Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   2   3   4   5   6   7   8   9   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
15 
 
QÜDRƏT ƏLĠYEV  
 ġəmkir  rayon  Mədəniyyət  və  turizm 
Ģöbəsinin müdiri  
 
 
  Azərbaycan Respublikası Prezidentini, 
onun xanımı, millət vəkili Mehriban xanım 
Əliyeva  aşıq  sənətinin  dünyada  tanınması 
üçün böyük işlər görür. Bu işlərin bir qismi 
də tədbirlərlə, konsertlərlə bağlıdır. 
I  Beynəlxalq  Aşıq  Festivalının  açılışı 
Bakıda  Heydər  Əliyev  adına  Sarayda  oldu,  sonra  isə  tədbir  bölgələrdə 
davam etdirildi. Bu proqram əsasında biz bu gün Şəmkirdə möhtəşəm bir 
tədbirin  və  eyni  zamanda  ulu  babalarımızdan  bizə  yadigar  qalmış  aşıq 
sənətinin  dünyada  tanınmasında  gedən  işlərin  şahidi  olduq.      Mən  arzu 
edərdim ki, belə festivallar daimi olsun. 
 
 
Azamat BOLĞUNBAYEV 
(Qırğızıstan)  
 
 
 
Çox  şadıq  ki,  beynəl-
xalq  səviyyədə  belə  bir 
festival keçirilir və burada 
iştirak  etmək  üçün  böyük 
həvəs  və  sevinclə  gəlmi-
şik.  Azərbaycanda  aşıqla-
rın, Qırğzıstanda akınların, 
Özbəkistanda 
baxşıların 
yaşatdığı  bu  sənətin  tarixi 
çox  qədimdir.  Və  qırğız 
akını  olaraq  bu  festivalda 
iştirak  etmək  bizim  üçün 
olduqca xoşdur. Bu festival bizə yeni ruh verdi. Biz burada Azərbaycan 
aşıqları  ilə  yanaşı,    Türkiyədən,  İrandan,  Gürcüstandan,  Özbəkistandan, 
Qazaxıstandan və Rusiyadan gəlmiş aşıqlarla tanış olduq.  
Arzu  edirəm  ki,  bu  festival  davamlı  olsun,  növbəti  illərdə  də 
keçirilsin  və biz də böyük məmnuniyyətlə gəlib iştirak edərik. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
16 
Aydın MAQOMEDOV 
 (Dağıstan) 
 
Azərbaycanda bir neçə dəfə olmuşam. Salyanda və başqa rayonlarda 
qohumlarım  var.  Mənim  atam  aşıq  Pənahın  şagirdi  olub.  Bu  dəfəki 
gəlişimdə  festivalda  iştirak  etdiyim  üçün  çox  şadam.  Burada  bizi  çox 
qonaqpərvərliklə qarşıladılar. Bir neçə rayonda olduq və hər yerdə mehri-
banlıqla qarşılandıq.  
Bu,  tək  milli  mədəniyyətin,  bir  sənətin  festivalı  deyil.  Bir  neçə  gün 
ərzində biz burda nə qədər dost qazanmışıq. Mən öz aşıqlarımız, dağıs-
tanlılar  və  Dağıstan  Mədəniyyət  Nazirliyi  adından  ilk  növbədə  sizin 
hörmətli  prezidentinizə,  Azərbaycanın  birinci  xanımına,  bir  neçə  gün 
ərzində burda tanış olduğum bütün insanlara, böyük mütəfəkkir Zəlimxan 
Yaquba, Mədəniyyət və Turizm nazirliyinin əməkdaşları  Fikrət Babayev 
və Rəşad Əliyevə minnətdarlığımı bildirirəm. 
Bizim insanlar aşıqla-
ra, aşıq sənətinə, aşıq 
musiqisinə  çox  hör-
mətlə  yanaşırlar.  Cə-
nubi Dağıstanla Azər-
baycanın mədəniyyəti 
demək  olar  ki,  eyni-
dir. Həm musiqi, həm 
aşıq  musiqisi,  mu-
ğamlar  və  s.  Sözlər 
ayrıdır, amma musiqi eynidir. Mədəniyyətimiz, adət-ənənəmiz eynidir.  
Bizdə  -  Dağıstanda  da  bu  sənətə  hörmət  bəsləyirlər,  ancaq  buradakı 
kimi yox. Biz gördük ki, saz tək milli çalğı aləti deyil, o həm də dövrdür, 
zamandır,  yaşayan  əfsanədir.  Biz  də  vətənə  qayıdanda  bunlar  haqqında 
danışacaq,    bu  sənəti  inkişaf  etdirəcəyik.  Və  mən  düşünürəm  ki,  ikinci 
gəlişimizdə - İnşallah dəvət edəndə bizi –  daha yaxşı çıxış edəcəyik. 
Mən  öz  təşəkkürlərimi  bu  festivalın  təşkilatçılarına  sözlə  ifadə  edə 
bilmirəm.  Allah  eləsin  ki,  biz  belə  tədbirlərdə  daha  tez-tez  iştirak  edək. 
Biz  həmişə  belə  festivallarda  iştirak  edəcəyik.  Yenə  də  çox  sağ  olun 
deyirəm  sizə,  Azərbaycan  xalqına  ki,  bizi  hər  şəhərdə,  rayonda  çox 
diqqətlə, hörmətlə qarşıladıqlar.  
Sizə sülh, əmin-amanlıq, həmişə hörmət və diqqət mərkəzində olmağı 
arzulayıram.      
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
17 
Yakup TEMEL 
(Türkiyə) 
 
Bu  gün  bizi  bir  ortaq  nöqtədə  görüşdürən 
aşıqlıq  sənətidi,  sazdı.  Ən  yaxın  nöqtədən  ən 
uzaq  nöqtəyə  qədər  bizim  mesajımız,  parolu-
muz şeirdir, aşıqdır, aşıqlıq sənətidir. Bu sənət 
ölmədi, ölməyəcək, öldürməyəcəyik. Bizim se-
vincimizi  heç  bir  şey  susduramaz.  Bundan 
sonra da susduramayacaq. Bu festivalda iştirak 
etməkdən də  çox məmnunam. Mən 17 ildir  ki, 
Ankarada  bir  radioda  veriliş    hazırlayıram  və 
buradakı çıxışların hamısını o verilişdə səsləndirəcəyəm. 
 
 
 
BÖYÜKBƏY ƏLƏKBƏROĞLU   
(İran) 
 
 
 
Mən  Cənubi  Azərbaycan  aşıqlarının 
bir  nümayəndəsi  kimi  ilk  növbədə  öz 
adımdan  bu  festivalda  əməyi  keçən  hər 
kəsə təşəkkürlərimi bildirirəm. Və cənub-
lular adından bildirmək istəyirəm ki, Xalq 
şairi  Zəlimxan  Yaqub  Azərbaycan  Aşıq-
lar  Birliyinə  sədr  seçiləndən  sonra  aşıq 
sənətində böyük canlanma yarandı.  
Biz  çox  can  atırdıq  ki,  bu  festivalda 
iştirak edək. Şükürlər olsun böyük Allaha 
ki, bu böyük bayramda iştirak edə bildik.  
Bu  festivalda  iştirakımıza  görə  Azərbaycan  Respubliksaının 
Mədəniyyət  və  Turzim  Nazirliyinə,  Xalq  şairi,  Aşıqlar  Birliyinin  sədri  
Zəlimxan  Yaquba  minnətdarlığımı  bildirirəm.  Bu  festival  təkcə  bu  gün 
burada iştirak edən aşıqların deyil, bütün türk dünyasının bayramıdır.  
   Saz  Azərbaycan  xalqına  aiddir  və  xalqımızın  mənəvi  pasportudur. 
Mən  bir  daha  öz  təşəkkürümü,  minnətdarlığımı  Azərbaycanın  böyük 
ziyalı  insanlarına,  Mədəniyyət  və  Turizm  Nazirliyinə,  xalq  şairi  Zəlim-
xan  Yaquba  bildirirəm  ki,  aşıq  sənətini  dünya  meydanlarına  çıxmasında 
böyük işlər görürlər 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə