Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

mizdir.  Gələcəyə  gedən  yolumuzdur.  Burada  xalqın  qəhrəmanlığı,  qəh-
rəmanlıq tarixi, yurd, torpaq sevgisi, vətən məhəbbəti və s., və s. özünün 
əksini tapır. Nəğmələrimizdə, dastanlarımızda, nağıllarımızda, bayatıları-
mızda  nələr  yoxdur?  Hər  birisi  əsrlərin  dərinliklərindən  bizə  olmazın 
xəbərlər  gətirir.  Ulularımızın  müjdəçisi  rolunu  oynayır.  Biz  xalqımızın 
məişətinin,  tarixinin,  mövcudluğunun,  hansı  düşüncəni,  duyğunu  yaşa-
masının bütöv bir hissəsini oradan öyrənirik. Hansısa qaranlıqları onların 
vasitəsi ilə işıqlandırırıq.   
İctimai Televiziyanın bu mənada milli dəyərlərə önəm verməsi müs-
bət hadisədir və xüsusi olaraq qiymətləndirilməlidir. Eləcə də ustad aşıq-
larımıza həsr olunan verilişlər böyük təsiredicilik funksiyası ilə görünür. 
Klassik  irsə  sayğını  ifadə  edir.  Məlum  olduğu  kimi,  aşıq  yaradıcılığının 
Dirili  Qurbani,  Abbas  Tufarqanlı,  Sarı  Aşıq,  Xəstə  Qasım,  Aşıq  Valeh, 
Ağ  Aşıq,  Aşıq  Alı,  Aşıq  Hüseyn  Şəmkirli,  Aşıq  Ələsgər,  Molla  Cümə, 
Aşıq Hüseyn  Bozalqanlı,  Aşıq Əsəd, Aşıq Hüseyn Saraçlı, Əmrah Gül-
məmmədov,  Mikayıl  Azaflı,  Dərya  Məhəmməd  və  s.  kimi  onlarla  ustad 
sənətkarı  var.  Televiziyanın  “Ozan  məclisi”,  radionun  “Aşıq  havaları”, 
“Telli saz” verilişlərində ənənəvi olaraq bu ustadların ədəbi irsinin xatır-
lanması,  haqqında  ətraflı  söhbətlərin,  təhlillərin  aparılması  böyük  və 
gərəkli  işlərdir.  Bu  ustadlar  özlüyündə  bir  əxlaq,  mənəviyyat  məktəbi-
dirlər. Ayrı-ayrı əsrlərdə sazımızı, sözümüzü zənginləşdirməklə milli dü-
şüncənin formalaşmasına yardımçı olmuşlar. Türk şeir ənənəsinin izlən-
məsi, zənginləşməsi anlamında bu ustadlar əvəzsizdir. “Axşam oldu”nun 
təxminən  üç  saatlıq  müddətində  bütünlükdə  insanın  özü zənginləşir.  Bir 
növ  ruhun  oyanışı  başlayır.  Özlüyündə  bu  veriliş,  fikrimizcə,  əxlaq  və 
mənəviyyat  dərsləridir.  Bu  mənada  “Telli  saz”,  “Xalq  mahnıları”  çox 
dərin  mətləblərdən,  mənəvi  dəyərlərimizin  yaşanış  və  qorunuşuna  sahib 
durmadan xəbər verir.  
İctimai  radioda  maraq  doğuran  verilişlərdən  biri  də  “Nağıl  axşam-
ları”dır.  Məlum  olduğu  kimi,  bizim  zəngin  şifahi  yaradıcılığımızın  mü-
hüm bir hissəsini nağıllar təşkil edir. Onların toplanması, nəşri və öyrə-
nilməsi  həmişə  ziyalı  mühitimizin  diqqətində  olmuşdur.  Hətta  klassik-
lərimiz  özlərinin  yaradıcılığında  bu  nağıl  motivlərindən  istifadə  etməklə 
orijinal əsərlər yaratmışlar. Bəzən bu motivlər əsərlərin mövzusuna qədər 
gəlib  çıxıb.  Şərq  ədəbiyyatının  böyük  simalarının  –  N.Gəncəvinin, 
Ə.X.Dəhləvinin,  S.Şirazinin,  Ə.Caminin,  Ə.Təbrizinin,  A.Ərdəbilinin, 
Fədainin,  Məsihinin  və  başqalarının  əsərləri  bunun  bariz  nümunəsidir. 
N.Gəncəvinin  “Sirlər  xəzinəsi”,  “Yeddi  gözəl”  poemaları  sırf  nağıl  mo-
tivlərinə  yüklüdür.  S.Vurğunun  “Ayın  əfsanəsi”,  “Qız  qayası”,  “Bulaq 
əfsanəsi”  əsərlərinin  mövzusu  da  nağıllardan,  əfsanələrdən  götürülmüş-


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

dür.  “Kəşkül”  (1883-1891),  Dəbistan”  (1906-1907)  “Məktəb”  (1911-
1920)  və  s.  mətbuat  orqanları  öz  səhifələrində  nağıllara  daha  çox  yer 
verirdi. Hətta “Kəşkül”də “Lətaif” başlığı altında nağıl və lətifə verən bir 
səhifə də vardı. İctimai radionun “Nağıl axşamları” verilişi sələflərimizin 
(A.Baqrinin,  Ə.Sübhanverdixanovun,  Y.V.Çəmənzəminlinin,  H.Zeynal-
lının,  H.Əlizadənin,  F.Babayevin,  M.H.Təhmasibin,  Ə.Axundovun, 
N.Seyidovun  və  s.)  gördüyü  işin  davamını  xatırlatdır.  Üç  cildlik  (1941-
1947),  beş  cildlik  (1960-1964)  nağıllarımız  məhz  həmin  fədakar  ziyalı-
ların sayəsində yazıya gətirilmişdir. Bu gün İctimai Televiziya bir başqa 
istiqamətdə  “Azərbaycanı  tədqiq  və  tətəbbö cəmiyyəti”nin  (1923-cü il 2 
noyabr) funksiyasını yerinə yetirir. Təxminən on-on iki dəqiqəlik veriliş-
də Azərbaycan, türk, dünya xalqlarının nağıl nümunələri özünə yer tapır. 
Mövsüm  və  məişət  mərasimləri  ilə  bağlı  tədbirlərin  hazırlanması,  geniş 
şəkildə  işıqlandırılması  özlüyündə  gərəkli  və  vacib  işlərdir.  Çünki  bun-
ların  hər  birində  genetik  yaddaşdan  üzü  bəri  gələn  dəyərlər  daşınır.  Bu 
dəyərlərin  formalaşması,  yaddaş    hadisəsinə  çevrilməsi  üçün  isə  xalqın 
içindən keçməsi gərəkdir. Novruz bayramı ilə bağlı mərasim bunun fak-
tıdır.  Bu,  özlüyündə  mərasimlər  toplusudur.  Azərbaycanlıların,  bütün-
lükdə  türkün  ən  əziz  bayramı  kimi  yaddaş  və  məişət  hadisəsinə  çevril-
mişdi.    Məhz  bu  səbəbdən  də  tarixin  ayrı-ayrı  çağlarındakı  qadağalara, 
təhdidlərə,  transformasiyalara  baxmayaraq  bu  gün  də  yaşamaqdadır.  Və 
daha  çox  genişlik,  ruh  yüksəkliyi  qazanmaqla  keçirilmədədir.  Ona  görə 
də bütün bu olanlar xalqın olan kimi uca tutulmalıdır. İctimai Televiziya 
bu  mənada  özünün  funksiyasını,  ictimainin  olma  məsələsini  daha  ləya-
qətlə yerinə yetirir.   
İctimai Televiziya və xalq yaradıcılığı məsələlərindən danışarkən bir isti-
qamət də “Carçı film” studiyası ilə bağlıdır. Etiraf edək ki, son dövrlərdə 
Azərbaycanda  uğurlu  filmlərin  çəkilişində  problem  var.  Bu,  mütəxəssis 
çatışmazlığından tutmuş mövzunun seçilməsinə qədər böyük problematik 
məsələləri  sərgiləyir.  Ancaq  heç  şübhəsiz,  axtarışlar,  uğurlu  kadrların 
seçilməsi bizim milliliyə və dünyəviliyə hesablanan filmlərimizin ortaya 
çıxmasına gətirib çıxaracaq. “Carçı film” özlüyündə uğurlu bir hadisə ki-
mi qiymətləndirilməlidir. Çünki onun ilkin addımlarında cəmiyyətimizin 
ayrı-ayrı tərəflərinin canlandırılması, xalq düşüncəsi üzərində köklənməsi 
gələcək  uğurlardan  xəbər  verir.  “Balqabaq”,  “Qovğalı  kəndinin  əhva-
latları”, “Daşdəmirin nağılı” və s. bunun nümunəsidir. Bütün  bunlar bi-
zim özümüzü dəyərləndirməmiz, milli düşüncəyə köklənməyimiz, xalqın 
olanı  uca  tutmağımız  hadisəsidir.  Bu  kontekstdə  İctimai  Televiziya  və 
xalq yaradıcılığı ayrıca problem kimi daha böyük təhlilləri aktuallaşdırır. 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə