Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə4/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   2   3   4   5   6   7   8   9   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 

Ramin  Qarayev  və  Orduxan  Budaqovun  ifaları  alqışlandı.  Qazaxıstanlı 
qonaqlar  Altay  Amanzol  və  Mels  Qasımbayev  türkün  ruhunu  yaşadan 
gözəl sənət nümunələri səsləndirdilər.  
Dağıstandan  Rübabə  Qurbanova,  Əlimurad  Əlimuradov,  Aydın  Mə-
həmmədov, Rasim İbrahimov, Səid Əskərxanovun və Özbəkistandan gə-
lən Tanelbay Qaliyevin çıxışları da yaddaqalan oldu, alqışlarla qarşılandı.  
Gecədə  yaxın  uzaq  ellərdən  gəlmiş  qonaqlarla  yanaşı,  Azərbaycan 
aşıq  sənətinin  yaşadılmasında  və  inkişafında  öz  ənənəsi  ilə  seçilən  və 
sevilən  Gədəbəy,  Göyçə,  Şirvan,  Qazax,  Tovuz,  Naxçıvan  bölgələrinin 
aşıqları,    Kəlbəcər  aşıqları,  Aşıq  Pəri  Məclisinin  xanımlarının  çıxışları 
rəngarəngliyi, yüksək sənətkarlığı ilə yadda qaldı.  
 
* * * 
 
 Festival  öz işini  oktyabrın  23-də  Yevlax şəhərində, 24-də Qazax və 
Gədəbəy  rayonlarında,  25-də  Tovuz  və  Şəmkirdə  davam  etdirdi.  Ayın 
26-da isə Gəncədə festivalın təntənəli bağlanış mərasimi oldu. 
 
 
 
* * * 
Festival  iĢtirakçılarının,    qonaqların  və  Festival  çərçivə-
sində  tədbirlər  keçirilən  rayonların  nümayəndələrinin  ürək 
sözlərini oxucularımıza təqdim edirik. 
 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
10 
Rauf  HÜSEYNOV 
Qazax rayon ĠH baĢçısı 
 
Azərbaycanda  keçirilən  I  Aşıq  Festivalı  nəinki 
Azərbaycan  xalqına,  bütün  Türk  dünyasına  olan 
diqqətdir,  qayğıdır.  Bu  qayğının  təməli  ümummilli 
liderimiz  Heydər  Əliyev  tərəfindən  qoyulub  və  bu 
festival  da  mədəniyyətimizlə  bağlı  vaxtilə  onun 
həyata keçirdiyi işlərin  məntiqi davamıdır. Bu gün 
möhtərəm  prezidentimiz  cənab  İlham  Əliyev  tərə-
findən  həyatın  bütün  sahələrinə  belə  diqqət,  qayğı 
hər  yerdə  öz  əksini  tapır.  Bilirsiniz  ki,  bu  gün  hör-
mətli  birinci  xanımımız,  YUNESKO  və  İSESKO-
nun  xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun 
prezidenti  Mehriban  xanım  Əliyeva  tərəfindən  muğama,  saz  sənətinə,  xalçaçı-
lığa,  rəssamlığa və mədəniyyətimizin digər sahələrinə qarşı diqqət göz qabağın-
dadır. Əlbəttə, bunlar yüksək səviyyədə xalqımızın mənəviyyatına, onun geno-
fonduna olan diqqətdir, qayğıdır. Biz bununla fəxr edirik.  
Bildiyiniz  kimi,  Qazax  2010-cu  ildə  Azərbaycanın  folklor  paytaxtı  elan 
olunub.  Bu gün mənə çox xoşdur ki, biz həmin çərçivədə tədbir keçiririk. Mən 
öz  adımdan,  rayonumuzun  ictimaiyyəti  adından  möhtərəm  prezidentimizə, 
hörmətli birinci xanımımıza minnətdarlığımı bildirirəm. Və mən çox xoşbəxtəm 
ki, I Beynəlxalq Aşıq Festivalı Bakıdakı möhtəşəm tədbirdən sonra öz işini bu 
gün Qazaxda davam etdirir. Bu tədbirin iki ildən bir keçirilməsi nəzərdə tutulub 
və  mən  hesab  edirəm  ki,  bu  bayram  iki  ildən  bir  ən  yüksək  səviyyədə 
keçiriləcək.  
 
Maksut KOCA 
 (Türkiyə) 
 
Türkiyənin  Qars  şəhərindənəm.  Hal-hazırda  İstan-
bulda yaşayıram. 38 ildi ki, aşıqlıq sənəti ilə məş-
ğul  oluram.  1993-cü  ildən  bu  yana  Azərbaycana 
dəfələrlə gəlmişəm. Ancaq bu səfərimizin çox ayrı 
bir  mənası  var.  O  da  Azərbaycanda  keçirilən 
türkdilli  cümhuriyyətlərin  aşıqlar  festivalıdır.  Biz 
çox  böyük  qürur  duyduq  Azərbaycanımızda  – 
aşıqlığın beşiyi olan Azərbaycanda aşıq festivalının 
keçirilməsi  bizi  çox  mutlu,  bəxtiyar  etdi.  Bunun 
davamını  diləyirik,  inşallah.  Bu  festivalda  əməyi 
keçən  7-dən  70-ə    hər  kəsə  qucaq  dolusu  təşəkkürlərimizi  bildirir  və 
Azərbaycan  dövlətimizə,  hökumətimizə  sağ  olsun,  var  olsun  deyirik,  min 
yaşasın. Bu festivallar sonsuza qədər davam etsin, çox sağ olun.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
11 
Tofiq ZEYNALOV  
Tovuz rayon ĠH baĢçısı 
 
 Hörmətli tovuzlular, hörmətli qonaqlar, mən 
hər  birimizin  adından  Tovuza  gələn  bütün  qo-
naqları  səmimi  qəlbdən  salamlayıram,  qədim 
Tovuz  elində  onların  hər  birinə  deyirəm  –  Xoş 
gəlmisiniz, əzizlərim! Tovuzda belə bir əzəmətli 
tədbirin keçirilməsi rayonumuza olan böyük hör-
mət  və  diqqətdir.  Bu  gün  Tovuz  rayonuna  yer 
kürəsinin bütün əhatəsindən çox gözəl insanlar  - 
bizim türk qardaşlarımız gəlib. Müstəqilliyin çox 
böyük  bəhrəsi  kimi  mən  öz  sevincimi  hər  biri-
nizə çatdırıram. Azərbaycanımız öz müstəqilliyini möhkəmləndirir. Türk 
dünyası birləşir. Bu gün Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Qır-
ğızıstandan,  İrandan  gələn  sənətkarlarımızın  hər  birinin  qəlbində  böyük 
coşqunluq var, böyük qəhrəmanlıq hissi duyulur. Onlar öz sazları, sözləri 
ilə bizə öz mehribançılıqlarını, istiliklərini, qardaşlıq hisslərini gətiriblər. 
Təbii ki, biz bunlara sevinirik və o qardaşlıq hisslərinə biz tovuzlular öz 
qardaşlıq hissimiz ilə cavab vermək istəyirik. Uzaqdan gələn qonaqları-
mızın  hamısına  yenidən  deyirəm,  əziz  türk  qardaşlarımız,  əziz  qırğız, 
özbək qardaşlarımız, İrandan gələn qardaşlarımız, hamınız xoş gəlibsiniz 
qədim  Tovuz  diyarına.      Bu  gün  bu  tədbiri  bizdə  keçirən,  bu  işə  rəvac 
verən  bütün  insanlara  mən  çox  böyük  minnətdarlığımı  bildirir,  160 
minlik Tovuz əhalisi adından təşəkkürlərimi çatdırmaq istəyirəm.     
 
Tanelbay KALIYEV  
(Özbəkistan) 
Azərbaycanda I Beynəlxalq Aşıq festiva-
lının keçirilməsi çox əlamətdar bir hadisədir. 
bütün  Türk  dünyasının  aşıqlarının  bir  yerdə 
cəm  olmasından  gözəl  nə ola  bilər. Mən  Öz-
bəkistandan  gəlmişəm.  Bu  festival  məndə 
böyük  təəssüratlar  doğurdu,  Türk  dünyasının 
ayrı-ayrı  ölkələrindən  gəlmiş  sənətkarlarla 
tanış  oldum.  Bizi  də  bu  böyük  saz-söz  bay-
ramına  dəvət  etdiklərinə  görə  özbək  xalqı 
adından  Azərbaycan  xalqına,  millətinə,  döv-
lətinə, Mədəniyyət və Turizm Nazirliyinə çox 
sağ olun deyirəm. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə