Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   2   3   4   5   6   7   8   9   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
12 
RÖVġƏN SADIQOV  
Gəncə Ģəhər Ġcra Hakimiyyəti BaĢçısının müavini   
 
 
Azərbaycan  xalqının  özünəməxsus 
mədəniyyəti  və  dərin  adət-ənənələri  var. 
Uzun  illər  boyu  müxtəlif  ölkələrin  əsarəti 
altında yaşamasına baxmayaraq, hətta ayrı-
ayrı  yerlərdə  olsa  da,  Azərbaycan  xalqı  öz 
mədəniyyətini, öz dəyərlərini qoruyub sax-
lamağa  nail  olmuşdur.  Ulu  öndər  Heydər 
Əliyevin  hakimiyyətə  gəldiyi  dövrdən 
sonra  isə  mədəniyyətimiz  üçün  daha  geniş 
üfüqlər açılmışdır və onun  siyasəti bu gün 
möhtərəm  prezident  cənab  İlham  Əliyev 
tərəfindən  uğurla  davam  etdirilir,  qeyri-
maddi  mədəni  dəyərlərimizə  xüsusi  diqqət 
və  qayğı  göstərilir.  Bu  gün  biz  fəxrlə  deyə  bilirik  ki,  Heydər  Əliyev 
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət 
vəkili  Mehriban  xanım  Əliyevanın  səyi  nəticəsində  qeyri-maddi  mədəni 
dəyərlərimiz  öz  tarixinin  yeni  mərhələsinə  qədəm  qoydu.  Yalnız  onu  qeyd 
etmək  kifayətdir  ki,  aşıq  sənəti  muğam  sənətindən  sonra  2009-cu  ildə 
YUNESKO-nun  siyahısına  daxil  edildi.  Bu  gün  festivalın  Gəncə  şəhərində 
keçirilməsi bu yöndə aparılan siyasətin gözəl və bariz nümunəsidir. Festival 
iştirakçılarına  Nizami  yurdunda,  qədim  Gəncədə  rəhbərlik  adından,  öz 
adımızdan xoş gəlmisiniz deyir və hamınıza uğurlar arzu edirik. 
 
 
 
Müstəqim MƏMMƏDOV  
Yevlax Ģəhər ĠHB-nin müavini 
 
 
Bu  gün  bizin  üçün  çox  xoşdur  ki,  Azərbaycan 
Respublikasında  Türk  dövlətlərinin  aşıqlarının  fes-
tivalı  keçirilir  və  bizim  üçün  ikiqat  sevincdir  ki, 
həmin  festivalın  bir  günü  də  Yevlax  şəhərində 
keçirilir.  Bu  gün  bütün  yevlaxlılar,  bütün  Azər-
baycan  milləti  ozan-aşıq  sənətini  böyük  maraqla 
izləyirlər.  Allahın  bu  gününə  şükürlər  olsun  ki, 
Azərbaycan  xalqı,  o  cümlədən  yevlaxlılar  ulu 
babalarımızdan gələn bu sənəti daim yadda saxlayır 
və yaşadırlar.    
Bu gün biz fəxr edirik ki, belə bir festival Yevlax şəhərində də keçirilir. 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
13 
 
YADULLA ƏVƏZPUR 
(Ġran) 
 
Mən  Təbrizdən  gəlmişəm.  Burada  özümü 
yenidən  dünyaya  gəlmiş  kimi  hiss  edirəm.  O 
taylı,  bu  taylı,  ümumiyyətlə  bütün  türk  dün-
yasını  salamlayır  və  bağrıma  basıram.  Elə  fi-
kirləşirəm ki, bura gələndə öz evimə gəlmişəm. 
Nəinki  qardaşımın,  ya  başqasının  evinə.  Çox 
məhəbbət gördüm burda. Çox sağ olun!  
 
 
 
 
  
 
VALEH  VƏLĠYEV  
 
 
Qazax  rayon  Mədəniyət  və  turizm 
Ģöbəsinin müdiri 
 
 
Aşıq  sənətinin  YUNESKO-nun  qeyri-
maddi  mədəni  irs  siyahısına  daxil  edilməsi 
Azərbaycanda aşıq sənətinə sanki yenidən bir 
nəfəs  verdi.  Bu  il  Qazax  Azərbaycanın  folk-
lor paytaxtı elan edildi. Hesab edirəm ki, bu, 
heç də təsadüfən seçilməyib, tarixən Qazaxda aşıq sənətinə, saza-sözə xüsusi 
diqqət və hörmət olub. Qazax rayonunda hər bir evdə demək olar ki, saz var, 
hər  beş  nəfərdən  biri  aşıqdır.  Bugünkü  tədbirin  bu  səviyyədə  gözəl  keçiril-
məsi  nəinki  Qazaxda,  o  cümlədən  bütün  Azərbaycanda  saz  sənətinə  olan 
marağı birə-beş artıracaq.  Rayonumuzda iki musiqi məktəbi var ki, bu gün 
həmin  məktəblərdə  500-dən  çox  şagird  sazın  sirlərini  öyrənir.  Mədəniyyət 
müəssisələrində, kitabxanalarda, klublarda aşıq dərnəkləri fəaliyyət göstərir.  
Bu  gün  Qazax  rayon  İcra  Hakimiyyətinin  başçısı  gənc  aşıq  Yaşar  Gü-
lümcanova çox dəyərli bir saz bağışladı. Saza, sənətkara belə qiymət hesab 
edirəm  ki,  təkcə  Rauf  müəllimin  əməyi  deyil,  həm  də  ölkə  prezidentinin, 
Mehriban xanımın bu sənətə göstərdiyi diqqət və qayğının təzahürüdür. 
 Biz  arzu  edərdik  ki,  belə  tədbirlər  daha  çox,  daha  geniş  miqyasda 
keçirilsin.  Bu  gün  bizim  üçün  çox  fəxrdir  ki,  bütün  Türk  dünyasından 
olan aşıqlar rayonumuzun qonağıdır.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
14 
Ġlqar ƏHMƏDOV 
Yevlax Ģəhər Mədəniyyət və turizm Ģöbəsinin  müdiri 
  
 
Son  zamanlar  Azərbaycanda  aşıq  sənə-
tinin  inkişaf  etdirilməsi  istiqamətində  çox 
böyük  işlər  görülür.  Bizim  üçün  həqiqətən 
böyük  bir  hadisədir  ki,  ilk  dəfə  olaraq  Azər-
baycanda I Beynəlxalq Aşıq Festivalı keçirilir. 
Yevlax  ictimaiyyəti  də  çox  sevinir,  çox  şadıq 
ki,  aşıq  sənətinin  görkəmli  nümayəndələri, 
sənətkarlar, türkdilli ölkələrdən gəlmiş qonaq-
lar və hörmətli xalq şairimiz Zəlimxan Yaqub-
la  bu  gün  Yevlaxda  görüşürük.  Sevinirik  ona 
görə  ki,  milli  mənəvi  dəyərlərimiz,  saz  sənəti 
inkişaf  edir.  Gəlin  etiraf  edək  ki,  bir  qədər 
əvvəl  aşıq  sənətinə  soyuqluq  var  idi.  Şou-biznes  bir  qədər  çaşqınlıq  salmışdı. 
Amma bunlar bizim milli soykökümüzə aid olan aşıq sənətinə heç bir təsir edə 
bilməz.  Ozan-aşıq  sənəti  yenə  də  günəş  kimi  parlayır  və  bu  sahədə  çox  böyük 
işlər görülür. Bizim aşıq sənəti dünya mədəniyyəti incilərinin bir növüdür.  
 
Ali Riza EZGĠ  
(Türkiyə) 
 
Mən əslən Qarslıyam, lakin hal-hazırda İzmir-
də yaşayıram. Eşq olsun Azərbaycan dövlətinə, eşq 
olsun Zəlimxana, aşıqlara, Aşıqlar Birliyinə. Aşıq-
lara  bir  həyat  tanımışlar.  Eşq  olsun  Azərbaycan 
prezidentinin  xanımı,  bizə  analıq  edən  Mehriban 
xanıma  ki,  aşıqları  qoruma  altına  alıb  və  bu  qo-
ruma da Azərbaycanda başlayıb bütün dünya Türk 
dövlətlərinə  qədər  getmişdir.  Belə  bir  iş,  belə  bir 
festival indiyədək dünyada görülmədi. Mən səkkiz 
dövlətdə  olmuşam  və  heç  bir  dövlətdə  Azərbay-
canda  keçiriləm  aşıqlar  festivalı  qədər  belə  gözəl-
lik görməmişəm.  
Azərbaycan  dövlətinin  rəhbərliyinə  türk  qardaşlığı  olaraq,  iki  dövlət  bir 
millət olaraq bizlərə bu haqqı tanıdığına, aşıqlara sahib çıxdığına görə Mehriban 
xanım Əliyevaya və Aşıqlar Birliyi başqanına Zəlimxan Yaquba mən aşıq Əlir-
za  olaraq  çox  təşəkkür  edir,  cənabı  Allah  Azərbaycanın  bayrağını  uca  tutsun, 
ulu tutsun deyirəm.      
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə