Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   2   3   4   5   6   7   8   9   ...   40

20
 
 
   – deyən Cavid romantizmində qadın azadlığı prob-
leminin  necə  böyük  önəm  daşıdığı  müəyyənləşdiril-
mişdir. 
Elmi  işimin  üçüncü  fəsli  “H.Cavidin  romantik 
qəhrəmanları  inqilab  və  müharibə  kontekstində”  ad-
lanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi 
mahiyyəti”  adlı  birinci  bölmədə  H.Cavidin  inqilaba 
münasibəti araşdırılmışdır. 
Sovet  dövründə  H.Cavid  yaradıcılığına,  xüsusilə 
də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-
çəklikdən  kənar  münasibət  bəslənilmişdir.  Bu  qəbil-
dən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, 
vəzifə  hərisləri,  “ölüm  qədər  zəhərli”  həyatda  yaşa-
mağı  üstün  tutanlar,  Cavidi  proletar  inqilabının  ma-
hiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə 
H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-
ni  şəkildə  Cavid  yaradıcılığında  Sovet  ideologiyasını 
təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin 
də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu 
fəsildə Cavidin inqilab və müharibə kontekstində təq-
dim  etdiyi  qəhrəmanlar  ədəbiyyatşünaslıqda  rastlaş-
dığımız yanlış təhlillərlə polemikada tədqiq olunur. 
XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-
siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-
ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biga-
nə  qalmamış,  dahiyanə  fikirlərini  “Şeyda”,  “Knyaz” 
pyesləri  və  “Azər”  poeması  ilə  ortalığa  qoymuşdur. 
Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir 
əsərdə  tələskənliyə  yol  verməmiş,  xeyli  düşünüb-da-
şındıqdan  sonra  ortalığa  çıxarmışdır.  Apardığımız 
tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 


21
 
 
“Cavid  proletar  inqilabının  mahiyyətini  anlamır”  ki-
mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xal-
qın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı 
vəziyyətini  görərək  müasir  və  aktual  mövzuda  qələ-
mə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqi-
labının  qələbəsi  nəticəsində  bir  sinif  kimi  əzilən, 
məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks 
etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-
tərmişdir. 
H.Cavidin  romantikasının  özünəməxsusluqların-
dan biri də onun bir mövzuya müxtəlif prizmalardan 
baxmasıdır. Ümumilikdə, inqilabi şair olmayan Cavid 
inqilabın  təntənəsini  alqışlasa  da,  məğlub  olan  sinfin 
də bəlalarını, problemlərini göstərməyi özünə borc bi-
lərək “Knyaz” faciəsini yaratmışdır.  
Üçüncü fəslin ikinci bölməsi “Müharibə; ideologi-
ya və tarixi şəxsiyyət” adlanır. Bu bölmədə bəşəriyyə-
tin ən böyük faciəsi olan müharibəyə Cavidin  müna-
sibəti, ideoloji görüşləri təhlil edilmişdir.  
Dramaturq  müharibə  problemini,  əsasən,  “İblis”, 
“Topal  Teymur”,  “Səyavuş”,  “İblisin  intiqamı”  dram 
və  faciələrində  qaldırmaqla  yanaşı,  “Xəyyam”,  “Pey-
ğəmbər”  dramları,  “Azər”  poeması  və  digər  irili-xır-
dalı əsərlərində də bu mövzuya toxunmuşdur. Dövr, 
tarix baxımından bu mövzu Cavidin əsərlərində uzun 
bir  müddəti  əhatə  edir.  Dahi  sənətkar  bu  mövzuya 
daxil etdiyi bütün əsərlərində müharibələri bəşəriyyə-
tin fəlakətləri kimi qiymətləndirmiş, ona şər qüvvələ-
rin törətdiyi bir faciə kimi baxmışdır. Bəşəriyyəti heç-
liyə  sürükləyən  bu  problemi  aradan  götürmək  üçün 
bütün insanların və böyük tarixi şəxsiyyətlərin şərdən 


22
 
 
uzaqlaşıb, xeyir ətrafında, sülhsevər insanların huma-
nizm cəbhəsində birləşməsini vacib bilmişdir.  
Dünyanın həmişə ikilikdən – xeyirlə şərin mübari-
zəsindən ziyan gördüyünü anlayan şairin düşüncələri 
bu gün siyasətdə “ikili standart” deyilən bir terminlə 
ifadə olunur. Cavidşünas Əjdər İsmayılovun təbirincə 
desək, necə ki, planetimizdə hərb allahları, həyata və 
insan  səadətinə  zəhər  qatan  ölüm  mələkləri  yaşayır, 
Cavidin  demonik  poeziyası  öz  estetik  təsirində  qalır, 
ideya kəsərliliyi ilə hər zaman mübarizənin ön cəbhə-
sində  dayanmış  olur.  Elə  buna  görə  də  adı  çəkilən 
əsərlərdə  Cavidin  qəhrəman  konsepsiyasını  XX  əsrin 
qlobal hadisələri işığında tədqiq etməyə çalışmışıq. 
Dissertasiyanın  dördüncü  fəsli  “H.Cavidin  dini-
fəlsəfi  baxışları  və  romantik  qəhrəmanı”  adlanır.  Bu 
fəsildə  “Şeyx  Sənan”,  “Peyğəmbər”  və  “Xəyyam” 
pyesləri tədqiqata cəlb edilmişdir. Adı çəkilən əsərlər-
də dramaturqun qarşıya qoyduğu məqsəd haqqa-hə-
qiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun 
geniş  həcmdə  bədii  həllini  vermək  olmuşdur.  Şeyx 
Sənan da, Peyğəmbər də, Xəyyam da – hər üçü haqq-
həqiqət  yolunda  müxtəlif  təsəvvürləri  olduğu  kimi, 
ona qovuşmaq yolları da müxtəlifdir. 
Ömürboyu  həqiqət  axtarışında  olan  dahi  şair  Ca-
vid tiranı göydə yox, yerdə axtarıb. Lakin şairin yara-
dıcılığını tədqiq edən bəzi alimlər nədənsə Cavidi Al-
lahsız, ateist bir insan kimi qələmə verməyə çalışıb və 
onun ideyalarından çıxış edərək yerdəki bəlaların sə-
bəbkarının göylərdə olduğunu sübut etməyə çalışırdı-
lar,  lakin  Cavid  yaradıcılığını  tədqiq  edəndən  sonra 


23
 
 
görürük  ki,  Cavid  heç  vaxt  Allahsız,  dinsiz  olmayıb, 
sadəcə olaraq  o, 
  
 
 
 
 
Şübhədir hər həqiqətin anası, 
Şübhədir əhli-hikmətin babası  
 
  –  deyərək  haqqa  gedən  yolun  şübhədən  keçdiyinə 
inanan  bir  insan  idi.  Bəzən  bu  fəlakətlərdən,  dəhşət-
lərdən, vəhşətlərdən usanıb yaradana da qarşı üsyan-
çı  bir  mövqedə  dururdu.  Bizim  fikrimizcə,  bu  da 
müdrikliyə  doğru  gedən  yolun  başlanğıcında  hər  bir 
bəşər övladının keçirə biləcəyi psixoloji haldır.  
H.Cavid  özü  müdrikləşdikcə,  inkişaf  etdikcə,  hə-
qiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri 
də  dəyişir,  sanki  haqqa  doğru  gedən  pillələri  bir-bir 
keçir.  Daima  bəşəri  və  əbədi  ideyaları  diqqət  mərkə-
zində saxlayan filosof-şairin bütün yaradıcılığı böyük 
bir fəlsəfi konsepsiya təşkil edir, desək, yanılmarıq.  
Fəlsəfi  ideyalarını,  əsasən,  “Şeyx  Sənan”,  “İblis”, 
“Peyğəmbər”  və  “Xəyyam”  kimi  əsərlərində  təqdim 
edən  şair  bütün  yaradıcılığı  boyu bir  hədəfə  vuraraq 
bəşər  övladını  bir  Allaha,  vahid  dinə  qulluq  etməyə, 
şərin  yaranmasına  və  böyüməsinə  xidmət  edən  nəfsi 
boğaraq  kamilləşməyə  çağırır.  H.Cavid  bu  idealına 
həmişə sadiq qalmış Peyğəmbərin dili ilə bir  cür 
  
 
Bən məhəbbət əsiriyim.. hər an, 
Hər zaman özlərim bir öylə cihan 
Ki, bütün kainatı eşq olsun. 
Könül uçduqca etila bulsun. 
Qandan əsla görülməsin də əsər


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə