Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

bağlı tədbirdə mərhum prezidentimiz H.Əliyev bir məsələni xüsusi olaraq 
vurğulayırdı: “Biz kimik, hardan gəlmişik, hardayıq, hara gedirik. Bunun 
aydınlaşması  üçün  ən  əsaslı  mənbə  “Kitabi-Dədə  Qorqud”  kimi  abidə-
lərimizdi”. Bu fikirdə çox böyük həqiqət var. Tariximiz, keçib gəldiyimiz 
yolun aydınlaşması üçün xalqın zəngin folkloru, bütünlükdə mənəvi irsi 
çox  böyük  imkanlara  malikdir.  Ona  görə  də  bu  möhtəşəm  abidələrə, 
zəngin  şifahi  irsə  daha  çox  müraciət  etməyin,  diqqət  yetirməyin  zərurə-
tindəyik. Təəssüf ki, görülən işlərdə bir pərakəndəlik, narahatlıq doğuran 
məqamlar da var. Çünki bu gün dünyada gedən proseslərdə, ideoloji sa-
vaşlarda, kiçik xalqların mənəvi dəyərlərinin sarsıdılmasında duruş gəti-
rəcək ən başlıca olan milli düşüncənin qorunuşudu.   
Televiziya  ekranlarında  baş  alıb  gedən  şoular,  gərəksiz  məişət 
söhbətləri, müharibə səhnələri ilə dolu xarici filmlər, çoxsaylı seriallar və 
s.,  və  s.  hamısı  insanların  düşüncəsində,  gənc  nəslin  tərbiyəsində  trans-
formasiyalarla, sınmalarla xarakterizə olunur.   
Unutmaq lazım deyil ki, bizim kifayət qədər düşmənimiz var. Qara-
bağ savaşı sona çatmayıb. Torpaq itkilərimiz, Qərbi Azərbaycan kimi bö-
yük  bir  ərazimizin  yoxluğu  var.  Erməni  kimi  məkrli  bir  düşmənlə  üz-
üzəyik. Digər istiqamətdə Rusiyanın təhdidləri, baş alıb gedən imperiya 
xülyaları, İran molla rejiminin məmləkətimizə bir əyaləti kimi baxması, 
Avropanın oyunları və s. hamısı Azərbaycanımıza münasibətin və maraq-
ların  ifadəsidi.  Bunların  üzərinə  isə  şouları,  biganəlik  düşüncəsinin  for-
malaşdırılmasını,  milli  təəssübkeşliyin  sarsıdılması  kimi  məsələləri  gə-
lsək fənalıqdı. Buraya daxildə işləyən düşmən əlləri, səhl sümbatların nə-
vələrini  də əlavə etsək daha çox çətinliklərlə qarşılaşdığımız aydınlaşır. 
Bu  mənada,  təkrar  deyirik,  televiziya  kanallarının  üzərinə  çox  böyük 
məsuliyyət  düşür. Həmin məsuliyyəti isə  bütün  televiziya kanalları pay-
laşmalıdır.  Xalqın  məişəti,  mədəniyyəti,  tarixi,  mərasimləri,  ədəbiyyatı, 
folkloru ilə bağlı milli düşüncədən qaynaqlanan verilişlərə üstünlük veril-
məlidir.  Əlbəttə,  biz  müasir  dünya  sivilizasiyasına  qoşulmağın,  ondan 
bəhrələnməyin də əleyhinə deyilik.  
Millilik  anlamında  mühüm  bir  hissəni  xalqın  zəngin  yaradıcılığına 
televiziya kanallarında geniş yer verilməsi təşkil edir. İctimai Televiziya 
və Radio Yayımları Şirkətinin fəaliyyəti bu mənada örnəkdir. Yarandığı 
vaxtdan  (2005-ci  il  29  avqust)  elə  də  böyük  zaman  keçməsinə  baxma-
yaraq böyük işlərə imza atmaqdadır. Demək olar bütün verilişlər xalqın, 
millətin  mənəvi  dəyərlərinin  ucalığının,  zənginliyinin  dərkinə  və  təqdi-
minə hesablanır. Bu, informativ xəbərlərdən tutmuş müxtəlif tipli veriliş-
lərə  qədər böyük bir zənginliyi  özündə əhatə  edir.  İctimai Televiziyanın 
(İctimai radio  da bura daxildir) Azərbaycan mədəni  mühitində oynadığı 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

rolu  zamanına  görə  XIX  əsrdə  Qori  müəllimlər  seminariyasını  qurtaran 
ziyalıların işi ilə, XX əsrin əvvəllərindəki qaynar Azərbaycan mühiti ilə 
müqayisə  etmək  olar.  Onlar  Azərbaycanın  fədailər  dəstəsi  idi.  Bütün 
canlı  fəaliyyətlərini  xalqın  maariflənməsi,  milli  ruhun  oyanışı,  zəngin 
mənəvi sərvətlərinin qorunuşu məsələsinə həsr ediblər. Bir növ xalq, mil-
lət yolunda ömürlərini şama çeviriblər. Həmin ruh İctimai Televiziya ka-
nalında bu gün yaşamaqdadır. Azərbaycanın ayrı-ayrı bölgələrindən, elə-
cə də ölkəmizdən kənarda soydaşlarımızın həyatı, məişəti ilə bağlı hazır-
lanan verilişlər, bütünlükdə türk xalqlarına çıxış bunun canlı göstəricisi-
di.  Heç  şübhəsiz,  bunlar  bir  problem  kimi  müxtəlif  istiqamətli  araşdır-
maların, tədqiqatların mövzusuna çevriləcəkdir.   
İctimai Televiziyada “Ozan məclisi”, “Ovqat” (“Səhər sovqatı”), elə-
cə  də  mərasimlərimizlə  bağlı  verilişlər  özü  milli  yaddaşın,  milli  ruhun 
oyanışına və yaşanışına xidmət edən verilişlərdir. Türklər “ozanları hay-
qırmayan  millət  yetim  kimidir”  deyirlər.  Burada  olduqca  böyük  bir  hə-
qiqət var. Çünki xalqın formalaşması, milli-mənəvi düşüncənin qorunuşu 
və yaşanışı anlamında ozanların, aşıqlarımızın xidmətləri əvəzsiz olmuş-
dur.  Bugünkü  olanlarımız,  mənəvi  dəyərlərimizin  yaşanışı  üçün  birmə-
nalı  olaraq  bir  istiqamətdə  saza  borcluyuq.  “Kitabi-Dədə  Qorqud”  das-
tanlarının  müqəddiməsində  deyilir,  “eldən-elə,  bəydən-bəyə  ozan  gəzər, 
ər comərdin, ər nakəsin  ozan bilər, iləyinizdə çalıb  ayıdan ozan olsun”. 
Bu artıq ozanın tarixin dərinliklərində hansı funksiyanı yerinə yetirdiyini 
aydınlıqla  göstərir.  Ozanlar  türkün  ruhunun,  düşüncəsinin  daşıyıcısı 
funksiyasını zaman-zaman yerinə yetirmişlər. Bir növ xalqın televiziyası 
rolunu oynamışlar. Ona görə də ustadlarımızla, aşıq yaradıcılığının ayrı-
ayrı problemləri ilə bağlı verilişlərin vaxtaşırı İctimai Televiziyada apa-
rılmasını uğurlu və gərəkli addım kimi qiymətləndirməliyik. İctimai radi-
onun fəaliyyətə  başladığı vaxtdan (2006-cı  il 11 yanvar)  müxtəlif vaxt-
larda,  müxtəlif  adlar  altında  gedən  verilişlər  –  “Eldən-obadan”,    “Telli 
saz”,  “Aşıq  havaları”,  eləcə  də  Türkiyənin  səsi  radiosu  ilə  İctimai  radi-
onunun ortaq layihəsi olan “Qorqud Ata” bizim şəriksiz mədəniyyət ha-
disəmiz  olan  aşıq  sənətinin  təqdimi  və  təbliği,  yaşamı  amalına  xidmət 
edir. Burada öyrənilməli, açılmalı kifayət qədər maraqlı problemlər var. 
Ən başlıcası isə xalqın tarixi, keçmişi, hansı  yolu keçib gəlməsi hadisə-
ləri özünün əksini tapır. Bu gün dünyanın üzü ilkinliyə, ilkin təsəvvürlə-
rin, mifik yaddaşın bərpasına yönəlib. Bu da təsadüfi deyildir. Bütün mə-
sələlərdə  mənşə  məsələsini  aydınlaşdırmadan,  keçmişi  öyrənmədən 
hansısa bir işdə uğur qazanmaq mümkün deyil. Futuroloqluq etmək kimi 
bir  cəfəngiyyata,  cəfəng  düşüncəyə  aldanmaq  deməkdir.  Ozan  sənəti, 
aşıq  yaradıcılığı  da,  xalq  musiqimiz,  mərasimlərimiz  də  bizim  keçmişi-


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə