Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
73 
Nəhayət,  ilin  sonuncu  çərĢənbəsi  Azərbaycanımızın  hər  yerində  heç 
bir  digər  adla  yox,  “Ġlaxır  çərĢənbə”  adıyla  deyilir,  qeyd  olunur.  Bu 
çərĢənbə  təbiətdə  və  cəmiyyətdə  nə  varsa  hamısının  canında  oyanma, 
canlanma baĢlayır.  
Ġlaxır  çərĢənbə  təmtərağı  ilə  özündən  əvvəlki  çərĢənbələrdən  fərqlə-
nir.  düzdür,  bu  çərĢənbədə  olduğu  kimi,  əvvəlki  çərĢənbələrdə  də  “çər-
Ģənbə  xonçası”  tutulur,  tonqal  yandırılır  və  s.  Amma  Ġlaxır  çərĢənbənin 
növrağı zəngindən də zəngindir. Burada, ötəri də olsa bir məsləyə toxun-
maq istəyirik. Bildiyimiz kimi çərĢənbələrin hamısında od-tonqal  yandı-
rılır. Bir halda belədir, onda Ġlaxır çərĢənbəyə ayrıca bir “Od çərĢənbəsi” 
adı vermək də absurd deyilmi?  
Ġlaxır çərĢənbənin mərasim və ayinlər ilə zəngin olduğunu demiĢdik. 
Bu  mərasimlərdən  ən  məĢhur  və  yayğın  olanı  “Vəsfi-hal”dır.  Qadınlar, 
gəlinlər,  ərgən  qızlar  çərĢənbə  axĢamında  təyin  olunmuĢ  bir  evə  cəm 
olurlar. Aralığa su ilə dolu “dilək tası” adlanan badya, kasa və s. qoyulur, 
üstünə ağ örtük örtülür. ĠĢtirakçıların hər biri “dilək tası”na öz üzük, sır-
ğa, oymaq, iynə, sancağının və s. salır, niyyət tutur. Mərasimin seçilmiĢ 
baĢçısı bayatı deyə-deyə suya salınmıĢ niĢanlardan birini çıxarır. NiĢanın 
sahibi  tutduğu  niyyətlə  bayatının  sözlərindəki  məzmunu  tutuĢdurur. 
Bununla niyyətindəki istəyinin həyata keçib-keçməyəcəyinə inanır.  
Ġlaxır  çərĢənbənin  maraqlı,  məzmunlu  ayinlərindən  biri  də  qulaq 
falıdır.  Hava  qaralanandan  sonra  niyyət  tutan  kimsə  özü  ilə  bir  qab  su, 
güzgü, açar götürüb qonĢu qapılarına gedir. Ġçəridə danıĢılan söz-söhbətə 
xəlvətcə  qulaq  asır.  EĢitdiyi  ilk  sözləri  ürəyində  tutduğu  niyyətlə  yozur. 
Əgər niyyətlə eĢitdiyi sözlər arasında uyğunluq varsa, deməli, arzu, istəyi 
də həyata keçəcək. Odur ki, ilaxır çərĢənbə axĢamında həmiĢə xoĢ, könül 
açan,  sevinc  bəxĢ  eləyən  sözlər  danıĢılmalıdır  ki,  qulaq  falına  gələn 
qapıdan ümidsiz qayıtmasın.  
Qulaq  falına  gedənin  özü  ilə  apardığı  su  –  iĢıqlı  yol,  güzgü  –  iĢıqlı 
həyat, açar – niyyət açan deməkdir.  
Ġlaxır çərĢənbənin diqqəti çəkən mərasimlərindən biri də “Danatma” 
mərasimidir.  Əski  təsəvvürlərə  görə,  əski  –  Ģər,  gündüz  isə  xeyirxah 
qüvvələrin  əməlidir.  Bunların  arasında  qurtarmaz  vuruĢ  gedir.  Sübhün 
açılmasına  az  qalmıĢ  Dan  ulduzu  görünəndə  gecə  bütün  qüvvəsini  – 
zülmət qaranlığını cəmləyib açılan səhərin qarĢısını kəsmək istəyir. “Dan 
qaranlığı”  adlanan  bu  vaxtla  GünəĢönü  gələn  Dan  ulduzu  iĢığında  sübh 
qalib gəlir.  
“Danatma” mərasimində əsasən, cavan oğlanlar, qızlar iĢtirak edirlər. 
Ġlaxır çərĢənbə gecəsində onlar bir evə yığıĢırlar. Bütün gecəni yatmayıb 
Ģənlik  keçirir,  cürbəcür  əhvalat,  əfsanə,  rəvayət,  lətifələr  danıĢır,  nəğ-


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
74 
mələr  oxuyub  əylənirlər.  Mərasimdə  iĢtirak  edənlərdən  kimsə  yatma-
malıdır.  ĠĢdir,  bir  kəsi  yuxu  aparsa,  onun  paltarını  xalça-palaza  tikir, 
sonra oyadıb oxumaq, oynamaq və s. tələblə cərimə edirlər.  
Dan ulduzu görününcə, etiqada görə bu ulduzu ilk görən kəsin iĢləri 
uğurlu  olur,  mərasim  iĢtirakçıları  axar  su  üstünə  gəlirlər.  Danın  ağar-
masını – sübhün açılmasını burada qarĢılayırlar. Əl-üzlərini yuyub suyun 
üstündən hoppana-hoppana “ağırlığım-uğurluğum daĢlara” deyirlər. 
Ġlaxır  çərĢənbənin  maraqlı  ayinlərindən  biri  də  “Ağacqorxutma”dır. 
Bar  verən  ağac  bardan  qaldıqda  deyirlər  ki,  çilləyə  düĢüb.  ÇərĢənbənin 
günü ağac sahibi əlinə baltanı alıb onun üstünə gəlir və: - Ey barsız ağac, 
nəyimə lazımsan, kəsəcəyəm səni! – deyərək, baltanın ağzıyla, arxasıyla 
ağacın gövdəsinə vurur. Ağac bununla guya ki, səksənir və bu səksənmə 
ilə çillədən çıxır.  
Bəzən  də  baĢqa  bir  kimsə  -  daha  çox  ağsaqqal  balta  vuranı  tutub 
saxlayır və deyir: A kiĢi, kəsmə ağacı. Mən ona zamin dururam. Ġnanıram 
ki,  bu il o, bar verəcək.  Bu zaman evdəkilərdən ayağısayalı,  əlibərəkətli 
sayılan  ağacın  dibinə Ģərbət  səpir, buraya noğul-nabat, qovurğa, səməni 
qoyur.  
Sözsüz ki, ilaxır çərĢənbə inamları çoxdur. Və onlardan bir neçəsini 
də  burada  yada  salmağı  gərəkli  sayırıq.  Misal  üçün,  çərĢənbə  gecəsində 
buğda, un çuvallarının, digər azuqə qablarının ağzı açıq saxlanılmalıdır. 
Ġnama  görə,  bu  gecə  bərəkət  paylanılan  gecədir.  Belə  edilməzsə,  guya 
evin bərəkət payı kəsilər.  
Ġlaxır çərĢənbədə su ilə dolu kasaya uclarına pambıq sarılmıĢ iki iynə 
buraxılır.  Suda  üzən  iynələr  ulduz  tərəfdən  bir-birinə  yaxınlaĢsa,  niyyət 
tutan kəs istəyinə çatacağını yəqinləĢdirir.  
Ġlaxır çərĢənbədə iki almadan birinə niĢan qoyulur. Sonra niyyət tutu-
lub evdəkilərdən kimdənsə almalardan birini götürmək istənilir. Əgər ni-
ĢanlanmıĢ alma götürülərsə, niyyət sahibi istəyinin hasil olacağına inanar.  
Ġlaxır çərĢənbə gecəsində ərgən, yetiĢmiĢ qızlar evin kandarında arxa-
sı  həyətə  sarı  durub  sağayaq  baĢmaqlarını  sağ  əli  ilə  sağ  çiyinlərindən 
arxaya  atarlar.  Sübh  tezdən  oyanıb  baĢmağa  baxarlar.  Əgər  baĢmağın 
burun tərəfi yola, daban tərəfi evə sarıdırsa, sahibi yaxın vaxtlarda xeyir 
xəbər eĢidəcəyinə, ərə gedəcəyinə inanar.  
Ġlaxır çərĢənbədə, eləcə də Novruz bayramı axĢamı bəzədilmiĢ xonça-
da evdə olanların hər birinin adına yandırılmıĢ Ģam da olur. Evdəkilərdən 
hər  kəs  özünün,  ya  da  baĢqasının  Ģamını  gözaltı  eləyib  ürəyində  niyyət 
tutur.  Gözaltı  olunmuĢ  Ģam  o  birilərindən  çox  yanarsa,  niyyət  sahibi 
istəyinin baĢa gələcəyinə inanar.  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə