Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
32 
 
* * * 
İnşallah, heç yerdə qalmaz avara
Bir qula ki, Şahi-Mərdan yar olsun.  
 
* * * 
İyid cavanlıqda dəli gərəkdi, 
Qocaldıqca mərfət tapa, hal bilə.  
 
* * * 
İyidlər məğrur olmasın, 
Fəthi-nüsrət xudadandı.  
 
* * * 
İyid sarsıyarmı baxtı yatmasa.  
 
* * * 
Kərəm olmaz müxənnəsdə, xəsisdə.  
 
* * * 
Kəsb elə özünə halaldan maya.  
 
* * * 
Kibrdən qəlbində bərkitmə barı,  
Top dəyər, dağılar bürcü, hasarı.  
 
* * * 
Kimi gördün ki, qəzadan 
Qurtardı, qaçdı dünyada?!  
 
* * * 
Kişi gərək dediyindən dönməsin.  
 
* * * 
Kişi gərək zəhmət çəksin, tər salsın, 
Süfra açsın, ad qazansın, dər salsın.  
 
* * * 
Könlümün şüşəsi saqın ki, sınar,  
Toxunarsa ayna daşa, dayanmaz.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
33 
 
* * * 
Könül, doğru yoldan gəl olma kənar,  
Əyri yola gedən haqdan utanar.  
 
* * * 
Qabiliyyətsiz, mərifətsiz qızların, 
Yüzü bir dərdimənd dul ola bilməz.  
 
* * * 
Qarı düşmən bir də gəlib dost olmaz.  
 
* * * 
Qarşı gəlsə həsrət çəkən yar yara, 
Ağlı çaşar, səri ay eylər qıj-qıj.  
 
* * * 
Qaytarmazlar pirə gələn qurbanı.  
 
* * * 
Qədər sənlə gəzəcəkdi, 
İstər gir dəryaya gəz.  
 
* * * 
Qəlbi düz olanın evi hac olu.  
 
* * * 
Qonşuya kəc baxan özü ac olu.  
 
* * * 
“Lənət şeytana!” – de, şər işdən əl çək,  
Şeytan səni salar ayaq-ayağa.  
 
* * * 
Ləzzət verər bal qatanda qaymağa, 
Qaymaqdan da ləziz olar narın üz.  
  
* * * 
Loğmadan kəc olan, nüftədən əyri
Yüz dərs olsa, pür kamala yetişməz.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
34 
 
* * * 
Məğrurluq eləyən namurad olu.  
 
* * * 
Məğrurluq eləyib ustadan demə,  
Vaxt olar bir yerdə dara düşərsən.  
 
* * * 
Mən aşığam, yasaq yoxdu dilimə.  
 
* * * 
Mənim sözüm yoldan çıxan mollanı, 
İnşallah, qaytarar müsəlman eylər.  
 
* * * 
Mən istərəm alim, mömin yüz ola
Meyli haqqa doğru, yolu düz ola.  
Diliylə zəbanı üzbəüz ola, 
Ələsgər yolunda can qurban eylər.  
 
* * * 
Mərd iyidə ölüm haqdı dünyada, 
Yoxsul olub ahu-zarı çəkmiyə.  
 
* * * 
Mömindən törəyən xoş idrak olar.  
 
* * * 
Mövladan dərs alan heç düşməz ləngə.  
 
* * * 
Mövla məhəbbətin kəsməz sağ ərdən.  
 
* * * 
Müxənnəs ilə nakəsin,   
Əlinə fürsət keçməsin.  
Halalı harama qatır, 
Şeytana sovqat aparır.  
 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
35 
* * * 
Müxənnət qatar aşına 
Ağı, gözlə, gözlə sən.  
 
* * * 
Nakəs, müxənnətdən mətləb diləmə.  
 
* * * 
Namərddə qaydadı, kəsər basdığın.  
 
* * * 
Namərdin dünyada çox çəkdim bəhsin,  
Namusun, qeyrətin, arın görmədim.  
 
* * * 
Namus qədri bilib nanı gözləyən
İnşallah, heç yerdə xəcalət olmaz.  
 
* * * 
Nütfədən qarışan şeyitbaz olar.  
 
* * * 
Nütfədən pak olan, loğmadan halal, 
Mərifət elminə nabələd olmaz.  
 
* * * 
Nütfədən pak olan özü pak olar.  
 
* * * 
  
Nütfəsindən əyri olan, 
Tez göstərər isbatın.  
 
* * * 
Ov keçdi bərədən, ata bilməzsən.  
 
* * * 
Öldürərsən zənburu, əl çəkmə şandan.  
 
* * * 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
36 
Sayğısız iyidi düşmən aldadar.  
 
* * * 
Sərraf yüz bəzəsə səngi-siyahı, 
Əsli mütəlladı, ləl ola bilməz.  
 
* * * 
Sidqini bağlayan Şahi-Heydara, 
İnşallah, heç yerdə qalmaz avara.  
 
* * * 
Şairin sinəsi haqq bazarıdı,  
Satdığı kəlmələr ləl, mirvarıdı.  
 
* * * 
Şəryətdə halaldı qisasa qisas.  
 
* * * 
Şərü-böhtan doğru yola sığışmaz.  
 
* * * 
Tərəqqidən təvəllüddü tənəzzül.  
 
* * * 
Tər gəzən dünyada gedər tərsinə.  
  
* * * 
Təzə aşnalıqla köhnə dostluğun,  
Fərqi var qış ilə yaz arasında.  
 
* * * 
Torpaq soyuq, bədən üryan, kəfən yaş,  
Tək qalarsan tək məzarın içində.  
 
* * * 
Unutma ilqarı, itirmə iman,  
İman durar düz ilqarın içində.  
* * * 
Uzaq vilayətdən qız sevən oğlan,  
Yaxın qonşusundan soruş halını.  


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
37 
 
* * * 
Varlıqda dost olma, yoxluqda kənar,  
İyidəm deyəndə, bu adət olmaz.  
 
* * * 
Yadın oğlu yağlı aşa mehmandı,  
Dar günündə görərsən ki, usandı.  
 
* * * 
Ya dost olma, ya zəhmətdən incimə,  
Dost yolunda boran, qar olacaqdı.  
 
* * * 
Yaxşı can yetişsə yaxşı canana, 
Həmi gün xoş keçər, həm ay-il eylə.  
 
* * * 
Yaxşı yara qismət olmaz yaxşı yar.  
* * * 
Yalan deyib qeybət etmə, 
Rəhmin gəlsin canına.  
 
* * * 
Zikirsiz mömini şeytan aldadar.  
 
* * * 
Zinakar, haramxor yetişməz baya.  
 
* * * 
Zülmətdə işıq var, acıda şirin.  
* * * 
Zülm ilə, sələm ilə,  
Yığıb ziyarata gedən.  
Ziyarata getmək deyil,  
Urusa sursat aparır.  
 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə