OZAN DÜNYASI № 4(11), 2012
72
ġAMAXIDA AġIQ MĠRZƏ BĠLALIN
140 ĠLLĠK YUBĠLEYĠ QEYD OLUNDU
2012-ci il noyabrın 1-də Şamaxı şəhərin-
də Mədəniyyət və Turizim Nazirliyinin, Azər-
baycan Aşıqlar Birliyinin və Şamaxı Rayon
İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
görkəmli saz və söz ustası Aşıq Mirzə Bilalın
anadan olmasının 140 illiyinə həsr edilmiş
təntənəli mərasim keçirildi.
Tədbirdə Şamaxı rayon ictimaiyyətinin
nümayəndələri ilə yanaşı Mədəniyyət və Tu-
rizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsi-
nin müdiri
Fikrət Babayev, həmin şöbənin
aparıcı məsləhətçisi
RəĢad Əliyev, Bakıdan
gəlmiş folklorşünaslar, mədəniyyət və incəsənət işçiləri də iştirak edir-
dilər.
Professor
Məhərrəm Qasımlının aparıcılığı ilə keçən tədbirdə çıxış
edənlərdən filologiya elmləri doktorları
Qəzənfər PaĢayev və
Seyfəddin
Qəniyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalı-
nın baş redaktoru
Musa Nəbioğlu, Şamaxı rayon İcra Hakimiyyəti Baş-
çısının müavinin
ƏĢrəf ġükürov, folklorşünas alim
Qalib Sailov və Ba-
kıda öz evində aşıq muzeyi yaratmış
Hüseyn Hacı Qulu oğlu Aşıq Mir-
zə Bilalın həyat və yaradıcılığından danışdılar.
Aşıq Mirzə Bilalın sözləri yubiley tədbirində çıxış edən Xalq artisti
Mələkxanım Əyyubova, Əvəzxan Xankişiyev, aşıqlardan Ağamurad Şir-
vanlı, Əli Tapdıqoğlu, Yanvar Bədəlov, Abbas Musaxanlı, Vüqar Mah-
mudoğlu, Məhəmməd Şirvanlı, Elman İsmayıllı və İslam Rzaoğlunun
ifalarında bir daha könülləri oxşadı. Gənclərdən ibarət “Misri” aşıqlar
qrupunun çıxışı da rəğbətlə qarşılandı.
Sonda Aşıq Bilalın oğlu, 90 yaşlı
ġəfi Mikayılov mədəniyyətimizin
və incəsətimizin inkişafına, mədəniyyət xadimlərinə göstərilən diqqət və
qayğıya, o cümlədən atasının xatirəsinin əziz tutulduğuna görə dövlətimi-
zin başçısı
Ġlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı
Mehriban Əliyevaya və tədbirin təşkilatçılarına
dərin minnətdarlığını bildirdi.