Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   35   36   37   38   39   40   41   42   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
112 
SƏS: Qamçı beş hissədən ibarətdi. 
(  Kamera  divardakı  xalçanın  üstündən  asılmış  qamçıları  göstərir. 
Tələsmədən  detallarınacan  diqqət  ayırır,  qayışlarını,  hörgülərini,  qotaz-
larını nümayiş etdirir) 
Birinci hissə, qamçı sapı... hər ağacdan qamçıya sap olmaz. Elə ağac-
dan  olmalıdı  ki,  çəkidən  yüngül,  dözümdə  bərk  olsun.  Əsil  qamçı  sapı 
dağdağan, ya da zoğal ağacından olur... Oamçının hörmə sapı da ola bilir
yəni göndən-qayışdan da  sap hörülür...  
Qamçılar  çoxqatlı,  yəni  çoxmərtəbəlidi.  Qotazlı  mərtəbələr...  Dörd 
tağdan  başlamış,  doqquz,  on  dörd,  on  səkkiz  tağdan  hörülə  bilir...  Bu, 
ustanın bacarığından asılıdı... 
Dəridən hazırlanır, daha doğrusu, dana gönündən... Gön işlənir, aşıla-
nır,  ölçülüb,  biçilib,  kəsilib,  tağlara  ayrılır.  Qamçı  hörən  el  arasında 
seçilən-sevilən daha doğrusu, sınaqlı adamlardan sayılardı, indi də belə-
di... bu da yəqin ki, yenə də şamançılıqla bağlı olduğundandır... 
Qamçı sapından sonra dib qotazı gəlir... 
Dib qotazı, çoxtağlı olur, yəni qamçının ən yoğun yeri... 
Sonra  orta  qat  gəlir,  yəni  orta  qotaz.  Dib  qotazdan  hiss  ediləcək 
dərəcədə nazik olur. 
Sonuncu qat şoldu adlanır, qamçının şoldusu tək qayışdan ibarətdi. 
El arasında məsəl var: 
Kənd şortusunnan tanınar, qamçı şoldusunnan... 
Şoldunun qayışı  o biri tağlardan fərqli olaraq heyvanın baş gönündən 
düzələr, çünki baş-alın gönü çox qatı, möhkəm, dözümlü olur, ona görə 
də  deyirlər;  “Qamçını  şoldusunnan  tanı,  kəndi  şortusunnan.”  “Qamçı 
şoldusunnan üzülər...” deyərlər, çünki yerə qamçının şoldusu dəyir... 
(Kamera qamçıları müxtəlif vəziyyətlərdə göstərir; at belində, atlının 
əlində,  at  çapır,  qamçı  yellənir.  Qoyun  sürüsü  yanında  çobanın  əlində 
görürük... 
Toy  babasının  əlindədi,  qamçının  səslənməsi  və  işarələriylə  yallını 
idarə  edir.  Qamçıdan  kəmənd  kimi  də  istifadə  etmək  olur.  Bu  mənada 
qamçını ağaca dolayb atdanmaq mümkündü...) 
El  arasında  belə  bir  deyim  də  var:  ellərə  şoldu  canım,  yerə  dəydim 
üzüldüm. Deyilənlərə görə hürufilər-əliallahılar üstlərində dəmir gəzdir-
mirdilər,  ağac  və  qayışla  silahlanardılar.  Onların  hər  birinin  çoxqatlı 
qamçıları  olurdu,  ünvanlarını  da  yalnız  özlərinin  bilib  anladıqları  işarə-
lərlə qamçı  tağlarına həkk edirdilər.  Tarixdən bildiyimiz kimi  bu təriqət 
yarandığı  gündən  ruhanilər,  İslam  dini  mərkəzləri  tərəfindən  izlənilib. 
Ona görə də Hürufi dərvişləri yerlərdə təşkilatlanırdlar. Yerlərini də heç 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
113 
kəs  bilməsin  deyə  bir-birilərinə  qamçılar  vasitəsiylə  ötürürdülər:  təx-
minən belə: “bizi dib qotazın altıncı tağının qurtardığı yerdə arayın...” 
Qamçının dib qotazı, yəni dib qatı hansısa bir dağı, bir yaylağı bildi-
rirdi,  hörülmüş,  hörgüdə  olan  tağlarsa  ora  gedən  yolu  göstərirdi...  Yəni 
bu  gün  lazımsız  əşya  kimi  qavrayıb  diqqət  ayırmadığımız  Qamçı 
ümumtürk  mədəniyətində,  düşüncəsində,  yaşayışında  önəmli  yer  tutub. 
Xalq  yaradıcılığında  bu  gün  də  izi  görünür.  Haqqında  çox  sözlər 
deyilib... 
 
 
Tapmaca... 
 
Göyə dəyər səs eylər
Yerə dəyər iz eylər... (açması Qamçı) 
                   
Deyimlər... 
 
(Əlində qamçı oğlan uşağı görürük, uşaq qamçını səsləndirmək istə-
yir, bu görüntünün üzərində) 
Səs:  Qurd dedi,  dam  dolusu qız gördüm  qorxmadım,  əlindəki  qamçı 
boyda oğlan gördüm qorxdum. 
Qamçı  şoldusunnan  üzülər...  (Şoldu  qamçının  qurtaracaq  sonuncu 
qayışıdı) 
      Ellərə şoldu canım, yerə dəydim üzüldüm...  
 
 
Qara kəl qamçı görüb... 
 
 
 
*** 
Qamçının növləri çoxdu... 
Tatarı... 
Matraq... 
Hər  iki  növ  qamçı  at  qamçıları  sayılır...  Qotazlı,  qara  qamçılar  kimi 
uzun  olmazlar.  Atı  çox  incitməsin  deyə  şoldusu,  yəni  ucu  enli  yarpaq 
boyda qayışdan düzəlir. 
Toy  qamçıları  da  olub.  Bu  növ  qamçılar  bəzək-düzəyiylə  seçilərdi, 
yağlanıb  asılardı bir  yerdən, toyu, toy  babasını  gözləyərdi...  İndiki dillə 
desək, tamadaları. Qamçı yallıları deyilən yallılar Toy babasının əlindəki 
qamçılarla idarə olunardı. 
Toy  babası  toya  qamçısız  gəlməzdi...  Ona  görə  də  belə  bir  deyim 
işlənərdi... 
Ağacsız çoban gördüm, qamçısız toy babası görmədim... 
Bütün bu dediklərim və imkan daxilində göstərə bildiklərim yaddaşı-
mızda ilişib qalanlardı... Yaddaşımızın anlarıdı, yaşadığımız tarixdi. Bir 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
114 
suya ikinci kərə girmək olmaz, deyərlər. Tarix də belədi, ikinci kərə  ya-
şanmaz.  Ona  görə  də  deyərlər...yanlışını  yaşama,  uğurunu  yaşa.  Bütün 
bunlar  yaddaşımızın  uğurlu  anlarıdı.  Ona  qayıtmasaq  da  bu  günki  uğu-
rundan güc almalıyıq... 
İnsanı diri saxlayan, sınmağa qoymayan hər şeydən öncə onun əsilli-
nəsilli, nəcabətli olmasıdır. Nəcabətli olmaqsa birbaşa qanla, genetik ger-
çəkliklərlə bağlıdır. Nəcabətli olmaq həm də tərbiyəli olmaqdır. Nəcabət 
qanın təmiz qalması üçün insan əxlaqının mayalandığı qaynaqdır... Xalq 
da belədir, öz kökü üstündə yaşayarsa, bu nizamı saxlaya bilirsə, inkişafı 
da sağlam və başacan olmalıdır.  
Sovet İttifaqının bayrağı altında yaşayan bir çox xalqlar Sovet İttifa-
qının  öz  qanununlarına  görə  öz  kökünü,  hardan  gəldiyini  unutmalıydı. 
Müəyyən mənada unutdu da. Amma  yeni  yaranan Şura dövlətinin gələ-
cək  planları  tutulub,  sabahların  projeləri  cızılsa  da,  keçmiş  unudulma-
mışdı, qüdrətli tarixlər yaşamış xalqların keçmişi aradaydı, dövlətdə hələ 
də narahatçılıq doğururdu. Bu qüdrətli keçmiş  yeni  yaranan Şura hökü-
mətini qorxudurdu. Ona görə də elə ilk gündən təbliğat maşını işləməyə 
başlamışdı. Bu fikri bu cür ifadə etsəm daha yaxşı olar: təbliğat maşını-
nın hələ ki özü yox, təkərləri işləyirdi, Xalqda özünün olan doğma, milli 
nə  varsa  çeynıyib,  əzib,  məhv  etməkçün  işləyirdi,  con  günlərinəcən  də 
işlədi. 
Bu mənada kökünü-nəcabətini danmaq adi hal oldu. El arasında belə 
bir  məsəl  var:  “İşimin  xətrinə  erməniyə  dayı  dedim...”  Elədir,  bir  çox 
Sovet  xalqı  dolanmasının,  həyatda  qalmasının  xətrinə  Şura  hökümətinə 
“dayı”  dedi.  Bununla  da  Sovet  İttifaqının  tərkibində  Şura  hökumətinə 
“dayı deyən” yeni millətlər yarandı, xalq yox, Millət... Ona görə ki, xalqı 
yaratmaq mümkün deyil, Xalq təbii olaraq doğulandır, millətsə yuxarıda 
dediym  kimi,  doğulmur,  süni  şəraitlərlə,  “düşmən  dəyirmanının  suyuy-
la”,  təsir  və  təzyiqlərlə,  yeni  yaranmış  mühitin  təbliğat  havasıyla  qida-
lanıb yaranandır. 
 
                  Zoğal ağacı... 
 
Belə  söyləyirlər  ki,  dəyirmanda  novat  (növbə)  idi,  neçə  para  kəndin 
adamları  sıraya  düzülmüşdü,  sıra  uzanıb-uzanıb  dəyirmandan  xeyli 
aralanmışdı. Sıraçıların, yəni novatda duranların hərəsinin əlində bir şey 
vardı, bir yana gedəndə yerinə əlindəkini qoyub gedirdi. Birinin əlindəki 
bıçaq idi, birinin ki, qamçı idi, beləcə, hərənin öz nişanası vardı. Əlində 
söyüd  ağacı  olanın  sırası  yaxınlaşdı.  Elə  yenicə  dən  torbalarını  içəri 
daşımaq istəyirdi ki, əlində zoğal dəyənək olan birisi özünü çatdırdı. Elə 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
115 
gendəncə əlindəki zoğal ağacını silkələyib işarə elədi ki, növbə mənimdi, 
mən üyüdəcəm... 
Ağacı  söyüddən  olan  istədi,  yox,  desin,  zoğal  dəyənəyini  görüb  nə 
fikirləşdisə, əyilib yavaşcadan ağacının qulağına dedi: 
                   Ay ağacım söyüd, 
 
 
Sənə verim bir öyüd, 
 
 
Qoy indi zoğal üyüdsün, 
 
 
Sonra sən üyüd... 
 
*** 
Öz  soyundan-kökündən  uzaqlaşmaq  sonda  millətini  də  tanımadığı, 
anlamadığı  yeni  münasibətlərə  aparıb  çıxardır.  Yeni  münasibətlər  də 
özünü unutmaq, minilliklərin yaşayış tərzindən, adət-ənənəsindən çıxmaq 
deməkdir,  bu  da  yeniləşmək  yox,  əksinə  təbliğata  uyub  yellərə,  sellərə 
qarışıb yox olmaq deməkdir... 
Hərəkətdə olan hər şeyin “başını qaytarmaq” anlayışı var. Kiçicik bir 
hərəkət nizamsızdırsa, fəlakətə doğru gedər. İnsan addımını hara atdığını 
bilmirsə, yıxılacağı qaçılmazdır. 
 
 
(davamı növbəti sayımızda) 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
116 
 
YENĠ NƏġRLƏR 
 
AĢıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280 
səhifə.  
Azərbaycan  Aşıqlar  Birliyinin  yeni  layihəsi  – 
“Ustad  aşıqlarımız”  seriyasından  ilk  nəşr  olan  bu 
kitab  Azərbaycan  aşıq  sənətində  və  poeziyasında 
özünəməxsus  yeri  olan  ölməz  ustad  Aşıq  Ələsgərə 
həsr olunub. Aşıq  Ələsgər indiyədək  ən  çox tədqiq 
olunan,  yaradıcılığı  elmi-nöqteyi  nəzərdən  ciddi 
öyrənilən, barəsində monoqrafiyalar və bədii əsərlər 
yazılan sənətkardır. Bu kitabda Aşıq Ələsgərə həsr 
olunmuş  elmi-publisistik  məqalələrdən  bir  qismi,  Xalq  şairi  Zəlimxan 
Yaqubun bu böyük ustada həsr etdiyi “Göyçədən gələn səslər” poeması 
və ustadın yaradıcılığından nümunələr yer alıb.  
Kitabın məsləhətçisi Xalq şairi Zəlimxan Yaqub, redaktoru profes-
sor Qəzənfər PaĢayev, rəyçisi Məhərrəm Qasımlı, tərtib edəni və nəşrə 
hazırlayanı isə Musa Nəbioğludur.  
 
* * * 
 
AĢıq Mirzə Bilal. Bir vaxt Ģam-çıraqla 
gəzərlər məni. 
Bakı, “Elm və təhsil”, 2012, 104 səhifə.  
 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor 
İnstitutu  tərəfindən  nəşr  olunan  kitabda  Şirvan  aşıq 
mühitinin  ünlü  sənətkarı,  1937-ci  il  repressiyasının 
qurbanı Aşıq Mirzə Bilalın həyatı, şeirləri (son illər-
də əldə edilənlər də), xatirə və rəvayətlər daxil edilmişdir.  
Kitabı toplayıb tərtib edən, qeyd və izahların müəllifi filologiya elm-
ləri  doktoru  Seyfəddin  Qəniyev,  redaktoru  AMEA-nın  Folklor  İnstitutu 
Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan 
Məmmədli və rəyçisi filologiya üzrə fəlsəfə doktoru Tariyel Qənidir. 
 
         
* * * 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
117 
 
Xan Kamandar.  
Bakı, “Elm və təhsil”, 2012. 392 səhifə (+16 
səhifə Ģəkil) 
Azərbaycan Aşıqlar Birliyinin layihəsi  “Ustad 
aşıqlarımız”  seriyasından  nəşr  olunan  bu  kitab  XX 
əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndə-
lərindən  olan  və  hələ  sağlığında  ikən  klassikləşən 
Ustad  Aşıq  Kamandara  həsr  olunub.  Kitabda  ədə-
biyyat  və  incəsənət  xadimlərinin,  ictimai-siyasi 
xadimlərin,  folklorşünas  alimlərin  və  sənət  dostlarının  ustadla  bağlı 
xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılmış yazılar, müsahi-
bələri və ona ithaf olunmuş şeirlər yer almışdır.  
Kitabın  məsləhətçisi və redaktoru Xalq şairi Zəlimxan Yaqub,  tərtib 
edəni və  nəşrə hazırlayanı isə Musa Nəbioğludur. 
 
* * * 
Seyfəddin Qəniyev. ġirvanlı AĢıq ġakir.  Bakı, 
“Elm və təhsil”, 2012, 100 səhifə.  
 Aşıq Şakirin qısa tərcümeyi-halı yer alan kitab-
da  ustad  aşığın  yaradıcılığının  bəzi  məqamlarından 
bəhs olunur. Eləcə də aşığın şeirlərinin böyük bir qis-
mi,  onun  ömür  yolu  ilə  bağlı  iki  rəvayət  də  kitaba 
daxil edilmişdir.  
Kitabın redaktoru  professor  Məhərrəm  Qasımlı
rəyçilər  filologiya  elmləri  namizədləri  Elxan  Məmmədli  və  Tariyel 
Qənidir.  
 
* * * 
 
Yaqut Bahadurqızı. “Mən Muradlar övladıyam”. 
Bakı, ÇaĢıoğlu, 2012. – 320 səh. 64 səh. Ģəkil.  
 
Kitabda  Şirvan  aşıq  mühitinin  tanınmış  nüma-
yəndəsi,  Əməkdar  Mədəniyyət  İşçisi  Aşıq  Ağamurad 
Mərzəngəlinin  ömür  yolundan,  yaradıcılığı  və  sənət-
karlıq  xüsusiyyətlərindən  söz  açılır.  Eyni  zamanda, 
görkəmli alim və ziyalıların, sənət dostlarının ürək söz-
ləri, mətbuatda haqqında yazılanlar və yaradıcılığından 
seçmələr toplanmışdır.  
Kitabın redaktoru filologiya elmləri namizədi Elxan Məmmədlidir


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
118 
 
 
      AĢıq Mahmud Məmmədov – “Allah qəlbə 
görə verir”. Bakı, “ġur” 2011, 184 səhifə + 8 
səhifə Ģəkil.  
Görkəmli  el  sənətkarı,  ustad  aşıq,  Prezident 
təqaüdçüsü  Aşıq  Mahmud  Məmmədov  bu  yeni  ki-
tabını “Allah qəlbə görə verir” adlandırır.  
Ömrünün  bu  ixtiyar  çağında  gənclik  həvəsi 
ilə  çalıb-oxuyan,  ürəyi  ilhamlı,  əli  qələmli,  sinəsi 
sözlü,  dili  nəğməli  aşığımız  insanın  ən  yaxşı  mə-
nəvi  keyfiyyətlərini  saflıqda,  təmizlikdə,  dində-
imanda, ulu Yaradana bağlılıqda görür.  
Kitabın redaktoru şair Musa Ələkbərlidir.  
 
* * *
 
 
 
BORÇALI-QARAPAPAQ NAĞILLARI TÜRKĠYƏ 
TÜRKCƏSĠNDƏ YAYIMLANIB 
 
Türkiyədə  “Qardaş  nağıllar”  seriyasından 
Anadolu türkcəsinə çevrilmiş özbək və tərəkəmə 
(qarapapaq) nağıllarından ibarət  kitab nəşr olun-
muşdur.  Kitabın  “Tərəkəmə  nağılları”  bölümün-
də 
Azərbaycan 
Folkloru 
Antologiyasının 
“Borçalı-Qarapapaq  cildi”ndən  (toplayıb  tərtib 
edəni:  prof.  Valeh  Hacılar)  “İri  buğdanın  sirri”, 
“Xoşbəxt  adam”,  “Təsbeh kimə çatmalıdı”  və s. 
nağıllar,  eləcə  də  Qars  vilayətinin  Susuz  bölgə-
sindən yazıya alınmış nağıl nümunələri əks olun-
muşdur.  Kitabın  tərtibçisi  Almaniyada  yaşayan 
qarslı soydaşımız Yücel Feyzioğludur. 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
119 
 
MÜNDƏRĠCAT 
 
M.Allahmanlı. İctimai televiziya və xalq yaradıcılığı ................. 3 
X.BəĢirli. Bir elin səsiydi Şakirin səsi  ......................................... 9 
H.Mirzə. Alimin tribunası ............................................................ 13 
V.Hacılar. Türkdilli gürcü aşıq-şairi Şivğa .................................. 28 
Ağdabanlı Qurban. Şeirlər .......................................................... 38 
M.Sadıqova. Aşıq, bağrına bas sədəfli sazı ................................. 42 
N.Mərzəngəli. Kamandar ............................................................. 48 
M.ġeyda. Yaşa, Kamandar ........................................................... 48 
Ə.RövĢənoğlu. Meylini sənətə saldı sənətkar  ............................. 49 
S.Məmmədov. Sənətdə möhtəşəm Kamandar mülkü .................. 50 
S.Fərəcov. Dirili Aşıq Surxay ...................................................... 56 
Q.Sayılov. Azərbaycan aşıq sənətinə dair.  .................................. 59 
S.ġiruyə. Şeirlər ............................................................................ 68 
Aşıq Şakir – 90 .............................................................................. 71 
Şamaxıda Mirzə Bilalın 140 illik yubileyi qeyd olundu ............... 72 
Bakıda Mirzə Bilalın 140 illik yubileyi qeyd edilmişdir .............. 73 
Aşıq İsfəndiyarın 75 illik yubileyi Bakıda qeyd olundu ............... 74 
Ağdabanlı Qurban anıldı  .............................................................. 75 
Aşıq Kamandarın 80 illik yubileyi Bakıda qeyd olundu ............... 77 
Marneulidə Aşıq Kamandarın 80 illik yubileyi qeyd olundu ....... 79 
Tiflisdə Aşıq Kamandarın 80 illik yubileyi qeyd olunub.............. 80 
“Xan Kamandar” kitabının təqdimatı oldu ................................... 81 
Aşıq Məhəmməd Şirvanlı – 60  .................................................... 82 
M.Nəbioğlu. Xalq yazıçısının Yer üzündəkilərə məktubu ........... 84 
M.Süleymanlı. Yer üzünə məktub ............................................... 85 
Yeni nəşrlər ................................................................................... 116 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
120 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Йыьылмаьа верилмиш 04.12.2012 
Чапа имзаланмыш 27.12.2012 
Шярти чап вяряги 7,5. 
Сифариш № 382. 
Каьыз форматы 70х100 1/16. Тираj 1000     
 
 
 
Jurnal  «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя  
щазыр диапозитивлярдян чап олунмушдур.  
 
 
 
 
  
 
 
 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə