Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
22 
Aşıqlar  Birliyi  ilə  birlikdə  aşıq  sənətinə  diqqəti  daha  da  artıracaqlar. 
Çünki bu sahədə görüləsi işlər hələ çoxdur.  
-  Festival  çərçivəsində  Azərbaycanın  bir  neçə  rayonunda  konsert 
proqramları təĢkil edildi. Sizcə, aĢıq sənəti daha çox harada sevilir? 
- Bu festival zamanı üzə çıxan maraqlı məqamlardan biri də o oldu ki
aşıq sənəti təkcə Qazax, Tovuz, Gədəbəy bölgəsində deyil, Azərbaycanın 
hər bir yerində sevilir. Konsert proqramlarında Naxçıvan aşıqlarının ifası 
rəğbətlə  qarşılandı.  Amma  bu  festivala  qədər  çox  adamın  ağlına  da  gəl-
məzdi ki, muxtar respublikada saza belə diqqət olar. Qarabağ bölgəsinin, 
Kəlbəcər  aşıqlarının  çıxışı  tamaşaçılar  tərəfindən  alqışlarla  müşayiət 
olunurdu. Şirvan bölgəsinin aşıqlarının özünəməxsus ifa tərzini, Borçalı 
mahalından gələn aşıqların çıxışını xüsusilə qeyd etmək istəyirəm. Aşıq 
sənəti  təkcə  bəzi  bölgələrdə  deyil,  bütün  Azərbaycan  ərazisində  inkişaf 
etdirilməli, öz layiqli yerini tutmalıdır.  
-  Festivalda  7  xarici  ölkə  təmsil  olunurdu.  Necə  hesab  edirsiniz, 
Azərbaycan  ozanına,  aĢıq  sənətimizə  daha  yaxın  olan  hansı  ölkənin 
aĢıqları idi? 
-  Qardaş Türkiyəni təmsil edən aşıqların təqdim etdiyi mahnılar bizə 
çox  yaxın  idi.  Amma  mən  bu  festivalda  təmsil  olunan  ölkələr  arasında 
İran  aşıqlarının  çıxışını  xüsusilə  qeyd  etmək  istərdim.  İranda  bu  sənəti 
inkişaf  etdirmək,  təbliğ  etmək  üçün  heç  bir  məktəb  yoxdur.  Amma  us-
tadları dinləyə-dinləyə, onların öyrətdiklərini mənimsəyərək çoxlu sayda 
aşıqlar yetişib. Deyilənə görə, İranda 15 minə yaxın aşıq var. Bu aşıqlar 
vasitəsilə Azərbaycan dili yaşayır, xalq sənətimiz nəsildən-nəslə ötürülür. 
Bu baxımdan mən İran aşıqlarının rolunu yüksək dəyərləndirirəm. Qeyd 
etmək  istədiyim  başqa  bir  məqam  Dağıstandan  gələn  aşıqların  ifası  ilə 
bağlıdır.  Orada  digər  xalqlar  da  aşıq  sənəti  ilə  məşğul  olur.  Amma  bu 
festivalda Dağıstanı ləzgi aşıqları təmsil edirdi. Onlar həqiqi mənada çox 
gözəl çıxış etdilər. Təsəvvür edin, saz Azərbaycan sazı, mahnı motivləri 
Azərbaycanın,  amma sözlər ləzgicə  oxunurdu. Bu,  əslində xalqların bir-
birinə  bağlanmasıdır,  mədəniyyətlərin  qovuşmasıdır.  Bu  bir  daha  onu 
göstərir  ki,  saz  dostluq  rəmzidir.  Orta  Asiya  respublikalarından  gələn 
aşıqların  çıxışları da maraqlı idi. Onlarda aşıq  və saz başqa cür  adlansa 
da,  sənət  eynidir,  söz  sənətidir,  şifahi  xalq  ədəbiyyatıdır,  insanlarla 
birbaşa təmasdır. 
-  Mədəniyyət  və  Turizm  Nazirliyi  olaraq,  aĢıq  sənətinin  inkiĢaf 
etdirilməsi  üçün  bundan  sonra  hansı  tədbirlərin  görülməsini  nəzərdə 
tutursunuz? 
- Bu misilsiz el sənətinin təbliği, dünyaya tanıdılması Mədəniyyət və 
Turizm  Nazirliyinin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biridir.  Bu 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
23 
sənətlə  bağlı  bir  çox  layihələrimiz  var.  Biz  təkcə  festivallarla  kifayət-
lənmək  fikrində  deyilik.  Xüsusilə  gənclər  arasında  bu  sənətin  təbliğinə 
diqqəti artıracağıq. İndi ahıl aşıqlarımızın layiqli davamçılarının hazırlan-
ması məsələsi gündəmdədir. Hazırda bu məqsədlə musiqi məktəblərində 
saz dərsləri keçirilir, aşıq sənəti ilə bağlı kitablar nəşr edilir. Bütün bun-
ların  hamısı  gənc  aşıq  nəslinin  hazırlanmasına xidmət  edir.  Bir  çox  qu-
rumlar,  o  cümlədən  Milli  Elmlər  Akademiyasının  Ədəbiyat  İnstitutu, 
Mədəniyyət  və  İncəsənət  Universiteti  bu  istiqamətdə  müəyyən  işlər  gö-
rür. Mədəniyyət və Turizm Nazirliyi bütün görülən işlərdə əlaqələndirici 
rolunu oynayır.  
Aşıq  sənəti  ilk  növbədə  Azərbaycan  xalqının  sərvətidir  və  Azər-
baycan xalqına da xidmət etməlidir. Burada gündəmdə olan daha bir mə-
sələ  aşıq  sənətinin  yaşamasına,  inkişafına  xidmət  edən  insanların  əmə-
yinin yüksək qiymətləndirilməsidir. Bir neçə görkəmli aşığımız Prezident 
təqaüdünə  layiq  görülüb,  bəziləri  müxtəlif  adlar  alıb.  Yəni  dövlət 
tərəfindən onların əməyi mükafatlandırılıb. Biz bunu davam etdirəcəyik.  
Hesab  edirəm  ki,  I  Beynəlxalq  Aşıq  Festivalı  mədəni  həyatımızda 
çox böyük bir hadisə, aşıq  sənətini  sevən, saz-söz sənətinə vurğun olan 
insanların bayramı oldu. 
Fəxriyyə Abdullayeva  
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
24 
Məhərrəm QASIMLI 
Dövlət Mükafatı laureatı, 
Fililogiya elmləri doktoru, 
 professor 
 
 
 
 
 
 
 
GÜNEY AġIQ MÜHĠTLƏRĠ 
 
 
 
üney aşıqlığının ümumi mənzərəsi və əsas mühitləri barədə ötən əs-
rin doxsanıncı illərinin ortalarında ilk təqdimat və təsnifatı verərkən 
bildirmişdik  ki,  oradakı  sənət  xəzinəsinin  dərindən  öyrənilməsinə 
ehtiyac böyükdür. Sonrakı illərdə əlimizə düşən imkanlardan istifadə edərək bu 
yöndəki bilgi və  təhlillərimizi artırmağa çalışmışıq. Türkiyədən və İrandan bi-
zim səsimizə səs verən Əli Kafkasiyalı, İlqar İmamverdiyev, Camal Ayrumlu və 
Hüseyn Vahid Feyzullahi kimi dəyərli tədqiqatçılar da xeyli müddətdir ki, İran-
dakı aşıqlığın araşdırılması ilə yaxından ilgilənməkdədirlər. Camal Ayrumlunun 
Urmiya  aşıq  mühitinə  dair  qiymətli  tədqiqatı,  Hüseyn  Vahid  Feyzullahinin 
―Azərbaycan müasir aşıqları" kitabı, Əli Kafkasiyalının "İran türkləri aşıq mü-
hitləri‖  (Ərzurum,  2006)  adlı    sanballı  monoqrafiyası,  eləcə  də  İ.İmamver-
diyevin  "Azərbaycan  və  İran  türklərinin  aşıq  sənətinin  qarşılıqlı  əlaqələri" 
mövzusundakı dissertasiya işi bu istiqamətdə əldə olunmuş uğurlu nəticələr sa-
yıla  bilər.  Bizim  müəyyənləşdirdiyimiz  təsnifat  üzrə  tədqiqat  aparan  Ə.Kaf-
kasiyalı  topladığı  yeni  materiallar  və  elmi  müşahidələr  əsasında  İrandakı  aşıq 
mühitlərini  aşağıdakı  şəkildə  təsbit  etmişdir:  Təbriz-Qaradağ;  Urmiya; 
Sulduz-Qarapapaq;  Zəncan,  Qum-Savə;  Xorasan-Türkmənsəhra  və  QaĢ-
qay  aĢıq  mühitləri. Göründüyü kimi, bizim təsnifat əsasən saxlanılmış,  əlavə 
olaraq  isə  Sulduz-Qarapapaq  aşıq  mühitinin  mövcudluğu  irəli  sürülmüşdür. 
İ.İmamverdiyev  isə  mövcud  təsnifatı  aşağıdakı  şəkildə  dəyişdirmişdir: 
Qarabağ-Təbriz: Urmiya-Xoy; HəĢtərud-Miyandab-Marağa; Zəncan-Xür-
rəmdərə;  Tehran-Kərəc;  Savə-Qum;  Həmədan;  QaĢqay;  Xorasan  aĢıq 
mühitləri. İ.İmamverdiyevin təsnifatında müəyyən dolaşıqlıq nəzərə çarpır ki, 
bu  da  bir  sıra  məqamlarda  məktəb  və  mühit  anlayışlarının  qarışdırılması  ilə 
bağlıdır. Bu məsələyə biz bir qədər sonra yenidən münasibət bildirəcəyik.  
Üst-üstə götürdükdə İrandakı  mühitlərdə fəaliyyət göstərən çağdaş aşıqların 
sayı  təqribi  hesablamalara  görə  mindən  yuxarıdır.  Ə.Kafkasiyalı,  İ.İmamver-
diyev  və  H.Feyzullahi  öz  əsərlərində  onların  bir  qisminin  siyahısını  vermişdir. 
Müqayisə üçün xatırladaq ki, Qafqazdakı çağdaş aşıqların sayı yüz iyirmi-yüz 
otuz arasındadır.  
Güneydəki  Azərbaycan  aşıq  mühitlərinin  istər  tarixi,  istərsə  də  çağdaş 
baxımdan  geniş  şəbəkəli  mədəni-estetik  səciyyəsini  vermək  o  qədər  də  asan 



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə