Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
  1   2   3   4   5   6   7   8   9   ...   43


 
 
 
 
 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
 
 
           
 
 
OZAN DÜNYASI 
 
 
 
 
 
 
№4(11)  
2012


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

  
Ozan dünyası   
                                             №4(11),
 2012
 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq şairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
Baş redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə PaĢayeva 
Qəzənfər PaĢayev 
Qara Namazov 
   Sədnik PaĢayev 
   Ġsmayıl Məmmədli 
   Elxan Məmmədli 
   Ġlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
Ġsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (Ġran) 
Ġrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
Seyfəddin Qəniyev 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
musa58@bk.ru
 
 
Jurnalda  gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

 
 
 
Mahmud ALLAHMANLI 
filologiya elmləri doktoru, professor 
 
 
ĠCTĠMAĠ TELEVĠZĠYA VƏ 
 XALQ YARADICILIĞI 
 
Xalqın milli-mənəvi mədəniyyətinin, zəngin şifahi yaradıcılığının qo-
runub saxlanması ən ümdə vəzifə kimi hər  kəsin vətəndaşlıq borcudur. 
Çünki  burada  min  illərin  tarixi,  mədəniyyəti,  mənəvi  dəyərləri,  məişəti, 
dili,  ədəbiyyatı,  bütünlükdə  olanları  cəmləşir.  Mərhum  prezidentimiz 
Heydər Əliyev “xalqımızın milli-mənəvi mədəniyyətindən böyük sərvəti 
yoxdur” deyirdi. Bütün yeraltı, yerüstü sərvətlər  müəyyən tarixə, zaman 
müddətinə hesablanır. Hamısı qurtarandı. Böyük-böyük tikililər, abidələr 
də  bura  daxildir.  Xalqla,  xalqın  keçib  gəldiyi  yolla  birgə  addımlayan 
onun  milli-mənəvi  mədəniyyətidir.  Folklorşünaslıqda  xüsusi  olaraq  vur-
ğulanan bir məsələ var. Deyilir ki, xalqın milli-mənəvi mədəniyyətini bil-
mədən  onun  həqiqi  tarixini  bilmək  mümkün  deyil.  Bu,  bütün  xalqlara 
aiddir. Azərbaycan xalqında da belədir. Biz bütün uğurlarımız üçün keç-
mişimizə,  mənəvi  dəyərlərimizi  min  illər  boyu  formalaşdıranlara  borc-
luyuq. Bu, özlüyündə sabahlara gedən yolda düşüncəmizin, birliyimizin, 
mövcudluğumuzun müəyyənləşməsinə yönəlik hadisədir.   
Müstəqillik əldə etmişik. Fikrimcə, Azərbaycanın son iki yüz illik ta-
rixində bundan böyük hadisə yoxdur. Buna hələ keçən əsrin əvvəllərində 
bir dəfə  nail olduq. Bu, çarizmin dağılması ilə baş vermişdi. Ancaq sovet 
bolşevizmi onun yoluna sipər çəkdi. İnkişafının qarşısını aldı. İkinci dəfə 
sovetlər imperiyasının dağılması ilə müstəqillik qazanıldı. Bu gün ən üm-
də  məsələ həmin müstəqilliyin  qorunub saxlanmasıdır. Bu qorunub sax-
lanmada isə başlıca məsələ  milli-mənəvi dəyərlərə sahib durmadır. Buna 
sahib  durmanın  ən  başlıca  faktlarından  biri  televiziya  məkanıdır.  Çünki 
müasir dünyada, informasiya müharibəsinin getdiyi zamanda televiziya-
nın rolu əvəzsizdi. Ancaq təəssüf ki, Azərbaycan məkanında olan bütün 
televiziya  kanalları  bunu  sona  qədər  yerinə  yetirə  bilmir.  Milli  ideolo-
giya, milli düşüncə xalqın milli-mənəvi dəyərlərindən keçir. Hansı dəyər-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

lər ki, hamımızı birləşdirir, bir bayraq altına toplaya bilir, eyni qənaətdə, 
düşüncədə  olmamıza  daha  çox  əsas  olur.  Təəssübkeşlik  duyğusunu  for-
malaşdırır. Bu gün demək olar bu ağırlığı, böyük, həm də savab işi İcti-
mai Televiziya kanalı yerinə yetirir. Burada birinci şəxslərdən də çox şey 
asılıdır.  Onun  tutduğu  mövqe,  hadisələrə,  bütün  ictimai,  siyasi,  mədəni 
mühitə münasibəti, milli dəyərlər üstündə köklənməsi və s. məsələlər öz-
lüyündə başlıca və əsas olan şərtdi. İctimai Televiziyanın rəhbəri İsmayıl 
Ömərov məhz bu mənada çox böyük və gərəkli işlərə imza atmaqdadı.   
Türk xalqları, eləcə də onun bir qövmü olan Azərbaycan bədii düşün-
cə  etibarilə  şifahiliyə  meyillidi.  Və  təsadüfi  də  deyil  ki,  elmi-nəzəri 
düşüncədə bir həqiqət xüsusi olaraq vurğulanır. Bu, türkün tarix yazma-
dan  çox  yaratmağa  meyilliyi  qənaətidir.  Həmin  yaratma  bir  istiqamətdə 
şifahi düşüncə faktı ilə gələcəyə daşınıb. Zəngin folklor örnəkləri, dastan-
çılıq  ənənəsi,  şəriksiz  aşıq  yaradıcılığı,  bayatı  nümunələri  tarixin  və 
tariximizin olduqca dərin qatlarına işıq tutur.   
Təsadüfi deyil ki, XIX əsrin böyük ziyalısı, “Əkinçi” qəzetinin redak-
toru Həsən bəy Zərdabi müasirlərinə dönə-dönə bir məsələni xüsusi vur-
ğulayırdı.  Deyirdi  ki,  “Azərbaycan  balalarına  xalqın  zəngin  yaradıcılı-
ğından  olan  nümunələri  çatdırın.  Hamının  başa  düşəcəyi  nümunələri 
yaradın”.  M.Mahmudbəyovun,  T.Bayraməlibəyovun,  E.Sultanovun, 
Y.V.Çəmənzəminlinin,  F.Köçərlinin,  H.Zeynallının,  V.Xuluflunun, 
S.Mümtazın,  H.Əlizadənin,  R.Əfəndiyevin  və  başqalarının  bu  istiqa-
mətdə  gördüyü  gərəkli  işlər  on  doqquzuncu  yüzillikdən  bu  yana  həmişə 
artan istiqamətdə gedib. Burada rusdilli mətbuatın da rolunu vurğulama-
lıyıq.  “Tiflisskie  vedemosti”,  “Kavkaz”,  “Kavkazskii  vestnik”,  “Novoe 
obozrenie”,  SMOMPK  çox  böyük  və  gərəkli  işlər  görür.  Bu  jurnal  və 
məcmuələrin xalqın zəngin  yaradıcılığının öyrənilməsi anlamında zama-
nında  əvəzsiz  xidmətləri  olub.  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində 
(20-30-cu illər də bura daxildir) xalqın milli-mənəvi mədəniyyətinin öy-
rənilməsi  (toplanması,  nəşri,  tədqiqi)  sahəsində  aparılan  işlər  xüsusi  bir 
mərhələdi. Qori Müəllimlər Seminariyasını qurtaran ziyalıların bu sahədə 
etdikləri sözün həqiqi mənasında fədakarlıqdı. Çox xoş ki, folklorşünas-
lıq sahəsində sonrakı çağlarda görülən işlər bu ənənəyə söykəndi. Onların 
atdıqları addımlar özünün ənənə anlamında bəhrəsini verdi. Sovetlər dö-
nəmi bəzi  istisnalara baxmayaraq folklor  elmimizin boyartımında ayrıca 
bir mərhələdir. Aparılan toplamalar, nəşrlər, araşdırmalar buna nümunədi.  
Müstəqillikdən sonranın məsuliyyəti isə bir başqadır. Artıq  müstəm-
ləkə  sıxıntılarından,  ideoloji  təqib  və  təzyiqdən  uzaq  bir  mühitdəyik. 
Özümüzə  sahib  olmağın  və  özümüzün  mövcudluğumuzu  təsdiqləməyin 
ən  yaxşı  zamanıdır.  “Kitabi-Dədə  Qorqud”  dastanlarının  1300  illiyi  ilə 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə