Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
89 
Nəzir-niyazla  dünyaya  gələn  Qurbaniyə  17  yaĢında  Mazannənə  pirində 
buta verilir. Gəncə xanının qızı Pəriyə aĢiq olan Qurbaninin həyatı büsbütün 
dəyiĢir. 
 
Qurbaninin dərdi olub ziyada, 
Allahı çağırram, yetişər dada, 
Bir gözəl seçmişəm işıq dünyada, 
O pəri salıbdı çöllərə məni.  
 
AĢıq  Qurbani  tezliklə  həm  lirik 
Ģair,  həm  dastançı  kimi  xalq  arasında 
tanınıb sevilir. Üstündəki Tanrı nəzəri, 
fərqli  düĢüncəsi  və  ilahi  eĢqi  onu 
imtahana çəkir. 
 
ƏDƏBĠYYATIMIZIN 
SOLMAYAN “BƏNÖVġƏ”SĠ 
 
   Ġnsan 
və  təbiət  gözəlliklərinin 
vəhdəti  Qurbani  yaradıcılığında  bir-
birini tamamlayır. Bu baxımdan Qurbaninin “BənövĢə” Ģeiri ədəbiyyatımıza 
yeni bir mövzu gətirdi. BənövĢəyə yüzlərlə Ģeir həsr olunsa da, heç bir Ģeirin 
ömrü AĢıq Qurbaninin “BənövĢə”sinin ömrü qədər uzun və ətirli olmadı:  
 
Tanrı səni xoş camala yetirmiş, 
Səni görən aşiq ağlın itirmiş. 
Mələklərmi dərmiş, göydən gətirmiş? 
Heyf ki, dəriblər az bənövşəni. 
 
Tarixi mənbələrə  görə,  AĢıq  Qurbani  ġah  Ġsmayıl  Xətainin  hakimiyyəti 
dövründə  yaĢamıĢ,  1500-cü  ildə  gənc  ġah  Ġsmayıl  Xətai  Xudafərin 
körpüsündən keçib ġirvana yürüĢ edərkən Qurbani onunla tanıĢ olmuĢ və bu 
görüĢü ömrü boyu unutmamıĢdır. Sonralar Qurbani hökmdara yaxın olmuĢ, 
Ģeirlərində onu vəsf etmiĢdi:  
 
Bu dünyada bir haqq divan, 
O dünyada cənnət-məkan. 
Qoy var olsun, türki zəban, 
Şah Xətai, Şah Xətai. 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
90 
Səfəvi  dünyagörüĢünün  tərkib  hissəsi  olan  türkçülük,  millətçilik 
duyğuları Qurbani yaradıcılığında qabarıq Ģəkildə hiss olunur. 1535-1537-ci 
illərdə  Osmanlı  qoĢunlarının  Azərbaycana  yürüĢü  zamanı  Qurbani  yerli 
hakimin  təhriki  ilə  Türkiyəyə  aparılmıĢ,  Sultan  Səlim  tərəfindən  11  ildən 
artıq  Qars  qalasında  qürbətdə  qalmıĢ,  Vətən  həsrəti  ilə  ağrılı-acılı  günlər 
yaĢamıĢdı: 
 
Ayrı düşdüm vətənimdən, elimdən, 
Başı çənli, qarlı dağlar, qal indi. 
İçən ölməz dərdə dərman suyundan
Axar sular, tər bulaqlar, qal indi. 
 
1548-ci ildə Ģah Təhmasibin ordusu Qarsı ələ keçirərkən, Qurbani azad 
edilir.  Vətənə  dönən  aĢıq  Xətainin  xatirəsinə  böyük  kədər,  qüssə  ilə  dolu 
“Ola” rədifli mərsiyə divanını yazır:  
 
Fələk, sənlə vuruşmağa bir qabil meydan ola, 
Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.  
Getmiş idim mürşüdimə dərdimə dəva qıla, 
Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola. 
 
Ustad aĢıqlar belə güman edirlər ki, Qurbani ġah Ġsmayıl Xətaiyə  “ġah 
Xətai”,  “ġahsevəni”,  “ġahsarayı”,  “BaĢ  divani”,  “Heydəri”,  “Ġbrahimi”  və 
“Sultanı” kimi yeddi saz havası həsr etmiĢdi. 
 
“QURBANĠ” DASTANI 
 
Qurbani  irsini  nəsillərdən  nəsillərə,  yaddaĢlardan  yaddaĢlara  ötürüb 
yaĢadanlardan biri də AĢıq Qurbaninin həyatından və yaradıcılığından bəhs 
edən  “Qurbani”  dastanıdır.  Görkəmli  folklorĢünas  Məhəmmədhüseyn 
Təhmasib “Qurbani” dastanını Ģərti olaraq Gəncə, Diri, Zəncan versiyalarına 
ayırmıĢdı.  “Qurbani”  dastanı  xalqın  çox  sevdiyi  məhəbbət  dastanlarından 
biridir. 
 
Qurbani der: Diriliyəm mən, diri, 
Yolunda qoymuşam can ilə səri. 
Axtardığım yardı, şikarım Pəri, 
Mətləbimdi, Pəri üçün gəlmişəm. 
 
“Qurbani” dastanında 61 qoĢma ustadnamədən, 8 gəraylıdan, 2 divani, 5 
deyiĢmə və bir müxəmməsdən istifadə olunub. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
91 
Dirili Qurbani haqqında gəzən rəvayətlər, əfsanələr isə bu gün də bitib-
tükənmir.  Sevgilisi  yolunda  min-bir  əzab-əziyyətə  tuĢ  gələn,  həyatı  qüssə-
kədər  içində  keçən  Qurbanini  ov  zamanı  ilan  çalır,  sevgilisi  Pərinin  qolları 
arasında canını tapĢırır. Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. BaĢqa bir 
rəvayətdə isə Qurbanini ilan çalır, haraya gələn atasının qolları üstündə can 
verən aĢıq belə bir bayatı çağırır: 
 
Vurdu bir talxa məni
Şəms etdi xalxa məni. 
Apar, qəbrim gendə qaz, 
Göstərmə xalxa məni. 
 
 
Qurbaninin  günümüzə  gəlib  çatan  Ģeirləri  gəraylı,  qoĢma,  divani, 
deyiĢmə,  bayatı  və  qitələrdən  ibarətdir.  QoĢmalar  içərisində  qıfılbənd-
qoĢmalar, təcnis qoĢmalar və 20 bəndlik cahannamə vardır. 
 
Qurbanidi mənim adım, 
Adəm atadı bünyadım. 
Şeş atdım, çahar oynadım, 
Axır fələk uddu məni.  
 
Qurbaninin ən böyük xidmətlərindən biri isə ilk dəfə aĢıq Ģeirində divani 
yazmasıdır.  O  dövrdə  divani  el  Ģerinin  qəzələ  qarĢı  duran  ən  mükəmməl 
forması  idi  və  bu  janrı  yaratmaqla  Qurbani  köhnə  ənənəni  dağıdaraq,  yeni 
bir cığır açdı. 
Qurbani  zaman-zaman  tarixin  yaddaĢına,  xalqın  ruhuna  hopdu.  Hər  il 
bahar  gəlib  bənövĢələr  torpaqdan  baĢ  qaldıranda,  saz  dil  açıb  danıĢanda, 
“Ustadnamə”lər  oxunub  ustadlar  yada  düĢəndə  Dirili  Qurbaninin  Ģeiriyyatı 
əvvəlcə ruhumuzu, sonra yaddaĢımızı, keçmiĢimizi dirildir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə