Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
12 
aparmasına  rəğmən,  çox  həssas,  sadə,  əliaçıq,  xoş  xasiyyət,  dost  qədri 
bilən  birisi  olmuşdur  Şakir.  Sənətkar  haqqında  xatirələrdən  oxudum  ki, 
ona  qibtə  edənlər  də  çox  olmuşdur,  hətta  bir  neçə  yol,  bilərəkdən  ölüm 
xəbərini  elə-obaya  yayanlar  tapılmışdı...  Ancaq  necə  deyərlər,  sənəti 
böyük olanların şəxsiyyəti də böyük olur, insan kimi kamil olur. Məclis 
aparmaq  üçün  heç  vədə  pul  danışmazdı,  maraqlanmazdı  ki,  toy,  məclis 
sahibi varlıdı, kasıbdı, girdiyi  meydanı  öz adına, özünə  yaraşası  şəkildə 
idarə  edərdi.  Atam  söyləyərdi  ki,  Şakir  məclisi  heç  zaman  başdansovdu 
aparmazdı,  qayda-qanuna  uyğun  Peşrovlarla  başlayar,  ifasını  muğam 
parçaları,  gözəlləmələrlə,  gülməli,  insanı  dincəldən  qaravəllilərlə  bəzə-
yərdi.  Muğam  sifarişlərini  xoşluqla  qəbul  edər,  ürəkdən  oxuyardı.  Bala-
bançının müşayiəti ilə başladığı dastanın müəyyən bir hissəsini deyəndən 
sonra keçərdi onun gözəlləməsinə, mahir rəqs edərdi. Yeni havaya, mah-
nıya keçəndə səsini çox ucaldardı ki, bu, sırf Şakirə məxsus manera idi. 
Fikirləşirəm ki, bu mənzərə, tərz bəlkə də, qədim mərasimdən qalma bir 
görüntü imiş. 
Aşıq Şakir, həm də eldə-obada, rəsmi dairələrdə hörməti-izzəti olan 
sənətkar  olub.  Təsadüfi  deyil  ki,  sovet  dönəminin  dövlət  konsertlərində 
Xan  Şuşinski,  Ş.Ələkbərova,  S.Qədimova,  H.Əliyev,  Ə.Məmmədov, 
İ.Rzayev,  R.Muradova,  A.Babayev  kimi  ustad  sənətkarlarla  bir  səhnəni 
bölüşüb. Azərbaycan Ali Sovetinə deputat seçilib. 1961-ci ildə keçirilən 
Aşıqların  III  qurultayında  Bülbülün,  F.Əmirovun,  Niyazinin,  M.İbrahi-
movun  qarşısında    məhz  Şakir  çıxış  edib  –  geniş  məruzə  oxumuşdur. 
“Əməkdar Mədəniyyət işçisi” kimi fəxri ada layiq görülmüşdür... 
Aşıq Şakir, Azərbaycan mədəniyyəti, aşıq sənəti tariximizdə haqqı-
sayı olan bir sənətkar kimi yaşayır. Fikirləşirəm ki, Şakir yalnız yubiley 
xatirinə yada salınacaq bir sənətkar deyil. Onun bənzərsiz irsi, repertuarı 
bir məktəbdir. Vaxtı ilə səslənən, əsasən vallarda olan səsi nota köçürül-
məli,  oxuduğu  klassik  Şirvan  havaları  tədris  edilməlidir.  Hesab  edirəm 
ki,  Şakirin  zəngin  irsi  aşıq  sənətini  tədris  edən  uyğun  musiqi  mək-
təblərinin dərslikırinə, proqramlarına salınmalıdır. Şirvan aşıq məktəbini 
yaradan, formalaşdıran, zirvəyə qaldıran Şakirin yaradıcılığı geniş təbliğ 
olunmağa, öyrənilməyə, əbədi yad olunmağa haqq edən Sənətdir. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
13 
 
ALĠMĠN TRĠBUNASI 
 
 
Jurnalımızın,  daimi  müəlliflərin-
dən  olan  filologiya  elmləri  doktoru, 
professor,  dilçi-türkoloq,  folklorĢünas, 
Ģair,  Əməkdar  elm  xadimi,  Türk  Dün-
yası AraĢdırmaları Uluslararası Elmlər 
Akademiyasının həqiqi üzvü, ozan-aĢıq 
sənətinin  dərin  bilicilərindən  olan  və 
bu  sənətlə  bağlı  dəyərli  məsləhətlərinə 
hər  zaman  ehtiyac  duyulan  Həsən 
Mirzə  (Mirzəyev)  redaksiyamıza  gön-
dərdiyi  yeni  məqaləsinə  “FOLKLORġÜNASLARA,  USTAD  AġIQ-
LARA, GƏNC TƏDQĠQATÇILARA VƏ AġIQLARA MÜRACĠƏTĠM” 
adlı  qeydlə  baĢlayıb.  Ağsaqqal  alimimiz  ustad  aĢıqlara,  folklorĢünas-
lara,  gənc  tədqiqatçılara  və  aĢıq  sənətinə  yeni  gələnlərə  xitabən  deyir: 
Mən folklorumuzla bağlı bir çox məsələləri araşdırmaq, axtarıb tapmaq 
istəyirdim. Lakin son vaxtlar səhhətim buna imkan vermədi. 
İstəyirəm  ki,  folklorşünaslarımız,  ustad  aşıqlar,  dastan  biliciləri, 
gənc tədqiqatçılar və gənc aşıqlar bu arzularımı yerinə yetirsinlər. 
Mən gözümü dünyaya açandan sazın-sözün içində böyümüş, folklo-
run vurğunu olmuşam. Atam İbrahim Mirzəli oğlu da bu sənəti sevmişdir. 
O,  Azərbaycan  folklorunun,  şərq  ədəbiyyatının,  şəriətin  gözəl  bilicisi, 
saz-söz  sənətinin  xiridarı,  Füzulini,  Sədi  Şirazini, Firdovsini, Abbas Tu-
farqanlını,  Xəstə  Qasımı,  Qurbanini,  Valehi,  Ələsgəri,  Alını,  Nizamini, 
Nəsimini, Şərqin hikmətlərini sinəsində gəzdirən, daim vətən dərdi ilə ya-
şayan,  ensiklopedik  məlumata,  geniş  dünyagörüşə  malik  olan,  hazırca-
vab, sinədəftər bir el ağsaqqalı olmuşdur. Hərdən düşünürəm ki, kaş mən 
onun folklordan, qədim dastanlardan bildiyinin 10 faizini biləydim. Onda 
özümü bəxtəvər hesab edərdim.  
Ağ  Aşıq  və  Aşıq  Alı  haqqında  mövcud  ədəbiyyatların  əksəriyyətini 
oxumuş və aşağıdakı təxmini nəticələrə gəlmişəm.   “Dərələyəz folkloru” 
kitabımda da yer alməş (Həsən Mirzəyev, Bakı, 2006-cı il, 767 səhifə)  bu 
materialları sizin nəzərinizə və diqqətinizə çatdırmaq istəyirəm”. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
14 
Həsən MĠRZƏ  
professor  
   
AĞ AġIQ HAQQINDA 
 
Azərbaycan xalqının adlı-sanlı, sinədəftər, təkrarsız aşıqlarından biri də Ağ 
Aşıqdır. Lakin onun tərcümeyi-halı haqqında tədqiqatçıların fikri yekdil deyil. 
Tədqiqatçılardan,  folklorşünaslardan,  şairlərdən  bəziləri  məsələyə  böyük 
Azərbaycan  prizmasından  yox,  region  prizmasından  baxır.  Biri  deyir  Ağ  Aşıq 
Şərurun  Kosacan  kəndində  anadan  olmuş,  sonradan  40-41  yaşında  Göyçəyə 
köçmüşdür.  Başqa  birisi  deyir  ki,  Ağ  Aşıq  Qazaxlıdır,  Qazaxdan  Naxçıvana, 
oradan  da  Göyçəyə  köçmüşdür.  Başqa  birisi  də  deyir  ki,  Ağ  Aşığı  Göyçə 
mühitindən kənarda axtarmağa ehtiyac yoxdur. 
Mənim  fikrimcə,  bu  məsələdə  folklorşünas,  professor  Mürsəl  Həkimovun 
fikri daha inandırıcıdır.  
Məsələnin tam aydınlaşması üçün mən əvvəlcə diqqəti bu barədə söylənən 
fikirlərə,  qəzetlərdə,  kitablarda  gedən  məqalələrə  yönəltdikdən  sonra  isə 
mülahizələrimi bölüşmək istəyirəm.  
Əli Şamilovun “Sovet Naxçıvanı” qəzetində, sonra da Rafiq Odayın “Şərur 
folkloru” kitabında yazılır:  
“Ağ Aşıq – Allahverdi kimdir? Aşıq Alının ustadı kimdir?” 
“Ədəbiyyat  və  incəsənət”  qəzetinin  28  iyun  1969-cu  il  tarixli  nömrəsində 
“XVIII əsrin axırında Göyçə mahalında doğulub 70 ilə yaxın ömür sürmüş Ağ 
Aşıq məşhur saz və söz ustadı Aşıq Alının müəllimi olmuşdur. Əsl adı Allah-
verdidir”, –  yazan H.Arif sonrakı məqalə və çıxışlarında yazır ki, Ağ Aşıq tə-
xəllüslü  Allahverdi  Kosacan  kəndində  doğulmuş  və  Göyçədə  yaşamışdır. 
(Filologiya  elmləri  namizədi  M.Həkimov  da  “Sovet  Ermənistanı”  qəzetinin 
1981-ci il 3 sentyabr tarixli nömrəsində dərc etdirdiyi “Aşıq Alının sazlı-sözlü 
dünyası” məqaləsində bu fikri təkrar etmişdir). “Azərbaycan” jurnalının 1982-ci 
il  11-ci  nömrə-sində  dərc  olunmuş  müsahibəsində  isə  H.Arif  deyir:  “Ağ  Aşıq 
əslən  Qazaxlıdır,  sonra  Naxçıvana  köçmüş,  ordan  da  Göyçə  mahalına  gəl-
mişdir.” 
Alının ustadı olmuş Allahverdi haqqında belə dolaşıq müddəalar özünə ge-
niş yer tapmışdır. Hətta N.Məmmədova “Azərbaycan qadını” jurnalında (1981, 
№ 11) dərc etdirdiyi məqaləsində Aşıq Alının 11 ildən artıq sulduzlu Ağ Aşığa 
(Allahverdiyə) şagirdlik etdiyini yazır. 
Bir adam neçə  yerdə doğula bilər? Alının ustadı olmuş görkəmli el sənət-
karı  Ağ  Aşıq  təxəllüslü  Allahverdi  haralıdır?  Cənubi  Azərbaycanının  Urmiya 
gölü  yaxınlığındakı  keçmiş  Sulduz  mahalındandır,  qazaxlıdır,  yoxsa  Kosacan 
(Şərur rayonu) kəndlərindəndir? 
Mətbuatda  özünə  geniş  yer  tapmış  yanlış  fakt  bir  çox  müəlliflər  kimi,  bu 
sətirlərin müəllifinin də səhv fikir (bax: “Sovet Naxçıvanı” qəzeti, 1981-ci il, 18 
sentyabr)  söyləməsinə  səbəb  olmuşdur.  Sonralar  dəfələrlə  Göyçənin  və  Nax-
çıvanın kəndlərində ağsaqqal-ağbirçəklərlə, aşıqlarla ətraflı söhbər edib material 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə