Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
51 
dinləyicilərə  çatdırmağa  üstünlük  vermiş,  həm  də  məclislərdə  xanəndə 
qismində də çıxış etmişlər. 
Aşıq  Pərinin  şeirləri  hələ  keçən  əsrin  ortalarından  ədəbiyyatçıların 
diqqətini  cəlb  etmişdir.  1856-cı  ildən  başlayaraq  demək  olar  ki,  bütün 
təzkirə  və  ədəbiyyat  müntəxabatlarında  şairənin  şeirlərindən  nümunələr 
verilmiş, müəlliflər tərəfindən Aşıq Pərinin adı qürur və iftixar hissləri ilə 
çəkilmişdir. Elə Aşıq Pəri haqqında ilk məlumatı M.Y.Nersesov 1856-cı 
ildə  Teymurxanşurada  (indiki  Şimali  Qafqazın  Buynaksk  şəhəri)  çap 
etdirdiyi  “Məcmueyi-Vaqif  və  müasirani-digər”  adlı  məcmuəsində  ver-
mişdir. Aşıq Pəri yaradıcılığı ilə yuxarıda adları qeyd olunanlarla yanaşı 
Mir Möhsün Nəvvab, Salman Mümtaz, Əlabbas  Münzib (“Aşıq Pəri və 
müasirləri” kitabı), Məhəmmədağa Müctəhidzadə, prof. Əzizə Cəfərzadə 
(“Azərbaycanın  aşıq  və  şair  qadınları”  kitabı),  prof.  Sədnik  Paşayev 
(“Azərbaycan qadını” jurnalı), Şəhriyar Quliyev və başqaları (“Cəbrayıl” 
adlı  tarixi  oçerk  kitabı),  İsmayıl  Kazımov  və  başqaları  (“Cəbrayıl  və 
Cəbrayıllılar”  kitabı)  kimi  tədqiqatçılar  da  məşğul  olmuşlar.  Ötən  əsrin 
sonlarına  yaxın  unudulmaz  el  sənətkarı  Narınc  Xatun  Aşıq  Pərinin 
xatirəsini yaşatmaq üçün Respublika miqyasında fəaliyyət göstərən “Aşıq 
Pəri” məclisi yaratmışdır.  
Son illər gec də olsa həmvətənliləri də Aşıq Pərinin adının əbədiləş-
dirilməsi  yolunda  bir  sıra  addımlar  atmış,  işlər  görmüşdülər.  Ötən  əsrin 
80-ci  illərinin  sonlarında Aşıq Pərinin Maralyan  kəndinin qədim məzar-
lığındakı  qəbir  yeri  müəyyənləşdirilərək  kənd  camaatının  ziyarətgahına 
çevrilən məqbərə inşa edilmişdi. Maralyan kənd orta məktəbinə Aşıq Pə-
rinin  adı  verilmiş,  birtipli  layihə  əsasında  tikilmiş  ikimərtəbəli  məktəb 
binasının güllü-çiçəki həyətində Aşıq Pərinin tanınmış heykəltaraş Xan-
lar  Əhmədov  (bəzi  mənbələrdə  səhvən  Ömər  Eldarov  getmişdir)  tərə-
findən hazırlanmış əzəmətli heykəli ucaldılmışdır. 
Bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, özündən sonrakı 
nəsillər  üçün  əvəzsiz  bir  xəzinə,  məxəz  qoyub  getmiş  Aşıq  Pəri  yara-
dıcılığı lazımi səviyyədə tədqiq olunmamış, ədəbi ictimaiyyət Aşıq Pəri 
fenomeninə  hələ  də  layiq  olduğu  dəyəri  yetərincə  verməmişdir.  Bu  gün 
isə  daha  böyük,  acınacaqlı  bir  durumla  üz-üzəyik.  Aşıq  Pəri  ruhu,  onun 
müqəddəs məqbərəsi, əzəmətli heykəli, adını daşıyan məktəb-məbədimiz 
hələ də düşmən tapdağı altında inildəyir.   
Dövlət tarix arxivində araşdırmalar apararkən mənə məlum idi ki, çar 
Rusiyası tərəfindən Azərbaycanda əhalinin siyahıyaalınması zamanı son-
rakı illərdən fərqli olaraq 1842-ci ildə kişilərlə yanaşı ailələrdəki qadınlar 
da adbaad qeydiyyata götürülmüşdür. Aşıq Pəri haqqında bu yazını işlə-
yərkən fond 29-da saxlanan kameral kitaba və orada Maralyan kəndində 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
52 
yaşayan əhalinin qeydiyyatı siyahısına baxmaq qərarına gəldim. 3, 17 və 
20-ci  sıralarda  3  Pəri  adına  rast  gəldim.  Ailə  başçısı  kimi  3-cü  sırada 
qeydə  alınmış  Pəri  adlı  qadın  barəsindəki  məlumatların,    pərişünasların 
demək  olar  ki,  bütün  parametrlərinə  uyğun  gəldiyini  müşahidə  etdim. 
Əlinin dul qadını kimi qeydə alınan bu qadının 40, oğlu Məhərrəmin 25, 
oğlu  Əlinin  12  yaşda  olduğu  göstərilir.  Sonra  qeyd  aparılır  ki,  40  yaşlı 
Pəri  və  12  yaşlı  kiçik  oğlu  Əli  vəfat  etmişdir.  Aşıq  Pərinin  ölümü  ilə 
əlaqədar  professor  Əzizə  Cəfərzadə  yazır:  “...bütün  mənbələr  onun 
gənckən  vəfat  etdiyini  göstərirlər.  Təxminimizə  görə  bu,  ötən  yüzilliyin 
qırxıncı  illərinə  təsadüf  edir.”  1849-cu  ilin  syahıyaalınmasında  görsənir 
ki, oğlu Məhərrəm həyatını davam etdirir. Professor Sədnik Paşayev Aşıq 
Pərinin oğul nəticəsindən söz açır. Pərinin kiçik oğlu Əli isə həyatını 12 
yaşında  qeyb  edir.  Aşıq  Pəri  “Eylədin”  adlı  şeirində  oğlunun  ölümünə 
bais olmuş ağacı yamanlayaraq yazır:  
 
Balam kimi növcavanı 
Yer ilə yeksan eylədin. 
 
Məntiqə  söykənərək  siyahıda  qeydə  alınan  Pəri  haqqında  daha  nələr 
söyləyə bilərik: (1) Böyük oğlunun 25 yaşda olması onu göstərir ki, Pəri 
14-15 yaşlarında ərə gedib; (2) boylu (hamilə) Pəri həyat yoldaşını 18-20 
yaşlarında  itirdiyindən  kiçik  oğlu  dünyaya  gəlir  və  ona  ərinin  adını 
qoyur.  Alman  şərqşünası  A.Berje  yazır  ki,  Aşıq  Pəri  18  yaşında  zühur 
elədi. Əgər qeydiyyatdakı Pərini Aşıq Pəri hesab etsək, ağlabatan fikirlər 
söyləyə bilərik. Hələ kiçik yaşlarından oxuyub-çalmağı öyrənən və şeir-
sənət  xiridarı  olan  Aşıq  Pəri  dul  qaldıqdan  sonra  həm  ailəsini  dolan-
dırmaq, həm də coşub-daşan içini boşaltmaq üçün aşıq tək meydana çıx-
mağa məcbur idi. Pərişünasların yazdıqları kimi, təbi vergili olduğundan 
bədahətən söz deməsi, toy-düyünlərdə çalıb-oxuması, şeirləşmə, deyişmə 
məclislərində  iştirak  etməsi,  hazırcavablığı  tez  bir  zamanda  onu  bütün 
Qarabağda  məşhurlaşdırmışdır.  Əlbəttə,  Aşıq  Pərinin  o  dövrün  çərçivə-
sinə  sığmayan  açıq-saçıq    geyinib-gəzməsi,  bəzənməsi,  ədəbi  dilə  sığ-
mayan  sözlərlə  o  dövrün  kişi  aşıq  və  şairləri  ilə  deyişmələrə  çıxması, 
onlarla oturub-durması, dostluq etməsi, özünü nə qədər kəskin aparsa da, 
yerli-yersiz  hücumlara  məruz  qalacağı  gözlənilən  idi.  Görünür  mühafi-
zəkar  həmkarlarının,  həmkəndlilərinin  yersiz  və  haqsız  hücumlarından, 
arada gəzən dedi-qodulardan, sözbazların xoşagəlməz söz-söhbətlərindən 
qorunmaq üçün aşiqlər aşiqi Aşıq Pəri könül verib-verməməsindən asılı 
olmayaraq  özünə  münasib  bildiyi,  Molla  Məmməd  Fəqir  imzası  ilə 
cızma-qara  şeirlər  yazan  həmkəndlisinə  ərə  getməyə  qərar  verir.  Lakin 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə