Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   26   27   28   29   30   31   32   33   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
101 
dünyanın o baĢından bu baĢına keçib gələn Ģərəfli yolu da göstərir. “Ya-
radılıĢ”dan  “Qaçaq  Ġsmayıl”a  qədər  olan  dastan  ənənəsi  tarixin  bütün 
mərhələlərinə  iĢıq  tutur.  Orada  türkün  ağrılarını,  yaratdığı  böyük  mədə-
niyyəti,  dövlətçilik  ənənələrini,  savaĢ  sənətini,  vətən,  ailə,  torpaq  sevgi-
sini,  qonaqpərvərliyini,  böyüklüyünü  və  s.,  və  s.  görürük.  Bu  nümunə-
lərlə  türk  xalqları  bəĢər  sivilizasiyasına  ucu-bucağı  olmayan  böyük  mə-
dəniyyəti, dünyanı bu gün də qibtədə saxlayan ali, bəĢəri dəyərləri tarixin 
gömülməz yaddaĢına yazıb. “Manas”, “AlpamıĢ”, “Canqar”, “Kitabi-Də-
də  Qorqud”,  “Uralbatır”,  “Boqlandıbatır”,  “Corabatır”,  “Koroğlu”,  “Qa-
çaq Nəbi”, “Qaçaq Kərəm” və s. dastanlar bu mənada çox mətləblərdən 
xəbər  verir.  Onu  da  əlavə  edək  ki,  bu  dastanlar  təkcə  keçmiĢi  qoruyub 
saxlamaqla  bitmir,  bədii  faktları,  tarixi  bu  və  ya  digər  Ģəkildə  gələcəyə 
ötürməklə yekunlaĢmır. Burada keçmiĢdən gələcəyə olan bir yaddaĢ, nü-
munə olma, qoruyuculuq yolu var. Bir növ bu dastanlar türkün anayasa-
sıdır.  Gələcəyə  güzgü  tutur.  Yolun  hayana  olmasını  bəlgələyir. 
N.A.Dobrolyubov  yazılarında  xüsusi  olaraq  vurğulayırdı  ki,  xalq 
tarixinin ən ağır məqamlarında həmin qəhrəmanlığa müraciət edir, ondan 
bir  növ  güc  alır  və  ayağa  qalxaraq  problemlərini  həll  edir.  XIX  əsr  rus 
ədəbi-nəzəri fikrinin görkəmli simasının gəldiyi bu qənaətlər bütünlükdə 
türk düĢüncə tərzinin ifadə faktıdır.  
Biz  qəhrəmanlıq  dastanları,  qaçaq  hərəkatı  dövründə  yarananlarla 
bağlı düĢüncələrimizi  qeyd edirik. Məsələ təkcə bunlarla bitmir. Bütün-
lükdə böyük sevgini, məhəbbəti və bu sevgiyə bükülü ağrıları daĢıyacaq 
məhəbbət dastanları var. “Əsli və Kərəm”ə, “Abbas və Gülgəz”ə, “AĢıq 
Qərib”  və  “ġahsənəm”ə,  bu  silsilədən  olan  dastanlara  təkcə  məhəbbət 
dastanı kimi  baxmaq çox azdır. Bunlara kompleks  Ģəkildə  yanaĢmaq la-
zımdır. Burada türkün davranıĢı, məiĢəti, adət-ənənəsi, nəyi varsa hamısı 
məhəbbət qarıĢıq ifadə olunur. Bu nümunələrdə biz özümüzü, tariximizi, 
məiĢətimizi görürük və ona belə də baxmalıyıq.  
“Qaçaq Ġsmayıl” dastanına gəlincə, bu dastanın çapına görə ilk öncə 
Zəminə  Xınalıya  minnətdarlığımı  bildirirəm.  Buradakı  əhvalatlar,  hadi-
sələr uĢaq yaddaĢımın xatirələridir. Daha doğrusu, evimizdə, kəndimizdə 
böyüklərdən, ağsaqqallardan buradakı əhvalatların əksəriyyətini dəfələrlə 
eĢitmiĢəm. Bir növ onların təsirində günlərimi, aylarımı keçirib böyümü-
Ģəm.  Bəlkə  də  tale  elə  bu  söyləmələrdən  məni  yazıya,  folklorĢünaslığa 
gətirib.  Ora  gedən  yolumu  açıb.  Yadıma  “Koroğlu”  dastanı  ilə  bağlı  bir 
xatırlama  gəldi.  O  vaxtlar  uĢaqdım,  orta  məktəbin  üçüncü-dördüncü 
siniflərində oxuyardım. QonĢu evlərdən birinə “Koroğlu” dastanını gətir-
miĢdilər. Böyük kitab idi. Bu, mənə belə gəlir, dastanın 1946-cı il nəĢri 
olardı.  Müxtəlif  evlərə  böyükdən-kiçiyə  hamı  yığılardı.  Evdə  durmağa 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
102 
yer olmazdı. Hətta iynə atsan belə yerə düĢməzdi. Bir nəfər dastanın ayrı-
ayrı qollarını oxuyardı. Biz isə ona sakit-səssiz qulaq asardıq. Sonra isə 
qocaların  qaçaqlar  haqqında  söhbətini,  dediklərini  eĢidərdik.  Mənim 
anadan  olduğum  Kəmərli  kəndi  böyük  meĢələrlə  əhatə  olunmuĢdu.  O 
meĢələrin, dağların hər biri bir səngər yeri idi. Çox təəssüflər, indi o yer-
lər yağı düĢmənin əlindədi. Sovetlər zamanında və ondan sonrakı dövrdə 
rəhbərlərin yerində olmaması, səriĢtəsizliyi, vəzifə və pul düĢkünü olması 
ucbatından  bu  torpaqlar  müəmmalı  olaraq  düĢmən  əlinə  keçdi.  Zaman-
zaman qəhrəmanlığa, qəhrəmanlara səngər olan həmin yerlər indi ağrılara 
yüklüdü.  Ancaq  əminəm  ki,  biz  o  yerlərə,  türkün  itirilmiĢ  torpaqlarına 
qayıdacağıq. Bu, mənə gün kimi aydındır.  
Kitaba folklorĢünas alim Elxan Məmmədli “Xalq ruhundan pərvaz-
lanan Ģairə” baĢlığı ilə ön söz yazıb. Burada həm dastan, həm də onu top-
layıb çap etdirən Zəminə Xınalı ilə bağlı fikirlərini bölüĢüb. Ġki səhifəlik 
bir yazıda kifayət qədər maraqlı mətləblərə toxunub. Bu isə Elxan Məm-
mədlinin  bir  folklorĢünas  kimi  ilk  öncə  faktlara  bələdliyindən,  böyük 
xalq sevgisi ilə yaĢamasından xəbər verir. Daha sonra “Tərtibçidən” baĢ-
lığı altında bir yazı verilir. Bu, bir növ tərtibçinin oxuculara müraciətidir, 
tanıtmadır. Ġncə dərəsi, onun təbiəti, insanları və özünün ora ilə bağlılıq-
ları haqqında danıĢır.  
Dastan  dastançılığa  məxsus  təhkiyə  ilə  baĢlayır.  Qazax  mahalı, 
onun  bir  parçası  olan    Ġncə  dərəsi  haqqında  məlumat  verir.    Aslanbəyli 
kəndindən, onun əsrarəngiz təbiətindən, Hacı Əfəndi ocağından və s.-dən 
danıĢır.  “Qeyrət  dərəsidi  Ġncə  dərəsi”,  “Bu,  Ġncə  dərəsi,  bu,  incəlidir” 
misralı Ģeirlərini verir. Bu Ģeirlər ifadəliliyi, xalq düĢüncəsinin bir parçası 
olması baxımından diqqəti cəlb edir. Burada Qaçaq Ġsmayılın bütünlükdə 
həyatı dastan ənənəsinə məxsusluqla davamlı Ģəkildə əksini tapır. Onu da 
qeyd  edək  ki,  xalq  arasında  Qaçaq  Ġsmayılla  bağlı  dastana  düĢməmiĢ 
çoxlu hekayətlər yaĢayır. Dastan həmin qəhrəmanlığın bir hissəsidir. Da-
ha  doğrusu,  ümumiləĢdirilərək  dastana  düĢmüĢ  epizodlarıdır.  Qaçaq  Ġs-
mayıl  və  onunla  bağlı  söylənənlər,  təkrar  qeyd  edək  ki,  bizə  yaxın 
zamanın faktlarıdır. Lakin bu tip qəhrəmanlar xalq sevgisində əfsanələĢir. 
Real  Ģəxsiyyət  olmadan  tarixin  yaddaĢına  əfsanələrlə,  dastanlaĢma  ilə 
gedir. Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Qaçaq Tanrıverdi kimi el 
qəhrəmanları məhz bu qəhrəmanlıqları ilə dastan tipinə çevrilir, bir baĢqa 
formada yaĢam qazanır. Biz bu tarixi Ģəxsiyyətlər haqqında olanlara diq-
qət  yetirməklə  bir  çox  mübahisələrə,  fikir  aydınlıqlarına  səbəb  olmuĢ 
qəhrəmanlıq dastanlarımız haqqında təsəvvürlərimizə, dastanların yaran-
ma yollarına, dastan qəhrəmanlarının real Ģəxsiyyət olub-olmaması məsə-
lələrinə aydınlıq gətirə bilirik. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə