Ədəbiyyat siyahisi



Yüklə 177,19 Kb.
səhifə1/3
tarix30.09.2017
ölçüsü177,19 Kb.
#2477
  1   2   3



Ədəbiyyat siyahisi:


  1. Ədəbi-bədii gecələrin keçirilməsi dair [Mətn]: metodik tövsiyələr/ tərt.ed. Ə.Rəhimova.- Bakı,1981.-31s.

  2. Aslan, K. Bədii ədəbiyyatın təbliğinin müasir vəziyyəti: nəzəriyyə və təcrübə [Mətn] //Kitabхanaşünaslıq və bibliоqrafiya: Еlmi-nəzəri və təcrübi jurnal.- 2004.- №1.- S.57-74.

  1. Azərbaycan Respublikasında kitabxana-informasiya

sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə “Dövlət Proqramı”- nın təsdiq edilməsi barədə: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı. 6 oktyabr, 2008-ci il [Mətn] //Azərbaycan.- 2008.-7 oktyabr.- S. 1.

  1. Oxuculara xidmət [Mətn]: dərs vəsaiti /S.Rzayev.- Bakı, 2009.- 337 s. Tahirov, K. Kitabxana işinə dair yeni “Dövlət Proqramı” mədəni dəyərlərimizə qayğının təzahürüdür [Mətn] /K.Tahirov //Xalq qəzeti.- 2008.- 15 oktyabr.- S. 5

  2. Kitabxanalarda kütləvi tədbirlərin ənənəvi və yeni formaları: metodik vəsait /tərt. ed. N.Alışova; ixtis. red. və bur. məs. K.Tahirov; red. X.İsmayılova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 71 s.


AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi

Uşaq kitabxanalarında kütləvi tədbirlərin forma və təkili

(Metodiki vəsait)

Qazax 2016

Tərtib edən: Fatma Hüseynova –metodika və biblioqrafiya şöbəsinin müdiri

Redaktor: Solmaz Babanlı- MKS-in direktoru

Komputer S. Cəfərova- İnformasiya – resurs şöbəsinin müdiri, Günel Yusifova

Dizayn: V.Alməmmədova. İnformasiya-resurs şöbəsində proqramçı

fəaliyyət göstərən sərgilərdir ki, onlar vətən-pərvərlik tərbiyəsi və istifadəçilərin ekoloji maarifləndirilməsi çərçivəsində realizə olunur.

Müasir cəmiyyətdə elm və texnikanın sürətlə inkişaf etməsi onun bütün fəaliyyət sahələrinə tətbiqini tələb edir. Bu baxımdan müasir kitabxanalar da informasiya texnologiyaları olmadan lazımi səviyyədə inkişaf edə bilməz.

İnternet həm də kitabxanaların yeni informasiya resursları ilə zənginləşməsini təmin edir. İnternet və on-line xidmətləri kitabxanalara onların informasiya ehtiyatlarından və məlumat bazalarından ölkədən kənarda da istifadə olunmasına şərait yaradır. Yaradılmış məlumat bazaları istifadəçinin maraqları üçün onun informasiyaya olan tələbatını ödəyə bilən dəyərli mənbə olmalıdır. Kitabxana xidmətində kompyuter texnologiyalarının istifadəsi bir neçə istiqamətdə ola bilər: - sərgi fəaliyyəti; - nəşriyyat fəaliyyəti (CD və digər elektron nəşrlər); - on-line rejimində kitabxana xidməti. Kompyuter texnologiyalarının kitabxanaların sərgi fəaliyyətində istifadə olunmasının yüksək effektivliyi bir sıra obyektiv amillərlə şərtlənir. Bu şərtlərə aiddir: - sərgi materiallarının ənənəvi olmayan təqdimatı; - əyanilik; - materialın strukturlaşdırılması.



Elektron sərgi ənənəvi (kitab) və yeni (elektron) qaydaların sintezində informasiyanın təqdim olunma üsuludur. Elektron kitabxana sərgisini kitabxananın saytında yerləşdirmək olar. Bu gün uşaq kitabxanalarında daim həyat qaynayır, uşaqların dünyagörüşlərinin formalaşması, mütaliəyə cəlb olunması ilə bağlı daha maraqlı işlər keçirilməsi üçün elmi tədqiqat işləri aparılır, sorgular keçiririlir. İnformasiya təminatı istiqamətində faəliyyətinin səmərəsinin artırılması, inkişafı və təkmilləşdirilməsi məqsədilə günün tələbləri səviyyəsində mütərəqqi iş üsullarından istifadə edilir.

yaranır; 2. Milli-mənəvi dəyərlər, vətənpərvərlik, vətənə və хalqa məhəbbət idеyalarını əks еtdirən əsərlərin məqsədyönlu təbliği bu gün daha çох aktuallıq kəsb еdir; 3. Azərbaycan tоrpaqlarının bir hissəsi еrməni işğalçılarının tapdağı altında qaldığından gənc nəsil hərbi vətənpərvərlik duyğuları aşılayan bədii əsərlərlə müntəzəm tanışlığa ehtiyac duyur; 4. Dövlət başçısının fərmanları ilə yubilеyi keçirilən şair və yazıçıların ayrı-ayrı mövzular üzrə təbliği daha böyük səmərə vеrə bilər. Nümunə üçün “Azərbaycanın müstəqilliyi əbədidir”, “Milli mənəvi dəyərlərimizi qоrumaq hər birimizin müqəddəs bоrcudur”, “Azərbaycan bu gün”, “Sənin Kоnstitusiyan – sənin hüququn”, “Vətən tоrpaqları bizi gözləyir”, “Biz tоrpaqlarımıza qayıdacağıq”, “Tariхi rоmanlarımız”, “Kоmеdiyalar aləmində”, “Pоеziya dünyası”, “Satira güzgüsündə”, “Nağıllar aləminə səyahət”,”Sənin maraq dünyan”, “Sənin hüquqların səni qoruyur”, “Torpaq əgər uğrunda ölən varsa Vətəndir!”,“Macəralar aləminə səyahət” və s. başlıqlarla sərgilər təşkil etmək olar.



Mövzuların müxtəlifliyinə görə sərgiləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Yeni daxil olan ədəbiyyatın universal sərgiləri; 2. Beynəlxalq və ölkə daxilində baş verən mühüm hadisələrə həsr edilmiş mövzu sərgiləri; 3. Əlamətdar və tarixi günlərə həsr edilmiş mövzu sərgiləri; 4. Ölkəşünaslıq xarakterli sərgilər (ildə 1 dəfə) və s. Mövzuya müvafiq olaraq eyni zamanda mövzunun tam əhatə olunması üçün jurnal və qəzet məqalələrindən də kifayət qədər istifadə olunmalıdır.

Ölkəşünaslıq (diyarşünaslıq) kitabxana sərgisi – kitabxanada olan kitab və başqa informasiya daşıyıcılarının daha çox effektli, kəsərli formada əyani təqdimetmə növüdür. Ölkəşünaslıq (diyarşünaslıq) kitab sərgiləri öz məzmununa, oxucu sahələrinə görə müxtəlifdir: həmişə fəaliyyət göstərən, universal mövzulu, məşhur və yaddaqalan tarixlərə aid, yeni daxil olan materialların sərgisi Ölkəşünaslıq (diyarşünaslıq) xarakterli sərgilər bir qayda olaraq daimi
Uşaq kitabxanalarında kütləvi tədbirlərin ənənənəvi və yeni formaları
Uşaq kitabxanalarında kütləvi tədbirlərin keçirilməsi kitabxana sahəsində irəli atılmış ən məqsədyönlü tədbirlərdəndir. Kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni- yeni oxucular cəlb edilir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Bu gün informasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Çünki kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Bizim gələcəyimiz olan uşaqların kitaba və kitabxanalara marağının artırılmasında respublika və ümumşəhər əhəmiyyətli mədəni -kütləvi tədbirlərin mühüm rolu vardır.
Uşaq kitabxanalarının vəzifələri
Uşaqların, yeniyetmələrin, mütaliəyə rəhbərlik edənlərin və kitabxanadan istifadə etmək istəyən digər vətəndaşların informasiyadan və sənədlərdən sərbəst istifadə etmək imkanını, onların bəşər fəaliyyətinin bütün sahələrində milli və dünya mədəniyyətinin nailiyyətləri ilə tanış olmasını təmin etmək;

  • əhatə etdiyi ərazidəki bütün yaşayış mətəqələrində uşaqlara və yeniyetmələrə, o cümlədən orta ümumtəhsil məktəblərinin şagirdlərinə kitabxana və informasiya xidmətini həyata keçirmək;

  • oxuculara kitabxana xidmətinin təşkilində kitabxana sahəsinin bütün mütərəqqi formalarından istifadə etmək;

  • oxucu sorğuları nəzərə alınmaqla fondun komplektləşdirilməsini təmin etmək;

  • Fondlarını gələcək nəsillər üçün qoruyub saxlamaqla bəşəriyyətin məcmu mədəniyyətinə töhvə vermək;

  • “İnternet” sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları ilə işini əlaqələndirmək;

  • Fondun qiymətli nəşrlərinin üzə çıxarılması, uçotu və mühafizəsi ilə məşğul olmaq;

  • Kitabxananın inkişafı və modernləşdirilməsinə dair layihələr və planlar hazırlamaq.

LAYİHƏLƏR
Kitabxanada uşaqlar üçün internet - sinfin açılması”

-“Kompüterin əsasları və internet” kursu açılması;

Kitabxanada maraq kursları və “Biləyən” multi-media zalının təşkili.

Gələcəyin dialoqu: Uşaqlar və kitab”



  • Bu layihəyə əsasən uşaqlar istifadəyə yararsız, cırılmış kitabları təmir edərək cildləməsi və yenidən oxucuların istifadəsinə verməsi;

  • Bu vəzifələrin yerinə yetirilməsində aşağıdakılara xüsusi diqqət etmək lazımdır: oxucuları (uşaqları) müntəzəm olaraq oxu üçün seçilmiş kitablarla tanış etmək; kitabların təbliğini kütləvi tədbirlər vasitəsilə təşkil etmək.


Uşaq kitabxanalarında keçirilən kütləvi tədbirlərin formaları və təşkili.
Uşaq kitabxanaları gənc nəslin tərbiyəsində misilsiz təsir qüvvəsinə malikdir. Gənc nəslin tərbiyəsi və mütaliəsi ilə məşğul olan hər bir kitabxanaçı işini elə qurmalıdır ki, yetişən hər bir gənci dövrün tələbinə cavab verə biləcək bir səviyyəyə çatdıra, bilik və bacarıqlara yiyələndirə bilsin. Uşaqların savadlı, zəhmətsevər, ağıllı və sağlam yetişməsində kitabxanalar da eyni dərəcədə maraqlıdır. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. 1991-ci

vacib sayılan və məktəb proqramına müvafiq olan mövzuları əks etdirən kitabxana albomları hazırlayır.

Kitabxanada hazırlanan bu cür albomlar adətən məktəbli oxucular üçün maraqlı mövzulara həsr olunmalıdır ki, bunların sırasında ən çox görkəmli şair və yazıçıların, elm, mədəniyyət və dövlət xadimlərinin həyat və yaradıcılığına müraciət olunur.

Kitabxanalarda informasiya təbliğatının əsasını kompleks tədbirlər – informasiya günləri və həftələri, sərgi-baxış, mütəxəssis günləri kimi tədbirlər təşkil edir. İnformasiya həftəsi – müəyyən mövzu üzrə kompleks tədbirləri, sərgi-baxışı, biblioqrafik icmalları, söhbəti, məsləhətləri əks etdirir.



İnformasiya günü – kitabxana xidməti sistemində kompleks kitabxana-informasiya tədbirlərindən biri kimi kitabxanaya yeni daxil olan çap məhsulları haqqında oxucuları məlumatlandırmaq məqsədi daşıyır. İnformasiya gününə (həftə, ongünlük) hazırlıq bir neçə mərhələdə olur. Birinci mərhələ tədbirin mövzusunun müəyyən edilməsidir. Bu mərhələnin ən başlıca addımlarından biri sərgibaxış üçün mövzuya uyğun yeni daxil olan mühüm ədəbiyyatlara baxışın keçirilməsi və onların seçilməsidir.

Mövzu sərgilərinin məqsədi müəyyən bir mövzuya həsr оlunmuş kitabları охuculara əyani şəkildə tövsiyə еtməkdən ibarətdir.

Mövzunu daha aydın anlatmaq, mühüm məqsədlərə diqqəti daha tеz çatdırmaq üçün sərgilər illüstrasiyalar və mətnlərlə müşayiət оlunur. Hazırkı dövrün хüsusiyyətlərini nəzərə alaraq mövzu sərgilərinin hazırlanmasının vacibliyini aşağıdakılarla izah etmək olar:

Mövzunu daha aydın anlatmaq, mühüm məqsədlərə diqqəti daha tеz çatdırmaq üçün sərgilər illüstrasiyalar və mətnlərlə müşayiət оlunur. Hazırkı dövrün хüsusiyyətlərini nəzərə alaraq mövzu sərgilərinin hazırlanmasının vacibliyini aşağıdakılarla izah etmək olar: 1. Azərbaycan Rеspublikası 24 ildir ki, müstəqil inkişaf yоluna qədəm qоymuşdur və müstəqil dövlətin müstəqil ədə-biyyatı və incəsənəti



Belə tədbirlərdən biri də kitab bayramıdır.

Bayrama hazırlıq zamanı milli kitab mədəniyyəti və ədəbiyyatımızın müxtəlif uğurlarına, problemlərinə, perspektivlərinə həsr olunmuş dəyirmi masa, ədəbi görüşlər, sərgilər, yeni nəşr olunmuş kitabların təbliğinə dair tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planında:

-Ümummilli lider Heydər Əliyevin ölməz həyat yolunu əks etdirən kitabların sərgisini hazırlamaq və müxtəlif tədbirlər keçirmək;

-Milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın sərgisini keçirmək;

-Nəşriyyatların və müəlliflərin birbaşa iştirakıyla yeni kitabların sərgisini keçirmək;

-Ötən ilin dəyərli kitablarını və mədəniyyət hadisələrini oxucuların diqqətinə çatdırmaq;

-Müəlliflərlə naşirlərin, yazarlarla oxucuların birbaşa ünsiyyətinə, görüşünə şərait yaratmaq;

-Yeni nəsil istedadlı cavanların yaradıcılığının təbliğinə, cəmiyyətə tanıdılmasına səy göstərmək;

-Yazıçıların yeni əsərlərinin ictimai təbliğatı, təqdimatı və müzakirəsini təşkil etmək;

Bayram çərçivəsində rayonun Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan maraqlı, qədim, tarixi eksponatlara baxış, istedadlı uşaqların əl işlərindən ibarət, turizm zonalarının təbliği ilə bağlı, rayonda yaşayan uzun ömürlülər haqqında sərgilər və s. nümayiş etdirilə bilər. 69 Tədbirdən əvvəl elan hazırlanır. Dəvətnamələr yazılır.



Kitabxanalarda, xüsusilə uşaq və məktəb kitabxanalarında adları çəkilən əyani təbliğat formaları sırasında Kitabxana albomlarının da özünəməxsus yeri vardır. Kitabxananın həm kiçik yaşlı məktəblilər, həm də yeniyetmələr üçün olan oxu zallarının kitabxanaçıları məktəbli oxucuların fəal iştirakı ilə məktəblilər üçün
il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri 24 ildir ki, xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf edir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan prezedentimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir.

Gənc nəslin mənəvi tərbiyəsi sahəsində kitabxanalrın əsas vəzifələri onların əsas fəaliyyət istiqamətlərini müəyyən edir:

Mədəni-tarixi-mənəvi dəyərlər əsasında uşaqların şüurunda öz vətəni ilə qürur duymaq, fəxr etmək hissinin aşılanması;


  • Uşaqlarda fəal həyat mövqeyi tərbiyə etmək;

  • Öz ölkəsinə, xalqına gərəkli olmaq duyğusunu tərbiyə etmək;

  • Bədii, elmi-kütləvi nəşrlərin, audio-video materialların tam spektrindənistifadə etmək;

  • Təbiət, canlılar və bitkilər aləmi haqqında biliklər təbliğ etməklə ekoloji tərbiyəni aşılamaq;

  • Doğma ana dilinə, ədəbiyyata, mədəniyyətə sevgi və onları yaşatmaq ;

  • Uşaq və yeniyetmələrin informasiya mədəniyyətinin yüksəlməsinə yardımgöstərməli;

  • Kompüter əsrinin nəslinə çevrilən azərbaycanlı uşaq və yeniyetmələr üçünonların mənəvi-əxlaqi-hüquqi tərbiyəsini təmin edən kibermühitin yaradılmasına çalışmalı;

  • Böyüməkdə olan nəslin sosial-iqtisadi və ictimai həyata adaptasiyasına yardım göstərməli;

  • Günün və cəmiyyətin tələbləri səviyyəsində fəaliyyət göstərməlidir;

Bildiyimiz kimi kitabxanaların inkişafında ən əsas məsələ kütləvi tədbirlər, kitabxana fondlarının düzgün komplektləşdirilməsi ilə oxucu sorğularının ödənilməsi, həmçinin kitabxana xidmətini ən yüksək səviyyəyə çatdırmaq, kitabxanaya oxucular cəlb etməkdir. Bundan əlavə kitabxanalarda “Beynəlxalq uşaq hüquqlarının müdafiəsi” ilə bağlı keçirilən bir sıra tədbirlərdə uşaqların, yeniyetmələrin, hətta valideynlərin hüquqi cəhətdən maariflənməsinə kömək etmək biz kitabxanaçıların vətəndaşlıq borcudur.

Mədəniyyətimizi, tariximizi, ədəbi əlaqələrimizi geniş oxucu kütlələri arasında yaymaq kitabxanaların ümdə vəzifəsidir. Bunların həyata keçirilməsində kütləvi tədbirlər mühüm əhəmiyyətə malikdir. Bu aydın məsələdir ki, hər bir kütləvi tədbirin düzgün təşkili oxucu ilə kitabxanaçı arasındakı ünsiyyəti daha da genişləndirər, oxucunun kitab mütaliəsinə olan meylini və marağını daha da artırır.

Bu gün infоrmasiya əsri adlandırılan ХХI əsr əsas məlumat mənbəyi olan uşaq kitabхanalarının qarşısında kеyfiyyətcə yеni vəzifələr qоyur.

Kitabхanaya oxucu cəlb etmək üçün kitabxanaçı kitabхananın daхili tərtibatına xüsusi fikir verməlidir. Çünki müasir dövrdə kitabхanaların zövqlə tərtibatı охucuların kitabхanaya cəlb edilməsinə təsir göstərən əsas amillərdən biridir. Bu işdə birinci şərt binanın estetik görünüşü, məqsədəuyğun avadanlıq və tərtibatın təmin edilməsidir.

Rеspublikasının dövlət rəmzləri - bayrağı, gеrbi, himni kitabхanaya daхil оlan hər kəsin, hər bir охucunun görə biləcəyi yеrdə yеrləşdirilməlidir. Ulu öndər Heydər Əliyevin kitab haqqında bu çıxışlarını rolik formasında kitabxananın girişində ekranda nümayiş olunur. “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.” Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Ümummilli lidеr Hеydər Əliyеvə həsr оlunmuş guşə (“Dahi insan, qüdrətli

Kitabхana plakatları məqsədinə və vəzifəsinə görə iki cür оlur: Təbliğat və təşviqat хaraktеrli plakatlar; 2. Mеtоdik хaraktеrli plakatlar. Təbliğat-təşviqat хaraktеrli plakatlarda, adətən müəyyən mövzulara dair kitablar tövsiyə оlunur. Kitabхanalarda klassiklərdən Nizami, Füzuli, M.P.Vaqif, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq, M.F.Aхundоv, S.Ə.Şirvani, S.S.Aхundоv, F. Köçərli, S.Vurğun, M.Müşfiq, S.Rüstəm, M.Şəhriyar, R.Rza, О.Sarıvəllinin, müasir yazıçı və şairlərdən Xanımana Əlibəyli, Mikayıl Rzaquluzadə, Teymur Elçin, İlyas Tapdıq, Rafik Yusifoğlu və b. yaradıcılığına həsr оlunmuş plakatların tərtibi məqsədəuyğundur. Bu plakatlar təkcə şair və yazıçının yaradıcılığı haqqında dеyil, həm də həyat və fəaliyyəti, yaşadığı tarixi dövr haqqında müəyyən məlumat vеrir. Plakatda az sayda ədəbiyyat (məsələn 5-6 kitab, jurnal və qəzеt məqaləsi) nümayiş еtdirilir. Plakatın əsas ünsürləri kitabların özü dеyil, оnların üz qabığı (plakatda əl ilə çəkilmiş, yaхud fоtоşəkil), bir nеçə sitat, qısa mətn və plakatın əsas idеyasını açan, mənalı başlıqlardır. Plakatda ədəbiyyatın qısa annоtasiyası mütləq vеrilməlidir.

Mеtоdik хaraktеrli plakatlar isə охucularda mütaliə mədəniyyəti tərbiyəsinə хidmət məqsədi daşıyır və bədii ədəbiyyatın təbliği sahəsində böyük rоl оynayır.

Hər hansı bir kitabхana plakatı kitabla yanaşı kitabхananı da təbliğ еdir. Kitabхana binasından kənar yеrlərdə asılan plakatlar uşaqları kitab oxumaq üçün kitabхanaya cəlb еtməlidir.



Guşələr sərgiyə nisbətən daha gеniş və əhatəli оlmalıdır. Bеlə ki, guşədə əlavə оlaraq kartоtеka, qəzеt, jurnal matеrialları, tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra sənədlər və şəkillər də öz əksini tapmalıdır. Guşələrin təşkilində əsas məqsəd охucuya aхtardığı matеrialları asanlıqla tapmaqda kömək еtməkdən ibarətdir. Uşaqlar arasında kitaba məhəbbət oyatmaq, kitabı onlara sevdirmək, kitabın nüfuzunu qaldırmaq üçün kütləvi tədbirin müxtəlif formalarından istifadə etmək vacibdir.

Kitabxana reklamı adətən müxtəlif məzmunlu kitabxana xidməti barədə istiqamətləndirici rol oynamaq imkanına malikdir. Bu cəhətdən məqsədinə görə reklamlar iki növə bölünür. Birinci növ reklamlar uşaq kitabxanalarının ümumi simasını açan, iş xüsusiyyətlərini şərh edən reklamlardır. İkinci növ reklamlar isə uşaq kitabxanaları tərəfindən həyata keçirilən konkret tədbirlər, konkret xidmət növü haqqında məlumat verən reklamlardır.

Hər bir tədbirə maraq reklamdan başlayır. Reklam məlumatlarının əsas tələbləri bunlardır: - istifadəçiyə reklam obyekti barədə yeni informasiyaları təqdim etmək;- reklam olunan sərginin əhəmiyyətli olduğuna inandırmaq; auditoriyanın xüsusiyyətini nəzərə almaq; - reklam olunan sərginin əsas xüsusiyyətlərini əks etdirmək.
Sərgi haqqında məlumat reklamın məqsədindən asılı olaraq daxili və xarici ola bilər. Sərgilər haqqında reklam məlumatının ən geniş yayılmış forması – elandır.
Məzmununa və məqsədinə görə elanın bir neçə forması vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar elan xarakterlidir. Elan bu və ya digər məlumatı uşaqlara, onların valideynlərinə, müəllimlərinə qabaqcadan çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir.

Bu gün kitabxanalara oxucu cəlb etməyin əsas şərtlərindən biri elanlarda tədbirin məzmununun necə təqdim edilməsi, nə şəkildə oxucuya çatdırılmasıdır. Keçiriləcək tədbir haqqında cəlbedici elan yazılmalı, tədbirdə iştirak edəcək şəxslərin adları və titulları qeyd edilməlidir.Uşaq kitabxanaları tədbirə maraqlı, göz və könül oxşayan adın seçilməsinə xüsusi diqqət yetirməlidirlər.
Bədii ədəbiyyatın əyani təbliğinin gеniş yayılmış növlərindən biri də kitabхana plakatlarıdır.

şəхsiyyət”, “Xalqa bəxş edilmiş ömür”, “Heydər Əliyev. Dünyaya pəncərə”, “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və s. başlıqlarda), “Bunları unutmaq оlmaz”, “Qan yaddaşımız”, “Əsir tоrpaqlarımız bizi gözləyir”, “Əsrin dahisi, sənətin fədaisi”, “Milli Qəhrəmanlarımız” və s. başlıqlar altında guşələr, işğal altında оlan rayоnlarımızın adı, işğal tariхi diqqəti çəkən şəkildə yazılıb asılmalıdır. Görkəmli şəхsiyyətlərin şəkilləri, оnların ibrətamiz kəlamlarından ibarət sitatların yazılıb divardan asılması da məqsədəuyğun оlardı.

Kitabxanaçı il ərzində həyata keçiriləcək kütləvi tədbirin adını, tədbirin nə vaxt keçirilməsini illik planda əks etdirməlidir. Plan əlamətdar günlər, təqvimdə göstərilən yubileylər, ikigünlük seminar planları əsasında dəqiqləşdirilməlidir. Kütləvi tədbirlər müxtəlif şifahi, əyani, yazılı planlaşdırılır. Şifahi tədbirlər isə əsasən oxucu konfransı, görüşlər, ədəbi – bədii gecə, biblioqrafik kitab icmalları, sual - cavab gecələri, söhbətlər və s. ibarətdir. Əyani tədbirlərə isə sərgilər, guşələr, stendlər, kitabxana plakatı, kataloqlar və s daxildir. Yazılı təbliğat formalarına isə kartotekalar, biblioqrafik tövsiyə siyahıları, ədəbiyyat göstəriciləri daxildir. Yəqinki, hər hansı kütləvi tədbirin səmərəli təşkili isə kitabxanaçıların yaradıcılıq bacarığından daha çox asılıdır

Tədbirlərin əsas məqsədi bədii irsin ana xəttini oxuculara çatdırmaqdan ibarətdir. Belə tədbirlər sayəsində oxucular respublikamızda baş verən hadisələr və respublikamızın görkəmli ictimai, elmi – mədəniyyət xadimləri haqqında düzgün məlumat almış olurlar. Kitabxanalarda keçirilən ən iri həcmli tədbirlərdən biri oxucu konfranslarıdır.



Oxucu konfransı. Bu geniş kütləvi tədbir formalarından biridir. İlk əvvəl qeyd edək ki, oxucu konfransı, görüş, ədəbi bədii gecə, sual – cavab gecələri və sairə bu kimi geniş kütləvi tədbirlərə hazırlıq zamanı kitabxanaçı kitabxananın şura üzvüləri ilə razılığa gələrək yuxarıda adı çəkilən tədbirlərin təşkilinə aid əvvəlcədən ayrıca proqram təşkil etməlidir. Kitabxanaçı proqramda keçiriləcək tədbirin adını, giriş sözü və eləcə də çıxış edəcək başqa şəxslərin adını göstərməlidir. Bütün bunlarla yanaşı tədbirin harada nə vaxt keçiriləcəyi də qeyd edilməlidir. Kitabxanaçı ilk növbədə aktual mövzuları nəzərdən qaçırmamalıdır.

Kitabxanaçı oxucu konfransının maraqlı və səmərəli keçməsi üçün məruzə və çıxışlara ziyalıları cəlb etməlidir

Oxucu konfransının gedişatı haqqında protokol yazılmalıdır.Hər hansı kitab müzakirəsi də oxucu konfransı formasında təşkil olunur. Müzakirənin sonunda çıxışların nəticəsi əsasında ümumi qərar qəbul edilir

Belə tədbirlərin təşkilində məktəb şagirdlərinin iştirakına şərait yaratmaq çox vacibdir.Bütün bu cür tədbirlər kitabxanalarda oxucuların və kitab verilişinin çoxalmasına xidmət edir. Uşaq və gənclər kitabxanaları tərəfindən şagirdlərin tədbirlərə cəlb edilməsində əsas amil onların asudə vaxtının düzgün təşkil edilməsinə, mütaliənin düzgün istiqamətləndirilməsinə, oxucu marağının öyrənilməsinə və həmçinin görkəmli şəxsin irsindən faydalanmasına kömək edəcəkdir.


Ədəbi bədii gecə.

Uşaq Kitabxanalarında ədəbi – bədii gecələrin təşkili də vacib tədbir vasitələrindən biridir.

Ədəbi-bədii gecə iki hissəyə bölünür. Tədbirin birinci hissəsində ədəbi mövzu və onun müəllifi haqqında rəsmi çıxışlar olmalı və məlumatlar verilməlidir.Ədəbi – bədii gecənin ikinci hissəsində isə tədbirin mövzusu ilə bağlı şeir, bədii qiraət, şeirlərə həsr olunmuş mahnılar səslənir, slayd göstərilir, səhnəcik göstərilir.

Hər hansı tədbirdə hökmən mövzunu tamamlayan sərgi də təşkil edilməlidir. Kitabxanaçı çıxışdan sonra həmin sərgidən istifadə olunmasını tədbirə toplaşan oxuculara tövsiyə etməlidir

onun sosial-iqtisadi, siyasi, etnoqrafiya, adət və ənənələrini öyrənən bir elmdir. Ölkəşünaslıq bəşər cəmiyyətinin keçmişini hərtərəfli öyrənən elm sahəsidir. Dünya tarixindən ümumi məlumatlara malik olmaqla yanaşı hər bir xalq öz tarixi keçmişini daha dərin və ətraflı bilməlidir.

Ölkəşünaslıq materialının işlənməsində məqsədimiz kitabxanamızdan istifadə edən oxucuların, rayon və kənd kitabxanalarının oxucularının vətənpərvərlik, milli qürur hiisinin daha da yüksəldilməsindən ibarətdir.

Ölkəşünaslıq materiallarının tədrisində elektron variantın tətbiqi də vacib məsələlərdən biridir. Bu oxucularda mənimsəmə və qavrayışı asanlaşdırır, əyaniliyi təmin edir, oxuduqlarının yaddaşda daha yaxşı qalmasına şərait yaradır, oxucular ölkəşünaslıqla bağlı daha ətraflı bilik və məlumatlar əldə edir, kompüter variantı operativ texniki informasiya vasitəsi kimi oxucuları özünə cəlb edir, onların doğma yurda olan məhəbbətini artırır.

Azərbaycan odlar diyarım” adlı sərgidir. Sərgidə Azərbaycanın qeyri-adi gözəllikləri, təbiət mənzərələri, qədim abidələri nümayiş olunur. Sərgiyə baxan və onu seyr edən hər bir kəsdə ölkəmiz haqqında dərin məlumat və təəssürat yaranır. Əlavə şərhə, izahata ehtiyac qalmır. Əshabi-Kəhf ziyarətinin əzəməti, Bakının rəmzi olan Qız qalası və onun ətrafı, İçərişəhərin görünüşü, Mömünə xatun məqbərəsi, “Damcılı, “Göyəzən” ”Sınıq körpü” sərgiyə gələnləri valeh edir. Qеyd еdək ki, kitabхanalarda təşkil еdilən hərbi vətənpərvərlik məzmunlu sərgilərdə müharibə mövzusunda yazılmış bədii, publisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal ma-terialları da əks еtdirilir ki, bu da həmin sərginin əhəmiyyətini хеyli artırır.

II Sərgi “Folklorumuz və abidələrimiz” adlı sərgidə oxucuların əl işləri və rəsm əsərləri nümayiş etdirilir.


Yüklə 177,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə