Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
60 
Əlixan YƏHYAOĞLU 
 
AġIQ VƏKĠL KÖÇ ELƏDĠ DÜNYADAN 
 
Bu ilin may ayı idi. Xət-
rini  istədiyim,  hörmətini  sax-
ladığım,  rəğbət  bəslədiyim 
əziz  dostum  Çingiz  Yaqubov 
mənə  telefon  açdı  və  o  xəttin 
o  baĢında  bir  anlığa  susdu. 
Birdən  doluxsunmuĢ  səslə: 
“QardaĢ,  sənin  üçün  nə  qədər 
gözlənilməz,  nə  qədər  ağır  və 
kədərli  olsa  da  deməyə  məc-
buram.  Dostumuz  AĢıq  Vəkil 
dünyasını dəyiĢdi və dünən haqq yerinə qoyduq. Özüm xəbər vermədim, 
ANA itkinizi nəzərə alıb yenidən o sarsıntıları sizə yaĢatmaq istəmədim. 
Günahkar  olsam  da,  siz  Allah  məni  bağıĢlayın.  Ancaq  xahiĢ  edirəm, 
dostumuzun vaxtsız ölümü ilə bağlı bir Ģey yazın”.  
Çingiz  müəllimin  qəfil  xəbəri  doğurdan  da  məni  sarsıtdı.  Dostum 
aĢıq  Vəkilin  vaxtsız ölüm  xəbəri ən müqəddəs varlığım, doğma və əziz 
bir insanın əbədi ayrılığına için-için tökdüyüm göz yaĢlarını daha da coĢ-
durdu, qəlbimi korun-korun yandıran odu daha da alovlandırdı. Varlığımı 
dərd  bürüyəndən,  qəm  çuğlayandan  bəri  qəlbimin  dərinliyindən  qalxan 
“qara buludlar” boĢalıb dolur, içimi qasırğa  kimi dağıdır, leysan kimi ya-
ğıb sulara qərq edir...  
...Vəkil Bayram oğlu Əliyev 1952-ci il mart ayının 30-da BaĢkeçidin 
Hamamlı kəndində anadan olub.   
1969-cu  ildə  Hamamlı  kənd  orta  məktəbini  bitirdikdən  sonra  Qazax 
Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirib. Qazaxda təhsillə 
yanaĢı həm də “Göyəzən” ansamblının üzvü olub, eyni zamanda  qazaxlı 
aĢıq  Hacı  və  məĢhur  aĢıq  Ədalət  Nəsibovdan  sazın  sirlərini  öyrənib. 
Sonra isə ustad Azaflı Mikayıldan sənət dərsi alıb.  
Hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət doğma BaĢkeçid-
dəki  “Dostluq”  və    Bolnisi  rayonunda  fəaliyyət  göstərən  “Könül” 
ansambllarının solisti olub.    
Müasir Borçalı aĢıq məktəbinin görkəmli nümayəndəsi, layiqli  ye-
tirməsi,  dəyərli  davamçısı,  ilk  qadın  sənətkar,  ustad  AĢıq  Sonanın  yadi-
garı (qardaĢı oğlu) Hamamlı AĢıq Vəkil Əliyevin özünəməxsus ifa tərzi, 
çalıb-oxumağı,  danıĢıq  tərzi  vardı.  O,  geniĢ  və  güclü  səs  diapazonu  ilə 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
61 
istənilən  aĢıq  havacatlarını,  xalq  mahnılarını  və  təsnifləri  məharətlə  ifa 
etmək  qüdrətinə  malik  sənətkar  idi.  Ecazkar  səsinə,  məharətli  və  Ģaqraq 
zəngulələrinə,  kövrəl  boğaz  xırdalıqlarına,  Ģirin  ləmsinə  görə  məĢhur 
xanəndə, mərhum Baba Mahmudoğlu onu ansamblına dəvət edib və uzun 
müddət el Ģənliklərində, toy məclislərində birgə çıxıĢ ediblər.  
AĢıq  Vəkil  hansı  məclisdə,  hansı  Ģənlik  və  yığıncaqlarda  sənətkar 
kimi çıxıĢ edərdisə həzin, yumĢaq və ecazkar səsi, oynaq mahnıları, mə-
zəli lətifə və qaravəlliləri ilə ziyafət üzvlərinə, məclis əhlinə gözəl ovqat 
bəxĢ edər, könül oxĢayardı.  
YaddaĢımdan bir xatırlama süzülüb gəldi ürəyimə: “Günlərin birin-
də  kəndimizin  bir toy məclisinə  aĢıq  kimi  dəvət olunan Vəkil vaxtından 
əvvəl gəldiyindən bizə döndü. Ġlk dəfə qapımızı dost kimi açan aĢıq sazı 
bir  tərəfə  qoyub  öncə  anamla  görüĢdü  və  “məni  tanıdınızmı”  dedi. 
ANAM  diqqətlə  qonağın  üzünə  baxıb,  “səni  bir  neçə  dəfə  televizorda 
görmüĢəm, ağrın alem, Hamamlı aĢıq...” Vəkil anamı üzməyib “bəli, aĢıq 
Vəkiləm”, - dedi.  
Anam yenidən Vəkili bala kimi bağrına basıb boyunu oxĢadı. Allah 
verən nemətlərdən anamın tələsik açdığı süfrədə daddıqdan, çay içdikdən 
sonra  AĢıq  Vəkil  əli  ilə  bığlarını  sığallayıb  ayağa  qalxdı  və  sazı  köy-
nəyindən  çıxardıb  köklədi.  Əvvəlcə  “Mansırı”,  sonra  da  “Dilqəmi” 
havaları  elə  yanıqlı, elə kövrək və elə təsirli çalıb-oxudu ki, havanın və 
səsin təsirindən və xəyala daldığımdan özümüzdə deyildim. Anamın göz-
lərindən yaĢ axırdı. Elə AĢıq Vəkilin özü də yaman kövrəlmiĢdi...  
AĢıq Vəkil könülləri riqqətə gətirən, xəyallara daldıran bu ifası ilə 
könlümüzü oxĢamaqmı istəyirdi? Yoxsa anamı görüb rəhmətlik anasımı 
yadına  düĢmüĢdü?  Bəlkə,  anasının  ətrini,  varlığını,  mənalı  baxıĢlarını, 
incə  yeriĢlərini  ağbirçək  anamda  tapıb  yanıqlı-yanıqlı  oxuyurdu?  Bir 
daha anamı görməyəcəyinə görəmi halallıq aldı? Bilmirəm...  
Bir onu bilirdim ki, AĢıq Vəkil son zamanlar çox qayğılı, çox fikirli 
və  küskün  kimi  gəzib  dolanırdı.  Deyilənlərə  görə, “oğul  dərdiydi  dərdi” 
və buna dözə bilmirdi. Dost-tanıĢ yanında xəcalətli, günahkar kimi hərlə-
nirdi. Kimə ağız açırdı, kimdən kömək istəyirdi, xeyri olmurdu... Qəlbini 
oxĢasaq da, fikrindən yayındırsaq da onu “qəm dəryasından” çıxarda bil-
mirdik. Sən demə, Vəkilin özü boyda içərisində gəzdirdiyi dərd ürəyində 
qövr edib öz iĢini görürmüĢ, dostumuzun yaxasından ölümü vaxtsız asıb 
onu son mənzilə apardı. Çingiz müəllimin dediyinə görə, dəfn günü gös-
tərilən  lent  yazısından  sonra  Vəkilin  həyat  yoldaĢının  fəryadlarında,  öv-
ladlarının  ürəkləri  dağlayan  yanıqlı  hönkürtülərində,  doğma  və  əzizləri-
nin  acı  göz  yaĢlarında,  dost-tanıĢın  həsrətli  baxıĢlarında,  el-obanın  inti-


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
62 
zarlı davranıĢlarında o  müdhiĢ ölüm daha tez nəzərə çarpır, insanı  için-
için daha çox yandırıb-yaxırdı...  
Ömrümün  bu  baharında,  dünyanın  “atiĢləməz  yollarında”  dərdlə 
döĢ-döĢə, üz-üzə gəlib qəm karvanının sarvanı oldum. Taleyimə düĢən bu 
Tanrı payı çalın-çarpaz dağ çəkdi sinəmə. Gah dərdin qəm gölündə üzür, 
gah da kədər havasında qol açıb “sındırıram”, VƏKĠL!  
Valideyn  itkisinin,  vaxtsız  dost  ölümünün  iztirabları  Ģırımlanıb 
alnımda...  Əbədi  ayrılığın  ĢimĢəkləri,  ömürlük  həsrətin  ildırımları  çaxır 
gözümdə... Qəm dəryasının azğın dalğaları bədöv atlar kimi Ģahə qalxır 
üzümdə...  Ġçimə  süzülən  dərdin  Ģıltaq  damlaları  böyüyə-böyüyə  dağa 
dönür ürəyimdə, Vəkil!  
Yaradıcılığının  və  ömrünün  kamil  dövrünə  qədəm  qoyduğun  bir 
vaxtda  sevib-sevilən  ürəyin  dünyanın  haqsızlıqlarına,  insanların  laqeyd-
liyinə dözməyib əbədi dayandı, həyatla vaxtsız vidalaĢdın, Vəkil!  
 Neçə-neçə  oxunmamıĢ  mahnılarını,  doğmalarına  deyilməmiĢ  söz-
lərini,  Ģirin  kəlmələrini,  mehriban  baxıĢlarını,  qəhqəhəli  gülüĢlərini 
özünlə bərabər o dünyaya apardın, Vəkil!  
Dostlar,  eloğlular,  aĢıqsevərlər  SƏNĠN  unudulmaz  simanı,  pəh-
ləvan vücudunu, bənzərsiz ifalarını, Ģaqraq zəngulələrini qəlblərdə  yaĢa-
dacaq, gül xatirəni solmağa, daĢa dönməyə qoymayacaq və çiçək ömrünə 
qəlblərin dərinliyində möhtəĢəm xatirə abidəsi ucaldacaqlar, Vəkil!  
Yat,  əziz  DOSTUM,  yat!  Vətənin  baĢı  qarlı  dağlarının  ətəyində, 
yaĢıl  yaylaqların  ətirli  güllərinin  arasında,  cənnət-məkan  torpağın 
qoynunda rahat yat!  
  
 
YASDADI 
 
Əcəl at oynadır, meydan sulayır,  
Ətirli baharım, yazım yasdadı.  
Qəlbimi çuğlayır qara buludlar
Leysana dönübdü gözüm, yasdadı.  
 
Fələk ürəyimə xal, ləkə saldı,  
Qəm-kədər karvanı sazını çaldı.  
Gedən qayıtmayır, bu necə yoldu?  
ġirin kəlmələrim, sözüm yasdadı.  
 
Dağların üstünü duman alıbdı,  
Sevən ürəklərə qüssə dolubdu.  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə