Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 

AġIQ ġAKĠR – 90 
 
 
Xatirə BƏġĠRLĠ 
Filologiya üzrə elmlər doktoru 
 
 
BĠR ELĠN SƏSĠYDĠ ġAKĠRĠN SƏSĠ 
 
 
Hər  biri  böyük  univer-
sitet  səviyyəsində  işlər  gör-
müş,  ünlü  məktəb  yaratmış, 
ustad-şəyird ənənəsi ilə yad-
daşını,  mədəni  irsini  yaşa-
dan,  bu  günlərə  ötürən  aşıq 
mühitləri  sırasında  Şirvan 
aşıq məktəbi bir çox özəllik-
lərinə  və  möhtəşəmliyinə 
görə  seçilir.  İfaçılıq  ənənəsi 
baxımından Göyçə,  Borçalı, 
Qarabağ,  Naxçıvan  aşıq  
mühitlərinə nisbətdə Güney Azərbaycanın aşıq məktəbinə daha yaxındır. 
Hər  iki  aşıq  mühitlərində  saz,  balaban,  nağaranın  (bəzən  ifaçılıqda  qoşa 
nağara  da  yer  tutur)  iştirakı,  ifanın  bir-birinə  çox  bənzəməsi  müşahidə 
olunur. 
Aşıq sənəti, aşıq mühitləri haqqında çox sanballı elmi əsərlərin mü-
əllifi,  aşıq  yaradıcılığının  ardıcıl  tədqiqatçısı,  bu  sənətin  yüksək  səviy-
yədə  təbliğində  danılmaz  əməyi  olan  prof.  Məhərrəm  Qasımlının  fik-
rincə,  bu  oxşarlıq,  bənzərlik  mühitlərarası  tarixi  əlaqədən  gələn  qo-
humluqla, təmasla bağlıdır. Qaradağ – Təbriz, bir sözlə, Güney Azərbay-
can  aşıq  ifa  tərzi,  bir  çox  hallarda  repertuar  oxşarlığının  səbəbləri  elmi 
məxəzlərə  görə,  Səfəvilər  zamanında  Azərbaycanın  Güneyindən  köçü-
rülən tayfaların, böyük ailələrin Şirvanın bölgələrində yerləşdirilməsi ilə 
bağlı olmuşdur. Təbii ki, gələn köç, mədəniyyətini, etnosa məxsus adət-
ənənələrini  də  özü  ilə  gətirmişdir,  o  cümlədən  Güney  aşıq  məktəbinin 
özəlliklərini, ifa tərzini, repertuar irsini. 
Şirvan aşıq mühitinin demək olar ki, Güneyli-Quzeyli aşıq məktəb-
lərindən,  mühitlərindən  ən  böyük  fərqi,  özəlliyi  ifa  üslubunda  aşıq-xa-
nəndə tərzinin aparıcı məqamda  olmasıdır. Şirvan aşıq mühitinin başlıca 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
10 
regional özəlliyi eyni zamanda, heç bir aşıq mühitlərində rast gəlinməyən 
havaların mövcudluğudur. Bunlar “Pişrov”, “Şəşəngi” və “Şikəstələr”dir. 
Ayrıca qeyd edilməlidir ki, “Şirvan şikəstələri”nin mükəmməlliyi, şikəs-
tənin  mayasında  muğam  üslubunun  qabarıq  olması  belə  deməyə  əsas 
verir ki, ümumiyyətlə, Şirvan aşıq havalarında, aşıq yaradıcılığında mu-
ğamın mühüm yer tutması regionda xanəndəçiliyin inkişafına böyük yol 
açmışdır.  Şirvan  aşıqları  mahir  aşıq  olmaqla  birgə  gözəl  muğam  ustad-
larıdır,  muğam  biliciləridir.  Regiona  xas  ənənədən  gələn  bu  keyfiyyət, 
müasir çağımıza qədər öz tarixi mövcudluğunu qoruya bilmişdir. Şirvan 
aşıqlarının  repertuarında  bu  gün  də  muğam  parçalarının  ustalıqla  oxun-
ması ifanı daha möhtəşəm və oxunaqlı edir. 
Belə bir ənənə üzərində yetişən Aşıq Şakirin mənsub olduğu qüdrətli 
Şirvan məktəbinin XVI əsrdən çağımıza qədər şöhrətli ustad sənətkarları 
olmuşdur.  Aşıq  Şakiri  anma  məqamında  onu  yetirən  məktəbi,  mühiti, 
ustadlarını xatırlamaq, aşıq sənəti ilə maraqlanan, onun layiqli inkişafına, 
kökündə  olduğu  kimi  davam  etdirilməsinə  çalışan  hər  bir  ziyalının 
mənəvi borcudur. 
Beləliklə,  Aşıq  Şakirin  90  yaşı  oldu,  yaddaşlardan  silinməyən,  sol-
mayan  ömrünün  90-cı  ilinə  çatdı.  Yubiley  günlərində,  mərasimlərdə, 
çoxları  Şakirin çatdığı  zirvənin  ucalığını, sehrini, unudulmazlığını  yeni-
dən  andılar,  qürur  duydular,  kövrəldilər.  Nədir  Şakirin  ifalarını  bunca 
vaxt ərzində diri saxlayan, unudulmaz edən məqam? 
Eşitdirklərimizdən, oxuduqlarımızdan çıxış edərək bu məqamı incə-
ləmək istədik. 
Aşıq Şakir az yaşadı, bəlkə fikirləşərsiniz ki, vaxtsız ölümündən do-
ğur  bu  təəssüf,  nostalji...  Qətiyyən  belə  deyil.  Gerçək  olan,  Aşıq  Şakir 
sənəti və şəxsiyyətinin bütövlüyü və kamilliyidir. 
Bu  gün  Azərbaycan  aşıq  sənətinin  ümumi  mənzərəsi,  üzləşdiyi  bir 
sıra ciddi problemlər, sənətin bayağılaşması, daha çox əlindəki saza görə 
aşıq olduğu yada düşən, bir sıra klassik aşıq havalarının, repertuarının ta-
rixə çevrilməsi, bu yöndə axtarışların, məktəblərin olmaması, ustadsız şə-
yirdlərin meydan sulaması və s. müstəvisində, Şakirin əzəmətli yaradıcı-
lığı,  unudulmaz  səsi,  çalğısı,  şəxsiyyətinə  canatma,  maraq  başadüşülən-
dir.  Şirvan  aşıq  məktəbini  formalaşdıran  sənətkarlardandır  aşıq  Şakir. 
Özü iki dastanın, onlarla qoşma, gəraylı, müxəmməsin müəllifidir. Əslin-
də isə, o, həm də Şirvan aşıq məktəbini zirvələrə qaldıran, yeni səs, nəfəs, 
klassik repertuar, əxlaq, aşıqlığın etikası, şəxsiyyəti baxımından yeni yol 
açan,  örnək  olan,  məktəb  yaradan  ustadır.  O,  aşıq  sənətinin  sinkretik 
sənət  olduğunu  bir  daha  təsdiq  etdi,  həm  də  Qərb  aşıq  məktəblərimizin 
ənənələrinin  gözəl  bilicisi  olduğunu  nümayiş  etdirdi.  Qısa  ömründə 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
11 
öyrənməkdən yorulmadı, dəfələrlə Gürcüstana – Borçalıya, Tovuza, Qa-
zağa səfər etdi, ustad aşıqlarla görüşdü, onlardan yeni-yeni saz havalarını 
öyrəndi. 
Şirvan aşıqlarının ustadı sayılan Mirzə Bilalın şəyirdlərindən – Qur-
banxandan  soruşurlar  ki,  indiki  aşıqlardan  kimi  bəyənirsən?  Deyir:  O 
aşığı  ki,  bir  kəndə  iki  dəfə  toya  aparırlar,  deməli  o,  yaxşı  aşıqdır.  (Bu 
xatirə  Aşıq    Əhmədin  yaddaşındandır:  –  X.B.)  Aşıq  Şakiri  isə  bir  yerə 
azından yüz dəfə dəvət  edərdilər... Yüksək səslə oxuması, şux görkəmi, 
əsasən hərbçi görkəmini xatırladan səliqəli geyimi – klassik Şirvan hava-
ları ilə Qərb məktəbinin ən çətin havalarını məharətlə ifa etməsi ona ma-
raq və  hörmət  yaratmışdı. Şakir həm  də  mahir muğam ustası  – xanəndə 
olmuşdur.  Mahir  kaman  ustası  Habil  Əliyev  Şakirin  muğam  ifaçılığını 
çox yüksək qiymətləndirərək söyləyir ki, ona təkcə aşıq deyiləndə şəxsən 
mənim xoşuma gəlmir, xətrimə dəyir, axı, O təkcə aşıq deyil, həm də ma-
hir muğam ustasıdır. Böyük sənətkarın sözündə böyük həqiqət var. Mu-
ğam  sənətimizin  qiymətli  biliciləri  Ə.Məmmədov,  İ.Rzayev,  A.Abdul-
layev,  T.Qasımov  ilahiyyatçı  alim,  klassik  ədəbiyyatın  bilicisi  V.Məm-
mədəliyev də Şakirlə bağlı söhbətlərində, xatirələrində  Bakı əhli və Ab-
şeron  kəndləri  camaatının  aşıqlıq  sənətini,  demək  olar  ki,  aşıq  Şakirin  
timsalında, səsində tanıyıb sevdiklərini qeyd edirlər. Muğamı gözəl bilən, 
qiymətləndirən, muğamla nəfəs alan Bakı toylarında, mağarlarında Şakir, 
peşəkar muğam  ustadları ilə bir çıxış  etməkdən heç zaman çəkinməyib, 
əksinə bu sırada xüsusi yer alıb, onun ifasında  “Mirzə Hüseyn” segahı, 
“Haşım” segahı, “Zəminxarə”, “Dilkəş”, “Sarənc”, “Zabul” muğamlarını,  
böyük şövqlə dinləyirdilər. Özü də mikrafonsuz oxuyarmış. Deyilənlərə 
görə, Filarmoniyada konsertlərin birində böyük Xan Şuşinski Şakiri din-
ləyir və onun muğam oxuma ustalığına heyran qalır.  
Şakirin  aşıqlığı,  aşıq  yaradıcılığı  hələ  öyrənilməmiş,  açılmamış  bir 
kitabdır,  məktəbdir.  Ona  Şirvan  aşıqlarının  sərkərdəsi,  Şirvan  aşıq  mək-
təbinin  yaradıcısı  və  s.  hər  nə  söyləsələr  də,  fikirləşirəm  ki,  yenə  azdır. 
Dərbənd,  Quba,  Şamaxı,  Göyçay,  İsmayıllı,  eləcə  də  Şirvana  daxil  olan 
bütün bölgələr, kəndlər, Muğanın rayonları, İmişli, Talış zonası uzun illər 
Şakirin ləmsindən, repertuarından, onun sehrindən çıxa bilmədi. Bir sıra 
ədəbiyyatlarda  qeyd  edildiyi  kimi,  Cənubi  Azərbaycanımızın  Muğan 
bölgəsində, bu gün də bütövlükdə, “Şakir boğazı” ilə oxuyurlar. 
Şakirə  bənzəmək,  yaxşı  mənada  ifasını  təkrar  etmək,  onun  yüksək, 
bənzərsiz sənətindən gələn bir məqam idisə, digər yönü elə sənətə tən gə-
lən şəxsiyyətinə bağlı idi. Şakiri tanıyanlar birmənalı şəkildə onu bütöv, 
kamil,  nəcabəti  olan  insan  kimi  xatırlayır.  Geniş  mənəviyyatı,  şöhrəti, 
məlahətli  səsi,  şux  görkəmi,  zəngin  repertuarı  və  yaddaşına,  məclis 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə