Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   2   3   4   5   6   7   8   9   ...   54

12 
 
determinantlar  olmuşdur.  Bu  mənada  dünya  təcrübəsində  ortodoksal   və  Cənubi  Şərqi  Asiya  reseptləri 
kimi iqtisadi islahat çərçivələri tədqiqatçılar üçün çox maraqlı mövzulardır. 
Ortodoksal  inkişaf resepti  institutların olduğu kimi  “köçürülməsi”  yanaşmasıdır. Bu resepti tətbiq 
edən  Latın  Amerikası  ölkələri  70-ci  illərin  sonu  və  80-ci  illərin  əvvəllərində  iqtisadi  artıma  nail  olsalar 
da,  80-ci  illərin  ortasından  başlayaraq  “itirilmiş  dekada”ya  daxil  oldular.  Bu  uğursuzluğun  səbəbləri 
ondan  ibarət  idi  ki,  islahatlar  ölkənin  sosial-mədəni  kapitalını  nəzərə  almırdı,  “quru  qaydalar”ın  diskret 
yanaşmalar  üzərində  həddən  artıq  dominantlığı  mövcud  idi.  Şərqi  Asiya  resepti  isə  yerli  şəraitə  uyğun 
institusional  dizaynın  yaradılması  və  həyata  keçirilməsini  nəzərdə  tuturdu. Bir  çox  tədqiqatçılar  Cənubi- 
Şərqi Asiyada əldə olunmuş iqtisadi uğurların əsasında məhz bu amilin dayandığını göstərirlər. 
Məqalədə  institutlar  və  iqtisadi  artım  arasında  əlaqəyə  dair  nəzəri  yanaşmalar  təhlil  ediləcək, 
sonda isə əsas nəticələr veriləcəkdir. 
 
1.   İ
nstituların iqtisadi artımda rolu: nəzəri yanaşmalar
 
İqtisadi  inkişafın  fundamental  amillərindən  olan  institutlar  dövlət,  bazar  və  cəmiyyət 
münasibətlərində  “oyun”  qaydalarını  ifadə  edir.  Eyni  zamanda  bu  qaydalar  iqtisadiyyatda  “inam”ı 
formalaşdırır.  “Keyfiyyətli”  institutlar  i)  cəmiyyətin  bütün  üzvlərinin  iqtisadi  imkanlardan  bərabər 
faydalanmasını  təmin  edir;  ii)  resursların  ədalətli  bölgüsünə  imkan  verir  və  iii)  iqtisadi  agentlərin 
hüquqlarını qoruyur. 
İqtisadi ədəbiyyatda institutlar a) formallıq dərəcəsinə görə b) ierarxik quruluş və c) sferalar üzrə 
müxtəlif  qruplara  bölünürlər.  D.Norta  görə  institutlar  yazılı  qaydada  olan  formal  və  cəmiyyətin  tarixi, 
etnik, coğrafi, mədəni xüsusiyyətlərinin formalaşdırdığı qeyri - formal institutlardan ibarətdir. 
Uilliamson  institutları  ierarxik  quruluş  üzrə təsnifləşdirmişdir.  Belə  ki,  bu  yanaşmaya  görə sosial 
struktur  və  tarixi  ənənələr  əsasında  yaranan  qeyri-formal  institutlar  cəmiyyətin  ierarxik  strukturunun 
bazisini  təşkil  edir.  Bundan  sonrakı  mərhələdə dayanan  institutlar  isə  oyun  qaydalarını  müəyyən  edir  və 
oyunun gedişini tənzimləyir. Buraya mülkiyyət hüquqlarının qorunması, məhkəmə sistemi, biznes mühit, 
həmçinin özəl sektorun inkişafını təmin edən institutlar aiddir. 
Boules  (1998),  Bek  (2000)  kimi  iqtisadçılar  isə  institutların  sferalar  üzrə  bölgüsünü  (iqtisadi, 
siyasi, qanunvericilik və sosial) təklif edirlər. 
 
Bütövlükdə isə, aparılmış tədqiqatları ümumiləşdirməklə belə qənaətə gəlmək olar ki, institutların 
hansı  struktur  üzrə  qruplaşdırılmasından  asılı  olmayaraq  onları  D.Nortun  təklif  etdiyi  kimi  iki  böyük 
hissədə qruplaşdırmaq olar: formal və qeyri-formal institutlar. 
 
 
1.1.   Formal institutların iqtisadi artımda rolu
 
 
Formal  institutlar  insanlar  arasında  qarşılıqlı  əlaqələrin  çərçivəsini  müəyyən  edir.  İnstitutlar 
iqtisadi  agentlərin  maraqlarına  və  qərarlarına  təsir  etdiyindən  iqtisadi  inkişaf  baxımından  mühüm 
əhəmiyyət kəsb edir. Belə ki, mülkiyyət hüquqlarının zəif qorunması iqtisadi agentlərin fiziki və ya insan 
kapitalına  investisiya  qoymaq  stimulunu  azaldır.  Lakin,  formal  institutlar  yalnız  iqtisadi  agentlərin 
maraqlarını  formalaşdırmır.  Onlar  eyni  zamanda  iqtisadiyyatda  yaradılan  dəyərin  gələcək  dövr  üçün 
bölgüsünü də müəyyən edir. 


13 
 
Konstitusiya   və   qanunun   aliliyi   iqtisadi   inkişafın   dayanıqlığını   dəstəkləyir.   Güclü   formal 
institutlar  eyni  zamanda  renta  axtarışını  əhəmiyyətli  azaldır  və  nəticədə  vəsaitlərin  effektiv  istifadəsinə 
şərait  yaranır  (Hall,  Jones  1990).  İnstitutların  zəif  olduğu  ölkələr  iqtisadi  artım  tempinin  aşağı  və 
əhəmiyyətli volatil olması kimi xüsusiyyətlərə malikdir (Johnson, Robinson and Thaicharoen, 2003). 
Ümumilikdə,   bazar   iqtisadiyyatının   effektiv   fəaliyyəti   üçün   aşağıdakı   institutların   effektiv 
fəaliyyəti vacibdir: 
 
  Bazarları və rəqabət şəraitini tənzimləyən institutlar; 
  Mülkiyyət hüquqlarını qoruyan institutlar və ədalətli məhkəmə sistemi; 
  Makroiqtisadi sabitliyi təmin edən institutlar; 
  Vətəndaş cəmiyyəti institutları və ictimai hesabatlıq. 
 
D.Rodrik  formal  institutları  4  qrupa bölür:  bazar  yaradan,  bazar tənzimləyən,  bazar sabitləşdirən, 
bazar legitimləşdirən. 
     
Bazarların  formalaşmasını  və  sağlam  fəaliyyətini  təmin  edən  institutlar.  Effektiv  siyasi  güc, 
müstəqil məhkəmə sistemi və s. belə institutlara aiddir; 
     
Bazarların uğursuzluqlarını tənzimləyən institutlar. Məsələn, telekomunikasiya, nəqliyyat, su və 
meşə resurslarını, maliyyə xidmətlərini tənzimləyən agentliklər buraya daxildir; 
     
Makroiqtisadi  və  maliyyə  sabitliyini  təmin  edən  institutlar.  Mərkəzi  banklar  və  fiskal  orqanlar 
aşağı inflyasiya və büdcə dayanıqlığı vasitəsilə bazarın sabitləşməsi təmin edirlər; 
     
Bazarı  legitimləşdirən  institutlar.  Bu  institutlar  bazar  subyektlərini  neqativ  şoklardan  və  mənfi 
bazar  effektlərindən  qorumağa  imkan  verir.  Belə  institutlara  pensiya  sistemləri,  işsizlikdən 
müdafiə və digər sosial fondlar aiddir. 
 
 
1.2.   Qeyri-formal institutların iqtisadi artımda rolu
 
Formal  institutların  formalaşmadığı  və  ya  tam  fəaliyyət  göstərmədiyi  şəraitdə  qeyri-formal 
institutların  iqtisadi  artıma  təsiri  artır.  Bu  institutlar  ölkənin  dini,  etnik  mənşəyindən  irəli  gələn 
mədəniyyət, inam, sədaqətlilik, elmə  meyillilik, sağlamlıq  və  s. kimi amilləri özundə ehtiva edir. Qeyri - 
formal  institutlara  cəmiyyətdə  fərdlərin  fəaliyyəti  və  imkanları  ilə  təyin  olunan  sosial  normalar  daxildir 
(Williamson 2010). Belə sosial normalar ölkənin inkişafını sürətləndirə və ya zəiflədə bilər. 
Əksər  iqtisadi  ədəbiyyatlarda  qeyri-formal  institutlar  sosial  kapital  kimi  də  xarakterizə  olunur. 
Sosial kapital cəmiyyətin inam, sosial norma və şəbəkələr kimi xüsusiyyətlərini əks etdirir və cəmiyyətin 
effektivliyinə  təsir  edir  (Putnam,  Leonardi,  Nanetti  1993).  Sosial  kapitalın  aşağıdakı  ümumi  elementləri 
göstərilir (Durlauf, Fafchamps, 2005): 
Sosial kapital qrup üzvləri üçün pozitiv xarici effektlər yaradır; 
Bu pozitiv xarici effektlər inam, ümumi normalar və dəyərlər hesabına yaranır. 
Məlumdur  ki,  qrup  yaratmaq  bacarığı  ideyalar  ətrafında  birləşmək  marağı,  qarşılıqlı  etibar  və 
inam  hesabına  genişlənə  bilər.  Formal  institutların  məhdud  olduğu  cəmiyyətlərdə  oxşar  ictimai  maraqlar 
ətrafında qeyri-formal institutlaşma iqtisadi artım və idarəetmənin səmərəliyinə müsbət təsir göstərir. 
Eyni  zamanda  sosial  kapital  şərti  olaraq  insanları  bir-birinə  bağlayan  elementə  və  insanlar 
arasında körpü  yaradan elementə bölünür (Woolcock 2000). Birinci tip sosial kapitala qrupun  mənfəətini 
cəmiyyətin  zərəri  hesabına  artıranlar  aiddir  və  bu  tip  qrupları  Olson  (1982)  “maraq”  qrupları  adlandırır. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə