Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
22 
Əyricə, Vers dağı, Xanket baxarı, 
Ağ sürülər Sarıyaldan yuxarı, 
Gözəllər seyr edər o oylaqları, 
Oylaq, bizim oylaqlara bənzərsən. 
 
Cənnət olur bizim yerin bu çağı, 
Ağ lavaşı, kərə yağı, qaymağı, 
Qızlar dəstələnib gəzər bulağı, 
Çaylaq, bizim çaylaqlara bənzərsən. 
 
Aşıq Alı deyər üç Gözəldərə, 
Çiçəkli, şəqaylı xoş Gözəldərə. 
Qoşqardan görünür baş Gözəldərə
Üç dağ, bizim üç dağlara bənzərsən. 
 
Aşıq  Alı  qaçaqlara  həm  olduğu  yerləri  deyir,  həm  də  deyir  ki,  soyumuz-
kökümüz birdir, yaylaqlarımız da birdir, məni niyə soyursunuz?! 
Nəzərinizə çatdırım ki, Əyricə, Vers və Keti dağları çox uca dağlardır. Bun-
lar bir-biri ilə silsilə təşkil edirlər. Mən cavan və gənc yaşlarımda bu üç dağın 
lap zirvəsi ilə İrəvana gedən cığırla, daşlı-qayalı yollarla İrəvana getmişəm. İrə-
van bazarında qoyun satmağa gedirdik. 
Əyricə dağı Şərurun, Vedinin yaylağıdır. Dərələyəz  və Göyçə arasındadır. 
Bir üzündə Dərələyəz, Şərur, Vedi kəndləri, o biri üzündə isə Göyçənin Qaran-
lıq  və  Basarkeçər  rayonuna  aid  kəndlər  yaşayır.  Vers  dağının  bir  üzü  Dərələ-
yəzə,  bir  üzü  Göyçəyə  baxır.  Dərələyəz  üzündə  Soğanlı  yaylağı  (mənim  soy-
kökümün  yaylağı  və  dağıdır),  Göyçə  üzündə  isə  Baş  Gözəldərə,  Qızılvəng, 
Alcanlı kəndləri yerləşir. Çox gözəl yerdir, gülün-çiçəyin içində itirsən. Mən bu 
çölləri  qarış-qarış,  dönə-dönə  gəzmişəm,  bulaqlarından  su  içmişəm...  və  bu 
yerlərdə çox tarixi hadisələr baş vermişdir. 
Keti  yaylağı  isə  Kəlbəcər  rayonundadır.  Bir  tərəfi  Göyçə,  bir  tərəfi 
Dərələyəzdir.  
Əyricə də, Vers də, Keti dağı da türk tayfalarının adından götürülmüşdür. 
Əyricə  əyricə  tayfasına,  Vers  varsaq  tayfası,  Keti  isə  kuti  tayfasının  adıdır. 
Qədim dövrlərdə tayfalar öz adlarını dağlara, çaylara, yaylaqlara verirdilər. Bir 
sözlə, bu üç dağı mən dönə-dönə gəzmişəm. 
Alı nə üçün bu üç dağın adını çəkir? 
Alı  və  onun  soy-kökləri  kiçik  vaxtı  Əyricəyə,  yetgin  çağında  Versin 
Göyçə üzündəki Gözəldərə yaylağına, bir qədər yaşlı çağlarında da Keti dağına 
yaylağa getmişdir. Ona görə də bu üç dağın adını çəkir, onların gözəlliklərini, 
çiçəkləri,  bulaqlarını  yada  salır  –  insan  ölüm  ayağında  ən  çox  sevdiyi  yerləri 
yada salar.  
Sonra  qaçaqlar  Alının  sazına,  hikmətinə,  yaylaqlara  dediyi  sözləri 
qoruyub ona toxunmur və özləri Alını müşayiət edirlər.  


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
23 
Daşkəndli  Aşıq  Hacı  bu  qoşmada  Sarıyal  əvəzinə  “Daşkənd”  sözü  iş-
lədirdi.  Bu,  başdan-ayağa  yanlışdır.  Gədəbəy  aşıqlarından  da  bəziləri  Sarıyal 
əvəzinə “Sarınər” sözünü işlədirlər. Gərək Azərbaycanı bölgələrə ayırmasınlar, 
hərə öz tərəfinə çəkməsinlər. 
Mən çox istərdim ki, bu məsələlərə tam aydınlıq gətirilsin ki, dönə-dönə 
parçalanmış, sinəsindən şırımlar açılmış Azərbaycan bölgələrə bölünməsin, ona 
kiçik yox, böyük ekranlardan baxılsın.  
 
AġIQ VALEH HAQQINDA 
 
Dini  qıfılbəndlər  və  sözlər  haqqında  dastanlarımızda,  folklor  kitabla-
rımızda məlumat yoxdur. Onları da aşıqlarımızın ifasında vermək lazımdır.  
 
“Valehlə Zərniyarın deyiĢməsi 
(Bu  qıfılbəndi  folklorumuzu  dərindən  bilən  atam  İbrahim  Mirzəlioğlundan 
eşidib qələmə almışam.) 
      
Zərniyar: 
 
O necə şəhərdir, on iki bazar
Qırx səkkiz məhəllə, üç küçəsi var. 
Üç yüz altmış altı hücrəsindədir, 
Altı yüz iyirmi min həm xacəsi var. 
 
                 Valeh: 
 
Bir ilin içində on iki aydır, 
Qırx səkkiz həftəsi, üç bayramı var. 
Üç yüz altmış altı gün hesabıdır, 
Altı min yüz iyirmi vaxt namazı var. 
 
                 Zərniyar: 
 
O necə şəhərdir, on beş çırağı, 
Doqquz bağbanı var, on iki bağı. 
Müttəsil pərgardır onun otağı, 
Qapısın açanın nə ixlası var? 
            
            Valeh: 
 
Suliddin, Firuddin on beşdir hamı, 
Doqquz yol oğludur on iki imamı, 
Müttəsil pərgardır cənnəti, damu, 
Möminin behiştdə çox ixlası var. 
 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
24 
                      Zərniyar: 
 
Altı min yüz iyirmi onun dükanı, 
On yeddi mənzildir yarın məkanı, 
Necə pəhləvandır, yaxlayan onu? 
Tap görüm, sözümün nə mənası var? 
 
                        Valeh: 
 
Altı min yüz iyirmi namazdır bir il, 
On yeddi rikətdir bir gün, yəqin bil, 
Yeddi əzan yerə dəyər mütəssil, 
Mən deyim sözümün bu mənası var. 
 
                      Zərniyar: 
 
Altı min, altı yüz, altmış altıdı hacı, 
On dörd ovçusu var, var onun gücü, 
Səkkiz min altı yüz qırx dörd kərpici, 
Onu yalqız yapanın nə bənnası var? 
                         Valeh: 
 
Altı min, altı yüz, altmış altıdı ayə, 
On dörd səcdə tapar, onda hidayə, 
Səkkiz min altı yüz qırx dörd sühayə
Onu yalqız yapanın bir Allahı var. 
 
                       Zərniyar: 
 
Yüz on dörddə yəqin eylərəm şükür, 
Yüz bir dərviş orda eyləyər zikir, 
Bu Zərniyar sənə çəkər bir fikir, 
Şəfiəl məzlum tək həm ağası var. 
 
                        Valeh: 
 
Yüz on dörddür yəqin sureyi-Quran
Yüz bir təsbeh edər zikri ya sübhan, 
Valehə kömək ol, ya Şahi-Mərdan
Bu əmrdə küllü müddəası var.” 
 
(Həsən Mirzəyev. “Dərələyəz folkloru”, 
 Bakı, 2006, səh.514-515) 
 
 
 
 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə