Ģə-
yirdliyə göndərmiĢdir. AĢıq Hacıda olan fitri istedadı nəzərə alan qüdrətli 
sənətkar Qanlılı AĢıq Mehdi 1947-1950-ci illərdə ona ustadlıq etmiĢdir.  
AĢıq Hacı ustad aĢıq kimi bir neçə Ģəyirdə aĢıqlıq sənətinin sirlərini 
öyrətmiĢdir.  BalakiĢi  (Qanlı  kəndi),  AĢıq  Səlim  (Qaraqоyunlu  kəndi), 
AĢıq  Ġslam  (AĢağı  ġorca  kəndi)  AĢıq  Hacının  yanında  aĢıqlıq  sənətinin 
sirlərinə  yiyələnmiĢlər.  AĢıq  Ġslam  düz  on  il  (1968-ci  ildən  1978-ci  ilə-
dək)  ondan  sənətin  incəliklərini  öyrənmiĢdir.  Bundan  sonra  AĢıq  Hacı 
1978-ci ildən baĢlayaraq öz həmkəndlisi Nuriddin Ġsgəndərovu özünə Ģə-
yird götürmüĢ və onunla neçə-neçə ağır məclislər yola salmıĢdır. Həmin 
vaxtlarda  AĢıq  Hacı  AĢıq  Nuriddin  cütlüyü  nəinki  Göyçədə,  eləcə  də 
Qarabağda, Borçalıda, Gəncə-Qazax bölgələrində də kifayət qədər məĢ-
hurlaĢmıĢ və bu yerlərdə də el məclislərinə dəvət olunmuĢdular. 
1981-ci ildə AĢıq Hacı AĢıq Nuriddinlə birlikdə dövlət televiziyasın-
da "AĢıq Alı" dastanını, 1985-ci ildə isə "ġəmkirli AĢıq Hüsеyn" dasta-
nını  söyləmiĢlər  və  hər  iki  dastanın  lеnt  yazısı  televiziyanın  "Qızıl  fon-
duna" daxil edilmiĢdir. 
AĢıq Hacı 1984-cü ildə Azərbaycan aĢıqlarının IV qurultayına nüma-
yəndə sеçilmiĢ və qurultayda fəal iĢtirak etmiĢdir. Ustad aĢıq 1991-ci ildə 
Almaniyaya qastrol səfərinə gеtmiĢ və Almaniyanın bir sıra Ģəhərlərində 
konsertlər  vermiĢ,  Azərbaycan  aĢıq  sənətinin  layiqli  nümayəndəsi  oldu-
ğunu göstərmiĢ, Göyçə aĢıq məktəbini layiqincə təmsil etmiĢdir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə