Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 2(5), 2011



Yüklə 5,03 Kb.

səhifə7/34
tarix28.06.2018
ölçüsü5,03 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
28 
Bir isti nəfəsəm, bir sözəm belə. 
Onunla ucalır, gözəlləĢirəm, 
Könüllər açanda sözüm, söhbətim, 
Elə bilirəm ki, ocağam, pirəm. 
 
ALI 
 
Mən də bir hikməti fikirləĢirəm, 
Köz varsa, ocağa çevrilməlidir. 
Dolu ürəklərdə doğulan eĢqin 
Damlası bulağa çevrilməlidir.  
Ġndidən görürəm o bulağı mən, 
Nəsillər su içər hər qətrəsindən!  
 
ƏLƏSGƏR 
 
Heç vaxt unutmaram bu əziz günü, 
Bu axĢam dünyaya gələn günümdü. 
Ulu bir ustadla göz-gözə durub
ġirin sevincimi bölən günümdü. 
Təklifim olsaydı ürəyinizdən,  
Sizə tapĢırardım taleyimi mən!  
 
ALI 
 
O haqda düĢünüb darılma qəti, 
Əlimdən vermərəm mən bu fürsəti. 
Sən mənim bəxtimə çıxan səadət, 
Ustad Ģagirdinə atalıq eylər, 
Dədə-babalardan belədir adət. 
Olursan bu gündən oğlum, övladım, 
Adımla yanaĢı yaĢasın adın!  
 
Gör-götür dünyası çağırır səni, 
BaxıĢdan söz anla, söz götür, oğlum. 
Ġncilər tükənməz, ümmanlar dərin, 
Dolan bu aləmi, göz götür, oğlum.  
 
Oxu nəğməsini, təmizin, xasın, 
Yarat dastanını bayramın, yasın. 
Ellərin hikməti unudulmasın, 
Sabahı gözləmə, tez götür, oğlum.  
 


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
29 
 
Öyünsün adınla bu yurd, bu torpaq, 
Bəzənsin sözünlə hər dil, hər dodaq. 
Təkcə mən deyiləm gur yanan ocaq, 
Hər oddan, ocaqdan köz götür, oğlum.  
 
ƏLƏSGƏR 
 
Qədim bir mahaldı laylamı çalan, 
Bu layla üstündə dil açan ollam. 
Yollara çıxaram xeyir-duanla,  
Uzaq mənzillərə yol açan ollam!  
 
ġirin bir avazla ucalanda səs, 
Gətirər dünyaya yeni bir nəfəs. 
“Divani”, “Gəraylı”, “Təcnis”, “Müxəmməs”, 
ġeirin süfrəsini bol açan ollam!  
 
Öyrənən, öyrədən, görən, götürən, 
Sorağı hər yana Ģadlıq yetirən, 
Torpağın bağrında çiçək bitirən, 
Ellərin qəlbində gül açan ollam!  
 
Alı ustalıqla izləyir onu, 
Gördüyü nə varsa, ulu görürdü. 
QarĢıda dayanan hikmət oğlunu,  
Mərifət elmində dolu görürdü.  
 
Bu necə möcüzə, bu necə sirdi, 
Sərvətlə nə qədər dolarmıĢ sinə. 
Alı ürəyində baĢ endirirdi, 
Xalqın ürəyinin geniĢliyinə!  
 
Ustad xəyalından nələr keçirdi: 
Dahilər, ölməzlər yetirəndi xalq. 
Çağlayar canında çaylar, dənizlər, 
Sənətə Allahlıq gətirəndi xalq. 
 
Adını quyladı sağkən ölənin, 
BaĢına tac qoydu qədirbilənin. 
Üzdən ağlayanın, üzdən gülənin 
Ġzini, tozunu itirəndi xalq.  


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
30 
 
Nəğmə də ondadı, bulaq da onda, 
ĠĢıq da ondadır, ocaq da onda. 
Toxum da ondadır, torpaq da onda, 
Göyərdən, becərən, bitirəndi xalq. 
 
Ustad da, Ģagird də yüksələn dağı, 
Millətin Ģərəfi, ucalığıydı. 
Biri cavanlığı, coĢub daĢmağı, 
Biri müdrikliyi, qocalığıydı.  
 
Ustadın, Ģagirdin sözü bir oldu
Bir arzu, bir əməl, bir fikir oldu. 
Qoca cavanlaĢdı, cavan pir oldu,  
Alı Ələsgərlə görüĢən günü.  
 
Ana təbiətin çox olsun payı, 
Bəxtə iĢıq saldı GünəĢi, Ayı. 
Bir dəniz bağrına basdı bir çayı, 
Alı Ələsgərlə görüĢən günü.  
 
Toyu, bayramıydı gözəlin, yarın, 
Ətəkdə çiçəyin, zirvədə qarın. 
Açması baĢlandı bağlamaların, 
Alı Ələsgərlə görüĢən günü.  
 
YerləĢdi ağlına, düĢdü zəndinə, 
Yaydı mahalına, yaydı kəndinə. 
Dünya açar tapdı qıfılbəndinə 
Alı Ələsgərlə görüĢən günü.  
 
Çoxaldı sənətin nuru, ziyası, 
Qazandı ilhamın, sözün mayası. 
Gül açdı Göyçənin daĢı, qayası, 
Alı Ələsgərlə görüĢən günü.  
 
(ardı gələn nömrədə)


 OZAN  DÜNYASI                                                                № 2(5), 2011 
 
31 
 
Faiq ÇƏLƏBĠ 
 
AġIQ ƏLƏSGƏR, YOXSA 
 XANƏNDƏ ƏLƏSGƏR? 
(Bir qoşmanın iki variantı barədə) 
 
Azərbaycan tarixinin ötən əsrlərinə boylananda görürsən ki, bu əsrlər 
biri-birindən keĢməkeĢli olub. Ancaq onu da görürsən ki, həmin əsrlərdən 
hər biri  böyük  ədəbiyyat və incəsənət  xadimləri yetirmiĢdir.  Bu mənada 
XIX  əsr  öz  səxavətinə  görə  dünyaya  Gəncə  və  ġirvan  dahilərini  bəxĢ 
etmiĢ  XII  əsrə  çox  yaxındır.  ĠĢ  elə  gətirib  ki,  bu  əsrdə  doğulan  nəhəng 
sənətkarlardan  ikisinin  adı  Ələsgər  olub:  göyçəli  aĢıq  Ələsgər  (1821-
1926) və Ģəkili xanəndə Ələsgər (1866-1929). Hər ikisinin zirvəliyi hələ 
onların sağlığında etiraf edilib. Bu gün onlardan biri aĢıq sənətinin, digəri 
isə muğamatın klassiki sayılır.  
Yenə  də  həmin  əsrdə  dünyaya  gələn  və  istedadlı  Ģagirdlər  yetiĢdir-
məklə öz sənət məktəbini yaradan Ģirvanlı aĢıq Bilal (1872-1937) günlə-
rin bir günü ürəyəyatan bir qoĢma yazıb və ustad Ələsgəri ġamaxıya qo-
naq çağırıb. Ancaq hansı Ələsgəri, hansı ustadı? Söhbətimiz də elə bu ba-
rədədir. 
“Gəlginən” rədifli həmin üçbəndlik qoĢma ilk dəfə aĢıq poeziyasının 
bilicilərindən  olan  Səttar  Axundov  tərəfindən  toplanıb  tərtib  edilmiĢ  və 
Respublika  xalq  yaradıcılığı  evi  xəttilə  1960-cı  ildə  çap  olunmuĢ  “AĢıq 
Bilal” kitabında verilmiĢdir.  
 
Salam göndərirəm sənə, Ələsgər, 
Qədəm qoyub bu məqama gəlginən. 
Dost olmaq istəsən mənimlə əgər, 
Bir axşam yeməyə-şama gəlginən. 
 
Neçə yerdən sorağını almışam, 
Gəldiyin yollara xalça salmışam. 
Gözləyirəm, intizarda qalmışam, 
Qonağa hazırdır xana, gəlginən. 
 
Ustadla istərəm bir qılım söhbət, 
Sənətkar adına varımdı hörmət. 
Bilal ariflərə eyləyir xidmət, 
Şamaxıya, bizim yana gəlginən (2, 13). 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə