Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 5,08 Kb.

səhifə1/35
tarix14.12.2017
ölçüsü5,08 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   35


AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
 
 
           
 
 
 
 
OZAN DÜNYASI 
 
 
 
 
 
 
 
 
№2(9) 2012


 OZAN  DÜNYASI                                                                № 2(9), 2012 
 

  
Ozan dünyası   
                                             №2(9),
 2012
 
 
Təsisçi: 
AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 
  
Məsləhətçilər: 
 
Zəlimxan YAQUB 
Xalq şairi 
Məhərrəm QASIMLI 
professor 
 
 
Baş redaktor: Musa NƏBĠOĞLU 
 
 
REDAKSĠYA HEYƏTĠ: 
 
Həsən Mirzə 
Nizami Cəfərov 
Qənirə PaĢayeva 
Qəzənfər PaĢayev 
Qara Namazov 
   Sədnik PaĢayev 
   Ġsmayıl Məmmədli 
   Elxan Məmmədli 
   Ġlyas Tapdıq 
Məmməd Aslan 
Ədalət Nəsibov 
Ġsfəndiyar Rüstəmov 
Seyfəddin Altaylı (Türkiyə) 
Nizaməddin Onk (Almaniya) 
Çingiz Mehdioğlu (Ġran) 
Ġrfan Nəsrəddinoğlu (Türkiyə) 
Məhərrəm Сəfərli (Naxçıvan) 
Osman Əhmədoğlu (Gürcüstan) 
Seyfəddin Qəniyev 
 
 
 
Ünvan: Bakı, Zərifə Əliyeva küç. 21 
Əlaqə telefonları: 
( + 994 12) 493 86 61 
 (+994 50) 345 36 52 
musa58@bk.ru 
 
Jurnalda  gedən hər yazıdan sorumlu müəllifin özüdür. 
 
 


 OZAN  DÜNYASI                                                                № 2(9), 2012 
 

 
Ustad sözü 
 
“AġIQLIQ GƏLƏNƏYĠ 
MĠLLƏTĠN ƏXLAQIDIR” 
Müsahibimiz Türkiyənin məĢhur aĢığı, YUNESCO-nun “Canlı 
insan xəzinəsi” titulunu qazanmıĢ ġərəf  TaĢlıovadır 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġərəf TaĢlıova: “Dünyanın bugünkü düzənini ən iyi Ģəkildə idarə 
edə biləcək əxlaqi sistem aĢıqlıq gələnəyinə bağlıdır”. 
 
– Ustad, Sizi bu sənətə gətirən nə oldu?  
–  Aşıqlıq ənənələri, deyimlər, türkülər, Quran. Yaxşı  yadımdadır, 
mən hələ uşaq idim, cocuk bayramına hazırlıq görülürdü. Bir gün okul-
da  öyrətmənim  bizdən  soruşdu  ki,  cocuklar,  türkü  söyləyən  varmı  ara-
nızda. Mən də o zaman 9 yaşında bir cocuk idim və dedim ki, mən söy-
ləyə  bilərəm.  Və  ilk  dəfə  onda  çıxış  etdim.  Sonra  öyrətmənim  məni 
konservatoriyaya  göndərmək  istədi.  Ancaq  atam  rəhmətə  getdiyindən 
gedə  bilmədim.  Sonra  Aşıq  Şenniyin  oğlu  Aşıq  Qasım    məni  düyündə 
gördü, səsimi bəyəndi və beləcə mən aşıqlığa başladım.  
        – Neçə yaĢından bu sənətə bağlandınız?  
–  10 yaşından. 
– Ustadınız kim olub
– Aşıq Şenniyin oğlu Aşıq Qasım. 


 OZAN  DÜNYASI                                                                № 2(9), 2012 
 

–  Təkcə  Türkiyədə  yox,  dünyada  tanınmıĢ  sənətkarsınız.  Sizi 
hər  yerdə  tanıyır  və  sevirlər.  Türkiyədə  aĢıq  sənəti  ilə  bağlı  sizin 
fikirləriniz  və  bu  sənətdə  özünüzün  keçdiyiniz  yol  oxucularımız 
üçün də maraqlı olardı.  
– Təşəkkür  edirəm.  Aşıq sənəti özündə şeir, saz, söz, dastan və s. 
birləşdirir.  Türkiyədə  özünəməxsus  aşıqlıq  ənənəsi  vardır  ki,  dədə-
babalarımızdan bizə miras qalıb. Burada zəngin bir ustad-çıraq ənənəsi 
olub.  Aşıq  olmaq  üçün  ustad  yanında  yetişmək  gərəkir.  Ustad  görmə-
yənin iyi bir aşıq olması mümkün deyil.  Beləsi aşıqlıq edə bilər, amma 
çox tərəfi boş qalar. Mən bu nərdivanların hər birisini keçdim.  
Bu gün aşıqlıq çox zəngindir. Borçalıdan mənim ustamın bir arka-
daşı var idi – Aşıq Şenniyin son şəyirdlərindən biri Aşıq İbrahim. Onun 
söylədiyi əski havalar bu gün bizim aşıqların söylədiyi havalardır. Qars-
da çox məşhur aşıqlar olub. Aşıq Gülüstan vardı – Murad Çobanoğlunun 
babası,  Aşıq  Musa  vardı,  Aşıq  Mirzə,  Aşıq  İslam  Ərdənər  və  daha  bir 
çox  aşıqlar  vardı  ki,  bunların  hər  birindən  faydalandım  mən.  Türkiyə-
dəki  aşıqların  hər  biri  ilə  görüşdüm.  44  il  Konya  aşıqlar  bayramına 
qatıldım. Konya aşıqlar bayramı Türkiyədə çox geniş  yayılıb və çox da 
böyük faydası olur. 20 ildir Uluslararası İstanbul festivalında iştirak edi-
rəm. Yəni, Türkiyədə keçirilən aşıqlarla bağlı həmən-həmən bütün festi-
vallarda, yığnaqlarda, toplantılarda iştirak etmişəm. Yurd dışında da bir 
çox  ölkələrdə  olmuşam.  İngiltərə,  Danimarka,  Qırğızıstan,  Qazaxıstan, 
Pakistan  və  s.  ölkələrdə  olmuşam.  Hətta  Pakistanda  Azərbaycan  elçili-
yində bir proqram da yapdım. Türkiyə televiziya kanallarında, özəlliklə 
də TRT-də uzun illər proqramlar yapdım. Yurd dışında da kanallarda çı-
xış etdim. Bunları söyləməklə demək istəyirəm ki,  hələ uşaqlıqdan özü-
mü  hər  kəsə  tanıtmaq  istəyim,  diləyim  vardı.  Mən  uşaq  vaxtında,  6 
yaşımda  yetim  qaldım,  babam  rəhmətə  getdi  və  heç  kimim  yoxdu. 
Amma  Allah  bunları  mənə  nəsib  etdi.  Bir  çox  şeirlər,  məqalələr,  das-
tanlar,  hekayələr  yazdım.  Kitablarım  işıq  üzü  gördü.  Kitablarımdan 
birini  Dil  Kurumu,  birini    Milli  Eyitim  Bakanlığı  çap  etdirdi,  biri  də 
çapa hazır vəziyyətdədir.  
Aşıqlıq  gələnəyi  millətin  əxlaqıdır,  kültürüdür,  ailə  mutfağıdır. 
Yəni,  bir  evdə  süfrəyə  qoyulan  gözəl,  dadlı  yeməklər  sağlığa  faydalı 
olursa,  aşıq  gələnəyi  də  özəlliklə  türk  milləti,  hətta  dünya  millətləri  – 
mən bunu Londonda da, Amerika da söylədim, – üçün faydalıdır.  Dün-
yanın  bu  günkü  düzənini  ən  iyi  şəkildə  idarə  edə  biləcək  əxlaqi  sistem 
aşıqlıq gələnəyinə bağlıdır. Bizdə atalar sözləri, deyimlər, qarşılıqlı söy-
ləmələr,  dastanlar  vardır  ki,  bütün  dünya  bir  araya  gəlsə,  bunlardakı 
hikmətlərdən faydalansa dünyadakı bir çox problemlər daha asan çözülər. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə