Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

60
 
 
onun nəticələrini düzgün təyin etmək bacarığı yalnız 
dahilərə məxsusdur. Cavid gələcək müharibədə faşiz-
min məğlubiyyətini labüd bilirdi. O duymuşdu ki, qa-
lib  gələn  demokratik  qüvvələr  məğlub  olan  irticanın 
məhkəməsini onların öz ölkəsində, öz vətəndaşlarının 
iştirakı  ilə  aparacaq  və bu  proseslərdə  bütün  beynəl-
xalq  sülhsevər  insanlar  iştirak  edəcəklər.  Elə  təkcə 
Nürnberqdə  müharibə  canilərinə  qurulmuş  beynəl-
xalq  mühakiməni  buna  misal  göstərsək,  kifayətdir. 
Alman,  italyan  və  yapon  faşizminə  qurulan  məhkə-
mələr həmin ölkələrin ərazisində, geniş xalq kütlələri-
nin  gözü  qarşısında  olmuşdur.  “İblisin  intiqamı”nda 
sovet nümayəndəsinin əsərin sonunda söylədikləri bu 
baxımdan Cavidin peyğəmbərliyi idi. 
İrihəcmli əsərlərinin, demək olar ki, hamısında bu 
və  ya  digər  tərzdə  ədəbiyyatımıza  yeniliklər  gətirən 
böyük sənətkar burada da öz ənənəsini davam etdir-
mişdir. “İblisin intiqamı”ədəbiyatımızda ictimai-siya-
si  məzmunda  yazılıb  böyük  beynəlxalq  məclislərin 
bədii təsvirini verən ilk dram əsəridir. 
Pyesi  dəfələrlə  oxuyub, Cavidin  digər  dram  əsər-
ləri ilə müqayisəli surətdə tədqiq edəndən sonra gəl-
diyimiz  nəticə  ondan  ibarətdir  ki,  ”İblisin  intiqamı” 
dil və bədii cəhətdən onun digər əsərlərindən kəskin 
surətdə fərqlənir. Bədiilik baxımından onu deyə bilə-
rik ki, əsərin əlimizdə olan variantı Cavidin sənətkar-
lıq  cəhətdən  ən  zəif  əsəridir.  Pyes,  əsərin  tamamlan-
mamış bir qaralama variantını xatırladır. Bizi bu şüb-
hələrə  gətirib  çıxaran  ikinci  pərdədən  sonra  əsərdə 
olan  natamamlıq  və  tələskənlik,  pyesin  dili,  oradakı 
şeir  parçalarıdır.  Əsərin  birinci  və  ikinci  pərdəsində 


61
 
 
olan hadisə və məzmunun genişliyini və gərginliyini 
üçüncü,  dördüncü  və  beşinci  pərdələrdə  görmürük. 
Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır-
ladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil 
vardır.  Bu  dil  onun  məişətdəki  dilindən  fərqlidir. 
Onun  nəsrlə  yazılmış  son  dram  əsərləri  “Topal  Tey-
mur”  və  “İblisin  intiqamı”dır.  “Topal  Teymur”dakı 
dil  Cavidin  “Maral”,  “Şeyda”və  “Afət”kimi  əsərləri 
ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil 
onun  məktublarının  üslubuna  və  leksikasına  yaxın-
dır.  Deməli,  Müşkinaz  xanımın  köçürdüyü  və  bizə 
gəlib  çatan  bu  nüsxə  əsərin  son  bitkin  variantı  deyil. 
Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap-
mamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir-
lərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci 
pərdədə  qaraçıların,  ikinci  pərdədə  Xalidin  oxuduğu 
parçalar bədii cəhətdən çox güclü olduğu halda, dör-
düncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyəti-
nin tələblərinə cavab vermir.  Müqayisə üçün onların 
hərəsindən  bir  bəndə  diqqət  yetirək.  Birinci  pərdədə 
qaraçıların:       
 
İnsan ömrü dalğa kimi keçər, gedər.            
Hər gələn bir sevgi yolu seçər, gedər.     
Dərdi burax, zövqünə bax, unutma ki,        
Hər kəs əcəl badəsini içər, gedər. 
 
–  şərqisi  heca  vəzninin  12-lik  ölçüsündə  dörd  hecalı 
bölgülərin  üç  dəfə  təkrarı  ilə  yazılmışdır.  Nə  forma, 
nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə-
tası olan bu şeir sənətkarlıq nümunəsidir. 


62
 
 
 
İkinci pərdədə Xalidin nəğməsi:       
Səni ürkütdümü halım, çiçəyim!        
Öylə yan baxma, aman sevdicəyim!           
O baxışlar, o duruşlar, o əda               
Qoparır fırtınalar ruhumda.              
 
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl nö-
vündə-fə'ilAtün  fə'ilAtün  fə'ilün  ölçüsündə  yazılmış-
dır.  Bədiilik,  vəzn,  qafiyə  və  mənasına  irad  tutmaq 
mümkün  deyil.  İndi  isə  dördüncü  pərdədəki  şeirin 
bir parçasına diqqət edək: 
 
Alqış sevda gecələrini oxşayan qaranlıqlara! 
Alqış qaranlıqlar içində süzülən işıqlara!              
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!    
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!  
 
Nə  əruz,  nə  də  heca  vəzninə  uyğun  gələn  ritorik 
sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yara-
dıcılığında  belə  bir  şeyə  rast  gəlməmişik.  Müasirləri 
içərisində  vəzn  baxımından  ən  yüksək  pillədə  duran 
bir şair belə bir yazını şeir formasında tamamlanmış, 
bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu 
üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl 
gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki  


63
 
 
monoloqlara  bənzər  tərzdə  bu  əsərdə  də  nəsə  yarat-
malı idi. Əlimizdəki varianta əsasən əsərin natamam-
lığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar-
xivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı 
doğruldub  aradan  götürə  biləcəyinə  ümidimiz  çox-
dur. 
 
“Elm” qəzeti. 31 oktyabr, 2006-cı il. № 31-32 
 
 
 
 
 
 
 
 
 
 
 


64
 
 
 
 
 
 
 
 
 
 
 
 
II FƏSİL 
Ədəbiyyatşünaslıq və ədəbi köşə 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə