Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,11 Kb.

səhifə1/42
tarix14.07.2018
ölçüsü5,11 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   42


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

  
 
 
           
 
 
OZAN DÜNYASI 
 
 
 
 
№3  
2010 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

 
Ozan dünyası   
                                             №3,
 2010
 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq şairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
Baş redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə PaĢayeva 
Qəzənfər PaĢayev 
Qara Namazov 
Bəhlul Abdulla 
   Sədnik PaĢayev 
   Ġsmayıl Məmmədov 
   Elxan Məmmədli 
   Ġlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
Ġsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (Ġran) 
Ġrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
 
Dərgidə gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

Əbülfəs QARAYEV 
   Azərbaycan Respublikasının  
   Mədəniyyət və Turizm Naziri 
 
AġIQ SƏNƏTĠ YENĠ 
 ĠNKĠġAF MƏRHƏLƏSĠNDƏ 
 
Aşıq sənəti həm Azərbaycan xalq 
ədəbiyyatının,  həm  də  ümumiyyətlə 
mədəniyyətimizin  qədim  tarixə  və 
zəngin  ənənələrə  malik  qollarından 
biridir. Bu sahəyə həmişə dövlət qay-
ğısı olmuş, aşıqlarımız, bu sahədə ça-
lışan  digər  ifaçılar  fəxri  adlara  layiq 
görülmüş,  onların  konsertləri  üçün 
şərait yaradılmışdır. 
Mədəniyyət  və  Turizm  Nazirli-
yində  biz  daim  düşünürük  ki,  bu  mi-
silsiz xalq sənətinin yeni şəraitdə dir-
çəlməsi, insanların estetik tərbiyəsində aşıq yaradıcılığının imkanlarından 
istifadə olunması, onun qorunması, inkişaf etdirilməsi və unikal milli sər-
vət olaraq dünyada tanıdılması üçün daha hansı tədbirləri həyata keçirək.
 
 
Aşığa  ―Haqq  aşığı‖  deyirlər.  Aşıq  haqqın  carçısı  və  nəğməkarıdır. 
Həm də xalqımız deyir ki, aşıq gördüyünü çağırar. Aşıq sənətinə verilən 
qiymət və bu sənətin yüksək meyarları bizdən tələb edir ki, onun inkişafı 
üçün  hər  birimiz  əlimizdən  gələni  əsirgəməyək.  Sözlərimin  səmimiy-
yətinə inanın. Bu gün bir həqiqəti deməyi özümə borc bilirəm. Bəli, biz 
xalq yaradıcılığının demək olar ki, əsas qollarından birinin daha da inki-
şaf etdirilməsi, qüdrətli saz və söz sənətinin dünyada təbliğ olunması ilə 
bağlı ustad aşıqların, ziyalıların müraciətinə, o cümlədən aşıqların böyük 
əksəriyyətinin bu sənətə layiq yüksək səviyyəli tədbirlər keçirmək istəyi-
nə çox ciddi yanaşırıq. Niyə görə? Ona görə ki, el sənətkarları bir-birin-
dən aralı düşsə, yaradıcılıq münasibətləri olmasa, onların problemləri həll 
edilməsə, ən başlıcası isə aşıqlarımızın yüksək səviyyəli konsertləri təşkil 
edilməsə, beş-on ildən sonra bu sahədə böyük itkilərlə üzləşə bilərik.  
Aşıqlar  çox  həssas  insanlardır.  Onların  qəlbi  çox  incədir.  Əgər  biz 
indiki  ustad  nəslə  köməklik  göstərməsək  (mən  yalnız  nazirliyi,  əlaqədar 
dövlət qurumlarını deyil, bütün cəmiyyətimizi nəzərdə tuturam) yeni aşıq 
nəsillərinin yetişməsindən, ənənələrin qorunmasından danışa bilmərik.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

   Biz  ulu  öndərimiz  Heydər  Əliyevin  xalq  yaradıcılığına  bəslədiyi 
həssas  münasibətə  sadiq  qalaraq  aşıq  sənətinin  inkişafı,  dünyada  tanı-
dılması üçün əlimizdən gələni edirik. İnanıram ki, uzun illərdən sonra da 
olsa,  nəhayət,  aşıq  sənətinin  inkişafına  geniş  imkanlar  açılmaqdadır.  Bu 
gün  aşıq  sənətinin  inkişafı  yeni  mərhələyə qədəm  qoyub. Muğam  sənə-
tindən sonra ötən il Azərbaycan Aşıq sənətinin də UNESCO-nun Qeyri-
maddi  irs  siyahısına  daxil  edilməsi  bunun  əyani  ifadəsidir.  Aşıqlar  Bir-
liyinin  yenidən  qurulması  və  sistemli  fəaliyyətə  başlaması  da  inamı 
artıran bir göstəricidir. 
İndi  isə  aşıq  sənəti  və  onun  qorunub  inkişaf  etdirilməsi  ilə  əlaqədar 
bir sıra mülahizələrimi bildirmək istəyirəm. Qiymətli sərvətin sahibi ol-
maq çoxlarının ürəyindən keçə bilər. Azərbaycan xalqı, məhz bizim vətə-
nimiz əsrlər boyu dünya şöhrətli mədəni sərvətlər yaratmışdır. Bəzən bu 
sərvətə  tamah  salanlar  da  olur.  Məsələn,  milli  musiqimiz,  milli  musiqi 
alətlərimiz, milli mətbəximiz dəfələrlə başqa xalqlar tərəfindən mənimsə-
nilmək, öz adına çıxılmaq faktı ilə  qarşılaşmışdır. Mən sizi  inandırıram, 
saz,  aşıq  sənəti  elə  ecazkar  bir  dünyadır  ki,  onu  qorumaq  və  inkişaf 
etdirməklə  yanaşı  dünya  miqyasında  Azərbycanın  milli  varlığının  bir 
parçası kimi təqdim edə bilməsək sazı, onun gözəl musiqilərini öz adına 
çıxanlar tapılacaqdır. Gizli deyil ki, artıq belə söhbətlər eşidilməkdədir.  
Həqiqət isə bundan ibarətdir ki, Azərbaycanda mövcud olan sazın da, 
aşıq  musiqisinin  də  əsl  sahibi  xalqımızdır,  yurdumuzun  coşqun  təbli, 
istedadlı insanlarıdır. 
Dədə  Qorqud  qəhrəmanlarını  sevgiyə,  mübarizəyə  səsləyən  qopuz-
saz  min  illərdir  bu  torpaqlarda  səslənir,  ozanlar,  aşıqlar  xalq  ruhunu 
oxşayan nəğmələr qoşurlar. 
Aşıq sənəti nə qədər sadə, xəlqi olsa da, özündə olduqca zəngin, mən 
deyərdim  ki,  mürəkkəb  ifaçılıq  mədəniyyəti  strukturunu  birləşdirir.  Bir 
aşıq sanki bir ansamblı əvəz edir. Eyni zamanda o, mizrab vurur, oxuyur, 
danışır və rəqs edir. İş bununla bitmir. Aşıq sadəcə ifaçı deyil, o, həm də 
bəstəkardır,  havalar  qoşur,  o  həm  də  şairdir,  kamil  poeziya  nümunələri 
yaradır. Aşıq eyni zamanda salnaməçidir, şahidi olduğu həyat hadisələri-
ni eldən elə daşıyır. Nağıl, dastan, atalar sözü, bayatılarımızın yaşadılma-
sında, yayılmasında da aşıqların xidməti əvəzsizdir.  
Deməyim odur ki, biz aşıq sənətinin inkişafına laqeyd qala bilmərik. 
Azərbaycan  professional  musiqisinin  banisi  Üzeyir  Hacıbəyov  bu  sənəti 
çox  yüksək  qiymətləndirir,  müasir  musiqinin  yüksəlişində  başlıca 
mənbələrdən biri olaraq aşıq sənətini, saz musiqisini götürürdü. 
Ulu  ozan  Dədə  Qorqudun  xeyir-dualarıyla  əsrlərdən  bəri  yol  gələn 
aşıq  sənəti  ustad  el  şairlərini  yetirmişdir.  Onların  qoşma,  gəraylı  və 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə