Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   32   33   34   35   36   37   38   39   40

173
 
 
gözündə  nifrətəlayiq  bir  obraz  kimi  inkişaf  etdirilsə 
də, müəllif sonda bu vəhşi obraza qarşı oxucuda mər-
həmət  hissi  yaratmağı  bacarır.  Əsərin  son  bir  neçə 
cümləsi  bu  hissi  oxucuda  yaratmağı  bacarır:
 “İndicə 
ölüm xəbərini aldığı amansız qatil, Bəşirlinin nəzərin-
də on səkkiz yaşı yenicə tamam olmuş sütül, kömək-
siz və əzilmiş sıravi Azərbaycan əsgəri idi. Bir az əv-
vəl  oxuduğu  məktubun  təsirindən  çıxa  bilməmişdi. 
İndi polkovnik keçmiş əsgərin ölümünə kədərlənəcə-
yini,  yoxsa  qatilin  öldürülməsinə  görə  sevinəcəyini 
müəyyən edə bilmirdi...”
 
Müşfiq  XANın  əvvəlki  əsərlərindən  fərqli  olaraq 
bu  əsərdə  keçmiş  polkovnik,  detektiv  Tomar  Bəşirli-
nin rolu az hiss olunur. Bu da müəllifin obrazı ilə ob-
razlaşması prinsipindən vaz keçməsi deməkdir. Çün-
ki  Müşfiq  XAN  bir  çox  əsərlərinin  qəhrəmanı  olan 
mayor Qüdrətovu elə bir sevgi ilə yaradırdı ki, sanki 
obrazına  valeh  olmuşdu.  Hətta real  söhbətlərində  də 
onun təəssübünü belə çəkirdi. Lakin bu əsərdə Tomar 
Bəşirlinin rolu demək olar ki, şişirdilmədən, pafosdan 
uzaq  yaradılmışdır.  Şair  Əhməd  obrazı  hardasa  mü-
əllifin prototipidir deyə bilərik. Onun şairanəliyi, sər-
bəst düşüncə sahibi olması, bəşəri problemlərə satirik 
üslubda göstərdiyi münasibət diqqət çəkir. 
Əhməd dostu olmuş qatil – Zahid haqqında sorğu-
ya  çəkilən  zaman,  müstəntiqin  sakit-sakit  onu  dinlə-
məsi  zamanı:  
Yoldaş  müstəntiq,  deyirəm,  sənin  di-
lində  bilməyən  bir  fağır,  həm  də  kar  adam  ola.  Otu-
rub  onunla  yavanlıqsız  yıxılana  qədər  içəsən.  Sonra 
da qoyasan qarşına bütün dərdlərini danışasan ona
”, 
 deyir. Bu bir cümləlik fikir bir insanın mənəvi boş-


174
 
 
luğundan,  dərdlərini  eşitmək,  dinləmək  gücündə  ol-
mayan  bəşəriyyətə  üsyanı  idi.  Hər  bir  insan  dərdini 
bölüşə  biləcək  birini  axtarır  həmişə.  Cəmiyyət  üçün 
təhlükəyə  çevrilmiş  Zahid,  Əhməd  üçün  ən  yaxşı 
həmdəm  idi.  Onun  şeirlərini  oxuyar,  münasibətini 
bildirərdi həmişə. Sanki müstəntiqi ələ salaraq deyir: 

 Adam  var  ki,  it  balasıdır,  amma  ona  küçük  demir-
lər. Adam  var  öz  qələtini eləyir,  adam  da  var  başqa-
sının. 
Digər  bir  məqamda  isə  Müstəntiqin:  –  Ailəsi, 
qohumu-əqrəbası  harda  qalır?  –  sualına  belə  cavab 
verir: –
 Onun heç kimi yoxdur. Tənhadır mənim kimi. 
Tənhalıq qəliz məsələdi. Qəliz qərarları isə həmişə sa-
də insanlar verir, yoldaş müstəntiq.
 
Bu fikirlərlə müdrik kimi təqdim edilən şair sanki 
müstəntiqə qatilin elə  də  professional  olmamasından 
xəbər  verir.  Sadəliyin  özünün  belə  qəliz  olduğunu 
vurğulayır. Müəllif bütün Şərq ədəbiyyatında işlənən 
“şair”  priyomunu  detektiv  janrında  mükəmməl  for-
mada  təqdim  edir.  Bütün  şairlərin  daima  daxilində 
tənhalıq  hissi  keçirməsinə  eyham  vurur.  Bu  tənhalıq 
Hüseyn  Cavidin  Xəyyamının,  Cəlilin  İsgəndərinin 
tənhalığı idi. Əhmədlə Zahidin bir dialoqu bu baxım-
dan çox maraqlıdır: 
“– Kədəri neynirsən şair? Varsa, bir qurtum sevinc 
süz, ciyərim yanır.
 
Cavab  Əhmədin  xoşuna  gəldi.  Qolunu  dostunun 
boynuna aşırdı:
 
–  Hamı eyni  gündə  kədərlənib, eyni  gündə  sevin-
səydi insanlar bir-birini daha yaxşı anlayardılar, şair. 
Elə deyilmi?
 


175
 
 
– Özünə həsrət qalan insanlar var şair. Sən də gör 
nəyi qoyub, nədən danışırsan”.
 
Bu ifadələrdən də görünür ki, qatil intellektual sə-
viyyəsi yüksək olan bir obrazdır. Təsadüfi deyil ki, o 
özünü sevgililərinə şair kimi tanıdırdı. 
Əsərin  ən  vacib  məqamlarından  biri  qatilin  qur-
banlarının sosial mənşəyidir. Düzdür, qatil üçün Gü-
nay  adlı  qızların  sosial  mənşəyi  önəmli  deyil.  Lakin 
görünür müəllif üçün bu çox önəmlidir. Həm də çox. 
Çünki  qatilin  girovuna  düşən  qızları  müəllif  bu  cür 
təqdim edir: 
1. Günay Əhmədova – satanistlərə qoşulduğu ehti-
mal olunur. 
2. Günay İbrahimova – “İBDA-C” adlanan təşkila-
tın üzvü, PKK ilə bağlılığı var. 
3.  Günay  Əliyeva  –  orta  məktəbin  on  birinci  sinif 
şagirdi. 
Gördüyümüz kimi, müəllif bəlaya düçar olan qız-
ların hər üçünün də məişətdəki problemli həyat tərz-
lərini  qabartmağa  çalışmışdır.  Əgər  onların  düzgün 
həyat tərzi olsa idi, deməli, onları daha sağlam həyat 
qarşılaya  bilərdi.  Bu  gün  bütün  sosioloqların  gəldiyi 
qənaət  budur  ki,  ailə  sağlam  olarsa,  övladlar  da  sağ-
lam  ruhda,  sağlam  mühitdə  böyüyə  bilər.  Halbuki, 
Günayların  hər  üçünün  də  problemi  darmadağın  ol-
muş ailədən gəlir. 
Düzdür,  Günay  Əhmədova  saf  sevginin  qurbanı 
olmuşdur. Lakin onun onu dinləyən və dərdinə şərik 
ola biləcək ailəsi olsa idi, o zaman həyatı tamam baş-
qa cür ola bilərdi. Atanın bivec olması oğlunun da, qı-
zının  da  bədbəxtliyə  düçar  olmasına  gətirib  çıxardı. 


176
 
 
Və ya digər Günay İbrahimovanın bu gün Şərqi bürü-
yən terrorizmin təsiri altına düşməsi, Türkiyədəki ic-
timai-siyasi mühitin ona da təsir etməsi, PKK liderlə-
rinə təklif edilməsi insanlığın faciəsidir ki, müəllif bu-
nu  bizə  Günayın  timsalında  göstərməyə  çalışır.  Bu 
motivə  Orxan  Fikrətoğlunun  “Tək”  romanında  da 
rast gəlirik. “Tək” romanı da dini qruplaşmaların, di-
ni  fanatizmin  törətdiyi  bəlalara  həsr  edilib.  Üçüncü 
Günay  isə  məktəbli  ola-ola  siqaretə,  narkomaniyaya 
qurşanmış  və  Zahidin  qurbanına  çevrilmişdir.  Ata-
ana qayğısı olmazsa, var-dövlət bir insanı tərbiyələn-
dirə bilməz. Bu gün Günayların özünü intihara qalx-
ması,  mənfur  qruplaşmalara  qoşulması  ailələrimizin 
ən  böyük  əziyyət  çəkdiyi  məsələdir.  Əgər  Zahidin 
qurbanı olmasa idi belə, nə vaxtsa o da Günay İbrahi-
movanın taleyi ilə qarşılaşacaqdır ki, bu da cəmiyyəti-
miz üçün qəbul edilən hal deyil. Bu baxımdan müəlli-
fin detektiv çalardan istifadə edərək ciddi bir ədəbiy-
yat nümunəsi yaratmasını bir oxucu kimi, bir ədəbiy-
yatçı kimi, bir dost kimi əlbəttə ki, çox bəyəndim. Bu, 
motiv gəncliyə, ailələrə səslənişdir. Övladlarına sahib 
çıxmaları üçün onlara göstərilən gerçəklikdir. 
Əsərin  kompozisiyası,  müasirliyi,  süjeti,  gözlənil-
məzliyi və ədəbi mətni ürək açandır. 
Lakin  “Qatil  üçün  nekroloq”  romanının  bir  bədii 
əsər  kimi  nə  qədər  ürəkaçan  tərəfləri  olsa  da,  prob-
lemlərdən xali deyil. Belə ki, əsərdəki bəzi ifadələr və 
fikirlər  sanki  müəllifin  əsərə  bəzək  vurmaq  xatirinə 
edilən  müdaxiləsidir.  Məsələn,  müəllif  klassik  üslub-
dan istifadə edərək bəzən hadisələrə modernistcəsinə 
şərh verir. Lakin bu şərhlər oxucuda əsərə qarşı bir ik-


177
 
 
rah hissi yarada bilər:
 “Bu yerdə Əhməd üçün dərin-
dən bir köks ötürüb “yazıq şair”, “fağır şair”, “talesiz 
şair”  kimi  sözlərlə  təsəlli  eləmək  savab  iş  olardı”. 
Və 
ya
 “Amma  bu  da  mümkündür  ki,  güclü  fantaziyalı 
oxucuların  başqa  nəsə  uydurma  əlavələri  olsun.  Mə-
sələn, Günay vaxt itirmədən onun köynəyini cırıq-cı-
rıq  edib  əynindən  çıxarır”. 
Gərək  ki,  müəllif  bu  cür 
yersiz müdaxilələrdən yayına və oxucunun qərar ver-
məyinə  və  necə  düşünəcəyinə  müdaxilə  etməyə  idi. 
Bu  cür  yenilik  oxucuya  “yenilik  xatirinə  edilən  yeni-
lik” kimi görünür. 
Əsərin  bütün  bölmələri  aforizmlərlə  başlayır.  Bə-
zən isə bu aforizmlər sanki bütün bölmələrdə aforizm 
olsun  deyə  yerləşdirilib,  bizcə  buna  ehtiyac  yox  idi. 
Bir aforizmdə isə müəllif sanki oxucuya səndən daha 
savadlıyam  deməyə  cəhd  edir: 
"Memento  mori!  Me-
mentote  hominem  esse!  Respice  post  te,  hominem  te 
esse memento! Öləcəyini xatırla! Sadəcə bir insan ol-
duğunu xatırla! Arxana bax, sadəcə bir insansan, xa-
tırla!" 
Məncə bu aforizmin orijinalına heç bir ehtiyac 
yox idi. Burda adamın ağlına gələn ilk odur ki, bu xa-
rici dildəki aforizm nəyə lazım idi? 
Bir məqamda isə müəllif obrazın ürəyindən keçən-
ləri yazmağa çalışıb, bu da primitiv bir priyomdur və 
səviyyəni  aşağı  salır: 
“Ayka  Namazqılanka”  adlı 
istifadəçi  ismarıc  qutusuna  yazmışdı: “Aşqım,  sənə 
kəntdən  motal  pendiri  göndərirəm.  Azdı,  yemə,  bax 
məni  xatırla.  Çok  özləmişəm  balamı.  Yetim,  feyzdə 
qızdarnan çattaşma ha, iki-üç günə gələjəm! Nəsə eşi-
dib bilsəm özünü ölmüş bil! Öpdümmm birtanəmi!”
 


178
 
 
Əvvəlki  əsərlərə  nisbətən  bu  romanda  müəllifin 
dilinin  cilalandığını  qeyd  etmişdim.  Lakin  müəllifin 
yerli-yersiz işlətdiyi “
indilərdə
” sözü, sanki, mükəm-
məl bir ahəngi məhv edir. Ya müəllif bu sözün anla-
mını  bilmir,  ya  da  özünün  daşlaşmış  yanlış  leksiko-
nunun bəhrəsidir. 
P.S. 
Bir zamanlar demişdim ki, mən bədii əsəri üç 
halda  oxuyuram:  birincisi  dostlarımın,  tanışlarımın 
əsəridir  deyə,  ikincisi  elmi  fəaliyyətimlə  əlaqədar, 
üçüncüsü öz zövqümə görə seçib oxuyuram. Bu dəfə 
“Qatil  üçün  nekroloq”  romanını  dostumun  əsəri  ol-
duğu üçün oxusam da, seçib oxuduğum əsərlər siya-
hısına yazdım. 
 
http://kulis.az/news/9572 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


179
 
 
Cəlil Məmmədquluzadə kitablarını yandıranda 
mətbuat konfransı verməmişdi... 
 
Son zamanlar kitabın oxunmamasına etiraz olaraq 
“yandırma” aksiyaları peyda olub. İlk öncə bir müəl-
lif  kitabını  satılmama  səbəbindən  yandırdı  və  bunu 
bu gün hamımızın tənqid etdiyi, yuxarıdan aşağı bax-
dığı  şou-biznes  piyarı  kimi  reklam  etdi.  Müəllif  bu 
hərəkətini satışın az olması ilə əlaqələndirdi. 
Bu addımı, bəlkə də, başa düşmək olar, çünki sa-
tılmayan  məhsul  yük  olaraq qala bilməz.  Yandıraraq 
yüngülləşmək gərəkir ki, müəllif bunu da etdi. Sonra 
prosesin  icrasının  həyata  keçirilməsi  ilə  əlaqədar  şə-
killər də paylaşıldı, məlumatlar da yayıldı. Son addım 
isə  müəllifin  ciddi  olduğunu,  fikrində  qəti  olduğunu 
göstərməyə  xidmət  edirdi.  Piyarı  kim  qurmuşdusa, 
bir  az  diqqət  çəkdiyi  üçün  onu  təbrik  də etmək  olar. 
Amma  düşünürəm  ki,  bu  etirazı  daha  da  faydalı  et-
mək  olardı.  Mən  kitabın  kitaba  aidiyyatı  olmayan 
adama pulsuz verilməsinin tərəfdarı deyiləm və bunu 
da düşünmürəm. Sadəcə olaraq, həmin kitablar ölkə-
nin o qədər də yaxşı durumda olmayan kitabxanaları-
na hədiyyə edilə bilərdi. Hər birinin içində müəllif tə-
rəfindən  “kitablarımın  satılmadığını  gördüyüm üçün 
kitabxanalara hədiyyə etməyi düşündüm” kimi avto-
qraf  da  yazıla  bilərdi.  Əgər  doğrudan  da,  yazıçının 
qələmində  ruhu  silkələyəcək  nəsə  varsa,  uzun  illər-
dən sonra, bəlkə də öləndən sonra dəyərini alacaqdı. 
Burda da yadıma C.Novruzun “Sağlığında qiymət ve-
rin  insanlara”  misrası  düşür.  Bütün  insanlar  insanın 
həqiqi dəyərini özü olmadıqda verir və ya anlayır. Bu 


180
 
 
isə  hamının  tənqidinə  tuş  gəlir.  Neyləmək  olar  axı, 
Tanrı  da  bizi  öləndən  sonra  qiymətləndirir  –  cənnət 
və cəhənnəmlə. 
Əgər  doğrudan  da,  kitab  müəllifi  bu  addımı  ilə 
diqqət  çəkib  şou  aləminə  qoşulmaq  istəmirdisə,  yox 
əgər niyyəti dediyim ki, piyar olunmaqdırsa, bunu da 
kitaba yaraşdırmaq olmur. Axı hamımız ciddi və ağıl-
lı  adamların  kitabın  qiymətini  bildiyini  yaxşı  dərk 
edirik. Oxusa da, oxumasa da. “Filankəsin əri filankə-
si  boşadı”,  “Filankəs  qızını  soyundurdu”,  “Filankəs 
ən bahalı ev-maşın almaq üçün kredit götürdü” və s. 
kimi  piyar  şüarlara  diqqət  kəsilən,  telefonuna  gələn 
mesaja xəbəri daha dəqiq əldə etmək üçün cavab ve-
rənlərin səviyyəsini yaxşı bilirik. 
“Axar.az”  saytında oxuduğum  xəbərdən   öyrən-
dim  ki,   “Çətir”  adlı  bir nəşriyyat  varmış  və  bir neçə 
ay öncə Çarlz Bukovskinin hekayələrini çap edibmiş. 
İndi  isə “yandırma”  aksiyası həyata  keçirəcəkləri  ba-
rədə məlumat yayılıb. Hətta xəbərin sonunda belə bir 
cümlə də verilib: “Bu, doğru xəbərdir, kitabları yandı-
racağıq" (
http://axar.az/news/6686
). Heç bir ağlı başın-
da olan adam bu “intiharı” düzgün addım hesab edə 
bilməz. Kitabı yandırmaq mənə görə adamı yandırıb-
yaxmaq  deməkdir  ki,  insan  da  yaradılmışların  ən  ali 
nümayəndəsidir.  Bu  aksiya  ilə  kitaba  hörmət  gətir-
məyi düşünmək səmimi görünmür. Bunun adı sadəcə 
iflasdır. Təəssüflər olsun ki, biz kitaba biznes kimi ba-
xa  bilmirik,  guya  ki,  kitaba  böyük  hörmət  bəslədiyi-
mizdən “kitab bazarı”, “kitab biznesi” ifadələrini ya-
xın  buraxmırıq.  Əslində,  ən  böyük  problem  də  elə 
burdan  yaranır.  Son  zamanlar  tez-tez  mətbuatda  ki-


181
 
 
tab  haqqında  verilişlərin  çoxalmasını  görən,  kitabın 
uca  kürsülərdən  səsləndirilməsini  eşidən  hər  kəs  elə 
bilir ki, bu işə girməklə qaz vurub qazan dolduracaq-
lar. Burada yadıma bir əhvalat düşür: 
“Bir gün bir gənc xaricdən ölkəmizə qayıdır, atası-
na  deyir  ki,  ovçuluq  dükanı  açacağam.  Xaricdə buna 
maraq çox böyükdür. Məşhur küçələrin birində bu işi 
qurur.  Atası  öncə  buna narazı  olsa  da,  oğlunun  oxu-
muş  adam  olduğunu  bildiyi  üçün  düşünür  ki,  yəqin 
məndən çox bilir, qoy açsın. Üstündən bir il keçir, ata-
sı bir gün oğlundan soruşur ki, oğul, işlər necə gedir, 
ticarətin  varmı?  Oğlu  cavab  verir:  –  Ata,  günü-gün-
dən geri gedir. Heç bir xeyir əldə edə bilmirəm. Am-
ma bir şey çox maraqlıdır, mən dükanı açandan sonra 
həmin küçədə beş dənə də ovçuluq dükanı açılıb. Gö-
rəsən onlar bir şey qazana bilirlərmi?” 
Bu  gün  də  “Əli  və  Nino”,  “Kitabevim.az”,  “Aka-
demkitab”  kimi  dükanların,  Hədəf  Nəşrləri,  Qanun 
Nəşriyyatı,  Qələm  nəşriyyatı,  Altun  nəşriyyatı  və  s. 
adını,  layihələrini  tez-tez  eşidən  bir  çox  insanlar  elə 
bilirlər  ki,  hər  şey  bu  qədər  asandır.  Amma  onların 
keçdiyi yollara diqqət etsələr, bunun o qədər də asan 
olmadığını  görərlər.  Bu  təkcə  kitaba  aid  olan  məsələ 
də deyil, bütün işlər səbir, əzm, fədakarlıq tələb edir. 
Şəxsən bizim dükan 3 ildir ki, işləyir və hələ indi-indi 
xərclərini özü çıxarmağa başlayıb. Digərlərinin də fə-
aliyyətinə nəzər yetirsək, məncə, bunun şahidi olarıq. 
Əgər  bir  işdə,  sənətdə  uğur  qazana  bilmirsənsə, 
deməli, nəsə yanlışın var və bu iş sənlik deyil. Başqa 
bir işə əl atmaq lazımdır. Həvəsə  görülən plansız iş-
lər  elə  bu  cür  sonluqla  da  bitəcək.  Kitabı  yandıraca-


182
 
 
ğam  deməklə,  bəzi  müğənnifasonların  məişət  prob-
lemlərini  kütləyə  sırımaqla  reklam  olunmaq  istəyinə 
meyil  etmək,  kitaba  hörmətsizlik,  xalqın  isə  təhqir 
olunması kimi ifadə olunur. Unutmaq lazım deyil ki, 
nə  Cəlil  Məmmədquluzadə,  nə  də  Məhəmməd  Hadi 
kimi  dahilər  kitablarını  yandıranda,  cıranda  mətbuat 
konfransı  vermirdi.  Halbuki  səbəb  onların  da  maddi 
imkanlarının olmaması idi. Amma bu gün onlara qo-
yulan hörmət, göstərilən sevgi dövrünün biznesbazla-
rından daha yüksəkdə durur ki, bu da heç nə ilə mü-
qayisə edilə bilməz. 
Bu  gün  kitaba,  ədəbiyyata  xidmət  göstərən  sayt-
lar, nəşriyyatlar, mağazalar, şəxslər çoxdur. Bunlar isə 
danılmaz  faktdır.  Amma  heç  biri  bu  işi  məhz  xalq 
üçün,  millət  üçün  etmirlər.  İlk  sırada  onların  öz  ma-
raqları  durur.  Sadəcə,  öz  maraqlarını  təmin  etmək 
üçün  xeyirli  işlə  məşğul  olub,  qazanır  və  qazandırır-
lar. Bacaranlara baş qurbandır deyərlər, bacarmayan-
lara isə... 
Bir məsələyə də toxunmaq istərdim. İstər müəllif-
lər,  istərsə  də,  bu  biznesə  yeni qoşulanlar elə  düşün-
məsinlər ki, 50%-lə istənilən kitab satılmadığı üçün və 
ya onu alanın yalnız çox qazanc əldə etməsinə ünvan-
lanıb. Yaxın Türkiyədəki vəziyyəti nəzərə çatdırım ki, 
nəşriyyatlar kitablarını dağıtım şirkətlərinə minimum 
50-60% endirimlə verir. Dağıtım şirkətləri isə topdan-
satış  mağazalarına  40-50%-lə  verir.  Mağaza  isə  kiçik 
satış  məntəqələrinə  30-40%-lə  verir  və  son  satıcı  da 
10-20%  qazancla  satır.  Bizdə  isə  hələ  də  dağıtım  şir-
kətləri anlayışını böyük mağazalar əvəz edir. 
                                                     
http://axar.az/news/6851
 


183
 
 
 
 
İÇİNDƏKİLƏR 
 
 
I Fəsil 
Yaradıcılığın şəxsiyyətlə bütövləşməsi 
 
1.1. Hüseyn Cavid – 132..................................................5 
1.2. Həyat və yaradıcılığın bütövləşməsi......................8 
1.3.Filologiya  üzrə  fəlsəfə  doktoru  alimlik  dərəcəsi 
almaq üçün Müdafiə Şurasındakı çıxışım..................13 
1.4. Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü.......22 
1.5. H.Cavid Allah haqqında əsər yazacaqdı.............32 
1.6. Hüseyn Cavid yaradıcılığında demonizm..........37 
1.7. Hüseyn Cavid yaradıcılığında sərbəst şeir.........47 
1.8. “İblisin intiqamı” pyesi haqqında.........................55 
 
 
II Fəsil 
Ədəbiyyatşünaslıq və ədəbi köşə 
 
2.1. Ədəbiyyat ədəbiyyatdırmı?.................................63 
2.2. Duz dağının əzəməti.............................................65 
2.3. Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında.......75 
2.4. Türklərdə tayfalararası nifaqın  
“Kitabi-Dədə Qorqud”da izləri..................................80 
2.5. “Kitab yüklü eşşək” romanı haqqında...............86 
2.6. Milli əruzumuz dünən, bu gün və sabah...........95 
2.7. Milli şeir vəznlərimiz...........................................103 
 


184
 
 
III Fəsil 
Günümüzdə ədəbiyyat və ya ədəbiyyatımızın günü 
 
3.1. Bic uşaq kimi böyüyən ədəbiyyatımız...............119 
3.2. İsa Muğannanın “İlan dərəsi” kitabında  
tarixilik və mistika.......................................................126 
3.3. “İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı  
ilə tanışam” demək mümkün deyil...........................142 
3.4. İsa Muğanna yaradıcılığının “Ün”  
poemasındakı poetik təhlili.......................................147 
3.5. Ümman boyda bir sevgi......................................161 
3.6. Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı......165
 
3.7. Cəlil Məmmədquluzadə kitablarını  
yandıranda mətbuat konfransı verməmişdi...........176 


185
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanıb: 26.03.2015 
Formatı: 70x100 1/16. Ofset çapı 
Həcmi: 11.5 
Sifariş № 124 
 
 
Tel.: (+99470) 523 01 34 
info@hedefnesrleri.az
 
 
 
 
Qiyməti: 5 manat 

Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə