Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   2   3   4   5   6   7   8   9   ...   54

14 
 
İkinci  tip  sosial  kapitala  isə  cəmiyyətin  ümumi  rifahının  artırılması  ilə  nəticələnən  və  insanlar  arasında 
əməkdaşlığı təşviq edən norma  və dəyərlər aiddir. Bu baxımdan iqtisadi artıma pozitiv təsiri baxımından 
sosial   kapital   dedikdə   bu   məqalədə   məhz   insanlar   arasında   “körpü”   yaradan   dəyərlər   nəzərdə 
tutulacaqdır. 
Sosial  kapitalın  formalaşması  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Müəlliflərdən  biri  (Coleman, 
1988)  hesab  edir  ki,  sosial  kapital  formalarının  əksəriyyəti  kiminsə  iradəsindən  asılı  olmadan  yaranır  və 
ya  dağılır.  Belə  sosial  kapital  tipində  “yaxşılığın  qarşılığı”  gözlənilmir,  münasibətlər  ortaq  dəyər  və 
etibara  əsaslanır.  Onun  fikrincə,  inam  hissinin  dərin  olduğu  qrup  digərindən  çox  uğura  imza  atır.  O, 
klassik  iqtisadi  nəzəriyyədəki  “görünməz  əl”  prinsipi  ilə  sosial  kapitalı  eyniləşdirir.  Digər  tədqiqatçılar 
qrupu  isə  hesab  edir  ki,  sosial  kapitalın  yaranmasında  dövlətin  də  müəyyən  öhdəlikləri  olmalıdır. 
Fukuyama  (2005) dövlətin  əsas  alətinin  təhsil  olduğunu  vurğulayır.  Onun  fikrincə,  təhsilin  inkişafı  həm 
insan kapitalının, həm sosial kapitalın və ümumilikdə, bütün etik dəyərlərin inkişafının açarıdır. 
Sosial kapital adətən aşağıdakılar əsasında qiymətləndirilir: 
 
  Formal   və  qeyri-formal   strukturlara   üzvlük.   Belə   strukturlara   üzvlük   zəruri   partnyorların 
axtarılmasını xeyli asanlaşdırır (Durlauf, Ferchamps, 2005). Putnam (1993) qeyd edir ki, İtaliyada 
yerli  idarəetmə  orqanlarına  muxtariyyət  verilməsi  nəticəsində  olkənin  şimal  və  cənubi  əyalətləri 
fərqli  inkişaf  səviyyələrinə  malik  olmuşdur.  Lakin,  şimali  İtaliya  daha  çox  sosial  kapitala  malik 
idi.  Belə  ki,  müxəlif  formal  və  qeyri-formal  qruplara  və  klublara  üzvlük  orada  daha  geniş 
yayılmışdı; 
 
  İnam sosial kapitalın digər elementi kimi inkişaf baxımından mühüm əhəmiyyətə malikdir. Arrou 
(1974)  qeyd  edir  ki,  iqtisadi  agentlər  arasında  minimal  inam  səviyyəsi  olmasa,  heç  bir  iqtisadi 
tranzaksiya  baş  verməz.  İnam  tranzaksiya  xərclərini  (kontraktın  yerinə  yetirilməsinə  monitorinq, 
cəzalandırma ilə bağlı xərclər) azaldaraq iqtisadi əməliyyatları asanlaşdırır; 
 
  Tolerantlıq   (ətrafdakılara hörmət)   dövlət  institutlarının effektivliyini  artırmaqla  iqtisadi  inkişafa 
müsbət  təsir  edir.  Belə  ki,  tolerantlığın  yüksək  olması:  i)  qanunlara  riayət  olunma  səviyyəsini 
artırır;  ii)  renta  əldə  etmək  meylini  azaldır;    iii)  əhalinin  iqtisadi  artımda  iştirak  səviyyəsi  artır 
(Tabellini, 2008). 
Sosial   kapital   digər   kapital   növləri   kimi   uzunmüddətli   aktivlərə   malikdir.   O,   informasiya 
axınlarına  çıxışın  artması,  həmrəylik,  kollektiv  daxili  əlaqələrin  gücləndirilməsi  vasitəsilə  faydalılığı 
artıra  bilər.  Sosial  kapital  tətbiq  oluna  biləndir  (Coleman,  1988)  və  müxtəlif  məqsədlər  üçün  istifadə 
oluna  bilir.  Məsələn,  dostluq  münasibətləri  informasiya  axını  və  məsləhətlər  formasında  müşahidə 
olunur.  Bəzi  hallarda  sosial  kapital  hesabına  fərdlər  və  ya  qruplar  arasında  maliyyə  problemləri  həll 
olunur, yaxud tranzaksiya xərcləri azalmaqla iqtisadi səmərəlilik artırıla bilir (Lazerson, 1995). 
Qeyd  edək  ki,  fiziki  və  insan  kapitalı  kimi,  amma,  maliyyə  kapitalının  əksinə  olaraq  sosial 
kapitalın  dəstəyə  ehtiyacı  var.  Sosial  əlaqələr  mütəmadi  yenilənməlidir  ki,  effektivliyini  itirilməsin. 
Lakin,  bu  yenilənmə  fiziki  kapitaldakı  amortizasiya  formasında  deyil,  insan  kapitalındakı  biliyin  daim 
artırılmasına oxşar  meyarlarla  həyata  keçirilməlidir.  Sosial  kapital  ictimai  məhsuldur, kimlərsə  ayrılıqda 
ondan faydalanmamalıdırlar (Coleman, 1988). 
Təcrübə göstərir ki,   sosial kapitalın  yaranması kimi onun dağılıb itməsi də çox uzun zaman tələb 
edir.  İkinci  dünya  müharibəsindən  sonra  Almaniyanın  bütün  fiziki  kapitalının  dağılmasına  baxmayaraq, 


15 
 
Q
anunun
 a
li
li
y


müharidən  sonra  ilk  15-20  il  ərzində  yüksək  iqtisadi  artıma  nail  olunmasının  səbəbi  kimi  güclü  sosial 
kapital göstərilir. 
Sosial  kapital  və  iqtisadi  artım  arasında  əlaqə  çoxlu  sayda  empirik  tədqiqatlar  vasitəsilə 
araşdırılmışdır.  Məsələn,  Putnam  (Putnam,  1995)  təsdiq  edir  ki,  Amerikada sosial  kapitalın  əsas  təsirləri 
işsizliyin  azalması,  cinayət  işlərinin  sayının  aşağı  düşməsi,  hökumətin  effektivliyi  kimi  məsələlərdə 
özünü göstərir. Putnam sosial kapital və iqtisadi artım arasında əlaqəni müsbət qiymətləndirir. 
Whiteley   (2000)   bu   əlaqəyə   neoklassik   artım   modeli   çərçivəsində   baxmışdır.   34   ölkə   üçün 
qurulmuş  modelin  nəticəsinə görə sosial  kapital  iqtisadi  artıma  müsbət təsir  edir  və  müəyyən  edilmişdir 
ki,  qeyri-formal  institutların  əhatə  dairəsinin  geniş  olduğu  cəmiyyətlərdə      texnoloji  dəyişikliklərin 
yayılması üçün sağlam mühit olur. 
Knack  və  Keefer  (Keefer,  1997)  iqtisadi  artım  ilə  inam,  vətəndaş  birliyi  arasındakı  münasibətləri 
araşdırmışdır.  Tədqiqatçılar  əsaslandırmışlar  ki,  inam  və  vətəndaş  əməkdaşlığının  yüksək  olduğu 
cəmiyyətlərdə gəlir bərabərliyi, qanunların aliliyi təmin olunur. 
 
 
2.   İ
nstitutların ölçülməsi və empirik müşahidələr
 
 
Makroiqtisadi  dəyişənlərdən  fərqli  olaraq,  institutların  inkişaf  səviyyəsinin  ölçülməsi  üzrə 
universal  metodologiya  mövcud  deyildir.  Lakin,  Dünya  Bankının  apardığı  araşdırmalarda  institusional 
inkişafın  5  göstərici  üzrə  qiymətləndirilməsinə  rast  gəlinir:  ı)  korrupsiyaya  nəzarət;  ıı)  qanunun  aliliyi; 
ııı)  dövlətin  effektivliyi;  ıv)  tənzimləmənin  keyfiyyəti  və  v)  hesabatlılıq.  Bu  göstəricilər  [-2.5,  2.5] 
intervalında dəyişir. 
 
Bu  interval  institusional  keyfiyyət  baxımından  aşağı  gəlirli  və  yüksək  gəlirli  ölkələr  arasında 
böyük  fərqin  mövcud  olmasını  göstərir.  Belə  ki,  qanunun  aliliyi  göstəricisi  ən  aşağı  göstəriciyə  malik 
olan  Əfqanıstanda  (-2.01)  adambaşına  ÜDM-in  həcmi  analoji  göstərici  üzrə  ən  yüksək  paya  malik  olan 
Norveçdən   (1.96)   dəfələrlə   aşağıdır.   Dünya   üzrə   aparılan   tədqiqatlar   göstərir   ki,   qanunun   aliliyi 
indeksinin 1 vahid artımı iqtisadi artımı 0.8% bəndi artırır (Qrafik 1). 
 
 
 
2,50 
2,00 
1,50 
1,00 
0,50 
0,00 
-0,50 
-1,00 
-1,50 
-2,00 
-2,50 
Qrafik 1. Qanunun aliliyi və adambaşına ÜDM 
 
 
 
 
 
 
 
 
 
 
Adambaşına düşən ÜDM 
 
 
 
 
 

20000 
40000 
60000 
80000 
100000 
 
Mənbə: Dünya Bankı 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə