Education for All



Yüklə 33,58 Kb.
tarix20.09.2018
ölçüsü33,58 Kb.
#70087
növüXülasə

BIZNES PLAN

Education for All” layihəsi

I B Ö L M Ə

Layihənin xülasəsi

  1. Layihə haqqında ümumi məlumat:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi əsas prioritet istiqamət olaraq götürülmüşdür. Eyni zamanda Konsepsiya İKT-nin inkişafının sosial-iqtisadi həyatın bütün sahələri kimi təhsil sistemində də inkişaf etdirilməsini əsas məqsəd olaraq irəli çəkmişdir. Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.

Bunları əsas tutaraq həyata keçirilməsi nəzərdə tutulan www.education for all.az layihəsi çərçivəsində elektron təhsilin yaradılmasına töhfə verilməsi nəzərdə tutulur.

Eyni zamanda həyata keçiriləcək layihə təhsil sahəsində kadr təminatının təkmilləşdirilməsinə, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasına yardım, cəmiyyətin informasiya məhsuluna və xidmətlərinə tələbatının dolğun ödənilməsinə və təhsilin aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatan olmasına səbəb olacaqdır.

Yuxarıda qeyd olunanları əldə etmək məqsədilə yaradılacaq www.education for all.az platforması özündə xəritə, tələbə, müəllim, repititor səhifəsi, özəl ali və orta ixtisas təhsil müəssisələri səhifəsi, şəxsi səhifə, təlimçi səhifəsi, axtarış, qeydiyyat, qiymətləndirmə, müzakirə və qeydlər, vakansiya, kitabxana, reytinq, servislərə çıxış, onlayn təlimçi, mobil aplication, xəbərlər, reklam bölmələrini əks etdirəcəkdir.


  1. Layihənin məqsədinin ətraflı şərhi;

  • elektron təhsilə keçidə yardım edilməsi;

elektron təhsilə keçid məqsədilə portal daxilində aktiv xəritə platforması yaradılacaqdır. Platforma veb və mobil aplikasiya işlənməsində nəzərdə tutulub.

  • Təhsil sahəsində kadr təminatının təkmilləşdirilməsi;

portalda vakansiya hissəsi olacaq ki, istifadəçilər həm xəritə üzərindən həm də ayrıca səhifə kimi harda hansı vakansiyaların olmasını müəyyənləşdirəcək.

  • Tələbə, müəllim və öyrənmək istəyən digər vətəndaşların bilik və bacarıqlarının yüksəldilməsi;

portalda müxtəlif yerli və beynəlxalq treyninqlər barədə məlumatlar o cümlədən elektron kitabxana olacaqdır.

  • Təhsildə baş verən yeniliklər və ya ehtiyacların monitorinqi;

portal vasitəsi ilə xüsusi hesabatlarda əldə etmək mümkün olacaq. Məsələn hansı mövzuya görə aylıq nə qədər müraciət olunub və sair kimi.

istifadəçilər bilavasitə təhsil sahəsində informasiyaları həm portaldan, həm də abunə olmaqla sms vasitəsi ilə ala biləcəklər.

  • innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması;

portalda tətbiq olunan bütün funksiyalar innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasına istiqamətlənəcəkdir.

  • cəmiyyətin informasiya məhsuluna və xidmətlərinə tələbatının dolğun ödənilməsi;

istifadəçilər təhsil məlumatları, xəbərləri və digər məlumatları əldə edəcəklər.

  • yüksəkixtisaslı (müəllim və təlimçilərin) mütəxəssislərin və elmi kadrların tanıdılması;

müəllim səhifəsi vasitəsi ilə rəqabətə dayanıqlı ixtisaslaşmış müəllimlər üzə çıxacaqdır.

Tələbə səhifəsi - bu səhifədə isə xüsusi istedadı olan, elmi kəşfləri və ya fərqli bacarıqları olan tələbələr üzə çıxarılacaqdır.

Təlimçi səhifəsi - bu səhifədə tanınmış təlimçilərin bir platforma üzərindən bütün ictimaiyyətə tanıdılacaq.

Yerli mütəxəsisləri tanıtmaqla, xüsusi təlimlərə ehtiyacı olan şəxslərin ölkədən kənarda təlim almasını tədricən azalacaqdır.

Bütün informasiyalar pulsuz olduğundan hamı sərbəst şəkildə informasiyaları əldə edə biləcəklər.


  1. Maliyyələșmə mənbələri, həcmi və təyinatı;

Layihənin əsas maliyyə mənbələri Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Pedaqoji Kolleci və könülülərin hesabına yaradılacaqdır.

  1. Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) satıș bazarı haqqında qısa məlumat;

  2. Təhsil platforması üzərində qurulacaq xəritə də bütün təhsil işçiləri, müəsissə və s.Təhsil sahəsində müəyyən işlər görən müəsissələrinin qeydiyyatdan keçirilməsi nəzərdə tutulur. Hər bir qeydiyyat pullu olacaqdır. Hər bir qeydiyyat illik abunə üzərində aparılacaq. Bu platformanın illik dayanıqlığı üçün əhəmiyyətlidir.

  • Səhifədən istifadəni onlayn məlumat bazası , onlayn tyutor, müəllim məsləhəti, forum və digər vasitələr ilə artırılır və reklamlar yerləşdirilir.

  1. Layihənin iqtisadi - sosial səmərəliliyi;

Yuxarıda qeyd olunanlara nəzərə alaraq, vacib təhsil informasiyalarının bütün əhali üçün fiziki və iqtisadi cəhətdən əlçatan olması üçün bir sıra zəruri tədbirlərin görülməsinə ehtiyac vardır. Eyni zamanda təhsil sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzindədir. Bu məqsədlə, təhsil mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılacaq, o cümlədən xarici ölkələrdə təlimlər təşkil ediləcəkdir. Kənd yerlərində işləyən müəllim və təhsil sahəsində müxtəlif istiqamətlər üzrə çalışanlar üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir.
Layihənin həyata keçirilməsi təhsil işçiləri və ya təhsil sahəsində müxtəlif layihələr həyata keçirən biznes qurumlarının işçiləri arasında İKT üzrə kadr hazırlığını təkmilləşdiriləcək, yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyaların sıx inteqrasiyasına əlverişli mühit yaradılacaqdır. O cümlədən, ölkədən kənara çıxan “beyin axını”nın qarşısının alınması üçün təsirli tədbirlər görüləcəkdir.

Layihə çərçivəsində insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatan olması əsas strateji xətt olaraq ön plana çəkilir. Bununla təhsil sahəsində, insanların daha da maariflənməsi, pedaqoji kadrların bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində görülən müxtəlif işlər davam etdiriləcək və genişləndiriləcəkdir.




  1. Layihənin nəticələri və gələcək addımlar;

Layihənin əsas nəticələri aşağıdakılardır:

  • elektron təhsilə keçidə yardım edilməsi;

  • təhsil sahəsində kadr təminatının təkmilləşdirilməsinə nail olunması;

  • təhsil mütəxəssislərinin bilik və bacarıqlarının yüksəldilməsi;

  • innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması;

  • yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların tanıdılması;

  • təhsil informasiyalarının aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatan olması.

Yuxarıda qeyd olunan nəticələrdən aydın olurki, layihə əhalinin bütün təbəqələrinə aid olacaqdır. Layihə ilk əvvəl Bakı şəhərində tətbiq olunacaq. Layihənin davamlılığın uğurlu nəticəsi digər regionlarda, o cümlədən, qonşu ölkələrdə tətbiq oluna bilər.

Layihənin kommersiyalaşdırılması və digər investorların (yerli və xarici) cəlb olunması:

Layihə çərçivəsində yaradılacaq portalın bütün funksiyaları məhsulun kommersiyalaşdırılmasına yönlənib. Qeydiyyat, reklam, xəritə üzərində yerləşmə, onlayn təhsil, kurs üzrə məsləhətlər bilavasitə kommersiya yönümlüdür. Eyni zamanda portalın dayanıqlı işlənməsinə istiqamətlənib.

Məhsulun beynəlxalq bazara çıxarılması və digər ölkələr üzrə tətbiqi realdır. Rusiyada fəaliyyət göstərən platformalardan olan infourok.ru , multiurok.ru, kopilkaurokov.ru və digərlərində “aktiv xəritə”sizdir və sadəcə məlumat funksiyasını yerinə yetirir.



II B Ö L M Ə



III B Ö L M Ə

Hazırlanması nəzərdə tutulan məhsulun (iș və xidmətin) xüsusiyyətləri

Hazırlanması nəzərdə tutulan məhsul (iș və xidmət) barədə məlumatların verilməsi layihənin mühüm tərkib hissələrindən biridir.

Bu bölmədə așağıdakı məlumatlar əks olunmalıdır:


  1. Məhsulun (iș və xidmətin) xüsusiyyətləri;

- sadə naviqasiyalı;

- bütün brauzerlərdə işləmək imkanına malik;

- əhatəli;

- rahat;


- sms və email xidmətləri mövcud olan;

- smartfonlarda istifadə etmək imkanı;

- tez yüklənmə;

- mobil telefonların brauzerlərinə optimallaşdırılma.

2. Məhsulun (iș və xidmətin) keyfiyyət üstünlükləri;

- aktiv xəritənin mövcudluğu;

- platformanın intelektual olması;

- beynəlxalq standartlara uyğunluğu;

- servislərdən pulsuz istifadə;

- platformanın genişlənmək imkanının olması;

- təhlükəsizliyin təmin olunması;

- axtarış sistemlərinin robotlarına uyğunluğu.

3. Texnoloji proses (istehsal texnologiyası):

- mobil platformalar;

- mobil operatorlar.

4. Məhsulun (iș və xidmətin) analoji məhsullardan əsas üstünlükləri;



IV B Ö L M Ə

İstehsal, iş və ya xidmətin təşkili haqqında məlumat

İstehsal planında așağıdakı məlumatlar verilməlidir:



  1. Layihə icraçılarının layihə icrası ilə əlaqədar mövcud maddi-texniki imkanları:

- platformanın icrası üçün proqramçılar;

- təhsil sektoruyla çalışan ixtisaslaşmış mütəxəsislər;

- layihə çərçivəsində çalışmaq istəyən könüllülərimiz .


  1. Alınması nəzərdə tutulan materialların texniki göstəriciləri və təyinatı;

  • Noutbuklar - Acer Aspire E1-572G-54204

  • HP LaserJet Pro 200 color MFP M276nw

  • HP LaserJet Pro 400 Printer M401dw

  • HP LaserJet Pro M1536dnf Multifunction Printer

3. Layihə üzrə istehsal, xidmət gücü və nəzərdə tutulan istehsal, xidmət həcmi.

Hazırlanacaq platformaya ilk mərhələdə eyni vaxtda 30 000 dən çox istifadəçinin girmək imkanı var. Ehtiyac olarsa, daha da artırmaq mümkündür.



V B Ö L M Ə

Maliyyə planı

Bu bölmə layihə rəhbərinin sərəncamında olan əsas və dövriyyə kapitalının pul ifadəsində əks etdirilməsi, qrant vəsaiti. Öz vəsaitinin hərəkəti və layihə dövrü ərzində pul vəsaitlərinin dövriyyəsi ilə șərtlənir.

Maliyyə planı bölməsində așağıdakı məlumatlar verilməlidir:


  1. Layihənin tam həyata keçirilməsinə tələb olunan maliyyə vəsaitinin məbləği (tələb olunan qrant vəsaiti və sahibkarlıq subyekti tərəfindən qoyulan vəsait göstərilməklə);

Layihənin ümumi dəyəri 20.000 manatdır.

  1. Vəsaitin təyinatı üzrə bölgüsü;

  • İşçilərin cəlb edilməsi

  • PR aparılması

  • Avadanlıqların alınması

  • Reklam işləri

  • Platformanın hazırlanması

  1. Məhsul (iş və xidmətin) vahidi üzrə maya dəyərinin hesablanması;

  2. Gəlirlərin proqnozu və əsalandırılması;

Platformada yaradılacaq aktiv xəritə vasitəsi ilə qeydiyyatdan keçəcək müəllim,təlimçi, tyutorlar, repititorlar və təhsil müəsissələrinin illik ödəyəcək qeydiyyat haqları platformanın gəlirlərinin dayanıqlığını təmin edəcəkdir.

5. Layihənin özünü maliyyələşdirmə müddəti.

Maliyyə planı bölməsi üzrə aparılan maliyyə hesablamalarında Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmalı, istifadə olunan hər bir göstəricinin hesablanması mənbəyi aydın göstərilməli və hesablamalar üzrə proqnozlașdırılan maliyyə nəticələrinin dürüstlüyü əsaslandırılmalıdır.

Layihənin müddəti 1 il olacaqdır. Layihə çərçivəsində maliyyə hesablanması büdcədə aydın təsvir olunub.



VI B Ö L M Ə

Risklərin qiymətləndirilməsi

Layihədə risklərin qiymətləndirilməsi layihənin reallașdırılması mərhələlərində layihə rəhbərinin qarșılașa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması və risklərin minimallașdırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar risklər layihə rəhbəri tərəfindən qruplașdırılaraq qiymətləndirilməli və onların minimuma endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.



Layihə üzrə risklər aşağıdakı kimi qruplaşdırılır:

Texniki risk

Platformanın hazırlanmasında əvvəlcədən nəzərdə tutulmuş serverlərin kirayələnməsi.

Bir neçə server əvvəlcədən müəyyən olunub və müəyyən olunmuş serverin kirayələnməsində riski aradan qaldırmış olacayıq.

Məzmun riski

Platformanın hazırlanmasında yerli proqramçıların cəlb edilməsi məvacib baxımından risk yarada bilər. Bu səbəbdən layihəyə yerli və xarici proqramçıların cəlb edilməsi nəzərdə tutulub. Çox və keyfiyyətli iş və az maliyyə layihənin əsas strategiyasıdır.



Maliyyə riski

Donor tərəfindən ayrılacaq maliyyənin yetərli olmaması əsas maliyyə riskidir. Bunun üçün layihənin hazır formasının digər donorlara da təqdim olunması nəzərdə tutulur.
Yüklə 33,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə