E.ə. I minillikdə tarixi bilikərin inkişafında bir sıra türk xalqlarının, o cümlədən Azərbaycan xalqının müştərək abidəsi olan "Avesta" böyük rol oynamışdır



Yüklə 29,15 Kb.
tarix05.06.2022
ölçüsü29,15 Kb.
#88897
növüYazı
Avesta


Avesta
E.ə.I minillikdə tarixi bilikərin inkişafında bir sıra türk xalqlarının, o cümlədən Azərbaycan xalqının müştərək abidəsi olan “Avesta” böyük rol oynamışdır. “Avesta” Yaxın Şərq xalqlarının dini görüşləri, sosial-iqtisadi həyatının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. “Avesta”nın mətnindən aydın olur ki, o əvvəlcə xalq arasında şifahi şəkildə. Sonra isə Cənubi Azərbaycanda Urmiya şəhərində anadan olmuş Peyğəmbər Zərdüşt tərəfindən yazıya alınmışdır. Zərdüşt e.ə. VII-VI əsrlərdə yaşamışdır. İngilis alimi Meri Boys (453) yazır ki, “Avesta”nı midiyalılar və farslar yaratmamışlar, hazır dini, fəlsəfi nəzəriyyə kimi qəbul etmişlər.
Alimlərin bir qismi belə hesab edir ki, “Avesta” əslində fars (pəhləvi) dilində olmayıb, İranda yaranmayıb. “Avesta” qədim Şumer türklərinə məxsusdur, qədim Şumer-türk dilində və əlifbasında yazıya alınıb, sonralar qədim fars dilinə çevrilib. “Avesta”nın yaradıcıları olan maqlar özləri türk mənşəlidir.
Yuxarıda deyildiyi kimi, fars imperiyası dövründə “Avesta”nın inkişafı yeni istiqamətə yönəlir. Fars adət və ayinləri ruhunda ona əlavələr edilir. Məsələn, əvvəllər “Avesta”da evlənənlərin bir-biri ilə qan qohumu olması fikri yox idi. Fars hökmdarı Kambisin dövründə isə yaxın qohumlarla, xüsusilə qan qohumu (bir ailə üzvləri ilə) evlənməsinin əsası qoyulmuşdur. “Avesta”nın dramatik taleyi olmuşdur. E.ə.330-cu ildə Makedoniyalı İsgəndər Əhəmənilərin paytaxtı olan Persopol şəhərini tutub yandırır. Güman edilir ki, 12 min dananın gönü üzərində qızıl suyu ilə yazılmış müqəddəs “Avesta” kitabı həmin yanğın zamanı məhv olmuşdur. İskəndərin “Avesta”nı yandırması və maqların bir hissəsini məhv etdirməsinin səbəblərindən biri bu idi ki, “Avesta”nın yunan fəlsəfəsindən çox-çox əvvəl yaranması, yunan fəlsəfi görüşünü qabaqlaması onu narahat edirdi. Hətta “Avesta”nın yunan fəlsəfəsinə təsir etməsi, onun mayasını təşkil etməsi də İsgəndərə məlum idi. O “Avesta”nı məhv etməklə Yunanıstanı dünya fəlsəfə elminin mərkəzinə çevirmək istəyirdi.
Böyük Pliniyin məlumatına görə “Avesta”nın ilkin həcmi iki milyon misradan (2419500) artıq olmuşdur. Makedonyalı İskəndər onu yandırtdıqdan sonra “Avesta”nın yeddidə bir hissəsi (345700 misra) qalmışdır (179,19).
İranda Sasanilər dövründə (III-VII əsrlər) kahinlərin yaddaşında qalanlar əsasında “Avesta” yenidən fars (pəhləvi) dilində bərpa edildi.Ərəblər “Avesta”nı məhv etdikdən sonra o yenidən bərpa edilmiş və indiki zamana üç kitabı gəlib çatmışdır. İranda islam dini yayıldıqdan sonra Zərdüşt dininə inananlar təzyiqə məruz qalmışlar. Buna görə də, onların bir çoxu Hindistana müraciət etmişdir. Hazırda zərdüştlərin İranda (qəbrlər), Hindistanda (parslar) güclü icmaları vardır.
“Avesta” kitabının mövcudluğu Avropada çoxdan məlum idi. XVIII əsrdə fransız alimı Anketil Düperron Hindistanda olmuş, bir müddət burada yaşamışdır. Kahinlərin yardımı ilə müasir və orta əsrlər İran dillərini öyrəndikdən sonra “Avesta” ilə tanış olmuşdur. 1771-ci ildə Avropada ilk dəfə “Avesta”nı fransıızca çap etdirmişdir. Sonra isə bu qədim kitabın öyrənilməsi ilə Avropada F.Borr, R.Rask, E.Brünhüf kimi dünya şöhrətli alımlər məşğul olmuşlar.
XIX əsrin ortalarından başlayaraq bu ədəbi abidənin öyrənilməsi daha sistemli xarakter daşımışdır.
Bu kitabın öyrənilməsində iki əsas istiqamət yaranmışdır. Ənənəvi məktəb adlanan birinci istiqamət daha çox ənənəyə əsaslanmaqla “orta fars” mətnlərinin şərhinə və zərdüştlük ədəbiyyatına əsaslanırdı.Bu istiqamətdə çalışan alımlərin başında F.Şpigel və F.Yusti dururdu.
“Gəbr” ərəb sözü olan kafir sözünün təhrif olunmuş şəklidir, mənası “dinsiz, imansız” deməkdir. İndi dünyada 130 minədək atəşpərəst (Zərdüşt) yaşayır. Mühacir zərdüştlər Hindistanda öz dini mərasimlərinə dair ədəbiyyatı yenidən bərpa etməyə çalışmışlar.
Bütün bunlara baxmayaraq, nəticə etibarilə təqdim edilən bütün dillərdə “Avesta”nın mətni demək olar ki, anlaşılmaz qalırdı. XIX əsrin sonlarına doğru hər iki istiqamət sahəsində o dövr üçün ciddi sayılan keyfiyyət dəyişiklikləri meydana çıxmağa başladı. Şübhəsiz ən düzgünü bu metodların hər ikisindən istifadə etmək idi.
Alman alimi K.Geldner indiyə qədər də əvəzsiz olan, öz elmi dəyərini heç vaxt itirməyən 3 cildlik “Avesta”nın tənqidi mətnini yaratdı (1886-1895), onun tam mətninin tərcüməsini verdi. N.X.Bartolomeo avestaşünaslıqda inqilab etdi. “Avesta”nın dilinə dair indiyədək əhəmiyyətini itirməyən bir neçə əsər yazmışdır. Bartolomeo “Avesta”ya daxil olan “Qatları” kamil şəkildə almancaya çevirdi (180, 16-17).
Mənbələrdən aydın olur ki, Zərdüşt Azərbaycan torpağının, Odlar diyarının yetirməsidir. Milli mənsubiyyətcə maqdır. Maqlar isə Midiya dövlətindəki 6 tayfadan biri olmuşdur. Midiya fars deyil, 6 tayfanı birləşdirən müstəqil Azərbaycan dövləti idi.Midiya dövləti və onun tərkibində birləşən maq tayfası qədim Azərbaycan torpağının əzəli xalqı olub, öz ağlı, zəkası ilə tarixdə silinməz iz buraxıb.
İndi Şimali Azərbaycanda geniş Muğan düzü toponimi var. Təkcə bu ərazidə Muğan, Muğanlı, Muğan-Gəncəli, Muğancıq Müslüm və b. adda 17 kənd, qəsəbə var (20,183). Bu toponimlər əcdadlarımızın qədim Maq//Muğ//Müq tayfasının müasir nişanələridir. Bizcə, klassik musiqimiz bu günə gəlib çatmış muğam (maq+am, məq+am, müq+am və s.) maqların dini – mərasim və nəğmələrinin ruhlarının ifadəsidir (63,174).Zərdüşt Tanrı Hörmüzün (Ahurə Məzdanın) göstərişini yerinə yetirirdi. Zərdüştdə şairlik, alimlik, filosofluq, müdriklik, ruhanilik keyfiyyətləri var.
Bəzi tədqiqatçılar Zərdüştün 30 yaşında Daitiya (Araz çayı) kənarında peyğəmbər elan olunmasını və təkallahlığı təbliğ etməsini qeyd edirlər. Zərdüştün Ahurə Mazda ilə görüşü belə təsvir olunur.
«Avesta»da adı çəkilən Aryan Veçə (və ya Ariyana Vaeçə) şimallı-cənublu müasir Azərbaycanı əhatə edir. Bu ad arilərlə əlaqədə olub «Arilərin uca inamı» mənasını verir. Burada arilər dedikdə fars dilli tayfalar başa düşülməməlidir. Aryan (Ariyan) Aran (Arran) etnoniminin əvvəlki formasıdır. Yeri gəlmişkən «Avesta»da qeyd olunan «Sabalan» (Savalan) dağı, Araz çayı ilə yanaşı «Dareca// Daruca// Duruca» çayı da Azərbaycan ərazisindədir. Duruca adlı çay Qəbələ rayonundan başqa heç bir yerdə yoxdur (180,157). Bu çay Savalan dağıdan başlayır. Göstərilən faktların özü Zərdüştün Azərbaycana məxsusluğunu təsdiq edir.
Avestaya əlavə olunan izahatlar zənd (zend) adlanmışdır. Zənd (zend) orta farsca «ifadə etmə», «təfsir», «izahat» adlanır. «Zənd Avesta» müqəddəs kitabların ümumi ifadəsidir. «Zend Avesta» adının Avestanın özünə aid olunması yol verilməzdir.
Hazırda Avestanın bir sıra hissələri və əlyazmaları Avropa və Hindistan muzey və kitabxanalarında, Sankt-Peterburqun kütləvi kitabxanasında, Kopenhagen, Oksford və Londonda saxlanılır. Hazırda qədim İran (pəhləvi) dilində tərtib olunmuş Avesta beş hissəyə və ya kitaba bölünür: 1.Yəsnalar; 2. Vispərəd; 3. Venidad; 4. Yəşt; 5. Kiçik Avesta (Xorde Avesta)
Yəsna – sitayiş, pərəstiş, namaz mənasını verir.
Qurbanvermə və tanrılara dua mərasimlərində tərifləmələr və ibadətə aid müraciətlərdən ibarətdir.
Vispərəd – təntənəli ibadət nəğmələridir. Vispərəd Yəsnaların əlavəsidir və dini mərasimdə Yəsna ilə birlikdə oxunur.
Vendidad (Venidad) – şər qüvvələrə və divlərə qarşı tərtib edilmiş qanunlar məcəlləsi və təlimatıdır.
Yəşt – bu söz “yəsna” sözündən düzələrək “sitayiş və nəzir” mənasını bildirir.
Kiçik Avesta (Xorde Avesta) – bu əsəri II Şapur zamanında (310-379) Azərbud Mehr İspənd tərəfindən tərtib olunmuş günün müxtəlif vaxtlarında, ayın müəyyən günlərində, ilin dini bayramlarında, digər xoş və kədərli mərasimlərdə oxunan namaz və dualardan tərtib etmişdir.
İslamın ilk dövründə Zərdüşt dini müvəhhid (təkallahlı) kimi tanınmamışdır. Məhz buna görə ərəblər İrana hücum edərkən Avesta və bütün Zərdüşt kitablarını yandırmışlar. Bu zaman Zərdüştün müvəhhid və ya təkallahlı olmasını ilk dəfə Əli İbn Əbu Talib, ondan sonra Huzeyfə və b. qəbul etmişlər.
Avestada kainatın, həyatın, torpağın, səmanın, insanın və digər canlıların yaradıcısı böyük allah Ahuramazda hesab olunurdu. Ahuramazda (Hörmüz) xeyir və həqiqəti, onun qardaşı Anqramanyu (Əhriman, Əhliman) isə şər qüvvələri təmsil edirmiş. Zərdüşt isə Ahuramazdanın (Hörmüzün) ali niyyətlərini, xeyirxahlğını, amal və istəklərini həyata keçirən ilk peyğəmbərdir. Zərdüştün çağrışı ilə insanlar Anqramanyu və onun köməkçiləri olan divlərə (köhnə allahlara) qarşı mübarizə aparmalı idilər. Zərdüşt təliminə görə, şərlə xeyir arasında ölüm-dirim mübarizəsi gedir, son məqamda xeyir şərə qalib gəlir.
Zərdüştə görə xeyirlə şər arasında mübarizə dünyanın əvvəlindən mövcud olmuşdur.
Yüklə 29,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə