Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix28.06.2018
ölçüsü1,11 Mb.
#52303
1   ...   26   27   28   29   30   31   32   33   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
106 
Mahmud “Hörmət olan yerdə məhəbbət olar” Ģeir kitabı ilə sevənlərinin 
qarĢısına çıxır.  
 
AĢıq  Mahmudun  yara-
dıcılığı  mənəvi  irsimizi 
zənginləĢdirməklə  bahəm 
mənəviyyatımızı  da  təzə-
ləyir.  Onun  poeziyası  insa-
nı  paklığa,  təmizliyə,  düz-
lüyə səsləyir. 
 
 
 
 
İnsanı pis yola aparar tamah
Pis yolun yolçusu çəkər aman-ah, 
 
- deyən AĢıq Mahmud insanı tamahının qurbanı olmaqdan çəkindirir. 
AĢığa görə əgər insanın qəlbi gözəl olarsa, həyatı da gözəl olar: 
 
Hər bir kəsə qəlbə görə 
Allah verir qisməti. 
 
Ġnsanın tamah, kin,  küdurət,  həsəd kimi  qəlbini  çirkləndirən hisslər-
dən qurtulub  paklanması  üçün mənəvi  gözəlliyə  səsləyən AĢıq  Mahmud 
Allahın  verdiyi  ağıldan  mahircə  istifadə  etməyi  öz  simasında  heç  Ģüb-
həsiz oxucularına da tövsiyə edir: 
 
Həyatı dərk edib düşünsən əgər
Mahmud, ömrün-günün mənalı keçər. 
 
Yaradıcılığında dini motivlərə yer verən AĢıq Mahmud insanı nəinki 
bu  günü,  həm  də  sabahı  üçün  də  tədarük  görməyə  çağırır.  Möv-
cudluğunun  sonunu  bu  dünyanın  hüdudları  ilə  sərhədləndirməyən  aĢıq 
insanın hər əməlinin axirəti üçün bir biçin olacağını vurğulayaraq yazır: 
 
Əzizim bu dünyada, 
Bu cahanda, bu dünyada. 
İnsan oğlu axirəti 
Qazanar bu dünyada. 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
107 
 
Elinin,  vətəninin  dərdinə  yanıb,  halına  acıyan  aĢıqlarımız  qədirbilən 
xalqımız tərəfindən əbəs yerə “el aĢığı” adlandırılmamıĢlar. Çünki onlar 
xalqın sevincinə sevinib, kədərinə Ģərik olmuĢlar. Hər birimiz kimi, AĢıq 
Mahmudu da üzüb ortaq dərdimiz. 
 
Baş fikirli, ürək qəmdi, kədərdi, 
Bu həyatda yaşamaq da hədərdi
 
- deyən el aĢığı uca Allahdan dərdimizə Ģəfa diləyir və elə bu arzuyla 
da əl açır səmaya: 
 
Əzizim, gülsün üzü, 
Sevinsin, gülsün üzü. 
Azad olsun Qarabağ
Xalqımın gülsün üzü. 
 
 
Sözünə,  vədinə  sadiq  olan  AĢıq  Mahmud  dost  olan  insanlardan  da 
eyni  sədaqəti  gözləyib  vəfa  istəyir.  Belə  dostlar  yolunda  canından  belə 
keçməyə hazır olduğunu vurğulayır: 
 
Əzizim, qurbanam mən, 
İsmimdi, Qurbanam mən. 
Etibarlı dostlara 
Həmişə qurbanam mən. 
 
Könlünü saza verib, ömrünü sənətə fəda edən AĢıq Mahmud ömrünü 
hədər yaĢamamıĢ, həyatda layiq olduğu yeri  tuta bilmiĢdir. 
Bir  çox  mükafatlara,  o  cümlədən  Prezident  təqaüdünə  layiq  görülən 
AĢıq  Mahmud  bundan  da  ziyadə  xalqın  sevgisini  qazanıb  “el  aĢığı” 
səviyyəsinə  qalxa  bilmiĢdir.  Bütün  maddiliklərdən  uzaq  olan  AĢıq 
Mahmud təmiz adı, sağlam canı hər Ģeydən uca tutaraq yazır: 
 
Xoşbəxt kimdi, kimsə soruşsa məndən, 
Təmiz adı, sağlam canı deyərdim. 
 
Vətəninin qeyrətli oğlu, örnək ailə baĢçısı, sənətinin vurğunu olan el 
aĢığı sahib olduğu hər Ģey üçün uca Yaradanına Ģükür edir: 
 
 
Bu qəlbimdən qəmi sildi, 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
108 
Ol Xudaya min şükür. 
İşimi səhman elədi
Saldı saya, min şükür. 
Sənətimin qüdrətiynən, 
Çatdım şana-şöhrətə
Həmd olsun cəlalına, 
O Mövlaya min şükür. 
 
Qəlbindəki  istedada  sahib  çıxıb  onu  ən  gözəl  Ģəkildə  təqdim  edən, 
seçdiyi  sənətə  vicdanla  qulluq  edən,  səadətə  bərabərcə  qovuĢmaq  üçün 
ailə  qurub  övladlarını  ən  gözəl  Ģəkildə  tərbiyə  edən,  halal  ruzi  ilə  qane 
olub  Yaradanına  Ģükür  edən  hər  bir  insan  xoĢbəxtdir  məncə,  AĢıq 
Mahmud kimi!  
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
109 
 
ġĠRVANLI AġIQ AĞAMURAD 
 
Ġndi  onu  tanımayan 
yoxdur.  Adı  hər  yerdə 
hörmətlə çəkilir, el için-
də  nüfuzu  var.  Ölçülü-
biçili davranıĢı ilə seçi-
lir.  ġirvan  aĢıq  məktə-
binin  ən  layiqli  davam-
çılarından sayılır. Məla-
hətli  səsi,  kövrək  avazı 
ilə ürəkləri riqqətə gəti-
rir. Oxuduğu havalarda, 
havacatlarda 
tanınmıĢ 
sənətkarları – AĢıq ġakiri, AĢıq Məmmədağanı, AĢıq Bəyləri xatırladır.  
Yəqin  dəyərli  oxucularımız  söhbətin  AĢıq  Ağamuraddan  getdiyini 
duymamıĢ deyillər. Çoxlarının bu gözəl sənətkar haqqında kifayət qədər 
məlumatı var. Bu bilgini bir az da geniĢləndirmək məqsədilə el sənətkarı 
barədə müəyyən qeydlər etməyi lazım bildik.  
Ağamurad  Balamurad  oğlu  Ġsrafilov  1964-cü  ilin  iyunun  14-də  ġa-
maxı  rayonunun  Mərzəngəli  kəndində  anadan  olub.  Səkkizillik  məktəbi 
doğma kəndində, orta məktəbi isə Sabir qəsəbəsində bitirib. 1983-1985-
ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.  
UĢaq yaĢlarından aĢıq sənətinə xüsusi marağı ilə diqqət çəkib. Dövrü-
nün  tanınmıĢ  ziyalısı,  Ģair  Nadir  Mərzəngəli  Ağamuradın  yalnız  dayısı 
deyil, həm də ilk sənət  müəllimi olub. Sənətin sirlərini dayısından öyrə-
nən Ağamuradın bir aĢıq kimi yetiĢməsində əvəzsiz səsi, avazı ilə seçilən 
sənətkarların  rolu  da  az  olmayıb.  AĢıq  Baratdan,  AĢıq  ġərbətdən,  AĢıq 
Xanmusadan bu müqəddəs sənətə dair çox mətləbləri mənimsəyib.  
El  məclislərinə  1988-ci  ildə  -  hələ  14  yaĢında  ikən  ayaq  açıb.  Ġlk 
ifasından rəğbətlə qarĢılanıb, özünə çoxlu pərəstiĢkar toplayıb...  
Ġndi onun səsi televiziya ekranlarından, radio dalğalarından, müsabi-
qə və festivallardan, nüfuzlu tədbirlərdən gəlir. AĢıq sənətini bütün qüvvə 
və bacarığı ilə, istedadı və ruhu ilə yaĢatması, uluların, dədələrin ruhunu 
sazdan qərib düĢməyə  qoymaması  ona olan məhəbbət  və inamı  birə-beĢ 
qat artırıb. Amil Çingizoğlu, Rza Məmmədov və baĢqalarının Ģagird kimi 
onun qulluğunda durmaları da buna bariz bir nümunədir.  
AĢıq  Ağamurad  onların  bir  sənətkar  kimi  yetiĢmələri  üçün  əlindən 
gələni əsirgəmir, ifaçı və yaradıcı aĢıq kimi özünün  bir-birindən oxunaq-


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə