Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   2   3   4   5   6   7   8   9   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

bayatıları  dillər  əzbəridir.  Aşıq  Qurbaninin,  Tufarqanlı  Abbasın,  Sarı 
Aşığın, Xəstə Qasımın, Aşıq Hüseyn Şəmkirlinin, Molla Cümənin, Aşıq 
Ələsgərin,  Hüseyn  Bozalqanlının,  Mikayıl  Azaflının,  Aşıq  Alının,  Aşıq 
Şəmşirin adına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Biz belə 
bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın 
yazılı  ədəbiyyatına,  çağdaş  bəstəkarlığa,  xoreoqrafiyaya  güclü  təsir 
göstərmiş, bu gün də təsir göstərməkdədir. 
Keçib  gəldiyimiz  təqribən  40  illik  tarixi  yolun  fərqli  mərhələlərində 
ulu öndərimiz Heydər Əliyevin qoymuş olduğu ənənələrə görə Azərbay-
can  mədəniyyəti  ən  yüksək  səviyyədə  dəstəklənmişdir.  Bu  mənada  mən 
ölkəmizin  incəsənət  xadimlərini  xoşbəxt  sayıram.  Xoşbəxt  sayıram  ona 
görə ki,  ulu  öndərimizin qoyduğu  ənənə möhtərəm  prezidentimiz İlham 
Əliyev  tərəfindən  qətiyyətlə  davam  etdirilir.  Heydər  Əliyev  Fondunun 
prezidenti,  millət  vəkili,  hörmətli  Mehriban  xanım  Əliyeva  bütün  xalqı-
mıza  mədəni  sərvətlərə  yüksək  dəyər  verilməsinin  əsil  nümunəsini 
göstərir.  Onun  gənc  istedadlar,  kitab  nəşri,  el  sənətinin  inkişaf  etdiril-
məsi,  muğam  sahəsində  yeni  istedadların  üzə  çıxarılması  və  sair  layi-
hələri böyük rezonans doğurmuş, ümumxalq məhəbbəti qazanmışdır.  
Belə  düşünürəm  ki,  Mehriban  xanımın,  eyni  zamanda  mədəniyyət 
ictimaiyyətinin  birgə  səylərinin  növbəti  istiqaməti  məhz  sözün,  aşıq 
sənətinin  bütün  dünyada indiki  kimi uğurlu  təbliğinin  davam  etdirilməsi 
olacaqdır.  Bu  böyük  bir  istiqamətdir  və  inanıram  ki,  birgə  səylərimizlə 
uğurlar qazanmaq mümkün olacaqdır.  
Məhz  bu  məsələdə  biz  istedadlı,  ustad  sənətkarlarımıza  daha  böyük 
dəstək  verməli,  yaradıcılığın  inkişaf  etdirilməsindən  tutmuş  aşıq  sənə-
tinin  mükafatlandırılması,  hətta  məişət  problemlərinin  həllinə  qədər 
mümkün olan köməyimizi əsirgəməməliyik.  
Mən istərdim ki, bizim dövlət tədbirlərində aşıqlarımızı daha çox gö-
rüm.  Çağdaş  düşüncənin  daşıyıcıları  olan  sənətkarlarla  ənənəvi  milli-
estetik  düşüncəyə  sahib  insanların  təmasları  hər  iki  istiqamətə  məzmun 
zənginliyi  gətirə  bilər.  Aşıqların  iştirakı  ilə  həm  bölgələrdə,  həm  pay-
taxtda,  imkan  yaranarsa  xarici  ölkələrdə  konsertlərin,  yaradıcılıq  gecə-
lərinin,  dastan  axşamlarının  keçirilməsinə  kömək  göstərməliyik.  Məncə, 
bu  sahədə  Azərbaycanın  televiziya  kanalları  aşıq  sənətinin  canlı  olaraq 
daha geniş tamaşaçı auditoriyasına çatdırılmasına yardımçı ola bilərlər. 
Görünür,  biz  aşıq  sənətinin  tədrisi  sahəsində  də  müəyyən  işlər  gör-
məliyik  ki,  istedadla  professionallığı,  istedadla  elmi  təfəkkürü  birləşdirə 
bilək. İnana bilərsiniz ki, saz-aşıq sənətinin tədqiqi, təbliği ilə bağlı bütün 
məsələlərdə  ölkəmizin  mədəniyyət  ictimaiyyəti  Azərbaycan  aşıqlarına 
həmişə dəstək verəcəkdir. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

I BEYNƏLXALQ  
AġIQ FESTĠVALI 
 
 
2010-cu il oktyabrın 20-27-də Heydər Əliyev Fondunun 
dəstəyi,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  Azərbaycan 
AĢıqlar Birliyinin təĢkilatçılığı ilə ölkəmizdə ilk dəfə  Bey-
nəlxalq  AĢıq  Festivalı  keçirildi.  Səkkiz  ölkənin  (Azərbay-
can,  Türkiyə,  Ġran,  Gürcüstan,  Rusiya  Federasiyası  (Da-
ğıstan Respublikası), Qazaxıstan, Özbəkistan, Qırğızıstan) 
təmsil olunduğu I Beynəlxalq AĢıq Festivalının rəsmi açılıĢ 
mərasimi  oktyabrın  22-də  Heydər  Əliyev  Sarayında 
gerçəkləĢdi.  
Tədbirin ssenari müəllifi Azərbaycan AĢıqlar Birliyinin 
birinci  katibi,  Dövlət  Mükafatı  laureatı,  professor  Mə-
hərrəm  Qasımlı,  rejissoru  isə  Əməkdar  incəsənət  xadimi 
Vaqif Əsədov idi. 
 
M ə r a s i m i   M ə d ə n i y y ə t   v ə   T u r i z m  
naziri  Əbülfəs  Qarayev  aça raq  fes-
t i v a l a   t ə Ģ r i f   b u y u r m u Ģ   s a z - s ö z   u s -
talarını,  bütün  iĢti rakçıları  salam-
ladı. AĢıq s ənətinin Azərbaycan m ə-
d ə n i y y ə t i n i n   ə n   q ə d i m   k ö k l ə r ə   m a -
lik  qollarından  biri  ol duğunu  vur-
ğulayan  nazir  ümidvar  ol duğunu 
b i l d i r d i  
k i ,  
I  
B e y n ə l x a l q  
AĢıq 
Festivalı  Az ərbaycanın  qeyri -m addi 
m əd ə n i  
irsinin 
dünyada 
ta nı-
dılm asına mühüm  töhfə verəcək.  
N a z i r   A z ə r b a y c a n   a Ģ ı q   s ə n ə t i n i n   z ə n g i n   i n k i Ģ a f   y o l u  
keçdiyini,  bu  s ənətin  dünya  m ədəni  irsi  xəzinəsinə  daxil 
olduğunu  bildirdi:  "Heyd ər  Əli yev  Fondunun  t əĢəbbüsü 
v ə   y a x ı n d a n   k ö m ə y i   i l ə   2 0 0 9 - c u   i l d ə   A z ə r b a y c a n   a Ģ ı q  
s ə n ə t i   Y U N E S K O - n u n   " B ə Ģ ə r i y y ə t i n   q e y r i - m a d d i   m ə d ə n i  
irsinin  reprezentativ  siyahısı"na  da xil  edilib,  xalqım ızın 
bu  ölm əz  sənəti  haqlı  olaraq  dünya  m ədəniyyət  inciləri 
sırasında  özün ə  layiq  yer  tutub.  I  Bey nəlxalq  AĢıq 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə