Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   2   3   4   5   6   7   8   9   10   ...   40

32
 
 
məzhəbə də, dinə də şübhə ilə yanaşır və onların in-
karına  qədər  gedib  çıxa  bilir.  Üçüncü  qisim  isə  nə 
mövcud cəhalət və xurafat yayan məzhəb və dini, nə 
də  ona  qarşı  olan  şübhəni  qəbul edir.  O,  Tanrıya  ye-
tişmək üçün yeni bir yol arayır. 
Dostlarının qəbrini ziyarətə gələn yarımsərxoş Xə-
rabat müridləri ilə gələn Müftiyə fikir verməyib ovcu-
nu şərabla doldurub göyə səpərək acı qəhqəhə ilə: 
 
Bu da göylərdə gülən sultanın. 
Sən də iç, bəlkə açılsın qanadın… 
Sərxoş ol, bunca ağır faciələr 
Səni ürkütməsin əsla!.. Desələr 
Çökdü evlər, qırılıb ailələr, 
Sən haman zövqünə bax, etmə kədər. 
 
– deyir. O sözü, o hərəkəti ki, ancaq yaxın adamların 
yanında edə bilərsən, onu cəmiyyət içində etmək hə-
mişə  məqbul  deyil.  Keçirdiyi  dərddən,  içdiyi  şərab-
dan  ağlını itirmiş  Xərabatinin  məzarda  uyuyan dost-
larına göstərdiyi son nəvaziş qeyri-ölülərə göstərilmə-
məli idi. Xüsusən, onun Tanrıya qarşı söylədiyi sözlər 
və etdiyi hərəkət küfr sayılmamalıdır və bunun mən-
tiqi ona gətirib çıxardır ki, Xərabati Müfti və onu əha-
tə  edənlər  tərəfindən  daş-qalaq  edilərək  öldürülür. 
Artıq Xəyyamın həmsüfrələrindən heç kim qalmamış-
dır.  Xəyyamın  qəbiristana  gələrək  dostlarını  və  Sev-
danı  anıb  söylədiyi  sözlər  faciənin  ən  kədərli  və  ya-
nıqlı yeridir. Beşinci pərdənin birinci səhnəsi Məlikşa-
hın dəvətilə Xəyyamın Bağdada səfər etməsi ilə bitir. 
Müfti və naiblərlə daima pəncələşən Xəyyam cəhalət 


33
 
 
və xurafatın ən böyük nümayəndələri ilə də üzləşməli 
imiş.  Ən  yaxın  həmsüfrələrini  Nişapurda  itirən  Xəy-
yam son dayaq və arxası olan Məlikşahla Xacə Niza-
mı  da  Bağdadda  itirəsi  olur.  Onun  Xəlifə  sarayında 
gördükləri hər insanı; istər  mömin, istər dinsiz, istər 
müsəlman,  istərsə  də  kafiri  dəhşətə  gətirər.  Hamı 
üçün əmirəlmöminin din rəhbəri şəxsiyyətsiz, bir qa-
dın düşkünü, əqidəsiz bir yalançı imiş... 
Balıq  başdan  iylənər.  İslamı  nüfuzdan  salan,  bü-
tün Şərqi ətalət və geriliyə sürükləyən bu din rəhbər-
ləri  olmamışlarmı?  Bunları  görən  Xəyyamın,  onlara 
qarşı laqeyd və ya üsyankar mövqe tutmasını dinsiz-
lik adlandırmaq olarmı? 
Hamıya  o  dünyada  vəd  etdiyi  cənnəti  özü  üçün 
bu  dünyada  yaradıb  kiçik  yaşlı  “huri”lərlə  eyş-işrətə 
dalan xəlifə Müqtədi Billahı və onun simasında İslamı 
hörmət və nüfuzdan salan bütün böyük din xadimlə-
rini  Cavid  Xəyyamın  acı  gülüşü  və  kəskin  sözləri  ilə 
damğalayır. 
Birinci pərdənin bitməyi ilə süjetdə olan düyünün 
açılması razvyazkada tamamlanmış olur. Altıncı pər-
də  “Xəyyam”dramının  finalıdır.  Əsərin  əvvəlində 
gördüklərimizdən  Xəyyam  və  Saqi,  düşmən  cəbhə-
dən isə qocalıb əldən düşmüş Müfti və onu müşayiət 
edən Naib qalmışdır. Nə dünyanı lərzəyə gətirən Alp 
Arslan  və  Məlikşah,  nə  bütün  Şərqi  siyasəti  ilə  idarə 
edən Xacə Nizam, nə də terroru ilə hamını qorxu içə-
risində saxlayan Sabbah vardır. Qalan haqqı-həqiqəti 
bu dünyada arayıb tapan Xəyyam və həmin haqqı-hə-
qiqəti arayaraq cəhalət və xurafat toxumu yayan Müf-
tidir.  Mübarizə  yenə  davam  edir.  Lakin  Xəyyam  hə-


34
 
 
yatının son anlarını onu sevən, əzizləyən gənc nəslin 
içərisində keçirirsə, Müfti təklənmişdir. Düzdür, Müf-
ti  kimilər  hələ  yaşayacaq,  indinin  özündə    də,  gələ-
cəkdə  də  mövcud  olacaqlar.  Lakin  onların  sözü,  mə-
həbbəti  el  içində  yaşamayacaqdır.  Harda  cəhalət  və 
xurafat bataqlığı olsa, orada Müfti kimilər üfunət ya-
ya biləcəklər. 
Xəyyam  son  monoloqunda  Saibi  görüb  adət-ənə-
nəni nişan verərək ondan tez ayrılmaq istəyən qızlara 
müraciətlə: 
 
Uydunuz bunca xurafata yetər! 
Bu həy iştə ölümdən də betər. 
Əl verir paslı, sönük adətlər! 
Şən təbiət sizi azadə dilər. 
… 
Bir nəfəsdir bu sürəksizcə həyat 
Bir nəfəs!... getdimi? Gəlməz… 
(əlini ürəyinin üstünə qoyub titrək səslə) 
Heyhat!.. 
 
   – deyir. Dramın bu yeri “Azər” dastanının sonu ilə 
ideya cəhətdən oxşarlıq təşkil edir. Cavid “Azər” das-
tanında da buna bənzər fikirlər işlətmişdir. Eyni döv-
rün  məhsulu  olan  həm  “Xəyyam”,  həm  də  “Azər” 
dastanının  son  hissələri  Cavidin  bir  növ  əbədiyyət 
nəğməsi idi. 
 
“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında”. 
(Hüseyn Cavid – 130) Beynəlxalq elmi konfransın 
materialları. Bakı, 2012. 22-24 oktyabr. 


35
 
 
Hüseyn  Cavid Allah haqqında 
əsər yazacaqdı... 
 
Romantik  faciənin  əsas  nümayəndəsi  olan  H.Ca-
vid  yaradıcılığının  romantik  qəhrəman  tiplərinə  diq-
qət  yetirsək,  yaradılışın  yaradana  doğru  inadla  ad-
dımlamasını görərik. 
Filosof-şair  H.Cavidin  dram  əsərlərində  ilk  ro-
mantik  qəhrəmanı  ailə-məişət  mövzusunda  olan  
“Ana”  faciəsindəki  ana  obrazı  idi.  Bu  əsərdə,  sanki, 
Cavid bütün humanist, insanlığa xidmət edən fikirlə-
rini ortaya qoymaq istəmişdir. Düzdür, ananın faciəsi 
içərisində onun etdikləri çox qeyri-adidir, lakin Cavid 
əmin idi ki, ana kimi obrazlar bəşəriyyəti sürüklənən 
bəlalardan qurtara bilər. 
Romantik qəhrəman axtarışında olan H.Cavid ya-
radıcılığına “Maral”la davam edərək yenə ailə-məişət 
mövzusuna  toxunur.  Böyük  problemlərin  həllini  cə-
miyyətin ən kiçik qurumu olan ailədə axtarır. “Ana”-
ya nisbətən “Maral”da romantizm zəifdir. Lakin onun 
ailə-məişət  mövzusunda  yazdığı  “Maral”,  “Afət” 
pyesləri  dramaturgiyamızda  qadın  hüquqsuzluğuna 
toxunulan  ilk  əsərlər  idi.  Ümumiyyətlə,  H.Cavid  ro-
mantizminin  özünəməxsusluqlarından  danışarkən 
onu  da  deməliyik  ki,  Cavid  romantik  qəhrəman  tip-
lərinin heç birini; nə müsbət, nə də mənfi obrazlarını 
ideal  şəkildə  nə  mənfiləşdirmiş,  nə  də  müsbətləş-
dirmişdir. Hər hansı bir obrazına diqqətlə baxsaq, gö-
rərik  ki,  romantik  qəhrəmanın  daxili  aləmində  ikilik 
var, bir tərəddüd var, yaxşılıqla pislik bir-birinə üstün 
gələ bilmir. Bu da onu deməyə əsas verir ki, Cavid nə 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə