Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   26   27   28   29   30   31   32   33   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
103 
Dastanda Qaçaq Ġsmayılın kimliyi, nəsli haqqında təfsilatlı məlumat 
var.  “Bəli,  əzizlərim!  Sözümün  canı  tarixlərin  daĢ  yaddaĢında  əbədi  iz 
qoyan Qaçaq Ġsmayıl haqqında danıĢmaqdır. Qaçaq Ġsmayıl Ġncə dərəsin-
də,  Aslanbəyli  obasında  Cəlil  öylərinin  oğlu  Omar  kiĢinin  övladı  olub. 
Deyilənlərə  görə, sakit təbiətli,  heç kimlə iĢi olmayan, alın təri ilə  bala-
larını dolandıran, sadə kəndli ömrü yaĢayan Omar kiĢinin amalı düzlük, 
halal  ömür  yaĢamaq  olub.  Onun  arvadı  Xədicə  qarı  ġədillilər  nəslindən 
olub. Omar kiĢinin və Xədicə qarının iki övladı var imiĢ. Oğlunun adı Ġs-
mayıl, qızının adı Sayalı olub” (s.12). Dastanda Ġsmayılın qaçaq düĢməsi-
nin  səbəbi,  qaçaqlığa qədərki ağır həyatı, qaçaqlıq etdiyi  vaxtlarda igid-
liyi maraqlı  Ģəkildə, Ģirin xalq  ləhcəsi  ilə  təfsilatını tapır. Xalq arasında 
yaĢayan,  romanların,  povestlərin,  dastanların  qəhrəmanına  çevrilən,  za-
manında qəhrəmanlığı ilə rus ədiblərinin də marağına səbəb olan bir ob-
raz, Qaçaq Kərəm obrazı da bu dastanda özünə geniĢ  yer tapır. Ən ma-
raqlı  məqam  iki  qaçağın,  Qaçaq  Kərəmlə  Qaçaq  Ġsmayılın  yaxınlığı, 
dostluğudur.  Qazax  rayonunda,  onun  bir  parçası  olan  Ġncə  dərəsində, 
Borçalı bölgəsində bu yaxınlıqla bağlı kifayət qədər əhvalatlar dolaĢmaq-
dadır.  Bu  iki  el  qəhrəmanı  təkcə  qəhrəmanlığı  ilə  xalqın  yaddaĢında  öl-
məzlik  qazanmayıb,  eyni  zamanda  dostluğun,  sədaqətin  timsalına  çevri-
liblər.  
Xalq arasında “qaçağı el saxlar” deyirlər. Bu, doğurdan da belədir. 
“Qaçaq Ġsmayıl” dastanında bir epizod var. Orada deyilir: “Ġncə dərəsin-
də  toy  ola,  bu  toya  qaçaqlar  gəlməyə.  Onda  bu  toyun  nə  dadı  olar,  nə 
duzu. Qaçaq Ġsmayılla Qaçaq Kərəm məclisə girəndə kar Abdulla bir az 
da ürəkdən çaldı sazını... Güllə səs eĢitcək Kərəm Ġsmayıla dedi:  
- Ayə Ġsmayıl, sənin ata yurdunda bizə gülləmi atırlar?  
Ġsmayıl  gülə-gülə  dedi,  düz  deyirsən,  güllə  atıldı,  qardaĢ,  bu,  düĢ-
mən gülləsi ha deyil, bu, dost gülləsidir. Özü də bunu atan da Uzun Al-
lahverəndir,  görmürsənmi,  a  Kərəm,  gülləni  bizdən  5-10  addım  qabağa 
atıb, atası cənnətlik.  
Ġsmayıl  atının  yəhərini  çəkərək  dayandı  və  Kərəmə  baĢa  saldı  ki, 
Uzun  Allahverən  öz  gülləsiylə  demək  istəyir  ki,  ehtiyatlı  olun  qabaqda 
düĢmən  var”  (s.  60-61).  Bütün  bunlar  el  qəhrəmanına,  Qaçaq  Kərəmə, 
Qaçaq  Ġsmayıla xalq  sevgisidir. Burada digər məqam  Ġncə dərəsi  cama-
atının  xarakterik  xüsusiyyətləri ilə bağlı məsələdir. Mərdanəliyi,  qonaq-
pərvərliyi,  qonağa arxa  olması  və  s. var. Dastanda maraqlı epizodlardan 
biri Qaçaq Ġsmayılın ömür-gün yoldaĢı Ġncəli qızı Tükəzbanla bağlı epi-
zodlardır.  “...Tükəzban  yatağında  rahat  uzana  bilməzdi.  BeĢaçılanı  çiy-
ninə aĢırıb, atı çaparaq əri Ġsmayılın izinə düĢdü. Qaranlıqda kazak əsgər-
lərinin  və  rus  pristavlarının  canavar  gözü  kimi  iĢıldayan  gözlərinə  lənət 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
104 
yağdıra-yağdıra dağlara qalxdı. Ġsmayılın izinə düĢənləri azdırmaq üçün 
atəĢ  açmağa  baĢladı”  (s.  69).  Budur  azərbaycanlı  qızı.  Budur  azərbay-
canlı  qızının  qəhrəmanlığı,  ailəsinə  sədaqəti.  Bunlar  özlüyündə  tarixdir. 
Zaman-zaman  yaĢayacaq,  nəsillərə  örnək  olacaq  tarix.  Burla  Xatundan, 
Banuçiçəkdən,    Koroğlunun  Nigarından,  Nəbinin  Həcərindən  Qaçaq  Ġs-
mayılın Tükəzbanına daĢınan və onda təkrarlanan, gələcək nəsillərə ötü-
rülən mənlik, əxlaq kodeksidir. Dastanlarımız bu mənada çox mətləbləri 
deyir.  Biz  onu  zamanında  yazıya  ala  bilməmiĢik.  Ona  görə  də  həmin 
qəhrəmanlıqların böyük hissəsi tarixin dərin qatlarında torpağa gömülüb. 
Bütün itkilərə baxmayaraq yenə də danıĢıb, özünün izlərini qoruyub sax-
layıb. “Qaçaq Ġsmayıl” dastan nümunəsi kimi formalaĢmadadı. Hələ for-
malaĢma  dövrünü  baĢa  vurmayıb.  Lakin  bütün  müstəvilərdə  dastan  nü-
munəsi kimi uğurludu, təkrar variantları, araĢdırmaları zəruri edir. Onun 
ilk addımını Zəminə Xınalı atıb. Əminik ki, toplamalarla, araĢdırmalarla 
sonrası uğurlu davamı olacaq.  
 
ƏDƏBĠYYAT: 
 
1.
 
Əfəndiyev P. – Azərbaycan Ģifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 2008.  
2.
 
Kitabi-Dədə Qorqud. Bakı, Gənclik, 1978.  
3.
 
Koroğlu. Bakı, Yazıçı, 1975.  
4.
 
Qaçaq  Ġsmayılın  dastanı.  (Toplayıb,  tərtib  edəni  Z.Xınalı)  Bakı,  Adiloğlu, 
2008.  
5.
 
Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972.  
 
 
 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
105 
 
 
 
 
 
SAHĠBƏ PAġAYEVA 
AMEA Folklor İnstitutunun  
elmi əməkdaşı 
 
 
 
 
AġIQ ELĠ, EL AġIĞI YAġADAR 
 
Dünyaya  göz  açıb  özünüdərk  çağına  çatan  hər  bir  insanın  bir  amalı 
olur bu həyatda: özünə xas cığır açıb layiqli yer tutmaq. Elə bu amalla da 
kimi  müəllim,  həkim,  kimi  aĢpaz,  rəngsaz  olur.  Kimi  də  qəlbindəki 
yaradıcılıq  məĢəlindən  gələn  enerji  ilə  ömrünü  sənətə  verib,  elin-günün 
könlündə  yaĢayır.  Belə  sənətsevərlərdən  biri  də  xalqımızın  aĢıq 
yaradıcılığı irsinin layiqli davamçısı AĢıq Mahmuddur.  
Təxminən  30  il  öncə  xalqımızın  folklor  qaynaqlarının  görkəmli 
tədqiqatçısı, filologiya elmləri doktoru, professor Sədnik PaĢa Pirsultanlı 
topladığı folklor nümunələrinin orijinallığını qorumaq məqsədilə nənə və 
babalarımızdan  bizə  miras  qalan  irsimizi  yaddaĢlara  həkk  etmək  üçün 
min  bir  kənd  gəzir.  Elə  bu  minvalla  üz  tutur  Tovuz  rayonuna.  Rayonun 
kəndlərini  qarıĢ-qarıĢ  gəzib  ağbirçək  və  ağsaqqallarla  söhbətləĢən  S.Pir-
sultanlı  bir  dost  məclisinə  baĢ  çəkir.  Sazlı-sözlü  bu  məclisə  Ģuxluq  qat-
anlardan  biri  də  AĢıq  Mahmud  olur.  O  zamanlar  hələ  gənc  olan  AĢıq 
Mahmud valehedici istedadı ilə S.Pirsultanlının diqqətini cəlb edir. Alim 
geri dönər-dönməz gələcəyin bu istedadlı aĢığı haqqında məqalə yazır və 
beləliklə  də  onu  mətbuatda  iĢıqlandırmaqla  daha  geniĢ  kütləyə  təqdim 
edir.  Bilmirəm  bu  təsadüfdürmü,  deyilmi,  atam  Sədnik  PaĢa  Pirsultanlı-
nın bir zaman haqqında məqalə yazaraq elmi auditoriyaya təqdim etdiyi 
bu  istedadlı  sənətkar  AĢıq  Mahmudla  30  il  sonra  əməkdaĢı  olduğum 
AMEA Folklor Ġnstitutunda tanıĢ olub bu məqaləni qələmə almaq mənə 
də nəsib olur.  
El-el,  oba-oba,  kənd-kənd  gəzib  həm  xalqımızın  əsrlərdən  keçib  gə-
lən dastanlarını, el havalarını canlandıran, həm də özünün yeni-yeni yara-
dıcılıq yenilikləri ilə yaddaĢımızı təzələyən, irsimizi zənginləĢdirən AĢıq 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə