Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
26 
 
* * * 
Bir qul düz dolansa haqqın yolunda, 
Qəza tapmaz, ona bəla yetişməz.  
 
* * * 
Bir mərd ilə ağı yesən şirindi, 
Yüz namərdlə şəkər yesən, dad olmaz.  
 
* * * 
Bivəfadan yar olmaz, 
Ömür üzsən yüzhayüz.  
 
* * * 
Bivəfanın, müxənnəsin, nakəsin, 
Doğru sözün, düz ilqarın görmədim.  
 
* * * 
Bu dünyada üç şey başa bəladı, 
Yaman oğul, yaman arvad, yaman at.  
İstəyirsən qurtarasan əlindən
Birin boşla, birin boşa, birin sat.  
 
* * * 
Bülbül gül üstündə xarı görəndə, 
Qan ağlar, ruxsarı yaşa dayanmaz.  
 
* * * 
Bülbül gül yolunda keçər başından, 
Əgər gül köysünə xarı çəkmiyə.  
 
* * * 
“Can” deməklə candan can əysik olmaz, 
Məhəbbət artırar, mehriban eylər.  
 
* * * 
“Can” deyənə “can” deyinən mərdana, 
Baş qoyanın, qoy yolunda başa baş.  
 
* * * 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
27 
Can qurban eləsən, layiqdi layiq, 
Bir yar ki, mətləbi tez qanan ola.  
 
* * * 
Comərdin kisəsi, mərdlərin namı,  
İnşallah, ölüncə az olmaz, olmaz.  
 
* * * 
Çırağın ki, ilahdən a yana
Ehtiyacın nədi a yağa, yağa.  
 
* * * 
Çox gəzmişəm, az görmüşəm danəndə.  
 
* * * 
Çox qazansan, az qazansan, 
Beş arşın ağdı xələt.  
Mal-dövlətə baş endirən, 
Əfsana baş endirir.  
 
* * * 
“Çor” deyənin nəfi nədi dünyada, 
Abad könlü yıxar, pərişan eylər.  
 
* * * 
Danışanda doğru danış, 
Sözün çıxmasın qələt.  
 
* * * 
Doğru yola əmək çəksən zay olmaz.  
 
* * * 
Dosta xain baxan kor olacaqdı.  
 
* * * 
Dost dostdan inciyər, qəlbində dönməz.  
 
* * * 
  
Dostun məzəmməti adam öldürür.   


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
28 
 
* * * 
Dost odur ki, dosta yalan satmasın. 
 
* * * 
Dost uzaq olmaqla könül yad olmaz.  
 
* * * 
Dövlətdən qismətin beş arşın ağdı.  
 
* * * 
Dövlətə güvənib gül tək açılma, 
Çox sənin tək güllər soldu dünyada.  
 
* * * 
Düşman günü düşmanınla düşmandı, 
Yüz il keçsə, qohum sənlə yad olmaz.  
 
* * * 
Eşit bu sözləri, saxla yadigar, 
Gözəllərdə həya, iyidlərdə ar.  
 
* * * 
Eşqin ataşına heç olmaz çara.  
 
* * * 
Eşq oduna düşən aşkara yanmaz.  
 
* * * 
Əbəs yerə bivəfaya can dedim, 
Zəhmətin çox çəkdim, karın görmədim.  
 
* * * 
Ədalət hakimin payi-turabı, 
Kamil ustadlara qul kəmtər mənəm.  
 
* * * 
Ələsgər, elmində olma nabələd,  
Doğru söylə, sözün çıxmasın qələt.  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
29 
* * * 
Əlin vurma gücün yetməyən daşa, 
Götürə bilməzsən, zora düşərsən.  
 
* * * 
Əndəlib qan ağlar, zəhri çak olar
Görsə gül üstündə xar nişanası.  
 
* * * 
Ərdən boşanmışdan bir az kənar dur.  
 
* * * 
Əyləşəndə ağır əyləş, 
Danışanda az danış.  
 
* * * 
Gah baş olan, gah da düşər ayağa.  
 
* * * 
Gədadan bəy olmaz, dəlidən darğa.  
 
* * * 
Gədadan bəy olmaz, nakəsdən iyid.  
 
* * * 
Görürsən ki, baxtın yatdı, sən də yat.  
 
* * * 
Göz gözə baxanda halın soruşa, 
Aləm düşman olsa, görüşmək olar.  
 
* * * 
Göz gözə baxmasa mehriban olmaz.  
 
* * * 
Gül olma dünya malına, 
Qalacaqdı dünyada.  
 
* * * 
Günhkardı nə ki yoldan azan var.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
30 
 
* * * 
Günü-gündən işi düşər müşgülə, 
Hər kəs namus, qeyrət, arı çəkmiyə.  
 
* * * 
Güzəran xoş olub, gün xoş keçəndə
Ağ otaqdan tövləxana yaxşıdı.  
 
* * * 
Haqdan yanan çıraq bad ilə sönməz.  
 
* * * 
Haqq ilə nahaqqı axtaran hakim, 
Tapar qulaq ilə göz arasında.  
 
* * * 
Haqq, meyi islama haram buyurub, 
Dərd tüğyan eləsə, mey içmək olar.  
 
* * * 
Haqq-nahaqq seçilər haqq divanında.  
 
* * * 
Haqq sözə gərəkdi düz qiymət olsun.  
 
* * * 
Haqq verməsə, qonşu payı pay olmaz.  
 
* * * 
Hər ağacdan sandal, hər yarpaqdan gül,  
Hər torpağın tamı duz olmaz, olmaz.  
 
* * * 
Hər ağac kökündən bitər, 
Hər meyvə gözlər zatın.  
 
* * * 
Hərca dilin salar bəlaya səni, 
Çox da bilsən danış az, şair Nağı!  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
31 
 
* * * 
Hərcayıdan, müxənnəsdən, nadandan,  
Nə söz qaldı sənətkara dəyməmiş.  
 
* * * 
Hərcayı sözüylə incimə dostdan.  
 
* * * 
Hərcayınan aşna olma
Namərdə bel bağlama.  
 
* * * 
Hər kim ki, sidq ilə dilək diləsə, 
Əlbəttə, mətləbin ha bular, bular.  
 
* * * 
Hər könül özünə bir padişahdı.  
 
* * * 
Xeyir çəkməz ustad ilə dəyinən.  
 
* * * 
İbadət eləyən mömin sayılı, 
Səxavətin ondan çoxdu savabı.  
 
* * * 
İkiarvadlılıq mardan acı olu, 
Bez geydirsən bir canana, yaxşıdı.  
 
* * * 
İki könül bir-birini tutmasa
Alan da yazıqdı, gələn də yazıq.  
* * * 
İlqarın dalınca bir baş getməsin,  
Onu bir qarpıza dəyişmək olar.  
 
* * * 
İncidənlər, incidəcək,  
İncidibsən hər kəsi.  


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə