Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   2   3   4   5   6   7   8   9   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

Dədə  Ələsgər  gecəsinə  gələn  Aşıq  Osman  bəy  Məhəmməd  İbrahimin 
çıxışı da alqışlarla qarşılandı.  
Aşıq Mahmud Məmmədovun “Baş divanisi”, Fəzail Miskinlinin “Baş 
Sarıtel”i,  Aşıq  Mais  Gəncəlinin  “Təcnis”i,  Ədalət  Dəlidağlı,  Azər 
Xanlaroğlu,  Roman  Azaflı  və  İlqar  Qələmçəlinin  birlikdə  ifa  etdikləri 
“Ruhani”,  Əməkdar  mədəniyyət  işçisi  Nemət  Qasımlı  və  şagirdlərinin 
çıxışı,  Dəmir  Vəliyev,  Qələndər  Zeynalov,  Altay  Məmmədli,  Azər 
Alıyev və Fazil Məmmədovun birgə ifa etdikləri “Misri”, Aşıq Ulduz və 
İlham  Astanbəylinin  ifasında  “Naxçıvangülü”  üstündə  Aşıq  Ələsgərin 
sözləri dil açıb danışdı. 
    
 
 
 
 
 
 
 
Aşıq Fətulla Əliyevin rəhbərlik etdiyi Göyçə aşıqlar qrupunun, Aşıq 
Ağamurad Şirvanlının rəhbərliyi ilə Şirvan aşıqlarının, Solmaz Kosayeva 
və “Aşıq Pəri” məclisinin üzvlərinin çıxışları da maraqla qarşılandı. 
   Gecədə Cavanşir Quliyevin Aşıq Ələsgərin sözlərinə  yazdığı  “Xoş 
gəldin”  mahnısı,  Xalq  artisti  Gülyaz  Məmmədovanın  ifasında,  “Sudan 
gələn sürməli qız” mahnısı isə Xalq artisti Teymur Mustafayevin ifasında 
səsləndi.  
   Xatırladaq  ki,  yubiley  gecəsinin  ssenari  müəllifi  və  rejissoru 
Əməkdar incəsənət xadimi Abdulla Qurbani idi. 
    
   Təranə VAHĠD 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

 
 
 
 
 
 
 
 
 
ELÇĠN 
Xalq yazıçısı  
 
TƏġRĠF BUYUR, GEDƏK BAĞA...  
 
(Aşıq Ələsgərin Sözü və Sazı haqqında 
bir neçə söz)  
 
Neçə  gündür ki,  Aşıq Ələsgərin həmişəki kimi  iddiasız, sadə, təmiz 
bir  misrası,  elə  bil  ki,  kitabların  səhifəsində  yox,  qədim  (və  doğma!) 
Göyçə mahalında qoca Ələsgərin sazı sinəsinə sıxıb söylədiyi gəraylıdan 
– həmin o məqamdan qopub gəlmiş o bir misra elə hey fikrimdə dolaşır: 
“Təşrif buyur, gedək bağa...”  
Həmin  iddiasız  bir  misra  bu  dəm  mənim  üçün  Sözün  və  Sazın  sirri-
sehri  (və  heç  vaxt  açılmayacaq,  əbədi  bir  sirr-sehr)  ilə  dolu  idi,  çünki  o 
bağ  təkcə  təbiətin  xudmani,  gözəl  bir  guşəsi  deyildi,  o  bağ  Ələsgər 
dünyası idi:  
 
Təşrif buyur, gedək bağa, 
At zülfünü sola, sağa.  
Ələsgər sənə sadağa
Üzün məndən niyə döndü?  
 
Aşıq Ələsgər 105 il ömür sürdü.  
1821-ci  ildə  Azərbaycan  Sözünün,  Sazının  beşiklərindən  biri  olan 
qədim oğuz yurdunda – gözəl Göyçə mahalında (“Adım Ələsgərdi, əslim 
göyçəli...”) anadan olub, 1926-cı ildə elə orada da haqq dünyasına köçdü 
və  bu  iki  tarix  arasında  həmin  Sözün  və  Sazın  yaratdığı  Ələsgər 
dünyasında  o  qədər  hiss-həyəcan  var,  bu  hiss-həyəcan  o  qədər  qəribə, 
adamı  mat  qoyan  və  adamın  ürəyini  içinə  dolan  gücə,  incəliyə,  işığa 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 

malikdir,  o  qədər  saya-hesaba  gəlməyən  rənglərdən  ibarətdir  ki,  həmin 
Ələsgər dünyasının, hətta o uzun ömrün çərçivələrinə sığması da haqdan 
gələn verginin nəticəsidir.  
Ələsgər Sözü və Sazı ilə Qarabağdan, Gəncədən tutmuş Tiflisəcən el-
obanı dolaşdı, Türkiyə mahallarını gəzdi, məclislər apardı, toylar keçirdi 
və  Sözlə  Sazın  dediklərini  xalqın  özünüifadəsinə  çevirdi,  əvvəlki  dövr-
lərin  korifeyləri  Yunus  Əmrə,  Qaracaoğlan,  Qurbani,  Abbas  Tufarqanlı, 
Xəstə  Qasım...  kimi  aşıq  sənətini  ən  yüksək  bədii-estetik  meyarlarla  bir 
daha təsdiq etdi.  
Bütün  böyük  sənətkarlar  kimi,  Aşıq  Ələsgərin  yaradıcılığı  da  milli 
hadisədir, milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarların yaradı-
cılığı bunu da sübut edib ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən 
götürür və bu mənada Ələsgərin yaradıcılığı da klassik bir nümunədir: o 
nə qədər millidirsə, bir o qədər də bəşəridir.  
Hələ XIX əsrin ortalarında, cavan yaşlarında ikən Aşıq Ələsgər məş-
hur  rus  şairi  Yakov  Palonski  ilə  görüşür  və  bu  görüşdən  (aşıq  yaradı-
cılığından!) təsirlənən Palonski xüsusi məqalə yazır.  
Yakov Palonski hara, Aşıq Ələsgər hara?  
Tamam müxtəlif mühit, müxtəlif psixologiya, müxtəlif təfəkkür tərzi, 
müxtəlif dünyagörüşü...  
Məsələ həmin milli ilə bəşərinin birliyində, vəhdətindədir. Buna görə 
də, o görüşdən 100 il keçdikdən sonra, başqa bir məşhur rus şairi – Kons-
tantin  Simonov  da  yəqin  eləcə  təsirləndiyi  üçün  Aşıq  Ələsgərin  altı 
qoşmasını və şair Vəli ilə deyişməsini rus dilinə gözəl tərcümə etmişdir. 
Allah vergisi, əlbəttə, millidi, amma o veriləndən sonra nə coğrafi, nə də 
milli sərhədlər tanıyır.  
Aşıq sənəti Azərbaycan folklorunun əsasını təşkil edir və misal üçün, 
island  saqalarından,  yaxud  rusların  “İqor  polkunun  dastanı”ndan  fərqli 
olaraq, Azərbaycan dastanlarını və ümumiyyətlə, bütün Türk dastanlarını 
yalnız Söz yox, Sözlə bir yerdə həm də Saz yaratmışdır, qədim “Kitabi-
Dədə  Qorqud”dan  tutmuş  “Əsli  və  Kərəm”əcən,  “Koroğlu”dan  tutmuş 
Aşıq  Ələsgərin  özü  haqqında  yaranmış  “Aşıq  Ələsgərin  Şınıq  səfəri”, 
yaxud  “Aşıq  Ələsgər  qarabağlıların  yaylağında”  kimi  Azərbaycan  das-
tanlarının mayası aşıq sənəti ilə yoğrulmuşdur.  
Aşıq sənəti əslində bir fərdin yaratdığı teatrdır.  
Aşıq – şairdir. Aşıq – yazıçıdır (dastanlar yaradır). Aşıq – dramaturq-
dur  (deyişmələr,  dramatik  dialoqlar).  Aşıq  –  bəstəkardır  (“Dilqəmi”dən 
tutmuş  “Ruhani”yəcən,  “Kərəmi”dən  tutmuş  “Keşişoğlu”nacan  yüzlərlə 
havacatı  kim  yaradıb?  Naməlum  aşıq!).  Aşıq  –  müğənnidir.  Aşıq  – 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə